Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə88/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   84   85   86   87   88   89   90   91   ...   107

- 5 -
Bütün bunlar Azərbaycanın dövlət müstəqilliyinə düşmən xarici
dairələri razı sala bilməzdi və son illər respublikada vətəndaş qarşıdurması
yaratmaq, qeyri-demokratik və qeyri-konstitision yolla qanuni hakimiyyəti
devirmək cəhdləri bu fikri təsdiq edir. Təəssüf ki, xarici antiazərbaycan siyasi
dairələrin bu bədnam ssenarilərini gerçəkləşdirmək üçün hər dəfə milli
satqınlardan, mafioz qüvvələrdən bir vasitə kimi istifadə olunur.
Prezident H.Əliyevin çevik siyasəti, böyük dövlətçilik təcrübəsi və
siyasi uzaqgörənliyi sayəsində düşmənin planları iflasa uğramış, Azərbaycan
xalqı son illər 3 dəfə qardaş qırğını və dövlət müstəqilliyini itirmək
təhlükəsindən xilas olmuşdur. Belə məkrli niyyətlərə xidmət edən 1994-cü ilin
3-4 oktyabr və 1995-ci ilin 13-17 mart dövlət çevrilişi cəhdləri bir daha tarix
qarşısında kimin kim olduğunu göstərdi.
Həmin günlərdə «Nezavisimaya qazeta» yazırdı: Əgər Azərbaycan
prezidenti təkcə hakimiyyət deyil, tarixə düşməyi də istəyirdisə, o buna nail
olmuşdur. Onun sələfləri nə ilə yadda qalmışlar? Ayaz Mütəllibov Moskvaya,
Əbülfəz Elçibəy Naxçıvana qaçmaqla.
Bu günlərdə Rusiya əgər heç bir qeyri-adi, fantastik, riskli addım
atmasa, Zaqafqaziyadan çıxmağa başlayır. Özü də bütün bunlar Moskvanın
çoxəsrlik hegemonluq meylini qıra bilmiş yalnız bir adamın fəaliyyəti sayəsində
baş verir? Yaxud Heydər Əliyevin dərk etdiyi və sədaqətlə xidmət etdiyi
vəziyyətin obyektiv inkişafı nəticəsində baş verir? İkinci ehtimal daha dəqiqdir.
Azərbaycanın üçüncü prezidenti peyğəmbər deyil, lakin peşəkar siyasətçidir.»
1
2-ci sual:
 Müstəqil Azərbaycan mötəbər beynəlxalq məclislərdə iştirakı və xarici
siyasət fəaliyyəti. «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında»
Konstitutsiya aktından sonrakı dövrdə həyata keçirilən və müasir dünyamızda
baş verən hadisələrin və beynəlxalq münasibətlər sisteminin tərkib hissəsi olan
xarici siyasətimizə nəzər salmaq, onun ilkin təhlil edib nəticələr çıxarmağa
çalışmaq həm yaxın keçmişin müasirliklə müqayisəsi, həm də müstəqil
dövlətçiliyimiz baxımından zəruridir.


- 6 -
Müstəqilliyimizin elan olunmasından keçən dövr göstərdi ki, xarici
siyasətimiz xalqımızın təbiətindən irəli gələn sülhsevərliyə, mehriban
qonşuluğa, dinc yanaşı yaşamağa, başqasının daxili işlərinə qarışmamağa,
qarşılıqlı faydalı iqtisadi elmi-texniki mədəni və humanitar əməkdaşlığa
əsaslanır. Bu dövrdə ilkin addımlarını atan Azərbaycan diplomatiyası
beynəlxalq hüquq normalarına sadiq qaldığını, götürdüyü öhdəlikləri sözsüz
yerinə yetirdiyini sübut etdi. Beynəlxalq həyata müstəqil qədəm qoymaqdan və
səmərəli xarici siyasət yeritməkdən ötrü ilkin tədbirlər görül-
_______________________
1
. «Nezavisimaya qazeta». 12 oktyabr 1994-cü il.
məsi üzərində dayanmaq təhlilin istinad və başlanğıc nöqtəsi ola bilər.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 25 iyun tarixli fərmanına
əsasən Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndələrinin
başçıları üçün dərəcələrin və diplomatik rütbələrin müəyyən edilməsi haqqında»
respublika Milli Məclisi qanun qəbul etdi.
Azərbaycan Respublikası Milli Məclisinin qərarları ilə Azərbaycan
dövlətinin qoşulduğu beynəlxalq sənədlərin bəzilərinin sadalanması xarici
siyasətimizin və diplomatiyamızın mövcud vəziyyəti barədə çox şey deyir.
Azərbaycan Respublikası BMT nizamnaməsində təsbit olunmuş beynəlxalq
sülhün və təhlükəsizliyin qorunması məqsədinin həyata keçirilməsinə səy
göstərərək, nüvə və digər kütləvi qırğın silahlarının yayılmasının bütün
bəşəriyyət üçün böyük təhlükə törətdiyini nəzərə alaraq «Nüvə silahının
yayılmaması haqqında» 1968-ci il 1 iyul tarixli Moskva, Vaşinqton və
Londonda imzalanmış müqaviləyə qoşuldu və bu barədə aktı müvafiq dövlətlərə
göndərdi: «Diplomatik əlaqələr haqqında» 1961-ci il 18 apreldə Vyanada BMT
konfransında qəbul edilmiş Vyana konvensiyasına qoşuldu. «Konsulluq
əlaqələri haqqında» 1963-cü il aprelin 24-də Vyanada BMT konfransında qəbul
edilmiş Vyana konvensiyasına qoşuldu. «Birləşmiş Millətlər Təşkilatının


- 7 -
imtiyazları və diplomatik hüquqları barədə 1946-cı il 18 fevral tarixli
konvensiyaya qoşuldu. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» 1966-cı
il dekabrın 19-da Nyu-Yorkda imzalanmış pakta qoşuldu. «Qadınlara qarşı
ayrıseçkiliyin ləğv edilməsi haqqında» BMT baş məclisinin 1967-ci il 7 noyabr
tarixli 2268 nömrəli qətnaməsi ilə elan edilmiş bəyannaməyə tərəfdar olduğunu
bildirərək «Qadınların siyasi hüquqları haqqında» 1953-cü il 20 dekabrda BMT-
nin qəbul etdiyi konvensiyaya qoşuldu: «Mülki aviasiya haqqında» 1944-cü il
dekabrın 7-də Çikaqo şəhərində imzalanmış beynəlxalq konvensiyaya qoşuldu.
Azərbaycan Respublikasının dünya birliyi tərəfindən qəbul olunmuş
beynəlxalq konvensiyalara qoşulması 1993-1994-cü illərdə də davam etdirildi.
Bütövlükdə bu sənədlərin sayı təxminən 50-ni ötüb keçdi.
Azərbaycan dövlətinin beynəlxalq hüquq normalarına dərindən hörmət
etmək istəyi və bu sahədə atdığı praktik addımları onun dünya dövlətləri
tərəfindən «de-fakto» və «de-yure» tanınmasına və xarici ölkələrdə diplomatik
nümayəndəliklərin açılmasına təkan verdi. Nəticədə müstəqilliyin ilk illərində
Azərbaycan Respublikasını dünyanın təxminən 120-dən çox dövləti tanıdı. Bir
çoxu, məsələn, ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə, İran, İraq, Çin və b. öz
səfirliklərini Bakıda açdılar. Azərbaycan diplomatik nümayəndəliklərini açan
dövlətlərin sayı 1994-cü ildə 30-a çatdı. BMT-nin nümayəndəliyi və BMT-nin
qaçqınlar işi üzrə Ali Baş Komissarlığının nümayəndəsi Azərbaycanda
fəaliyyətə başladı. Öz növbəsində Azərbaycan Respublikası Türkiyə, İran, ABŞ,
Almaniya, Fransa, Böyük Britaniya və  İrlandiya krallığında, Misir, Səudiyyə
Ərəbistanı və Pakistanda səfirliklərini açdı.
Keçilən dövrün ilkin təhlili göstərir ki, Azərbaycan dövləti və xarici
siyasətində blokları qoşulmayaraq, öz ərazisində nüvə silahı saxlamayaraq və
yaymayaraq ikitərəfli münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə üstün
yer verib. Avropanın nəhəng və nüfuzlu dövlətlərindən olan Böyük Britaniya ilə
münasibətlərin qurulması və inkişafı xarici siyasətimizin uğurlarından hesab
edilə bilər. 1992-ci il martın 11-12-də Böyük Britaniyanın xarici işlər naziri və
Birlik İşləri naziri Duklas Hoqqun sentyabr ayında isə Böyük Britaniyanın


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə