Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   74   75   76   77   78   79   80   81   ...   107

- 8 -
barmaqla saymaq olardı. Bu çətinliklərə baxmayaraq hökumət respublikanın
müdafiə qabiliyyətini möhkəmləndirmək üçün tədbirlər görürdü. İyunun 26-da
keçmiş müsəlman korpusu «Əlahiddə Azərbaycan korpusuna çevrildi».
İyulun 31-də Bakı XKS-nin istefasından sonra şəhərdə hakimiyyəti
«Sentrokaspi diktaturası» ələ keçirmişdi. Antantanın agenti olan «Sentrokaspi
diktaturası» ingilisləri çağırmaq üçün öz nümayəndələrini İrana göndərdi. İngilis
generalı denestervel yazmışdır: «Bakıda çoxdan bəri gözlənilən çevriliş baş
verdi… Yeni hökumət hakimiyyəti öz əlinə alan kimi, qabaqcadan hazırlanmış
plana əsasən öz çaparlarını göndərib bizdən yardım istədi».
«Sentrokaspi diktaturası»nın ağalığı dövründə zəhmətkeşlərin onsuz da
ağır olan vəziyyəti son dərəcə pisləşdi. Aclıq artırdı. Ən vacib yeyinti şeylərinin
qiyməti 3 yüz faizə qalxdı. İngilislər şəhərdən yanacaq daşıyıb aparırdılar. Onlar
qısa müddətdə Ənzəliyə təxminən 700 ton benzin aparmışdılar və 1.400 ton da
aparmağa hazırlaşırdılar.
Azərbaycan-türk qoşunları  əsasən eser və daşnaklardan ibarət olan bu
üzdəniraq qurumun hökmranlığına son qoyaraq sentyabrın 15-də Bakını azad
etdilər. Sentyabrın 17-də milli hökumət Gəncədən Bakıya köçdü. Bunnula da
Azərbaycan Cümhuriyyəti öz hakimiyyətini bütün respublika ərazisində
bərqərar etdi. Hələ sentyabrın 1-də hərbi nazirliyin yaradılması haqqında qərar
qəbul olundu. Noyabrın 1-də hərbi nazirlik yaradıldı. Baş nazir F.X.Xoyski həm
də müdafiə naziri, general Mehmandarov isə onun müavini təyin olundu.
Azərbaycan hökumətinin 1918-ci il 17 iyun tarixli intibahnaməsində
göstərilirdi ki, hökumət əsas vəzifələrindən birini dövlət idarələri məhkəmə və
məktəb sistemini milliləşdirməkdə görür.
Azərbaycan Cümhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi.
«İstiqlal Bəyannaməsi»nə görə Azərbaycanda ali hakimiyyət xalqa məxsus idi.
Qanunverici hakimiyyət parlamentə, icraedici hakimiyyət isə parlament
qarşısında məsuliyyət daşıyan hökumətə məxsus idi.


- 9 -
Nazirlər şurasının 1918-ci il 27 iyun tarixli fərmanı ilə Azərbaycan dili
dövlət dili elan olundu. Azərbaycan hökumətinin 1918-ci il 21 iyun tarixli qərarı
ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz olan qırmızı bayraq dövlət
bayrağı qəbul edildi. Noyabr ayının 9-da həmin bayraq üçrəngli-yaşıl, qırmızı və
mavi zolaqlardan ibarət olan bayraqla əvəz olundu.
M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi Azərbaycanın dövlət bayrağındakı bu
üç rəng «Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam
sivilizasiyasının simvoludur».
1918-ci il noyabrın 16-da yenidən toplaşan Milli Şura noyabrın 19-da
«Azərbaycan parlamentinin yaradılması haqqında» qanun qəbul etdi. Qanuna
əsasən, təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Respublika
ərazisində yaşayan bütün xalqların, kişilərlə qadınların bərabər seçki hüququ
qanunla təsbit olundu. Bu qanunla Azərbaycan Şərqdə qadınlara seçki hüququ
verən ilk ölkə oldu.
120 nəfərdən ibarət olan Azərbaycan parlamentində Azərbaycan
türklərinə 80, ermənilərə 21, ruslara 10, alman, yəhudi, gürcü və polyaklara 1
yer qalan 5 yerə də 3-ü Bakı həmkarlar təşkilatına, 2 yer isə Bakı neft
sənayeçiləri şurası və ticarət sənaye ittifaqı üçün nəzərdə tutulmuşdur.
1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan parlamentin sədri Əlimərdan
bəy Topçubaşov, sədrin birinci müavini isə Həsən bəy Ağayev seçildi.
Parlament müvəqqəti hökumətin istefasını qəbul etdi və dekabrın 26-da
T.X.Xoyskinin rəhbərliyi ilə yeni hökumətin tərkibi elan olundu. İngilislərin
təkidi ilə hökumətdə üç nazir vəzifəsi ruslara, iki yer ermənilərə təklif olundu.
Lakin ermənilər bu təklifdən imtina etdilər.
Daha sonra baş nazir F.X.Xoyski söz alaraq hökumətin öz səlahiyyətlərini
üerə qoyduğunu və bütün hakimiyyətin parlamentə təhvil verildiyini bildirdi.
Parlamentdə fəaliyyət göstərən fraksiyaların nümayəndələri çıxış edərək
öz mövqelərini və parlamentdəki gələcək fəaliyyət proqramlarını açıqladılar.
Parlament fəaliyyətinin əsas məqsədi:


- 10 -
– Azərbaycanın müstəqilliyini, onun milli siyasi hüquqlarının müdafiə
olunması;
– Azərbaycanda digər Qafqaz xalqları arasında həmrəylik münasibətlə-
rinin yaradılması;
– Ölkə daxilində demokratik quruluşun bərqərar edilməsindən ibarət
olmalıdır.
Uzun məşvərətdən sonra yeni hökumət kabinetinin təşkili bu dəfə də
F.X.Xoyskiyə həvalə olundu. Bu sayca üçüncü hökumətin tərkibini parlamentə
təqdim etdi.
Yeni kabinetdə – Nazirlər Şurasının sədri və xarici işlər naziri Fətəli xan
Xoyski, daxili işlər naziri – Xəlil bəy Xasməmədov, Xalq təhsili naziri – Nəsib
bəy Yusifbəyli, hərbi nazir – Səməd bəy Mehmandarov oldu.
1918-ci il oktyabr ayının sonlarında beynəlxalq aləmdə baş vermiş
hadisələr Azərbaycan Respublikasını daha bir ciddi sınaq qarşısında qoymuş
oldu.
Birinci Dünya müharibəsində məğlub olmuş Türkiyə ilə Böyük Britaniya
arasında 1918-ci il oktyabr ayının 30-da Mudros barışığı imzalandı. Barışığa
görə Türkiyə Zaqafqaziya, o cümlədən Azərbaycandan hərbi hissələrini
çıxarmalı idi. Bu sazişə görə Zaqafqaziya Böyük Britaniyanın nüfuz dairəsi elan
olunur və Bakıya ingilis qoşunları yeridilirdi.
İngilis qoşunlarının Bakıya gəlməsi vəziyyəti daha da gərginləşirdi.
N.Usubbəyov, Əhməd bəy Ağayev və M.Rəfiyevdən ibarət Azərbaycan
nümayəndə heyətinin İrandakı ingilis qoşunlarının komandanı general Tomsonla
Ənzəlidə apardığı danışıqların nəticələri Azərbaycan tərəfi üçün heç də
ümidverici olmadı.
Tomson bildirdi ki, «Azərbaycan Respublikası hökuməti türklərin
intriqası nəticəsində yaranmış və xalq arasında heç bir dayağa malik deyildir».
Azərbaycan nümayəndələrinin generalın bu fikrinə etirazından sonra o, əlavə


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə