____________Milli Kitabxana____________
206
paradoks baş verdi. Milli-mənəvi özgələşmə bədii düşüncənin
özündə, strukturunda və tərzində, onun təşkilinin sxemində və
modelində başladı. İnzibati - amiranə sistem, aşkar volyuntar
siyasi rejim, müxtəlif şüarlar – “radikal dönüş”, “mədəni
inqilab” kimi pərdələr altında öz populist kültür və cari
konyuktur ədəbiyyat siyasətini bədii-estetik tərəqqinin bu vaxta
qədərki qanunauyğunluqları əleyhinə çevirdi” (59, 482).
Sosialist realizmi metodunda milli tipin formalaşmasına,
milli xarakterin və milli müəyyənliyin vüsətinə yer yox idi.
Lakin bu həqiqət də çağdaş ədəbi fikirdə özünə yer alan bəzi
mülahizələrdə kəskinliyə haqq qazandırmır. Məsələn:
“Beləliklə, milli nəsr əvvəlki səciyyəsini büsbütün itirir. O,
artıq yeni məzmun, problematika, konflikt ehtiva edir, yeni
ideologiya havasında yaşayır, başqa bir tipologiya göstərir. Bu
– sosializm realizmi ədəbiyyatıdır” (32, 150). Milli nəsr əvvəlki
səciyyəsindən uzaqlaşsa da onu “büsbütün” itirməmişdi.
Y.V.Çəmənzəminlinin, M.S.Ordubadinin romanlarında, yeni
nasirlər nəslinin əsərlərində də “əvvəlki səciyyə” ilə bağlı
məqamlar az deyil və onları görməmək olmaz. Digər bir
mülahizə isə daha əsaslıdır: Sovet hakimiyyəti uğrunda
mübarizə, vətəndaş müharibəsi, gənc sovet hökümətinin 20-30-
cu illərdəki fəaliyyəti Azərbaycan nasirlərinin əsərlərində milli
____________Milli Kitabxana____________
207
gerşəkliyin və tarixin hadisələri, faktları ilə müşayiət
olunmuşdur. Və bu zaman yazıçılar sosialist realizmi
normalarına yiyələnməyə çalışmaqla yanaşı, metodun daxilində
milli ölçüləri də axtarmışlar.
Rus tədqiqatçısı D.S.Lixaçov özünün “Ədəbiyyatın
strukturu” əsərində yazırdı ki, ədəbiyyat gerçəklikdən nə qədər
çox enerji alsa, o, gerçəkliyə daha çox enerji verə bilər (145,
27). Sosialist realizmi “gerçəklik” deyəndə milli həyatın, milli
varlığın adekvat bədii ifadəsini deyil, sovet gerçəkliyini –
sosialist gerçəkliyini nəzərdə tuturdu. Bu metod bədii
düşüncədə, bədii yaradıcılıqda sənətkarı da, onun oxucusunu,
tamaşaçısını, dinləyicisini də milli-mənəvi özgələşməyə
aparırdı. Bu özgələşmədə sinfilik əsas yer tuturdu. Millilik və
sinfilik anlayışlarına kifayət qədər əsaslı qiymət verən şair-
ədəbiyyatşünas Q.Qasımzadə yazırdı: “Sinfi əqidə ayrı, milli
psixologiyaya, milli düşüncə tərzi, əxlaq normaları, minillik
adət-ənənə ayrı məfhumlardır. Millilik sinfilikdən geniş
anlayışdır. Milli məişət, adət və ənənələrdə sinfilik axtarmaq
çox vaxt səmərəsiz olur” (60, 133-134). Q.Qasımzadədən əvvəl
də Azərbaycan siyasi-ədəbi fikrinin bir çox nümayəndələri
“sinfilik” və “millilik” məsələlərinə toxunmuşdular.
____________Milli Kitabxana____________
208
Hələ ötən əsrin onuncu illərində M.Ə.Rəsulzadə
bolşevizmin sinif təliminə ciddi təkzib və təshihlər verir,
“məhkum siniflər” yox, “məhkum millətlər” şüarını milli
Azərbaycan gerçəkliyi üçün daha doğma və təbii hesab edirdi.
Həmçinin “siniflərə hürriyyət” şüarına “millətlərə muxtariyyət”
şüarını qarşı qoyur. “Ümumiyyətlə, o zaman Rusiyada ictimai,
sinfi inqilab məfkurəsi doğuran gerçəklik bizdə milli məfkurə –
“hərəkati-milliyə” doğurdu. İttihad, bolşevizm, sosial-
demokratiya kimi bir-birinə doğma, yaxud ögey olan
qardaşların arasında məhz o (azərbaycançılıq!), milli mühitin ən
doğma balası, onun bağrından qopan yavru oldu. “Sinif
mücadiləsi” isə o dövrdə Azərbaycanda sosial stixiyaya və
milli-əxlaqi təlimlərə yad ünsür idi və bir ideya kimi bizim
mühitə zorla kənardan gətirilmişdi” (59, 653-654).
Y.Qarayev “sinif amili” deyəndə təbii-elmi anlayış kimi,
ümumiyyətlə, “tendensiyalılığı” yox, onun vulqarlaşmış
leninçi-bolşevik modelini – “sosialist realizmi” təcrübəsində
gerçəkləşmiş “sinfiliyi” nəzərdə tuturdu.
“Sinfiliyə” riayət edən ədiblərimiz və ədəbi tənqid
“milliliyin”də üstündən keçməmişlər. Ədəbi tənqidin tanınmış
nümayəndəsi C.Cəfərov 1965-ci ildə Azərbaycan yazıçılarının
IV qurultayındakı məruzəsində deyirdi: “Biz ədəbiyyatımızın
____________Milli Kitabxana____________
209
milli keyfiyyətlərini son dərəcə əziz tuturuq. Məhz buna görə
də novatorluq və ənənə məsələsində çox həssas olmaq lazımdır.
Ədəbiyyatın milli xüsusiyyəti onun qanunudur, lakin bu
xüsusiyyət heç bir zaman milli ənənələrlə çərçivələnmir, başqa
ədəbiyyatların təsirini də zəruri hesab edir; hər bir milli ədəbi
hərəkat heç bir zaman dünya bədii inkişafından təcrid edilə
bilməz...Öz xalqının həyatına, taleyinə, gələcəyinə sadiq olan
yazıçı bütün bəşəriyyətin həyat təcrübəsinə əsaslanmalıdır.
Sovet ədəbiyyatının gücü məgər onda deyilmidir ki, o, millidir,
ümumidir, bəşəridir?!” (13, 394). (Bu məruzədə ədəbiyyatın
milliliyi haqqında müddəaların sovet ədəbiyyatşünaslığında
ənənəvi ifadə kimi işlənən “beynəlmiləllik”lə yox, bəşəriliklə
bağlılığından söhbət açılması həmin dövr üçün diqqəti cəlb
edən məqamdır).
Onu da qeyd edək ki, C.Cəfərov 1950-ci ildə yazdığı
məqaləsində sosialist realizmi çərçivəsindən kənara çıxa
bilməmişdi: “Milli xarakter sovet adamının sosializm
fəaliyyətindən ayrı düşünülə bilməz. Milli forma həyatı
bolşevik partiyalılığı mövqeyindən realistcəsinə təsvirlə üzvü
surətdə bağlıdır” (14, 281).
Ədəbiyyatda millilik məsələlərinə görkəmli alim Məmməd
Arif öz münasibətini bir qədər ehtiyatla da olsa, belə şəkildə
Dostları ilə paylaş: |