Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   79   80   81   82   83   84   85   86   ...   107

7
***
SSRİ-nin təhkili ilə Azərbaycanın formal müstəqilliyinə də son
qoyulmuşdu. Azərbaycan sovet Rusiyasının müstəmləkəsinə çevrildi.
Azərbaycanda sovet Milli dövlət quruculuğu özünəməxsus şəraitdə gedirdi.
Azərbaycanda kadrların çatışmaması Milli dövlət quruculuğunu çətinləşdirirdi.
Yeni Milli partiya və sovet kadrları hazırlamaq məqsədi ilə məktəblər, kurslar
şəbəkəsi yaradılmışdı. Moskvaya, Sverdlov Universiteti nəzdindəki Şərq
şöbəsinə 50 nəfər göndərilmişdi, onların 35-i qəzaların nümayəndələri idi. Sovet
Rusiya müstəmləkəçilik məqsədini həyata keçirmək üçün milli kadr qıtlığı adı
ilə Azərbaycana Rusiyadan rus, erməni, yəhudi millətindən olan
nümayəndələrini göndərirdi.
Azərbaycan əhalisi çoxmillətli idi. Belə Milli rəngarənglik şəraitində
Azərbaycanda dövlət hakimiyyətini möhkəmləndirmək və sosial-iqtisadi
dəyişiklikləri uğurla həyata keçirmək üçün Milli sülh yaradılmasının mühüm
əhəmiyyəti var idi. Ona görə də çoxmillətli Bakı fəhlələri ilə çoxmillətli
kəndlilər arasında əlaqlərin möhkəmləndirilməsində, bütün millətlərin
nümayəndələrinin yeni respublika quruculuğuna cəlb edilməsinə xüsusi diqqət
yetirilirdi.
Respublikanın hökumət və təsərrüfat orqanları xalq təsərrüfatını və
mədəni həyatı təzə saslar üzərində yenidən qurarkən, siyasi və təsərrüfat
tədbirləri həyata keçirərkən bütün Milli azlıqların mənafeyini və ehtiyaclarını
nəzərə alırdılar.
Yeni hökumətin kadr siyasətində Azərbaycan türklərinə qarşı ayrıseçkilik
özünü açıq göstərirdi. Bakı sovetinin işlər idarəsində 26 nəfər 4-dü, su təchizat
şöbəsində, 100 nəfərdən 1-i, səhiyyə  şöbəsində 45 nəfərdən 2-si azərbaycanlı
idi. Azərbaycan MİK 73 üzvdən və 26 nəfər üzvlüyə namizəddən 51 nəfər
azərbaycandı, 14-ü rus, 3-ü erməni, 2-si gürcü, 1 nəfəri yəhudi idi.
1920-ci ilin oktyabrında Azərbaycan SSR-də RSFSR Xalq Milli İşlər
Komissarlığının nümayəndəliyi təsis olundu.


8
Xalq komissarlığının başlıca vəzifələri «RFSFR-in bütün millətləri və
tayfalarının birlikdə dinc yaşamasının və qardaşcasına əməkdaşlağını təmin
etmək» idi, əslində isə o, digər müstəqil sovet respublikalarının Milli işlərinə
fəal surətdə müdaxilə edirdi.
Xalq Milli İşlər Komissarlığının Azərbaycan SSR-dəki nümayəndəsi
respublikada Milli siyasətin həyata keçirilməsinin ilk yekunlarını xarakterizə
edərək, öz hesabatında yazırdı: «Bu və ya digər milli qrup mədəni-maarif
fəaliyyətini inkişaf etdirmək sahəsindəki bütün səylərində respublikada yaşayan
digər milli azlıqlara münasibətdə hökumətin milli siyasətinə gəldikdə isə, bu
siyasət milli azlıqların hüquq və mənafelərinin hər vasitə ilə qorunmasına və
onların əksəriyyəti təşkil edən yerli əhali ilə birgə dinc yaşayışının təmin
olunmasına yönəldilmişdir».
Çoxmillətli ölkədə yeni cəmiyyət quruculuğu buradakı bütün millətlərin
və xalqların zəhmətkeşlərinin sıx iqtisadi əməkdaşlağının təmin olunmasını tələb
edirdi. Zaqafqaziya respublikaları vahid iqtisadi məkan idi. Onların arasında
illərlə yaranmış təsərrüfat əməkdaşlağa və mədəni əlaqələr olmadan həmin
dövrdə bu respublikalardan hər birinin ayrılıqda özünün xalq təsərrüfatını bərpa
və inkişaf etdirməsi çox çətin idi. Ona görə də Zaqafqaziyanın hər yerində sovet
hakimiyyəti qurulduqdan sonra yeni respublikaların iqtisadi ittifaqı məsələsi
qarşıda durudu.
1921-ci ilin martında Azərbaycan SSR-in Moskvadakı nümayəndəliyi
zaqafqaziyanın üç respublikasının birləşməsinin zəruri olması haqqında məsələ
qaldırdı.
İlk növbdə Zaqafqaziya respublikaları ilə RSFSR arasında təsərrüfat
sahəsində qarşılıqlı münasibətlər, xalq komissarlığının, respublikaların
planlarının və ali iqtisadi şurasının fəaliyyətinin əlaqələndirilməsi məsələləri
dururdu.
Bütün Zaqafqaziya üçün vahid dəmir yolu və xarici ticarət orqanları
yapadılması birinci dərəcəli vəzifə kimi irəli sürüldü.


9
Beləliklə, pariya təşkilatları kimi həmkarlar ittifaqları və komsomol
təşkilatları da Zaqafqaziya miqyasında birləşməklə özlərinin müstəqilliyini itirir,
əlində Rusiya həmkarlar ittifaqının və Rusiya komsomolunun vilayət hüququnda
yerli orqanlarına çerildilər.
N.Nərmanov deyirdi: «Hazırda bu birləşmə bir qədər sünidir. Bu
respublikalara bu yaxınlaşmanı həqiqətən təbii olaraq hiss etsinlər, bu
yaxınlaşmanı təbii olaraq tələb etsinlər».
Zaqafqaziya respublikalarının öz aralarında və digər sovet respublikaları
ilə siyasi cəhətdən birləşməsi məsələsi hələ qaldırılmırdı.
İqtisadi büronun yaradılması, dəmir yollarının xarici ticarətin, həmkarlar
ittifaqları və komsomol təşkilatlarının birləşdirilməsi Zaqafqaziya
fedarasiyasının yaradılması yolunda ilk addımlar idi.
1921-ci il noyabrın 3-də RK(b)P MK Qafqaz bürosu, noyabrın 29-da isə
RK(b)P MK-nın siyasi bürosu Zaqafqaziya Federasiyasının yaradılması
haqqında qərar qəbul etdilər.
1922-ci il martın 12-də üç respublikanın K(b)P Mərkəzi İcraiyyə
Komitələrinin səlahiyyətli nümayəndələri ittifaq müqaviləsini təsdiq etdilər.
Beləliklə ZSRFR yarandı.
1922-ci il dekabr ayının 10-da Zaqafqaziya Sovetlərinin birinci
qurultayında ali orqan olan Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsi seçildi.
Bununla da Azərbaycan SSR formal müstəqillikdən məhrum oldu.
1922-ci il bekabrın 30-da Moskva SSRİ-nin birinci Sovetlər qurultayı
keçirildi. Qurultay SSRİ-nin ali orqanı olan Mərkəzi İcraiyyə Komitəsini seçdi.
SSRİ Mərkəzi İcraiyyə komitəsinin dörd sədrindən biri də N.Nərimanov oldu.
Sosialim ideyalarının aşınması, Milli münasibətlər sahəsində yol verilən
səhv və nöqsanlar, imperiya meyillərinin güclənməsi 69 ildən sonra – 1991-ci
dekabrında SSRİ-nin ittifaqına gətirib çıxardı. Mərkəz ilə respublikalar arasında
təhlükəli siyasi meyillər yaranırdı ki, bu da son nəticədə ittifaqın dağılmasına
səbəb oldu.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə