Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında



Yüklə 0,62 Mb.
səhifə3/3
tarix10.11.2017
ölçüsü0,62 Mb.
#9231
1   2   3

Ət və süd sənayesi
Ət məhsullarının istehsalı:
vakuum-hidravlik və pnevmatik qurğuların aparatçısı;

hidroliz və buxar qurğularının aparatçısı;

yem hazırlamaq üzrə aparatçı;

yeyinti piylərinin istehsalı aparatçısı;

texniki xammalın emalı üzrə aparatçı;

sümük ununun istehsalı üzrə aparatçı;

əlavə məhsulların termik emalı aparatçısı;

texniki yun xammalının kimyəvi emalı üzrə aparatçı;

kalipsolin istehsalı üzrə aparatçı;

qəssab;


blanşirçi-qovurmaçı;

kolbasa məmulatlarının bişiricisi;

bulyon kubikləri üçün ətbişirən;

damarçı;


baytar sanitarı;

kolbasa məmulatlarının qızardıcısı;

ət və ət məhsullarının duzlayıcısı;

bulyon kubikləri üçün kütlənin hazırlayıcısı;

təbii kolbasa örtüyünün hazırlayıcısı;

düzümlərin hazırlayıcısı;

kolbasa məmulatlarının hisləyicisi;

yemləyici;

xammalın əl ilə yüklənib-boşaldılmasında məşğul olan kutterovçu;

iribuynuzlu mal-qara cəmdəklərinin iri hissələrindən və başdan ətin sümükdən ayrılması ilə məşğul olan ət ayırıcısı;

kolbasa məmulatlarının bişiricisi;

vetsanbrak emaledicisi;

kolbasaların qoruyucu örtüklərlə hazır şəklə salıcısı;

əlavə məhsulların oda vericisi;

piyəridən;

mal-qara qəbuledicisi;

xam piy və sümüyün yuyucusu;

albumin istehsalında məşğul olan fəhlələr;

yapışqan və jelatin istehsalında məşğul olan fəhlələr;

sürtkü yağları istehsalında məşğul olan fəhlələr;

sanitar sallaqxanalarında məşğul olan fəhlələr;

texniki fabrikatların istehsalında məşğul olan fəhlələr;

gönkonservləşdirmə istehsalında məşğul olan fəhlələr;

əlavə məhsulların çeşidləyicisi;

sümüklərin mişarlayıcısı;

xammalın əl ilə yüklənməsində məşğul olan ət məhsullarının doğrayıcısı;

xam piyin çeşidləyicisi;

farş qarışdırıcısı;

tullantıların, qanın, bağırsaqların və onların tullantılarının çıxarılması ilə məşğul olan köməkçi fəhlələr.
Quş emalı:
soyuducu karusel vannanın aparatçısı;

yumurta kütləsi üçün quruducu qurğunun aparatçısı;

dovşan sallaqı;

quş cəmdəyinin mumlayıcısı;

tüklərin dozalaşdırılması ilə məşğul olan dozalaşdırıcı;

tükyolan maşının maşinisti;

tük-lələk ayıran maşının maşinisti;

tük emalı maşının maşinisti (universal);

əməliyyatları əl ilə yerinə yetirməklə məşğul olan melanjçı;

yastıq üzlərini tük-lələklə dolduran;

quş cəmdəklərinin ütücüsü;

diri quş və dovşanları təhvil verənlərdən qəbuledici-çeşidləyici;

tük-lələk xammalını təhvil verənlərdən qəbuledici;

diri quşları və dovşanları konveyerə qəbul edən;

yem hazırlayan;

mum kütləsinin hazırlayıcısı;

quşkəsən;

tük-lələk qatışığının hazırlayıcısı;

tük qarışığının tərtibi ilə məşğul olan qatışdırıcı;

tük-lələk xammalının quruducusu;

dovşan dərilərinin quruducusu;

tükyığan;

qəfəsləri təmizləyən;

tük məmulatlarının təmizləyicisi.


Yağ, pendir və süd istehsalı:
quru süd istehsalı aparatçısı;

südün və digər süd xammalının qatılaşdırılması üzrə aparatçı;

süd şəkəri istehsalı aparatçısı;

tunel konveyer yarımavtomat sobalara xidmətlə məşğul olan vafliçi;

şirəbişirən;

əl ilə defrostasiya ilə məşğul olan süd məhsullarının defrastatçısı;

dondurma bərkidicisi;

qursaq tozunun və yeyinti pepsinin hazırlayıcısı;

əl işlərində məşğul olan dondurma hazırlayıcısı;

pendirin yuyulması və təmizlənməsi ilə məşğul olan yumşaq pendir hazırlayan;

kolbasa pendirinin hisə vericisi;

açıq tiyanlarda yağın əridilməsində məşğul olan yağ əridicisi;

pendiri silib-yuyan;

pendiri parafinləyən;

mexanikləşmiş sahələrdə məşğul olan süd məhsullarının separatorçu-hazırlayıcısı;

mexanikləşmiş sahələrdə məşğul olan yumşaq pendirin qarışığının hazırlayıcısı;

süd şəkərinin quruducusu;

iri pendirlərin istehsalında məşğul olan pendirtutan;

pendirduzlayan;

termostat və xladostat avadanlıqları ilə məşğul olanlar.


Balıq sənayesi
Balıq sənayesi donanması:
Balıq sənayesi donanmasının bütün növ dəniz, çay və göl gəmilərində üzən, zavod və bazalarında, soyuducularda, doklarda və emalatxanalarda üzmə heyəti və bütün peşələrdən olan (yunqa və şagirdlərdən başqa) fəhlələr.

Qeyd. Balıq sənayesi donanmasının çay və göl gəmilərində, yeniyetmələr özügetməyən nəqliyyat və buksir gəmilərindəki işləri əvəz etmədən matros vəzifəsində işləyə bilərlər.
Balıq, yengəc, dəniz heyvanı və dəniz məhsullarının çıxarılması, emalı və təkrar emalı:
piyi vitaminləşdirən aparatçı;

piyin və qara ciyərin hidrolizasiyası aparatçısı;

piyi şüalandıran aparatçı;

balıq sənayesinin sahil emal müəssisələrində məşğul olan pasterizasiya və sterilizasiya aparatçısı;

takelaj hazırlayıcısı;

alqinat natriumun hazırlayıcısı;

manit hazırlayan;

ov alətləri ləvazimatının hazırlayıcısı;

pat hazırlayan;

torlu ov alətlərinin hazırlayıcısı;

balığı hisə verən;

sahilboyu ov ovlayan;

vətəgə maşın və mexanizmlərinin maşinisti;

göl maşın və mexanizmlərinin maşinisti;

yengəc emalçısı;

dəniz məhsullarının doldurulması və donunun açılmasında krevetlərin, trepanın, qrebeşokun, kalmarın və digər dəniz məhsullarının doğranılması ilə məşğul olan dəniz məhsulları emalçısı;

dəniz heyvanının emalçısı;

balıq emalçısı;

aqar studeninin ağardıcısı;

sahil balıq emalı müəssisələrində əl presləmə xidmətlə məşğul olan presçi-sıxıcı;

balıq ununun presləyicisi;

üzmə vasitələrinin qəbuledicisi;

ov ləvazimatlarının təmirçisi;

göl təsərrüfatının balıqçısı;

hisəvermə kameralarına xidmətdə məşğul olan fəhlələr.
Konserv istehsalı:
sterilizasiya aparatçısı;

sulfidləşdirmə aparatçısı;

bankaların əl ilə silkələnməsi ilə məşğul olan vibratorçu;

yayıcı;


süzmə-doldurma avtomatlarının maşinisti;

xammalın hazırlayıcısı;

meyvələrin qələvi ilə təmizləyicisi.

XXVI. Polİqrafİya İstehsalatı

Qəlib prosesləri:
çap qəliblərinin vulkanizatorçusu;

qalvantopçu;

çap qəliblərinin oymaçısı;

mürəttib;

sətirtökənyığma maşınlarında mürəttib;

not oymaçısı;

tökücü;

dərin çap qəliblərinin yerini dəyişdirən;



dərin çap qəlibləri silindrinin cilalayıcısı;

fleksoqrafiya çapı üçün qəliblərin yığıcısı;

stereotipçi;

klişe aşındırıcısı;

dərin çap qəliblərinin aşındırıcısı;

litofset qəliblərinin cilalayıcısı;

fotosinkoqraf.
Çap prosesləri:
tunclayıcı;

tunclayıcı maşınlarda, metalloqrafiya və dərin çap maşınlarında məşğul olan çap maşınlarında çapçı-köməkçisi;

dərin çap çapçısı;

metalloqrafiya basmalarının çapçısı;

metalloqrafiya çapının çapçısı.
Kitabça bağlama-üzləmə və bəzək prosesləri:
laklama-yapışqanlama maşınının maşinisti;

kəsici maşınların maşinisti;

qaynar üsulla naxışlamada məşğul olan çapçı-naxışbasan.
Şrift istehsalı:
şrift oymaçısı;

şrift məhsulunun komplektləşdirici;

şrift məhsulunu düzəldən.
Ümumi peşələr:
metalloqrafiya və dərin çap sexlərində məşğul olan uyğunlaşdırıcı;

metalloqrafiya və dərin çap qəliblərinə şrifttökmə məhsuluna və tipoqrafik ərintiyə nəzarətlə məşğul olan yarımfabrikatların və hazır məhsulun nəzarətçisi;

boyaqəzən;

yığma, stereotip, şrifttökmə sexlərində (sahələrində), aşındırma sahələrində, dərin çap sexlərində (sahələrində) avadanlığın, metalloqrafik çap və tunclayıcı maşınlarda daima sazlama işləri ilə məşğul olan poliqrafiya avadanlığının sazlayıcısı;

rəngləmə stansiyasının operatoru;

val tökücüsü;

preparatorçu;

tunclayıcı maşınlarda, metalloqrafiya və dərin çap maşınlarında və aqreqatlarda məşğul olan qəbuledici.

XXVII. Nəqlİyyat

Nəqliyyatın bütün növlərinin ümumi peşələri:


relslərin və bəndlərin komplektləşməsi ilə məşğul olan məmulatların və alətlərin komplektləşdiricisi;

liman və körpülərdə yükləmə-boşaltma işləri ilə məşğul olan mexanizator;

neft daşıyıcıları yüklərinin qəbuledicisi (qəbul edən-təhvil verən);

ballyüstradların bəzəyi ilə məşğul olan fəhlələr;

sıx sürtkü yağlarının istehsalında məşğul olan fəhlələr;

elektrik avadanlıqlarının təmiri ilə məşğul olan çilingər-elektrik;

kontakt şəbəkəsinin elektrik montyoru.
Dəmiryol nəqliyyatı və metropoliten:
yolun və süni qurğuların cari saxlanması və təmiri üzrə briqadir (sərbəst);

drezin sürücüsü;

keçid üzrə növbətçi;

yolayrıcı postunun növbətçisi;

stansiya üzrə növbətçi;

post üzrə növbətçi;

park üzrə növbətçi;

çeşidləmə təpəsi üzrə növbətçi;

yolayrıcı üzrə növbətçi;

vaqon bölüşdürən dispetçer;

lokomotiv dispetçeri;

stansiya (manevr) dispetçeri;

qatar (qovşaq) dispetçeri;

enerji dispetçeri;

drenajçı;

parovoz ocaqçısı;

depoda parovoz ocaqçısı;

konduktor;

cərəyanverən;

körpü ustası;

vaqonlarda texniki xidmət məntəqəsinin ustası;

enerji təchizatı sahəsinin ustası;

yolun və torpaq döşəmələrin cari saxlanması üzrə növbətçi;

elektrovoz maşinisti;

teplovoz maşinisti;

parovoz maşinisti;

avtomotrisin-maşinisti;

motovoz maşinisti;

motor-vaqon qatarının maşinisti;

özüyeriyən dəmir yolu kranının maşinisti;

yolmaşın və mexanizmlərinin maşinisti;

zumpf aqreqatının maşinisti;

yuyucu qurğunun maşinisti;

qumötürən qurğunun maşinisti;

döndərici və qaldırıcı maşın-körpünün maşinisti;

yuyucu-buxarverici stansiyanın maşinisti;

eskalator maşinisti;

refrijerator qatarının mexanikləri;

sərnişin qatarının (seksiyasının) mexanik-briqadiri;

hərəkətdə olan qatarların yuyucu-xidmətçisi;

döndərici dairənin motorçusu;

şlak yığışdıran qurğunun motorçusu;

mexanikləşdirilmiş yükləmədə, boşaltmada, şpalların daşınması və dəyişdirilməsində, keçirici, körpü və qoruyucu bruslarda, relslərdə, yolayıran ötürücülərin çarpaz və digər elementləri ilə, şpalı elektroşpal boyunaltı ilə vurmaqla, relslərin bağlama şəklində yığılması ilə, dərin və nəm kəsiklərin qazılması, onlarda dayaqların qurulması və sökülməsi ilə, dibin planlaşdırılması və bərkidilməsi, yol ötürücülərinin təmizlənməsi ilə məşğul olan yol və süni qurğuların cari saxlanılması və təmirində yol montyorları və digər fəhlələr;

defektoskop vaqonunun sazlayıcısı;

yolölçən vaqonun sazlayıcısı;

yol maşın və mexanizmlərinin saxlayıcısı;

yükdaşıyan;

dəmir yollarını və süni tikililəri yoxlayan;

defektoskop arabasının operatoru;

yol ölçüləri üzrə operator;

mərkəzləşdirmə postunun operatoru;

vaqonların texniki baxışı məntəqəsinin operatoru;

çeşidləyici təpənin operatoru;

stansiya üzrə növbətçi yanında operator;

vaqon baxıcısı;

vaqon baxıcısı-təmirçisi;

qatar elektromontyoru;

qatar elektromexaniki;

kükürdlü neftin doldurulması və boşaldılması işlərində məşğul olan vaqon plomblayıcı;

boruların deşici-üfürücüsü;

sərnişin vaqonunun bələdçisi;

xidməti-texniki vaqonun bələdçisi;

yük müşayiət edən bələdçi;

işlək vəziyyətdə olmayan lokomotiv və sərnişin vaqonlarını müşayiət edən bələdçi;

parovozların tiyanlarının yuyucusu;

sisternləri yuyub-buxara verən;

vaqonların hərəkət sürətinin nizamlayıcısı;

vaqonların ayrılmadan təmiri ilə məşğul olan fəhlələr;

bərpa işləri ilə məşğul olan fəhlələr;

çeşidləmə təpələrində vaqonun yavaşdırıcılarının təmizlənməsi ilə məşğul olan fəhlələr;

işarəverən;

qatarların tərtibçisi;

eskalatora xidmət və təmir üzrə çilingər-elektrik;

odluğu təmizləməklə məşğul olan şlakçı və parovozların üfürücüsü;

təchizedici;

kontakt şəbəkəsinin, dartı yarımstansiyalarının və yüksəkvoltlu xətlərinin təmiri və xidmətində, SÇB qurğularına və çeşidləyici təpələrə xidmətdə məşğul olan elektrik mexaniki və elektrik montyoru;

elektrik montyoru-releçi.
Dəniz donanması:
sahil bosmanı;

sahil matrosu;

bütün növ donanmanın üzən heyəti;

dəniz limanlarında yükləmə-boşaltma işlərini yerinə yetirən kompleks briqadaların fəhlələri (doker-mexanizatorlar, doker-krançılar);

talman (qəbuledici-təhvil verən).
Çay donanması:
bütün növ donanmanın üzən heyəti;

liman fəhləsi;

liman fəhlə-krançısı.
Mülki aviasiya:
uçma aparatlara xidmət edən aviasiya mexaniki (motorçu);

uçma təlim xidmətinin aviasiya mexaniki;

paraşüt-qəza-xilasedici vasitələr üzrə aviasiya mexaniki;

səyyar təmir üzrə aviasiya mexaniki;

REİA (radio-elektro və işıq avadanlığı) üzrə aviasiya mexaniki, aviasiya motorçusu, aerodrom fəhləsi;

su-yağ qızdırıcısı;

uçuş aparatlarının yuyucusu;

motorçu-akkumulyatorçu;

projektorçu;

mülki aviasiyanın uçuş-qalxma heyətinin işçiləri;

paraşütlərin yıcığı-təmirçisi;

təyyarələrin enməsinin işıq-texnika sisteminə xidmət üzrə elektrik mexaniki;

elektrik avadanlığının təmiri üzrə elektrik mexaniki.
Avtomobil nəqliyyatı və şose yolları:
avtoqudronatorların maşinistləri;

avtoqreydlərin maşinistləri;

asfalt-beton döşəyicilərinin maşinistləri;

şinlərin montajçısı.


Şəhər elektrik nəqliyyatı:
tramvay sürücüsü;

trolleybus sürücüsü;

siqnal nişanları ilə iş aparılan yerlərdə çəpərləmə, yolun üst tikiliş konstruksiyasının montajı, demontajı və təmiri ilə məşğul olan yol montyoru.

XXVIII. Rabİtə

antenaçı-dirəkçi;

kabelçi-lehimləyici;

poçt vaqonlarının bələdçisi-elektromontyoru;

qurğuşun tətbiq edilməsi ilə əlaqədar (lehimləmə qurğuşundan mufta, əlcək və digər məmulatlar hazırlanması, kabeldən qurğuşunun əl ilə soyulması, qurğuşun qişalı kabelin çəkilməsi, dartılması, sarınması və ona xidmət edilməsi, işlərdə, həmçinin polietilen və polixlorvinil örtüklərdə kabellərin təmiri və qaynağı ilə məşğul olan fəhlələr;

ötürücü radio, radioteleviziya, radiorele stansiyalarında (mərkəzlərində) və kosmik rabitə stansiyalarında yüksək tezlikli qurğulara xidmətlə məşğul olan fəhlələr;

xidmət göstərilməyən gücləndirici məntəqələrdə (XGM) avadanlıqların təmiri və profilaktikası ilə məşğul olan fəhlələr;

radioperator;

rabitənin kanalizasiya qurğularına xidmət edən fəhlələr;

rabitənin yeraltı obyektlərində məşğul olan fəhlələr;

göndərişlərin, torbaların məktub bağlamalarının, dövri mətbuatın, əlavə assortimentli yüklə dolu yeşiklərin qəbulu, verilməsi, emalı və çeşidlənməsi, həmçinin bu göndərişlərin rabitə müəssisələri, poçt vaqonları, aeroportlar və gəmilərlə mübadiləsi ilə məşğul olan rabitə fəhlələri;

şəhər (yerli) telefon rabitəsinin xətt tikililərinin və abonent qurğularının elektrik montyoru;

kənd telefon rabitəsinin (KTR) və radiolaşdırmanın xətt tikililəri və abonent qurğularının elektrik montyoru;

şəhərlərarası rabitə xətlərinin elektromontyoru;

stansiya radioavadanlığının elektrik montyoru;

stansiya televiziya avadanlığının elektrik montyoru;

elektrikqidalandırıcı qurğuların elektrik montyoru.



Qeyd. Radiotranslyasiya və telefon xətlərində daxili naqillərin və abonent qurğularının quraşdırılması, xidməti və təmiri işlərinə yeniyetmələr elektrik montyoru qismində cəlb oluna bilər.

XXIX. Kənd təsərrüfatı

baytar-sanitar;

damazlıq ayğırlara xidmət üzrə mehtər;

barama toxumu zavodlarında məşğul olan fəhlələr;

damazlıq buğalara xidmət üzrə operator (maldar);

qoşulan kənd təsərrüfatı maşınlarında qoşquçu;

tiryək xaşxaşı plantasiyalarında məşğul olan fəhlələr;

quyularda, peyin şirəsi quyularında, sisternlarda və digər tutumlarda məşğul olan fəhlələr;

istilikxanaların daxilində məşğul olan fəhlələr;

pambığın əl üsulu ilə suvarılmasında məşğul olan fəhlələr;

tütünün yığılması, daşınması və ilkin emalı ilə məşğul olan fəhlələr.



Qeyd. 17 yaşdan az olmayan: yeniyetmə oğlanların — 1.4 t.q yuxarı sinfə aid traktorlardan başqa özügedən kənd təsərrüfatı maşınlarının bütün növlərində; qızların — SK-5, SK-6, SKD-5, KS-:, RKS-6 markalı kombaynlarda və 0,6 t.g. çox olmayan sinfə aid traktorları sürmək üçün qəbul olunmuş qaydada vəsiqəsi olduqda, əməyinin tətbiqinə icazə verilir.

XXX. Bədİİ və zərgərlİk məmulatlarının, musİqİ alətlərİnİn İstehsalı

Ümumi peşələr:
moçevino-formaldeqid minalarla, qurğuşun tərkibli boyalarla, həmçinin nitrolakların, nitroboyaların və nitrominaların tətbiqi ilə pulverizasiya rənglənmədə məşğul olan bədii və zərgərlik məmulatlarının laklayıcısı, podnos laklayıcısı və musiqi alətlərinin laklayıcısı-rəngsazı;

bədii və zərgərlik məmulatlarının tökücüsü;

elektrik sobasına retort yüklənib və boşaldılması ilə məşğul olan rəsm kömürünün yandırıcısı;

qurğuşun tərkibli boyalarla, həmçinin nitroboyalar və nitrominaların tətbiqi ilə pulverizatorlarla rəngləməklə məşğul olan rəngsaz;

qiymətli metalların regeneratorçusu.
Zərgərlik-filiqran istehsalatı:
savatın tədarükçüsü;

gümüş üzrə savatçı.


Metaldan bədii məmulatların istehsalı:
çəkisi 10 kq-dan artıq olan iri məmulatların qəliblənməsi ilə məşğul olan bədii tökmənin qəlibçisi.
Ağacdan, kapo-köklərdən və tozağacı qabığından bədii məmulatların istehsalı:
nitrolakların tətbiqi ilə pulverizasiya ilə boyamada məşğul olan ağac məmulatlarının pardaxlayıcısı;

aşındırıcı.


Təraş istehsalatı:
təraşçı;

brilyantların və almazların yuyucusu.


Daşdan bədii məmulatların istehsalı:
pərgar və yaxud lent mişarlarında işlərin yerinə yetirilməsi ilə məşğul olan daş mişarlayıcısı;

pərgar və yaxud lent mişarlarında daşların mişarlanması ilə məşğul olan daş üzrə bıçaqçı;

çəkisi 10 kq-dan artıq olan məmulatların emalı ilə məşğul olan daş üzrə tokar;

sərt süxur materiallarının emalında məşğul olan cilalayıcı-pardaxlayıcı.


Sümükdən və buynuzdan bədii məmulatların istehsalı:
buynuz lövhəciklərinin düzəldicisi;

buynuz yonqarlarının üyüdücüsü;

pərgar mişarında işin yerinə yetirilməsi ilə məşğul olan sümüyün və buynuzun mişarlayıcısı.
Heykəltəraşlıq məmulatlarının istehsalı:
qaynaq işlərində məşğul olan misgər-zərbçi.
Rəng astarı kətanının və kartonun istehsalı:
quru sink ağardıcılarının ovxalanması ilə, sintetik emulsiyaların hazırlanması ilə məşğul olan rəng astarı tərkiblərinin bişiricisi.
Musiqi alətlərinin istehsalı:
buxarlandırma aqreqatlarında və möhkəmlətmə sobalarında məşğul olan musiqi alətləri detallarının əyicisi;

quru üsulla abraziv dairələrlə məşğul olan sədəf emalçısı.

XXXI. Mədənİyyət müəssİsələrİ, İdarələrİ və təşkİlatları

Kinostudiyalar, telestudiyalar, radiotelemərkəzlər, səsradioverilişi evləri, kinosürət istehsalatı, kinoprokat, kinolaboratoriya:


nitroboyaların, işıqsaçan boyaların və başqa oxşar boyaların tətbiqi ilə pulverizasiya rənglənməsində məşğul olan butafor-dekorator;

rəngləyici-hidrotipçi;

qurğuşun qletin və kronun tətbiqi ilə multiplikasiya üçün boyaların hazırlanmasında məşğul olan boyaqəzən;

nitroboyaların, nitrolakların, işıqsaçan boyaların tətbiqi ilə pulverizasiya rənglənməsində məşğul olan rəngsaz-dekorator;

üzvi həlledicilərin və kinoyapışqanların tətbiqi ilə işlərdə məşğul olan neqativ quraşdırıcısı;

üzvi həlledicilərin və kinoyapışqanlarının tətbiqi ilə işlərdə məşğul olan pozitiv quraşdırıcısı;

pirotexnik-silahçı;

maqnit zolaqların şirələyicisi.


Qramofon vallarının istehsalı
Dəyirman-xırdalama sexi:
qaynatma aparatçısı;

dəyirman-xırdalama sexlərində məşğul olan xammalın hazırlanması və yarımfabrikatların və məhsulun buraxılması aparatçısı;

xırdalayıcı.
Presləmə sexi:
plastik kütlədən məmulatların quru üsul ilə cilalanmasında məşğul olan tökmə və presləmə məmulatlarının emalçısı.
Mədəni-maarif təşkilatları:
vəhşi heyvanlara qulluq edən fəhlə.
Reklam-tərtibat və maket işləri:
nitroboyaların, işıqsaçan boyaların və başqa oxşar boyaların tətbiqi ilə pulverizasiya rənglənməsində məşğul olan teatr-quruluş maketlərinin maketçisi;

dixloretanın, poliefir qətranlarının, işıqsaçan boyaların tətbiqi ilə işlərin yerinə yetirilməsində, eyni zamanda nitroboyaların tətbiqi ilə pulverizasiya rənglənməsində məşğul olan, reklamların bəzənməsi üzrə rəssam-icraçı;

dixloretanın, işıqsaçan boyaların tətbiqi ilə məşğul olan şlifçi.

XXXII. Kommunal təsərrüfatı və məİşət xİdmətİ

Su kəməri-kanalizasiya təsərrüfatı:
kanalizasiya qurğularının təmiri ilə məşğul olan bənna;

pıxtalaşdırıcı;

ozonatorçu;

fırlanan barabanlı quruducu sobaların operatoru;

aerotenklərdə operator;

biosüzgəclərdə operator;

lil sahələrində operator;

metantenalarda operator;

kanalizasiya qurğularında məşğul olan durulducu hovuzlarda operator;

qumtutan cihazlarda operator;

qumtutan və piytutan cihazlarda operator;

şəbəkədə operator;

təmizləyici qurğuların operatoru;

kanalizasiya qurğularında məşğul olan süzgəc operatoru;

emşerlərdə operator;

suvarma və süzmə sahələrində operator;

çöküntünün təmizlənməsi qurğularında operator;

çöküntünün susuzlaşdırılması qurğularında operator;

çöküntünün qurudulması qurğusunun operatoru;

xlorator qurğusunun operatoru;

xlorator və ozonator avadanlığının təmiri ilə məşğul olan çilingər-təmirçi.

Qeyd. Avadanlığa məsafədən idarəetmə üsulu ilə xidmət edən operatorlar kimi yeniyetmələrin əməyindən istifadə etmək olar.
Şəhərin, qəsəbələrin və yaşayış məntəqələrinin qaz təsərrüfatı:
buxarlandırıcı qurğunun aparatçısı;

qazbölüşdürən stansiyanın maşinisti;

qazqolder stansiyasının operatoru;

qaz avadanlığının istismarı və xidməti üzrə çilingər;

elektrik-qaz qaynaqçısı-keçirici.
Camaşırxanalar:
ütüləyici;

sentrifuqalarda alt paltarlarının sıxıcısı;

yuyucu məhlulların hazırlayıcısı;

altpaltarlarının yuyucusu;

çirkli alt paltarlarının çeşidlənməsində məşğul olan çeşidləyici;

ixtisaslaşdırılmış camaşırxanalarda məşğul olan altpaltarlarının quruducusu.


Hamamlar:
trapların təmizlənməsi ilə məşğul olan hamamçı.
Şəhərlərin sanitar təmizlənməsi:
məişət zibilxanalarında, tökülmə stansiyalarında, yağış suları kanalizasiyalarının təmizlənməsində məşğul olan fəhlələr.
Dəfn xidməti:
katafalçı;

kremasiya sobasının maşinisti;

dəfn xidmətinin sanitarı.
Paltarın kimyəvi təmizlənməsi və rənglənməsi:
yağsızlaşdırma aparatçısı;

rəngləyici;

buxarlayıcı-presləyici;

ləkətəmizləyən;

quruducu;

həlledicilərlə təmizləyən.


XXXIII. Səhİyyə, tİbbİ-əmək ekspertİzası təşkİlatları, baytarlıq İdarələrİ, tİbbİ elmİ tədqİqat və təhsİl müəssİsələrİ, bakterİyalar və vİruslu preparatların İstehsalı üzrə müəssİsələr və əczaçı fabrİklərİ
Səhiyyə və tibb əmək ekspertizası təşkilatları:
təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) səyyar tibb heyəti;

vərəm, infeksion, dəri-zöhrəvi və psixi xəstələrə, xroniki alkoqolizmdən və narkomaniyadan əziyyət çəkən xəstələrə xidmətlə məşğul olan işçilər;

uşaq psixiartiya, psixonevrologiya təşkilatlarında, əqli və fiziki cəhətdən qüsurlu olan uşaqlar üçün təşkilatlarda məşğul olan işçilər;

leproz (leprozəleyhinə) təşkilatlarda, palatalarda, izolyatorlarda, kabinetlərdə və məntəqələrdə məşğul olan işçilər;

barooperasiya və çoxyerli barokameralarda məşğul olan işçilər;

anesteziya-reanimasiya, reanimasiya və intensiv terapiya bölmələrində (palatalarında) məşğul olan işçilər;

rentgenologiya (o cümlədən flüoroqrafiya), rentgenoradiologiya təşkilatlarında və struktur bölmələrində məşğul olan işçilər;

zəhərli və çox güclü maddələrlə məşğul olan aptek anbarlarının işçiləri;

patoloji anatomiya bölmələrində, prozektorlarda, meyitxanalarda və vivariumlarda məşğul olan işçilər;

qanın, meyit əzalarının və toxumaların konservasiyasında məşğul olan işçilər;

hidrogen-sulfidli, kükürdlü, karbonlu, naftalan və radonlu vanna otaqlarına xidmətlə məşğul olan işçilər;

hidrogen-sulfid sularının hazırlanmasında məşğul olan işçilər;

palçıqların, ozokeritin gətirilməsi, qızdırılması, hazırlanması və buraxılması ilə və brezentlərin yuyulması ilə məşğul olan fəhlələr;

hidrogen-sulfidli, kükürdlü, karbonhi40ftalan və radonlu vanna otaqlarında məşğul olan orta və kiçik tibb heyəti;

tibbi-məhkəmə ekspertizasının orta və kiçik tibb heyəti.
Tibbi elmi tədqiqat təşkilatları və təhsil müəssisələri, səhiyyə təşkilatlarının laboratoriyaları:
xüsusi təhlükəli infeksiya, bakteriologiya, virusologiya, dərin mikoz və eksperimental sifilis laboratoriyalarında (bölmələrində), zəhərli və çox güclü maddələr istifadə olunan işlərdə məşğul olan işçilər;

meyit toxumalarının, əzalarının, qanın konservasiyası üzrə laboratoriyalarda, patomorfologiya laboratoriyalarında (bölmələrində, şöbələrində) vivariumlarda, volyerlərdə məşğul olan işçilər.


Əczaçılıq fabrikləri (istehsalları):
zəhərli və çox güclü maddələr ilə işlərdə məşğul olan işçilər.
Bakteriyalı və viruslu preparatların istehsalı üzrə müəssisələr:
bakteriyalı və viruslu preparatların istehsalında məşğul olan işçilər;

produsent və titraj heyvanlarına qulluq edən işçilər;

yoluxulmuş materiallarla işlərdə, eləcə də xəstə heyvanlara xidmətlə məşğul olan işçilər.
Baytarlıq təşkilatları:
yoluxucu və yaxud yoluxma şübhəsi olan materiallarla işlərdə, eləcə də xəstə heyvanlara xidmət və onların baytarlıq təşkilatlarında müalicə ilə məşğul olan işçilər.

XXXIV. Əyanİ tədrİs vasİtələrİnİn İstehsalı

ovçu;

histologiya, hitologiya, embriologiya və patologiya üzrə işlərdə çalışan fəhlələr;



meyitlərin emalı aparılan sexlərdə məşğul olan, eləcə də meyit materiallarının daşınmasında, emalında məşğul olan fəhlələr;

nəm preparat hazırlanmasında, maserasiyada və mikrokəsiklərdə çalışan işçilər.

XXXV. İqtİsadİyyatın bütün sahələrİ üzrə ümumİ peşələr

avtoklavçı;

qurğuşunlu akkumulyatorların doldurulması və təmiri ilə məşğul olan akkumulyatorçu;

çənlərin və digər iri həcmli tutumların qətranlaşması ilə məşğul olan antikorroziyaçı;

əhəngin söndürülməsi aparatçısı;

kimyəvi məhlulların hazırlanması aparatçısı;

xlorlaşdırma aparatçısı;

bunkerçi;

antiseptiklərin bişiricisi;

asfalt kütləsinin bişiricisi;

bitum bişiricisi;

qatranın bişiricisi;

dalğıc;

avtomobil sürücüsü;



çirkab və bərk töküntülərin zibil quyularından və heyvanların meyidlərinin çıxardılması ilə məşğul olan yükdaşıyıcı;

qazçı;


qaz generatorçusu;

qazqoruyan;

asetilen qurğuşunun generatorçusu;

metal məmulatlarının yapışqanlayıcısı;

deqazatorçu;

dezaktivatorçu;

dezinfeksiyaçı;

rentgen-qammaqrafiya defektoskopçusu;

dozimetrçi;

odunçu;


yanacağın və yağlama materiallarının doldurucusu;

yanğınsöndürənlərin doldurucusu;

külün əl ilə təmizlənməsində məşğul olan külçü;

balonların sınaqçısı;

texnoloji peçlərin qazançısı, ocaqçısı və əl ilə yükləməklə qatı yanacaqla işləyən qazanlara və sobalara xidmətlə məşğul olan istehsalat peçlərinin qazançısı;

istehsalatda qazanların və sobaların isti təmirində məşğul olan bənna-sobadüzəldən;

yapışqançı;

kolorçu;


buğurqadçı;

insan orqanizminə güclü təsir göstərən maddələrin analizi, tətbiqi və sınağı ilə məşğul olan kimyəvi analiz laborantı;

plastik kütlənin tökücüsü;

avtoqaldırıcının maşinisti;

süxurların dondurulması üzrə ammiak-soyuducu qurğunun maşinisti;

vaqonçevirənin maşinisti;

vaqontəmizləyənin maşinisti;

havatəmizləyici və havasorucu qurğuların maşinisti;

havabölüşdürücü qurğuların maşinisti;

qazvuran maşınların maşinisti;

qaz generatorlu stansiyaların maşinisti;

daxiliyanma mühərriklərinin maşinisti;

tüstü sorucularının maşinisti;

kompressor qurğularının maşinisti;

buxar və suqızdıran qazanlara xidmətlə məşğul olan qazanxana maşinisti (ocaqçı);

kran maşinisti (krançı);

qaldırıcı-maşinist;

üzən pnevmatik və hidravlik yükləyici və boşaldıcı maşinisti;

skreper maşinisti (skreperçi);

soyuducu qurğuların maşinisti;

ştabel formalaşdıran maşının maşinisti;

ekskavator maşinisti;

eksqauster maşinisti;

zəhərli maddələrlə, kanalizasiya məhlulları ilə çirklənmiş iş geyimlərinin xüsusi camaşırxanalarda təmiri, təmizlənməsi və yuyulması ilə məşğul olan iş geyimlərinin yuyulması üzrə maşinist;

kimyəvi və neft məhsulları taraların yuyulması, etilli benzinlə işləyən detalların, hissələrin və motorların yuyulması, assenizasiya maşınlarının yuyulması, həmçinin qabların dezinfeksiya edilməsi ilə məşğul olan yuyucu;

yüksək gərginlik elektrik mühərriklərinə xidmətlə məşğul olan elektrik mühərriki motoristi;

balonların maye xlorla və sıxılmış qazla doldurulması ilə məşğul olan balon doldurucusu;

sianidli məhlulların neytrallaşdırıcısı;

yeraltı kameralarda və tunellərdə su kəmərləri və avadanlıqlara xidmətlə məşğul olan su kəməri kanalizasiyası şəbəkələrinin yoxlayıcısı;

sobaların, qazanların, çalovların və digər avadanlıqların bacalarının təmirində odadavamlılarla məşğul olan fəhlə;

civə lehiminin hazırlanması və bu lehimlə lehimləmə işləri ilə məşğul olan lehimləyici;

isti metalın tökülməsi və yayılmasında, qurğuşunun, berilin və onların xəlitələrinin əridilməsi sahələrində, eləcə də I, II, III sinif təhlükəli olan kimyəvi maddələrin açıq tətbiqi yerlərində, təhlükəli və toksik yüklərin emalı zamanı nəqliyyatın bütün növlərində bilavasitə məşğul olan yardımçı (nəqliyyat) fəhlələr;

presləyici;

plastik kütlədən məmulatların presləyicisi;

balon qəbuledicisi;

optik kvant generatorlarının tətbiqi ilə məşğul olan işçilər;

radioaktiv maddələrlə və ionlaşdırıcı şüalanma mənbələri ilə məşğul olan işçilər;

çaxır, spirt, likör-araq məhsullarının və pivənin saxlanması və ticarəti ilə məşğul olan işçilər;

radiotezlikli elektromaqnit sahələri generatorlarının nizamlanması, sazlanması, sınaqdan keçirilməsi və xidməti ilə bilavasitə məşğul olan işçilər;

partlayış təhlükəli maddələrin hazırlanması, saxlanması, daşınması və tətbiqi ilə əlaqədar istehsalatlarda və işlərdə çalışan işçilər;

açıq civənin tətbiqi ilə əlaqədar olan bütün növ işlərdə çalışan fəhlələr;

pnevmatik alətlərin tətbiqi ilə bütün növ işlərdə məşğul olan fəhlələr;

sualtı və dalğıc işlərinə xidmətlə məşğul olan fəhlələr;

şüşə plastiklərin və onlardan məmulatların istehsalında, əsas texnoloji əməliyyatlarda məşğul olan fəhlələr (nəzarətçi, optik xarakteristikaları əldə edənlərdən başqa);

sintetik yağ əvəzedicilərinin, deterqentlərin və incə yuyucu vasitələrin istehsalında əsas texnoloji mərhələlərdə və texnoloji avadanlıqlara xidmətlə məşğul olan fəhlələr;

silahların atəş üsulu ilə sınaqdan keçirilməsi ilə məşğul olan fəhlələr;

daima 67 №-li lakın tətbiqi işlərində məşğul olan fəhlələr;

ağaclara çürüməyə və yanğından mühafizə olunmasına qarşı xüsusi tərkibli məhlulların hopdurulması ilə məşğul olan fəhlələr;

zəhərli kimyəvi maddələrin hazırlanması, daşınması və istifadə olunması işlərində məşğul olan fəhlələr;

çirkab və zibil quyularından çirkabların əl ilə çıxarılması, sənaye kanalizasiya şəbəkələrinin və duzluqların təmizlənməsi ilə məşğul olan fəhlələr;

işdə peklə məşğul olan fəhlələr;

etil məhsulu istifadə olunan işlərlə məşğul olan fəhlələr;

yanacaq-sürtgü və partlayıcı materiallar, zəhərli kimyəvi maddələr, turşular və qələvilər, xlor və xlorlu əhəngi olan ixtisaslaşdırılmış anbarlara xidmətlə məşğul olan fəhlələr;

yüksəklikdə işləyən fəhlələr;

bilavasitə bokslarda, insektariyalarda, vivariumlarda işləyən fəhlələr;

zavod şəraitində lokomotiv və motorlu vaqonların hərəkət sınaqlarında məşğul olan fəhlələr;

bilavasitə isti plitələrdə, qənnadı sobalarında və elektrikbişirici şkaflarında məşğul olan fəhlələr;

qəbuledici televiziya antenalarının radiomontyoru;

işlənmiş yağların regeneratorçusu;

sıxılmış qazın süzülməsi, neft məhsulları ilə məşğul olan süzücü-tökücü;

avadanlığın hərəkətdə olan hissələrinin, avtomobil nəqliyyatının, dəmiryolu stansiyalarında vaqonların detal və hissələrinin, toxuculuq istehsalında texnoloji avadanlıqların yağlanması ilə məşğulolan yağlayıcı;

təkərlərin sökülməsi və yağlanmasında zəhərli kimyəvi maddələrin, çürümüş zibillərin və assenzli yüklərin daşınması, etilli benzinlə işləyən avtomobillərin təmiri ilə məşğul olan çilingər;

yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə çilingər;

qəza-bərpaetmə işlərinin çilingəri;

kanalizasiya şəbəkəsinin, su kəmərinin və xüsusi camaşırxanaların təmiri ilə məşğul olan çilingər-santexnik;

freon və ammonyak kompressorlarının və soyuducu qurğuların təmiri və sınaqdan keçirilməsi ilə məşğul olan çilingər-təmirçi;

etilli benzinlə işləyən motorların sınağı stansiyalarında texnoloji avadanlıqların təmiri ilə, yeraltı kameralarda, tunellərdə və gəmilərin daxilində, metallurgiya və kimya istehsalatlarında, sexlərində və istehsal sahələrində, plastik kütlə məmulatları istehsalatlarında, xüsusi camaşırxanalarda, isti iş sahələrində, kanalizasiya qurğularında təmirlə məşğul olan çilingər-təmirçi;

lakların və zamaskaların tərtibi ilə məşğul olan lakların və boya tərtibçisi;

tərkibində benzold, metanol və onların dervitləri (mürəkkəb spirtlər, tölüol), olan etil, sellüloz, eroksid qətranı, poluetan birləşmələri əsasında, həmçinin tərkibində qurğuşun olan rəngləri və həmçinin «sirman» rəngləri olan boyaların, lakların və zamaskaların tərtibi ilə məşğul olan lakların və boyaların tərtibçisi;

takelajçı;

tökmə sexlərinin tunellərində, isti iş sahələrində, dəyirman-elevator və qarışıq yem istehsalatlarında şpeklərə, lentli, dişli və digər transportyorlara xidmət ilə məşğul olan transportyorçu;

tökmə, metallurgiya və kimya istehsalatlarında, sexlərində və istehsal sahələrində taxta-şalban hazırlanmasında və kimyəvi maddələrin daşınmasında yük nəqledicisi;

metallurgiya və kimya sexlərində, işin isti sahələrində, plastik kütlə məmulatlarının istehsalında, poliqrafiya istehsalatında, pambığın, yunun ilkin emalı və təkrar xammalın yenidən emalı otaqlarında, I, II, III sinif təhlükəli kimyəvi maddələrdən açıq halda istifadə edilən sahələrdə çalışan istehsal binalarının süpürgəçisi;

ictimai tualetlərin yığışdırılması ilə məşğul olan xidməti otaq süpürgəçisi;

dənəvari aşındırıcı maddələrlə işlərdə, balıqların taralara yığılmasında, mətbəə xəlitələrinin və şrift məhsullarının qablaşdırılmasında məşğul olan yığışdırıcı-qablaşdırıcı;

vaqonçevirənin quraşdırıcısı;

qazanların, sisternlərin, çənlərin, neftdaşıyan gəmilərin və digər tutumların, piydən, neft məhsullarının və kimyəvi məhsulların qalıqlarından təmizlənməsi ilə məşğul olan təmizləyici;

boru təmizləyicisi;

sobaların və qaz bacalarının təmizləyicisi;

tozyığan və havadəyişdirici sistemin təmizlənməsi və təmiri ilə məşğul olan təmizləyici;

xəlitə düzəldicisi;

quru üsulla abraziv dairələrinin tətbiqi ilə cilalanma işlərində məşğul olan cilalayıcı;

elektrodçu;

liftlərin təmiri və texniki xidməti ilə məşğul olan elektromexanik;

bilavasitə metallurgiya və kimya istehsalatlarında, sexlərində və istehsal sahələrində məşğul olan elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru;

bilavasitə metallurgiya və kimya istehsalatlarında, sexlərində və istehsal sahələrində, camaşırxanalarda, yeniyetmələr üçün müəyyənləşdirilmiş normadan artıq ağırlığın qaldırılması və hərəkət etdirilməsi ilə əlaqədar bütün növ işlərdə avadanlıqların təmiri ilə məşğul olan elektrik montyoru;


Qeyd. Əgər siyahıya fəhlə peşələri ümumi ad altında daxil edilibsə, məsələn: boruların soyuq halda prokatı üzrə yaymaçı poladəridən, quyuların əl ilə qazılması qazmaçısı və s., onda 18 yaşına çatmamış şəxslərin əməyinin tətbiqinin qadağan edilməsi həmin peşələrin əlaltılarına, köməkçilərinə və böyük fəhlələrinə şamil edilir.
Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə