Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   76   77   78   79   80   81   82   83   ...   107

- 14 -
– Amerika Birləşmiş  Ştatları ilə Azərbaycan arasında diplomatik
münasibətlərin yaranması;
– Azərbaycana hərbi kömək göstərilməsindən ibarət idi.
Azərbaycan Respublikasının sülh nümayəndəliyi sülh konfransının
qarşısında aşağıdakı tələblərin qorunmasını təvəqqe edir:
– Sülh konfransı Qafqaz Azərbaycanını Rusiya imperiyasından
ayrılmasını bəyənsin.
– Azərbaycan sərhədləri memoranduma əlavə olunan, xəritədə göstərilən
və Azərbaycan Demokratik Respublikası adı ilə tanınan tam müstəqil dövlət
olacaq;
– Azərbaycan Respublikasının sülh nümayəndəliyinin üzvləri sülh
konfransının və onun komissiyalarının işinə cəlb olunurlar.
– Azərbaycan Respublikası başqa dövlətlər kimi yüksək himayəsi altında
olmaq istədiyi millətlər liqasının üzvlüyünə qəbul edilsin.
Bu təkliflər yerinə yetiriləcəyi təqdirdə Azərbaycan keçmiş Rusiyaya
borclarını da ödəməyə hazırdır.
1919-cu ilin yayında Azərbaycanın siyasi həyatında əlamətdar hadisə baş
verdi. İngilis qoşunları Azərbaycanı tərk etdilər və bu andan etibarən
Azərbaycan tam müstəqil dövlət kimi yaşamağa başladı. Azərbaycan xalqının 19
aylıq müstəqil və azad həyatının əsas yekunları aşağıdakılardan ibarət idi:
Birinci: –   Son dövrədək bir çox siyasi və vətəndaşlıq hüquqlarından
məhrum edilmiş, dövlət quruculuğu sahəsində heç bir
təcrübəsi olmayan xalq qısa bir tarixi müddətdə normal
fəaliyyət göstərən dövlət apparatı yaratdı.
İkinci: –   Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyub-
saxlamaq mümkün oldu.
Üçüncü: –  Piyada, süvari, artilleriya, aviasiya və hərbi dəniz donan-
masından ibarət olan mütəşəkkil ordu yaradıldı. Hərbi kadrlar
hazırlanması məqsədi ilə hərbi tədris müəssisələri açıldı.


- 15 -
Dördüncü: – Ölkənin iqtisadi və maliyyə vəziyyətinin sağlamlaşdırıl-
ması prosesinə başlandı:
– Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft səna-
yesinin işi bərpa edildi. – Azərbaycan Milli Bankı yara-dıldı.
– Böyük ehtiyac duyulan idarəetmə kadrlarının ha-zırlanması
üçün xüsusi məktəblər təsis olundu.
Beşinci: –   Xalq maarifi sahəsində ciddi nailiyyətlər qazanıldı. Məktəb
sisteminin milliləşdirilməsinə başlandı və orta məktəblərin
təxminən yarısı milliləşdirildi.
– Məktəblərdə rus tarixi əvəzinə ümumtürk tarixi keçilmə-yə
başlandı.
– Azərbaycan dilinin tədrisi isə bütün məktəblərdə məc-buri
hesab edildi.
– Bakı Universitetinin əsası qoyuldu.
– Kənd Təsərrüfatı  İnstitutunun yaradılması haqqında qanun
qəbul edildi.
– Azərbaycanda 7 kişi, 1 qadın gimnaziyası açıldı.
– Ali təhsil almaq məqsədi ilə Avropa universitetlərinə dövlət
hesabına 100-ə yaxın gənc azərbaycanlı ezam edildi.
– Müəllim kadrlarına olan ehtiyacı ödəmək üçün iki aylıq
kurslar təsis edildi.
1920-ci ilin yanvarın 11-də müttəfiq dövlətlərin ali şurası Azərbay-canın
istiqlaliyyətinin de-fakto tanınması haqqında qərar qəbul etdi.
Bu münasibətlə Azərbaycanın xarici işlər naziri F.X.Xoyskinin müttəfiq
dövlətlərin hökumətlərinə göndərdiyi memorandumda qeyd edilirdi ki,
«Azərbaycan Respublikasının hökuməti və xalqı Avropa dövlətləri tərəfindən
Azərbaycanın müstəqilliyinin de-fakto tanınması və onun dünya birliyinə qəbul
olunmasını böyük razılıq hissi ilə qarşılamışlar».


- 16 -
Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə tanınmasına
baxmayaraq ölkənin şimal sərhədlərindəki vəziyyət gərgin olaraq qalırdı.
RSFSR Xarici İşlər naziri Q.V.Çiçerin 1920-ci il yanvarın əvvəllərində
Azərbaycan hökumətinə göndərdiyi notada Sovet Rusiyasının xalqların öz
müqəddəratını təyin etmək hüququna hörmət etməsindən dəm vurur və
Azərbaycana Denikinin əleyhinə hərbi ittifaq bağlamağı təklif edirdi.
Q.V.Çiçerin 1920-ci il 23 yanvar tarixli ikinci notasında Azərbaycanın
müstəqilliyinə aydın münasibətini bildirməkdən yan keçərək beynəlxalq
münasibətlər üçün yolverilməz bir formada Azərbaycan hökumətinin Denikinə
qarşı mübarizə aparmayan imtina etməkdə günahlandırdı.
1920-ci il martın 7-də Azərbaycan hökumətinə göndərdiyi növbəti
notada Q.V.Çiçerin bildirdi ki, «Azərbaycanın istiqlaliyyəti yalnız Sovet
Rusiyası ilə Azərbaycan arasında münasibətlər kompleksinə daxil olan müxtəlif
məsələlər barəsində mürəkkəb danışıqların nəticəsi olaraq tanına bilər».
F.X.Xoyski yenə öz cavabında bildirdi ki, Sovet Rusiyası ilə
Azərbaycan Cümhuriyyəti arasında bütün məsələlər yalnız Azərbaycanın Dövlət
müstəqilliyinin Sovet Rusiyası tərəfindən tanınmasından sonra həll edilə bilər.
1920-ci ilin martınadək göndərilən notalar respublikaya qarşı hazırlanan
müdaxiləni pərdələmək məqsədi güdürdü.
Təəssüflər olsun ki, Azərbaycan tarixinin belə məsuliyyətli dövründə
hökumət daxilində birliyin qorunub saxlanılması mümkün olmadı.
Sovet Rusiyasına münasibət məsələsində hökumətin iki üzvü –
F.X.Xoyski ilə M.H.Hacınskinin arasında qırğın mübarizə başladı. Bu
ziddiyyətin nəticəsində M.H.Hacınski daxili işlər naziri – istefa verməsi ilə
nəticələndi. Ancaq ticarət naziri kimi hökumətin tərkibində qala bildi.
M.H.Hacınskinin yeni hökumət kabinetinin təşkilini yubatması
Azərbaycanda onsuz da gərgin olan vəziyyəti bir qədər də gücləndirərək,
parlamentdə müxtəlif partiyalar arasında gedən siyasi mübarizəni son həddə
çatdırdı.


- 17 -
Bununla əlaqədar, «İttihad» partiyasının xəyanətkar mövqeyindən
danışmamaq mümkün deyildir. «İttihad»çı liderləri açıq-açığına «Musavat»
hökumətini devirməyə çağırır və dövlət çevrilişi etmək üçün öz xidmətlərini
bolşeviklərə təklif edirdilər.
Azərbaycana qarşı müdaxilə ərəfəsində Sovet hökuməti öz hərəkətlərini
daşnak Ermənistanı ilə sıx əlaqələndirirdi.
Moskvanın təhriki ilə daşnaklar 1920-ci il martın sonunda Qarabağ və
Gəncəbasarda qiyam qaldırdılar.
Bu qiyam iki məqsədə xidmət edirdi:
Birinci: 
–   Azərbaycan hökuməti özünün bütün qüvvələrini qi-
yamçılara qarşı göndərməli oldu. Buna görə Azərbay-
canın şimal sərhədləri müdafiəsiz qaldı.
İkinci:  –        Bolşeviklər daşnak qiyamından istifadə edərək höku-
                      məti Qarabağda milli münaqişəni həll etməkdə aciz-
                      likdən gördülər.
Bu cəhətdən Ə.Qarayev 1920-ci il aprelin 1-də Azərbaycan parla-
mentindəki çıxışı daha xarakterik idi.
O, demişdi ki: «Qızıl Ordu artıq Yalama stansiyasında dayanmışdır
və mən Sizə təklif edirəm ki, onu köməyə çağırıb
hakimiyyəti bolşeviklərə təhvil verəsiniz. Çünki bol-
şeviklər hakimiyyəti, milli məsələni həll etməyə qa-dir
olan yeganə hakimiyyət, XI Qızıl Ordu isə milli qırğına
son qoyacaq yeganə ordudur».
Ə.Qarayevin bu çıxışına cavab olaraq M.Ə.Rəsulzadə bildirmişdi
«…üsyan eləyənin adı  Əliheydərmi olsun, ya Vartararmı, ikisi də qiyamçıdır.
Qarabağdamı və Bakıdamı çıxışda bulunsun ikisi də birdir. Mən burada hər
halda bir Azərbaycan parlamentinin üzvünü deyil, bir Rusiya vəkilinin, bir
Rusiya agentinin sözünü eşidirəm».


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə