Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   72   73   74   75   76   77   78   79   ...   107

- 1 -
MÖVZU:  XIV    Azərbaycan Xalq Cümhuriyyəti
                                               P L A N
1.Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasi ərəfəsində Azərbaycanda
mövcud olan ictimai-siyasi vəziyyət
2.Azərbaycan Xalq Cumhiriyyetinin elen edilməsi.İstiqlal bəyannaməsi
3.AXC-nin Gəncə dövru
4.Bakinin azad edilməsi
5.AXC hökumetinin həyata keçirdiyi sosial-iqtisadi,hərbi və mədəni tədbirlər
6.AXC xarici siyasəti
7.Erməni təcavuzunə qarşı mubarizə
8.Azərbaycan numayəndələri Paris konfransinda
9.Şimali Azərbaycanin XI ordu tərəfində istila edilməsi
Ədəbiyyat
– Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. Bakı,
1990.
– Azərbaycan Demokratik Respublikası. Tarix ictimai-siyasi və  ədəbi-
mədəni həyat. Bakı, 1992.
– Azərbaycan tarixi 7 cilddə, V cild, Bakı, 2008-
– Azərbaycan tarixi. İ.Əliyevin redaktorluğu ilə. B., 1993, səh.243-265.
– Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində 1918-
1920-ci illər. B, 1990.
– Məmmədov İ. Məmmədov G. Siyasi tarix. B., 2004, səh.88-98.
– Siyasi tarix (mühazirə kursu) I hissə, Bakı, səh.167-193.
-
Xx əsr Az. Tarixi II cild Bakı 2009
– Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. B, 1990.
-
AXC ensiklopediyası  I cild Bakı  2004 II cild Bakı 2005


- 2 -
İctimai-siyasi hadisələrlə zəngin olan XX yüzillik bəşər tarixinə ilk
növbədə məzlum xalqların milli oyanışı və milli dirçəlişi əsri kimi daxil oldu.
XX əsrdə  dünyanın siyasi xəritəsində onlarla müstəqil milli dövlətlər meydana
gəlmişdir.
Azərbaycanda öz növbəsində bu ümumdünya proseslərindən kənarda
qalmamışdır. Əsrin əvvəllərində formalaşmağa başlayan Azərbaycan milli
hərəkatı fevral inqilabından sonra Azərbaycan xalqının müxtəlif təbəqələrini və
siyasi qüvvələrini birləşdirən kütləvi ümummilli hərəkata çevrilmişdir ki, bu da
son nəticədə 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan
olunması və ADR-in yaranmasına gətirib çıxarmışdır. Fevral inqilabından sonra
elan olunmuş siyasi azadlıqlar siyasi həyatın görünməmiş dərəcədə
canlanmasına səbəb oldu. Rusiya imperiyasının hər yerində olduğu kimi
Azərbaycanda da bir çox yeni siyasi partiya və təşkilatların yaradılmasına
başlandı.
Milli hərəkatın aparıcı qüvvəsi olan «Musavat» gizli iş  şəraitindən
çıxaraq açıq fəaliyyət göstərməyə başladı. 1917-ci il noyabrın 26-28-də
Ümumrusiya Müəssisələr Məclisinə keçirilmiş seçkilərin Zaqafqaziya üzrə
nəticələri «müsavat»ın uğurlarının təsadüfi olmadığını sübut etdi.
Ümumrusiya müəssisələr məclisi bolşeviklər tərəfindən qovulduqdan
sonra, onun Zaqafqaziyadan olan üzvləri Zaqafqaziya seymini yaratmaq
qərarına gəldilər. 1918-ci il fevral ayının 23-də yaradılmış Seym Zaqafqaziyanın
ali hakimiyyət orqanı kimi düşünülmüşdür. Lakin yarandığı gündən Seymin
tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və


- 3 -
xarici siyasətin demək olar ki, bütün əsas məsələlərinə münasibətdə ciddi fikir
ixtilafları yarandı.
1918-ci il aprelin 22-də Zaqafqaziyanın Müstəqil Federativ respublika
elan edilməsi də bu ziddiyyətləri yumşalda bilmədi. Belə bir şəraitdə gürcülər
Zaqafqaziya federasiyasının tərkibindən çıxıb Gürcüstanın müstəqilliyini elan
etmək qərarına gəldilər.
1918-ci il mayın 26-da Zaqafqaziya Seymi özünün buraxıldığını elan
etdi və elə həmin gün də Gürcüstanın müstəqilliyi bəyan edildi.
May ayının 27-də yaranmış vəziyyətlə  əlaqədar olaraq keçmiş Seymin
Azərbaycan fraksiyasının fövqəladə iclası keçirildi və bu iclasda Azərbaycan
Milli Şurasının yaradılması haqqında qərar qəbul olundu. Milli şura
Azərbaycanın idarə olunmasını tam məsuliyyətini öz üzərinə götürdüyünü
bildirdi.
M.Ə.Rəsulzadə Milli Şuranın sədri, H.Ağayev və Mirdamət Seyidov
onun müavinləri seçildilər.
Milli Şuranın İcra orqanına 9 nəfərdən ibarət nümayəndə daxil oldu.
F.X.Xoyski sədr seçildi.
– «Musavat»dan: Məhəmməd Həsən Hacınski, Nəsibbəy Usubbə-
   yov, Xəlil bəy Xasməmmədov, Məhəmməd Yusif
   Cəfərov.
– «Müsəlman sosialist bulok»dan: Xasaybəy Məlikaslanov,
   Cəlal Hacınski.
– «Hümmət»dən: Əkbər Şeyxülislamov.
– «İttihad»dan: Xosrovbəy Sultanlv seçildilər.
May ayının 28-də Azərbaycan Milli Şurasının ilk iclası oldu. İclasın
gündəliyində bir məsələ dururdu:
– Seymin buraxılması və Gürcüstanın müstəqilliyinin elan olunmasın-
dan sonra Azərbaycanın vəziyyəti. Bu məsələ barədə məruzə ilə çıxış edən
Xəlilbəy Xasməmmədov dərhal Azərbaycanın müstəqilliyinin elan edilməsini


- 4 -
təklif etdi. Şuranın bəzi üzvləri bu məsələyə tərəfdar çıxsalar da F.X.Xoyski
yerlərdə vəziyyət tam aydınlaşmayana kimi Azərbaycanın istiqlaliyyətinin elan
olunması məsələsində tələsməməyə və hələlik, yalnız tamhüquqlu Azərbaycan
hökumətinin yaradılması ilə kifayətlənməyi təklif etdi.
Qırğın mübahisədən sonra milli şura 24 səslə (iki nəfər C.M.Qəniyev və
Cəfər Axundov bitərəf qaldılar). Azərbaycanın dövlət müstəqilliyinin elan
olunması haqqında qərar qəbul etdi və «İstiqlal bəyənnaməsi»nin mətnini
təsdiqlədi. «Bəyənnamə»də deyilirdi.
«Böyük Rusiya inqilabı gedişində Rusiyada Dövlət orqanizminin ayrı-
ayrı hissələrinin dağılması və rus ordusunun Zaqafqaziyanı tərk etməsi və
burada yeni siyasi vəziyyət yarandı. Taleləri öz ixtiyarına buraxılmış
Zaqafqaziya xalqları Zaqafqaziya Demokratik Federativ Respublikasının
tərkibindən çıxmağı və müstəqil Gürcüstan Demokratik Respublikası yaratmağı
münasib bildi. Rusiya və Osmanlı imperiyası arasındakı müharibənin
dayandırılması, eyni zamanda ölkə daxilindəki görünməmiş anarxiyanın ləğvi
ilə bağlı olan Azərbaycanın mövcud siyasi durumu Azərbaycan xalqlarının
düşdükləri ağır vəziyyətdən çıxartmaq üçün şərqi və cənubi Zaqafqaziyadan
ibarət olan Azərbaycanın öz dövlət orqanizmini yaratmaq zərurətini qarşıya
çıxarır».
Buna əsasən, xalq səsverməsi yolu ilə seçilmiş Azərbaycan Milli Şurası
elan edir:
1.
Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara
malikdirlər, Cənubi və  Şərqi Zaqafqaziyadan ibarət olan
Azərbaycan tamhüquqlu müstəqil dövlətdir.
2.
Müstəqil Azərbaycanın siyasi quruluşu, forması demokratik
respublikadır.
3.
Azərbaycan Demokratik Respublikası bütün millətlər,
xüsusilə qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq
münasibətləri yaratmağa çalışır.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə