____________Milli Kitabxana____________
13
(77, 7). Mövzunun aktuallığı həmin problematikanın yeni elmi-
nəzəri və bədii-estetik meyarlar əsasında təhlili ilə bağlıdır.
XX əsr Azərbaycan sovet dövrü romanının inkişaf
tarixinə, poetikasına və ayrı-ayrı nümayəndələrinə dair bir çox
tədqiqatlar mövcuddur. Lakin üzərində işlədiyimiz tədqiqat
işində 1930-1950-ci illərin siyasi-ideoloji prosesləri
kontekstində, sosialist realizminin tələbləri çərçivəsində
Azərbaycan romanının təhlili ilə yanaşı, ayrı-ayrı bədii
nümunələrdə milli-mənəvi idealların ifadəsi, milli-xəlqi ruhun
əqli dərkdə ehtivasına təsiri məsələləri də geniş araşdırılır.
Xalqın mənəvi yetkinləşməsində həmişə müstəsna rolu
olan ədəbiyyat tarixən milli şüurun təşəkkülündə, müstəqillik,
azadlıq təfəkkürünün formalaşmasında əvəzsiz rol oynamışdır.
Tədqiqatın əsas məqsədi həmçinin 1930-1950-ci illərdə
Azərbaycan ədəbiyyatı kontekstində Azərbaycan romanının
milli şüurun təşəkkülü prosesinə təsirini, bu prosesdə onun
rolunu araşdirmaq, elmi-nəzəri qənaətləri əsaslandırmaqdır.
1930-1950-ci illərin Azərbaycan romanı həmin dövrdə
rejimin sərtliyi, sosialist realizmi konsepsiyası tələblərinin
mütləqliyi çərçivəsində yaransa da və sinfilik, partiyalılıq,
sosialist realizmi anlayışında xəlqilik milliliyi üstələsə də, milli-
mənəvi ideallardan uzaq olmamışdır. Hakim ideologiyanın,
____________Milli Kitabxana____________
14
sosialist realizminin tələbləri səviyyəsində yazılan bədii əsərlər,
o cümlədən romanlar hər bir müəllifin yaradıcılıq imkanları,
sənətkarlıq keyfiyyətləri səviyyəsində milli idealın, milli
xarakterin, milli düşüncə tərzinin, milli psixologiyanın
qarşısındakı sədlərə tədricən də olsa çat salırdı. Tədqiqatın
vəzifəsi bu keyfiyyətləri elmi araşdırmalarla aşkara çıxarmaq,
elmi-nəzəri müddəalarla təsdiq və təsbit etməkdir.
Mövzu XX əsrin 1920-1950-ci illərində Azərbaycanda və
ümumilikdə postsovet məkanında gedən ictimai-siyasi
proseslərin kontekstində araşdırılır. Tədqiqatın əsas istiqaməti
tarixi-tipoloji ümumiləşmə ilə müəyyənləşir. Nəzərə alınmışdır
ki, XX əsrin sonlarından dünyanın ictimai-siyasi mənzərəsində
olduğu kimi, humanitar təfəkkürdə də qlobal dəyişikliklər baş
vermiş, milli ədəbi dəyərləri bəşəri mənəvi sərvətlər
kontekstində araşdırmağın və qiymətləndirməyin yeni elmi,
ictimai-siyasi və ədəbi-mədəni reallıqları yaranmışdır. XX əsr
ədəbiyyatını dəyərləndirmədə hələ də özünü göstərən yanlış
ədəbi-estetik təsəvvürlərin inersiyası tədqiqatın metodoloji
prinsiplərindən uzaqdır. Tədqiqatın elmi-metodoloji
konsepsiyası mövzunu əhatə etməyə, qarşıya qoyulan məqsədə
nail olmağa imkan verir.
____________Milli Kitabxana____________
15
Monoqrafiyada bilavasitə 1930-1950-ci illər (1955-ci
ilədək) Azərbaycan romanı incələnir. Xüsusilə
M.S.Ordubadinin “Dumanlı Təbriz”, “Qılinc və qələm”,
Y.V.Çəmənzəminlinin ”Studentlər”, “İki od arasında”, “Qızlar
bulağı”, S.Rəhimovun “Şamo”, “Saçlı”, M.Hüseynin “Daşqın”,
“Tərlan”, “Səhər”, “Abşeron”, A.Şaiqin “Araz”, M.Cəlalın
“Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab”,
M.İbrahimovun “Gələcək gün”, Əbülhəsənin “Yoxuşlar”,
“Dünya qopur”, “Dostluq qalası” romanları tədqiqat obyektinə
çevrilmişdir. Həmin bədii nümunələr araşdırılarkən bir çox
ədəbiyyatşünaslıq əsərləri, ədəbi tənqid materialları, o
cümlədən 1967-ci və 1988-ci illərdə nəşr edilmiş “Azərbaycan
sovet ədəbiyyatı tarixi” kitabları, “Azərbaycan ədəbiyyatı
tarixi” (III c. 1957) kitabı, 20-30-cu illərdə ədəbi tənqid
sahəsində fəaliyyət göstərən B.Çobanzadənin, M.Quliyevin,
Ə.Nazimin, M.K.Ələkbərlinin, H.Zeynallının, 30-60-cı illər
ədəbi tənqidinin nümayəndələri M.A.Dadaşzadənin,
M.Hüseynin, M.İbrahimovun, M.C.Cəfərovun, C.Cəfərovun,
60-70-ci illərdən başlayan yeni ədəbiyyatşünaslığın təmsilçiləri
B.Nəbiyevin, Q.Qasımzadənin, Q.Xəlilovun, Y.Qarayevin,
Ş.Salmanovun, S.Əsədullayevin, A.Hüseynovun, Elçinin,
Y.Axundlunun, H.Ənvəroğlunun, N.Cəfərovun, N.Paşayevanın,
____________Milli Kitabxana____________
16
V.Yusiflinin, T.Əlişanoğlunun, T.Salamoğlunun və digərlərinin
elmi-tədqiqat əsərləri və ədəbi tənqid materialları da tədqiqata
cəlb edilmişdir.
Tədqiqatın əsaslandığı mənbələr siyahısında rus dilində
çap olunan bir çox ədəbiyyatşünaslıq materialları, fəlsəfi əsərlər
də vardır. V.Kojinovun, M.Qorkinin, A.Veselovskinin,
R.Foksun, İ.Varfolomeyevin, M.Baxtinin, N.Berdyayevin,
E.Dobrenkonun, L.Qumilyovun, V.Timofeyevin,
L.Maksimenkovun, N.Pankovun, İ.Kondakovun və b.
məqalələri və kitablarından səciyyəvi fikir və mülahizələrə,
“Voprosı literaturı”, “İnostrannyaya literatura”, ”Literaturnaya
qazeta” və s. jurnal və qəzetlərdə, elmi almanaxlarda verilmiş,
internetdə yerləşdirilmiş uyğun tipoloji materiallara da istinad
olunur.
Tədqiqat bir daha təsbit edir ki, çağdaş milli
ədəbiyyatşünaslığımız sovet dövrü Azərbaycan ədəbiyyatına, o
cümlədən 1930-1950-ci illərin roman təsərrüfatına yeni ideya-
metodoloji konsepsiya zəminində yanaşmanın zərurətindən
doğan meyarların və prinsiplərin formalaşdırılmasına üstünlük
verir. Həmin dövr yazıçılarını və onların əsərlərini tarixi-ədəbi
prosesin ümumi inkişaf kontekstindən, real tarixi gerçəklikdən
ayırıb, zamanın tələblərıni, sənətkarın yaşadığı dövrün ictimai-
Dostları ilə paylaş: |