Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   77   78   79   80   81   82   83   84   ...   107

- 18 -
1920-ci il aprel ayının 15-də F.X.Xoyskinin Çiçerinə göndərdiyi notada
deyilirdi ki, «hal-hazırda sovet Rusiyası qoşunlarının Dərbənd rayonunda
Azərbaycan sərhəddi boyunca cəmləşməsi müşahidə olunur. Azərbaycan
hökuməti Sovet hökumətinin məqsədlərindən xəbərsiz olduğu üçün xahiş edir
ki, ordunun göstərilən rayonda toplaşmasının səbəbləri və məqsədləri barədə
məlumat verəsiniz».
Çiçerin Azərbaycan hökumətinə cavab verməyi belə lazım bilmədi.
Aprelin 27-də XI Qızıl Ordu hissələri Azərbaycan ərazisinə daxil olub,
Bakıya doğru irəliləməyə başladılar. Həmin gün gündüz saat 12-də Azərbaycan
parlamentinə AK (b) MK və RK (b)-nın Qafqaz Ölkə Komitəsinin Bakı bürosu
adından hakimiyyəti təhvil vermək haqqında ultimatum verildi.
Azərbaycan parlamenti həmin gün axşam saat 11-də hakimiyyətin
Azərbaycan kommunistlərinə verilməsi barədə qərar çıxardı: Bu şərtlə ki:
– rus ordusu Bakıya daxil olmadan dəmiryolu ilə birbaşa Anadolunun
köməyinə gedəcək;
– Azərbaycanın istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan
qorunacaq;
– Azərbaycan ordusu olduğu kimi saxlanılacaq;
– Azərbaycanın siyasi partiyaları üçün fəaliyyət sərbəstliyi təmin
olunacaq;
– Keçmiş Dövlət xadimləri, hökumət üzvləri və millət vəkilləri təqib
olunmayacaq, Dövlət idarələri qulluqçularının iş yerləri saxlanılacaq, yalnız
rəhbər vəzifəli şəxslər dəyişdiriləcək;
– Azad şəraitdə toplanacaq Azərbaycan şuraları hakimiyyətin idarə
şəkilini təyin edəcək.
Bu bir daha Azərbaycanın Rusiya tərəfindən ilhaqı ilə  əlaqədar
tariximizin yeni bir səhifəsi açılmış oldu.


1
MÖVZU:   XV  Azərbaycan SSR(1920-1930-cu illər)
PLAN
1.Azərbaycan Sovet rejminin qurulmasi
2.Azərbaycan ərazi butövluyunə qəsdlər
3.Azərbaycan SSR-nin ZSFSRN və SSİ-yə qatilmasi
4.Azərbaycan SSR-də yeni iqtisadi siyasət
5.DQMV-nin və Naxçivan MSSR-nin yaradilmasi
6.Sosiallistcəsinə yenidən
qurma:sənayeləşdirmə,kollektivləşdirmə,mədəni inqilab
7.İnzibati amirlik sistemi.Kutləvi represiyalar
İstifadə edilən ədəbiyyatlar:
1. Azərbaycan tarixi. 7 cilddə, VI cild. B. 2000 il., s.9-200; 250-406.
2. Siyasi tarix (müharibə kursu) I hissə. B., 1995. s. 241-267.
3. Siyasi tarix (dərs vəsaiti) II h. B., 1998. s. 5-33.
4.XX əsr AZ.tarixi II hissə Bakı 2009
Bundan əvvəlki dərsimizdə XX əsrin əvvəllərində bütün türk dünyasında  ilk
respublika, bütün islam aləmində ilk cümhuriyyət-Azərbaycan Demokratik
Respublikasının 23 may mövcud olduğu tarixi fəaliyyətində müstəqil Milli
dövlətin  dəyişməz  əlaməti  olan  atributlar  –  tam  ərazi  statusu  və  onun
toxunulmazlığı, iqtisadi-siyasi və milli-mədəni suverenlik, tam azad xarici
siyasət, ana dilinin dövlət dili kimi gerçəkləşməsi – bir sözlə, bizim indi yenidən
nail olduğumuz azad suveren dövlətimizin təməl tarixini öyrəndik.
İndi isə, Cumhuriyyətin süqutundan sonra Azərbaycan tarixinin sovet
dövrünə – yəni yuxarıda Qed etdiyimiz plan əsasında 1920-1930-cu illərə nəzər
yetirək.
Sovet hakimiyyəti Azərbaycan sovet sosialist respublikasının ancaq elan
etmişdi, qarşıda hələ çətin vəzifə – onu həqiqətə çevirmək tələb olunurdu. 1920-


2
ci il aprel ayının 28-də Azərbaycanda bolşeviklər XI Qızıl Orduya arxalanaraq
hakimiyyəti dinc yolla ələ keçirdikdən sonra bütün dövlət hakimiyyəti
Müvəqqəti İnqilab Komitəsinin əlinə keçdi və Azərbaycanı müstəqil Respublika
elan etdi.
Müvəqqəti İnqilab komitəsi yeni Hökumətin – Azərbaycan SSR Xalq
Komissarları Sovetinin aşağıdakı tərkibini təsdiq etdi:
– N.Nərimanov – XKS-nin sədri və xalq xarici işlər komissarı;
– Ç.İldırım – Xalq hərbi-dəniz işləri komissarı;
– H.Sultanov – Xalq Daxili işləri komissarı;
– Ə.qarayev – Xalq əmək və ədliyyə komissarı;
– Q.Musabəyov – X. əkinçilik, ticarət, sənaye və ərzaq komissarı;
– M.D.Hüseynov – X. maliyyə komissarı;
– D.Bünyadzadə – X. maarifi və dövlət nəzarəti komissarı;
– C.Vəzirov – X. poçt, teleqraf və yollar komissarı;
– A.Ə. Əlimov – X. səhiyyə və himayə komissarı;
Bu Azərbaycanın sovet hökumətinin ilk kabineti idi. Sonralar onun tərkibi
dəfələrlə dəyişmişdir. 1920-ci ilin avqustunda isə Kiçik Xalq Komissarları
Soveti yaradıldı. Onun əsas vəzifəsi Azərbaycan İnqilab Komitəsinin
səlahiyyətinə Aid olan məsələləri ətraflı müzakirə etmək və hazırlamaq idi. Xalq
komissarlarının hamısı, xalq təsərrüfatı Şurasının və Fövqəladə Komissiyasının,
Hərbi İnqilabi Səhra Tribunalının nümayəndələri Kiçik  Xalq Komissarları
Sovetinin üzvü idilər.
İlk vaxtlar respublikada ali qanunvericilik və icra hakimiyyətini
Azərbaycan İnqilab Komitəsi həyata keçirirdi. Yerlərdə sovet hakimiyyəti qəza,
məntəqə və kənd inqilab komitəsinin əlində idi.
Azərbaycan Müvəqqəti İnqilab Komitəsi aprelin 29-da respublikada
adından xüsusi müraciətlə çıxış edərək RSFSR ilə qarşılıqlı etimada və
tanınmağa əsaslanan, sıx ittifaq bağlamağı təklif etdi.


3
Sovet Azərbaycanının elan edilməsi rəsmi Sovet Rusiyası tərəfindən ilk
növbədə onun əmin-amanlığı, iqtisadi mənbələrindən biri kimi razılıqla
qarşılandı. Təsadüfi deyil ki, Lenin Azərbaycanda sovet hakimiyyəti
qurulmasının ertəsi günü bəyan etmişdi: «Dünən Bakıdan aldığım xəbər göstərir
ki, Sovet Rusiyasının vəziyyəti yaxşılaşmaqdadır… İndi bizim elə bir iqtisadi
bazamız vardır ki, bu bizim bütün sənayemizi canlandıra bilər». Ozconikidze,
Kirov artıq may ayının 2-də Leninə bildirdilər ki, Həştərxana bir milyon yarım
pud neft məhsulları göndərilmişdir.
1920-ci il may ayının birinci yarısında Sovet hakimiyyəti Naxçıvan
qəzasından başqa, demək olar, bütün Azərbaycanda qurulmuşdu.
Sovet hakimiyyətinin ilk günlərində cəza orqanları XI qızıl ordunun
xüsusi şöbəsi, fövqəladə komissiya Musavat partiyasının, digər siyasi
cərəyanların və qruplarının üzvlərinə qarşı dərhal təqiblərə başladılar.
Lakin hakimiyyətin kommunistlərə təhvili zamanı hökumət və parlament
üzvlərinin həyatının və  əmlakıın qorunmasının təminatı haqqında verilmiş
öhdəliklər, habelə partiyalara münasibətə dair sazişlər pozuldu.
Bakıda təqiblər, Azərbaycan Demokratik  Respublikası liderlərinin,
görkəmli nümayəndələrinin, digər partiyaların, siyasi qrupların və cərəyanların
rəhbərlərinin, Azərbaycan ordusunun, müdafiə nazirliyinin xadimlərinin həbsləri
intişar edir. Onların bir çoxu Nargin adasında güllələndi, rusiyanın müxtəlif həbs
düşərgələrinə sürgün edildi. Bütün bunlar Azərbaycan İnqilab Komitəsinin
icarəsi olmadan, millətçi rus şovinistlərinin və erməni daşnaklarının başçılıq
etdikləri XI Qızıl ordunun xüsusi şbəsi tərəfindən edilirdi. Daşnak terrorçuları
1920-1921-ci illərdə F.Xoyskini və H.Ağayevi Tiflisdə, Behbudağa Cavanşiri
isə Maltva adasında vəhşicəsinə qət lə yetirdilər. General Süleyman Slukeviç,
hökumət üzvləri X.Rəfibəyov, İ.Ziyadxanov, tanınmış pedaqoq və alim
F.Köçərli və başqaları həlak oldular.
Sovet hakimiyyəti Azərbaycanda özünün iqtisadi siyasətini mürəkkəb və
çətin şəraitdə həyata keçməyə başladı. İri sənaye mərkəzi olan Bakını çıxmaqla,


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə