Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   85   86   87   88   89   90   91   92   ...   107

- 8 -
keçmiş baş naziri M.Tetçerin Bakıya səfəri və «Britiş Petrolium» şirkətinin
sərgisinin açılışında iştirakı, oktyabr ayında isə Böyük Britaniyanın icarə və
sənaye naziri Maykl Hezaltiyanın və digər rəsmi şəxslərin Azərbaycana səfəri və
görüşlər müsbət qiymətləndirilməlidir.
Həmçinin 1993-cü ilin oktyabrın əvvəllərində Böyük Britaniyanın xarici
işlər naziri Duqlas Hoqqum Azərbaycana səfəri və keçirdiyi görüşlər həm
ikitərəfli münasibətlər, həm də regionda sülhün və təhlükəsizliyin taleyi
baxımından ciddi təhlil tələb edir.
Əvvəla, səfər zamanı müzakirə edilən məsələlər, xarici siyasət idarələri
başçılarının iki sənədi birgə bəyannaməni və iki dövlət arasındakı
münasibətlərin tənzimlənməsi haqqında deklarasiyanı qəbul etmələri müsbət hal
kimi qiymətləndirilməlidir.
İkincisi, Azərbaycanın Ermənistan tərəfindən əsassız ərazi iddiaları ilə
bağlı təcavüzə məruz qaldığını, ölkədə 1 milyondan çox qaçqın və didərgin
olduğunu nəzərdən qaçırmaq, Avropanın nəhəng dövlətlərindən və BMT
təhlükəsizlik şurasının beş daimi üzvündən biri kimi Böyük Britaniyanın xarici
işlər nazirinin ölkəmizə səfərinin əhəmiyyəti aydın olar.
Üçüncüsü, görüşlər zamanı keçirilən müzakirələrdə beynəlxalq hüquq
normalarına, ATƏT prinsiplərinə və BMT nizamnaməsinə uyğun olaraq
Azərbaycanın sərhədlərinin toxunulmazlığı bir daha təsdiqləndi. Böyük
Britaniya münaqişəsini əvvəlindən Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi
kimi qəbul etdiyini yenidən nümayiş etdirmişdir.
Fransada erməni Lobbisinin təsiri ilə antiazərbaycan əhval-ruhiyyəsinin
üstünlüyünə baxmayaraq bu ölkə ilə münasibətlərdə də Azərbaycanın
xoşməramlı diqqəti cəlb edir. Deməli Fransa xarici işlər nazirinin müavini
Bernar Guşnerin Azərbaycana səfəri də nəticələrindən asılı olmayaraq ciddi
təhlil tələb edir.
Azərbaycan prezidentinin Fransaya səfəri, onun prezident F.Mitteran,
senatın sədri və digər rəsmi şəxslərlə keçirdiyi görüşlər iki ölkə arasındakı


- 9 -
münasibətlərdə vacib rol oynadı. İmzalanmış sənədlər müstəqilliyin ilk illərində
Azərbaycan-Fransa münasibətlərinin inkişafının təməlini qoydu.
Almaniya ilə münasibətlərdə tarixi ənənələri və yaxınlığı  əsas götürək.
Azərbaycanın Avropanın bu nəhəng ölkəsində ilk dəfə olaraq səfirlik
açılmasının xalqlarımızın talelərindəki oxşarlıqla və onun gələcəkdə Avropa və
dünya siyasətində əsaslı rol oynaması perspektivləri ilə bağlamaq olar.
Danimarka ilə  əlaqələrin qurulması və aprel ayının 28-30-da
Azərbaycan nümayəndə heyətinin səfiri Avropanın Şimalındakı ölkələrə
respublikamızın xüsusi diqqət verməsinin göstəricisi ola bilər. İsveçrə ilə
Azərbaycan arasındakı əlaqələr də diqqəti cəlb edir.
Azərbaycan dövləti öz diplomatik fəaliyyətində Amerika qitəsinə
xüsusən, dünyanın yeganə fövqəl dövləti olan ABŞ-a böyük diqqət verir. ABŞ-
ın Azərbaycana münasibətindəki müsbət istiqamətdə təkamülün baş verməsi
kommunist reciminin dağılması və demokratik yolla prezident seçkilərinin
keçirilməsi ilə bağlıdır. Lakin ABŞ-da hələ də qalmaqda olan antiazərbaycan
əhvali-ruhiyyəsi dövlət siyasətinə, konqresin Azərbaycan əleyhinə qərarlar qəbul
etməsinə təsir göstərir.
Bütün bunlara baxmayaraq ABŞ tərəfi müstəqilliyin ilk illərində
Azərbaycana humanitar yardım göstərdi. 1992-ci ilin oktyabrında Amerika
Birləşmiş  Ştatlarının Dövlət Departamentinin təcili humanitar yardım üzrə
bürosunun direktoru Artur Dyuninin başçılığı altında nümayəndə heyəti
Azərbaycana səfər etdi. Hadisələrin gedişi göstərir ki, artıq ABŞ-da Azərbaycan
haqqında həqiqət yayılmağa başlayır. Bu baxımdan 1993-cü ilin oktyabrın 11-də
ABŞ dövlət departamentinin keçmiş SSR respublikaları üzrə geniş səlahiyyətli
və fövqəladə səfiri Stoulb Talbotun Azərbaycana səfəri iki ölkə arasında
münasibətlərin inkişafında qarşılıqlı anlaşma yaratmaqda əsaslı rol oynadı. ABŞ
tərəfi Azərbaycanla münasibətlərin normal qurulmasının üç əsas prinsipdən
keçdiyini göstərdi: azad bazar iqtisadiyyatı; insan hüquqlarının qorunması;
demokratik inkişaf və çoxpartiyalı sistem. Görüş vaxtı S.Talbot ABŞ prezidenti
B.Klintonun məktubunu Azərbaycan prezidentinə təqdim etdi. Məktub ABŞ-ın


- 10 -
Azərbaycanın işlərinə marağının artmasını göstərirdi. Lakin məktubda Qarabağ
münaqişəsinin kökləri barədə düzgün olmayan mülahizələr var idi və
Ermənistan bilavasitə münaqişə iştirakçısı kimi qəbul edilmişdi.
Yenə həmin ilin avqust və oktyabr aylarında Azərbaycan
Respublikasının prezidenti ABŞ Prezidentinin yeni müstəqil dövlətlərə yardım
üzrə  əlaqələndirici Tomas Saymonsu qəbul etdi. T.Saymons bildirdi ki, ABŞ
demokratik islahatlar aparmaqda sizinlə bir olacaq və quracağınız yeni
cəmiyyətdə Azərbaycanın partnyoru olacaqdır. Lakin ABŞ, konqresi
Azərbaycana humanitar yardım göstərmək üzərinə embarqo qoymuşdu. ABŞ
hökumətinin bu qərara qarşı çıxmasına baxmayaraq o, ləğv edilməmişdi.
Yenə həmin ilin noyabrında ABŞ dövlət departamentinin Azərbaycan və
Ermənistan şöbəsinin rəhbəri Kerk Bennet ölkəmizə səfər etdi.
Siyasi sahədə əlaqələrdə 1993-cü ilin dekabrında Brüsseldə Azərbaycan
Respublikasının xarici işlər naziri H.Həsənovla ABŞ dövlət katibi Y.Kristoferin
görüşü özünəməxsus yer tutdu. Belə  əlaqələr ABŞ-ın müxtəlif şirkətləri ilə
əməkdaşlağa kömək etdi. 1993-cü ilin noyabrında ABŞ-ın «Heric Faundeyşin»
fondunun direktoru Robert Straus-Hyub, keçmiş konqressmen və «Çembers
inkorporeyted» assosiasiyasının prezidenti Çam Mudi, assosiasiyanın vitse-
prezidenti, keçmiş prezident Ceyms Karterin müşaviri Robert Mur Azərbaycana
işgüzar səfərdə oldular.
ABŞ-ın nüfuzlu «Coynt» təşkilatının prezidenti Milton Volf
Azərbaycanda səfərdə olarkən ölkə prezidenti tərəfindən qəbul edildi. Birləşmiş
Ştatların «AMOKO», «Penzoyl» kimi neft şirkətləri ilə  əməkdaşlıq tədqiq
olunan illərdə inkişaf etdirildi. ABŞ rəsmi hakimiyyətinin Azərbaycana
humanitar yardım kəsməsinə baxmayaraq «Rilif İnterneşil», «Seyv ze Çildren»
kimi xeyriyyə cəmiyyətləri, ABŞ-ın «Qırmızı Xaç» cəmiyyəti ölkəmizə
humanitar yardım göstərdilər.
Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən
biri olan Asiya qitəsinin  ölkələrinə münasibət də ciddi addımlar tələb edir. Bu
istiqamətdə Azərbaycan dövləti əsas diqqətini tarix, mədəniyyət, etnik amillərə


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə