Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   73   74   75   76   77   78   79   80   ...   107

- 5 -
4.
Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilin-
də milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsin-
dən asılı olmayaraq, bütün vətəndaşlara vətəndaşlıq və siyasi
hüquqlar təmin edir.
5.
Azərbaycan Demokratik Respublikası öz ərazisi daxilində
yaşayan bütün millətlərə azad inkişaf üçün geniş imkanlar
verir.
6.
Müəssisələr Məclisi çağrılana kimi bütün Azərbaycanın
idarəsi başında xalq səsverməsi yolu ilə seçilmiş Milli Şura
və onun qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət
durur.
Milli Şura Azərbaycan Demokratik Respublikasının ilk hökumətini təşkil
etməyi F.X.Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra F.X.Xoyskinin təqdim
etdiyi hökumət kabinetinin tərkibini təsdiq etdi.
Müstəqil Azərbaycanın birinci hökumətinin tərkibi belə idi:
– Nazirlər Şurasının sədri və daxili işlər naziri – F.X.Xoyski;
– Hərbi nazir
       – Xosrovbəy Sultanov;
– Maliyyə və Xalq maarifi naziri         – Nəsibbəy Usubbəyov;
– Xarici işlər naziri
       – Məhəmməd Həsən Hacınski
– Yollar, poçt və teleqraf naziri       – Xasaybəy Məlikaslanov;
– Ədliyyə naziri
      – Xəlilbəy Xasməmmədov;
– Əkinçilik və əmək naziri
      – Əkbər Şeyxülislamov;
Ticarət və sənaye naziri
      – Məhəmməd Yusif Cəfərov;
– Dövlət nəzarət naziri
      – Cəlal Hacınski.
1918-ci il may ayının 30-da böyük Dünya dövlətlərinin xarici işlər
nazirlərinə Azərbaycanın istiqlaliyyətinin elan olunması haqqında
F.X.Xoyskinin imzası ilə teleqramma göndərildi.
İyun ayının 4-də Azərbaycan Respublikası ilə Osmanlı imperiyası ara-
sında dostluq müqaviləsi imzalandı. İyunun əvvəllərində Tiflisdən Gəncəyə


- 6 -
köçən Azərbaycan hökuməti çox ciddi daxili və xarici problemlərlə üzləşdi. Bu
vaxt artıq Nuri Paşanın rəhbərlik etdiyi türk hərbi mütəxəssislərdən ibarət 300
nəfərlik qrup Gəncədə idi. Nuri Paşanın müşaviri Əhmədbəy Ağayev
F.X.Xoyski ilə söhbətində Milli Şuranın buraxılmasını və yeni hökumət
kabinetinin təşkilini təklif etdi. Gəncədə Milli Şuraya qarşı çox güclü
müxalifətin olduğu aşkara çıxdı:
– Birincisi – Milli Şuranın əksəriyyət tərəfindən müdafiə edilməyi məlum
oldu;
– İkincisi – Musavat partiyasının özündə təfriqə nəzərə çarpırdı.
Azərbaycan burcuaziyası və mülkədarlarının müəyyən dairələrinin
fikrincə, Milli Şura və onun yaratdığı hökumət həddən artıq sol və inqilabi
mövqelərdə dururdu. Azərbaycanın Türkiyəyə birləşdirilməsinin tərəfdarı olan
bu dairələr Nuri Paşadan istifadə edib, onu öz tərəflərinə çəkərək, onun
nüfuzundan Milli Şuraya qarşı mübarizədə fəal istifadə edirdilər. Onların tərkibi
ilə Nuri Paşa Milli Şura üzvlərini qəbul etməkdən imtina etdi. Milli Şuraya
etimadsızlıq aktı olan bu hərəkat ciddi siyasi böhrana gətirib çıxardı.
1918-ci il iyunun 18-də Milli Şura hakimiyyəti F.X.Xoyskinin ikinci
kabinetinə verir. M.Ə.Rəsulzadə xatirələrində yazırdı:
«Milli Şuranın buraxılması Gəncədəki müəyyən siyasi mübarizə
nəticəsində belə bir formada təzahür etdi. Bu mübarizə demokratik təmayül və
zadəgan anlamı arasında dövlətin idarə forması ətrafında gedirdi».
Beləliklə, Azərbaycanda yenə ikihakimiyyətlik meydana çıxır – Bakıda
daşnak qoşunları ilə əhatə olunmuş Kommuna, daha sonra Sentrokaspi hökuməti
və Mərkəzi Gəncə olmaqla milli Azərbaycan höküməti.
Milli Şuranın iclasında yekun sözü ilə çıxış edən M.Ə.Rəsulzadə şuranın
buraxılmasını demokratiyanın geri çəkilməsi və irticanın müvəffəqiyyəti kimi
qiymətləndirirdi. O, öz çıxışını aşağıdakı sözlərlə bitirdi. «Lakin cənablar, gəlin
ruhdan düşməyək və ümid edək ki, lap tezliklə Azərbaycanın paytaxtı Bakıda
Müəssisələr Məclisində görüşəcəyik. Yaşasın Azərbaycan! Yaşasın türk xalqı».


- 7 -
İyun hadisələri Azərbaycanın siyasi həyatında savaş doğru dönüşün
başlanğıcı demək idi. F.X.Xoyskinin başçılığı ilə yaradılmış yeni hökumət
kabinetinə bir çox demokratik ruhlu siyasi xadimlər daxil edilməmişdi. Bu
hadisələrdən sonra sol partiyalar, o cümlədən «musavat» öz fəaliyyətlərini
faktiki olaraq dayandırmalı oldular.
Azərbaycanın mütərəqqi ruhlu siyasi xadimləri – M.Ə.Rəsulzadə,
Xəlilbəy Xasməmmədov, Aslan bəy Səfikürdski və b. aktiv siyasi fəaliyyətdən
uzaqlaşdırılaraq danışıqlar aparmaq bəhanəsilə İstanbula göndərildilər.
İyun hadisələrinin başlıca yekunu bundan ibarət oldu ki, irtica Milli
Şuranın buraxılmasına nail olsa da, demokratik qüvvələr Azərbaycanın dövlət
müstəqilliyini qoruyub saxlaya bildilər.
Hökumət dairələrinin daxili ixtilaflarla məşğul olduqları bir vaxtda –
1918-ci il iyunun 12-də  Şaumyanın əmri ilə Bakı Soveti hərbi qüvvələrinin
Gəncə üzərinə başlamış hücumu nəticəsində gənc Azərbaycan Respublikasının
başı üzərini ölüm təhlükəsi almış oldu. Yalnız 1918-ci il 4 iyun tarixli
Azərbaycan türk müqaviləsinin 4-cü bəndinə  əsasən Türkiyənin təcili olaraq
göstərdiyi hərbi yardım sayəsində bu təhlükənin qarşısını almaq mümkün oldu.
Birləşmiş Azərbaycan-Türk qüvvələri Göyçay ətrafında iyunun 27-dən,
iyulun 1-dək davam etmiş 4 günlük gərgin döyüşdə Bakı Sovetinin qoşunlarını
ağır məğlubiyyətə uğradaraq, onların Gəncə üzərinə yürüşünün qarşısını ala
bildilər.
Bu müvəffəqiyyətə baxmayaraq ölkənin paytaxtı Bakı Azərbaycan
istiqlaliyyətinin düşmənlərinin əlində qalmaqda davam edirdi və 1918-ci ilin
yayında Azərbaycan hökumətinin qarşısında duran başlıca vəzifə Bakını azad
etmək idi.
Ordunun yaradılması işində böyük çətinliklərə baxmayaraq, Azərbaycan
silahlı qüvvələrinin yaradılmasına xüsusi fikir verilirdi.
Çarizm dövründə müsəlmanların hərbi xidmətə çağırılmaması üzündən
azərbaycanlılar arasında hərbi səriştəsi olan adamları, xüsusilə də zabit kadrları


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə