____________Milli Kitabxana____________
201
Mir Cəlalın, Əbülhəsənin, Mehdi Hüseynin otuzuncu illərdə
yazdığı romanlarda bu xüsusiyyətləri görmək olar.
“Gələcək gün”də kommunist siyasətinin təbliğatçısı kimi
görünən M.İbrahimov da bu vasitədən istifadə etmişdir. Budur,
İngiltərə səfirliyinin təmsilçisi mister Tomas Rza şaha deyir:
“ – Köhnə rus dövləti ilə danışmaq mümkün idi. o,
qoşun saxlamağa yer istəyirdi. Mal satmağa bazar. Daha
dövlət dəyişmirdi, qarışıqlıq salmırdı. Bunlar isə ayaqları
dəyən yerdə torpağı eşməyə başlayırlar” ( 52, 160 ).
Yaxud, yenə mister Tomas:
“... Rusiya İran üçün əbədi bir təhlükə mənbəyi olaraq
qalır. Çarizm dağıldı, yerinə bolşevizm gəldi. Bu təhlükə
azaldımı? Xeyr, daha da artdı. Əksinə, bolşeviklər bir də İranı
öz dəhşətli ideyaları ilə, kommunizm ilə təhdid etməyə
başladılar” ( 52, 207 ).
____________Milli Kitabxana____________
202
II F Ə S İ L
AZƏRBAYCAN ROMANI VƏ MİLLİ DÜŞÜNCƏ
Aydındır ki, 1930-1955-ci illərin siyasi prinsipləri və
ideologiyası bədii əsərlərdə milli düşüncə tərzinin ifadə
olunmasına imkan vermirdi. Sosialist realizmi konsepsiyası
millilik anlayışından yan keçirdi. Bu inzibati-nəzəri
konsepsiyaya görə sosializm realizmi milli-bədii ənənələr
arasında fərqlərə baxmayaraq, bütün çoxmillətli sovet ədəbiyyat
və incəsənətinin vahid yaradıcılıq metodu idi. Düzdür, xəlqilik
prinsipi sosializm realizminin mühüm istiqamətlərindən biri
olmuşdur. Lakin burada “xəlqilik” anlayışı sosialist məzmunu
daşıyır və partiyalılıq prinsipi ilə bağlıdır. Xəlqilik və
partiyalılıq prinsipləri bir-birini tamamlamalı idi. Xəlqilik
prinsipi ədəbiyyat və incəsənətin geniş xalq kütlələrinə xidmət
etməsinə, xalqın siyasi-mənəvi birliyinin möhkəmlənməsinə,
kommunizm ideyaları ruhunda tərbiyələnməsinə hesablanmışdı.
Y.Qarayevin yazdığı kimi, “...dünya təcrübəsinə hər hansı
bir meyl kosmopolitizm, milli ənənələrə güvənmək isə
millətçilik kimi damğalandı. Milli dillər, milli əlifbalar, milli
yaddaş sürəkli və zorakı repressiyaya məruz qaldı...Poeziyada,
nəsrdə, estetik fikirdə sözün geniş mənasında həyatın yox,
____________Milli Kitabxana____________
203
rejimin, zamanın yox, “sistem”in qayğıları və problemləri
qaldırılmağa başlandı” (59, 482). Bununla belə, 1930-1955-ci
illər ədəbiyyatını, həmin dövrdə rejimin bütün sərtliyinə,
sosialist realizmi və inqilabi romantika ehkamlarının
mütləqliyinə baxmayaraq, milli düşüncənin və milli şüurun
inkişaf mərhələsində heç də boşluq kimi qiymətləndirmək
olmaz. Hər şeydən əvvəl, həmin illərin gerçəkliyinin bir sıra
həqiqətlərini xatırlayaq: SSRİ-nin tərkibində Azərbaycanın
respublika dövlət quruluşu var idi, iki illik Xalq
Cumhuriyyətindən sonra bu respublika 70 il mövcud oldu (öz
dili, bayrağı, himni, iqtisadiyyatı, mədəniyyəti, dövlət təsisatları
ilə); Azərbaycan dili xeyli inkişaf elədi, bu dildə ümumtəhsil
məktəbləri və ali təhsil müəssisələri, elmi müəssisələr, radio,
teatrlar, kitabxanalar fəaliyyət göstərirdi, kitablar çap olunur,
qəzetlər çıxırdı, kinofilmlər çəkilirdi. Və bu günki müstəqil
dövlətimizin zəminində Azərbaycan Xalq Cumhuriyyəti
hakimiyyəti ilə yanaşı, sovet dövrü Azərbaycan
Respublikasının da durğunu inkar etmək ən azı insafsızlıq
olardı.
Şübhəsiz həmin yetmiş ildə milli düşüncənin
yaşanmasında ədəbiyyatımızın əvəzsiz rolu da inkar oluna
bilməz. Son 30 illik (1960-1980-ci illər) bu mənada birmənalı
____________Milli Kitabxana____________
204
təsdiq olunsa da, əvvəlki 40 ilin də üstündən keçmək olmaz.
Həmin 40 ilin romanlarının tədqiqi (1930-50-ci illər), “alt”
qatların araşdırılması bu qənaətimizi elmi-nəzəri əsasda bir
daha möhkəmləndirir.
Heydər Əliyev Azərbaycan yazıçılarının X qurultayındakı
nitqində bu məsələyə toxunaraq demişdir: “Bizim
ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan
ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə
Azərbaycanda xalqımızda, millətimizdə daim milli hissiyyatları
oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş
prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir. Bəzi
əsərlər var ki, onlar açıq-açığına xalqımıza milli dirçəliş, oyanış
hissiyatlarını çatdırıbdır... Amma digər əsərlər isə dolayısı ilə,
ayrı-ayrı fikirlərlə millətimizdə Vətəni sevmək, Vətənə sadiq
olmaq, Azərbaycanı sevmək, azərbaycanlı olmaq hissiyyatlarını
yaradıbdır” (28).
1930-1950-ci illərin (1955- ci ilədək) çox təzadlı və
mürəkkəb bir mərhələ olduğunu unutmayaq. Qeyd etdiyimiz
kimi, sənətkarları, xüsusilə yazıçıları mümkün qədər
neytrallaşdırmaq və özünə bağlamaq, onlara güclü nəzarət
mexanizmini gerçəkləşdirmək məqsədilə Stalin rejimi onları
“vahid ideologiya”, “vahid ədəbi meyar”, “vahid metod”
____________Milli Kitabxana____________
205
çərçivəsinə salmışdı. Qazax şairi O.Süleymenovun yazdığı
kimi, “30-cu illərin partiya sənədlərinə diqqət yetirin – hamısı
ucdantutma millətçilərin aşkar edilməsi prosesləridir. Təcili
surətdə sovet Şərqinin əvvəlki əlifbası dəyişdirilir, çox vaxt
həmin xalqların arzusunu, dilini və elmi əsasları nəzərə
almadan kiril əlifbası ilə əvəz edilirdi. Beləliklə qazax, özbək,
azərbaycanlı, tacik, türkmən, tatar, kumık, balkar və
qaraçaylıların sonrakı nəsilləri güclə öz keçmişindən, öz
mədəniyyət tarixindən qoparılıb...Krım tatarları ilə türklərə
“düşmən millətlər” yarlığı yapışdırılırdı. Yəqin ki, bütün bu
işlər Orta Asiya və Qafqazın yerli əhalidən “təmizlənməsi”
proqramının bir hissəsi olmuşdur. Azərbaycanlıların – bir neçə
milyon əhalinin sürgün edilməsindən ibarət ən böyük tədbirə
hazırlıq görülürdü...” (107, 150).
Ədəbiyyatı əslində canlı insan obrazı yaratmaqdan
məhrum etməyə yönələn həmin illərin ideologiyası və
prinsipləri həm də bu insanı milli düşüncə tərzindən uzaq,
mürəkkəb və ziddiyyətli cəmiyyətin milli siması olmayan
mücərrəd bir varlığına çevirirdi. “Tarixdə misli görünməmiş
miqyasda və kütləvilikdə tfrat totalitar hadisə – sənətin və
ədəbiyyatın büsbütün siyasi-ideoloji stereotipə, mütləq dəmir
normativə, bürokrata, dəftərxanaya tabe tutulması kimi
Dostları ilə paylaş: |