Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə48/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   44   45   46   47   48   49   50   51   ...   86

____________Milli Kitabxana____________ 
 
201
Mir Cəlalın,  Əbülhəsənin, Mehdi Hüseynin otuzuncu illərdə 
yazdığı romanlarda bu xüsusiyyətləri görmək olar. 
         “Gələcək gün”də kommunist siyasətinin təbliğatçısı kimi 
görünən M.İbrahimov da bu vasitədən istifadə etmişdir. Budur, 
İngiltərə səfirliyinin təmsilçisi mister Tomas Rza şaha deyir: 
          “  –    Köhnə rus dövləti ilə danışmaq mümkün idi. o, 
qoşun saxlamağa yer istəyirdi. Mal satmağa bazar. Daha 
dövlət dəyişmirdi, qarışıqlıq salmırdı. Bunlar isə ayaqları 
dəyən yerdə torpağı eşməyə başlayırlar” ( 52, 160). 
        Yaxud, yenə mister Tomas: 
        “...  Rusiya  İran üçün əbədi bir təhlükə  mənbəyi olaraq 
qalır. Çarizm dağıldı, yerinə bolşevizm gəldi. Bu təhlükə 
azaldımı? Xeyr, daha da artdı. Əksinə, bolşeviklər bir də İranı 
öz dəhşətli ideyaları ilə, kommunizm ilə  təhdid etməyə 
başladılar ( 52, 207).            
 
 
                                           
                                          


____________Milli Kitabxana____________ 
 
202
II  F Ə S İ L 
AZƏRBAYCAN  ROMANI  VƏ  MİLLİ  DÜŞÜNCƏ 
Aydındır ki, 1930-1955-ci illərin siyasi prinsipləri və 
ideologiyası  bədii  əsərlərdə milli düşüncə  tərzinin ifadə 
olunmasına imkan vermirdi. Sosialist realizmi konsepsiyası 
millilik anlayışından yan keçirdi. Bu inzibati-nəzəri 
konsepsiyaya görə sosializm realizmi milli-bədii  ənənələr 
arasında fərqlərə baxmayaraq, bütün çoxmillətli sovet ədəbiyyat 
və incəsənətinin vahid yaradıcılıq metodu idi. Düzdür, xəlqilik 
prinsipi sosializm realizminin mühüm istiqamətlərindən biri 
olmuşdur. Lakin burada “xəlqilik” anlayışı sosialist məzmunu 
daşıyır və partiyalılıq prinsipi ilə bağlıdır. Xəlqilik və 
partiyalılıq prinsipləri bir-birini tamamlamalı idi. Xəlqilik 
prinsipi ədəbiyyat və incəsənətin geniş xalq kütlələrinə xidmət 
etməsinə, xalqın siyasi-mənəvi birliyinin möhkəmlənməsinə, 
kommunizm ideyaları ruhunda tərbiyələnməsinə hesablanmışdı.  
Y.Qarayevin yazdığı kimi, “...dünya təcrübəsinə hər hansı 
bir meyl kosmopolitizm, milli ənənələrə güvənmək isə 
millətçilik kimi damğalandı. Milli dillər, milli əlifbalar, milli 
yaddaş sürəkli və zorakı repressiyaya məruz qaldı...Poeziyada, 
nəsrdə, estetik fikirdə sözün geniş  mənasında həyatın yox, 


____________Milli Kitabxana____________ 
 
203
rejimin, zamanın yox, “sistem”in qayğıları  və problemləri 
qaldırılmağa başlandı” (59, 482). Bununla belə, 1930-1955-ci 
illər  ədəbiyyatını, həmin dövrdə rejimin bütün sərtliyinə, 
sosialist realizmi və inqilabi romantika ehkamlarının 
mütləqliyinə baxmayaraq, milli düşüncənin və milli şüurun 
inkişaf mərhələsində heç də boşluq kimi qiymətləndirmək 
olmaz. Hər  şeydən  əvvəl, həmin illərin gerçəkliyinin bir sıra 
həqiqətlərini xatırlayaq: SSRİ-nin tərkibində Azərbaycanın 
respublika dövlət quruluşu var idi, iki illik Xalq 
Cumhuriyyətindən sonra bu respublika 70 il mövcud oldu (öz 
dili, bayrağı, himni, iqtisadiyyatı, mədəniyyəti, dövlət təsisatları 
ilə); Azərbaycan dili xeyli inkişaf elədi, bu dildə ümumtəhsil 
məktəbləri və ali təhsil müəssisələri, elmi müəssisələr, radio, 
teatrlar, kitabxanalar fəaliyyət göstərirdi, kitablar çap olunur
qəzetlər çıxırdı, kinofilmlər çəkilirdi. Və bu günki müstəqil 
dövlətimizin zəminində Azərbaycan Xalq Cumhuriyyəti 
hakimiyyəti ilə yanaşı, sovet dövrü Azərbaycan 
Respublikasının da durğunu inkar etmək  ən azı insafsızlıq 
olardı.  
Şübhəsiz həmin yetmiş ildə milli düşüncənin 
yaşanmasında  ədəbiyyatımızın  əvəzsiz rolu da inkar oluna 
bilməz. Son 30 illik (1960-1980-ci illər) bu mənada birmənalı 


____________Milli Kitabxana____________ 
 
204
təsdiq olunsa da, əvvəlki 40 ilin də üstündən keçmək olmaz. 
Həmin 40 ilin romanlarının tədqiqi (1930-50-ci illər), “alt” 
qatların araşdırılması bu qənaətimizi elmi-nəzəri  əsasda bir 
daha möhkəmləndirir. 
Heydər Əliyev Azərbaycan yazıçılarının X qurultayındakı 
nitqində bu məsələyə toxunaraq demişdir: “Bizim 
ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan 
ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə 
Azərbaycanda xalqımızda, millətimizdə daim milli hissiyyatları 
oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş 
prosesi xalqımıza birinci növbədə  ədəbiyyatdan keçir. Bəzi 
əsərlər var ki, onlar açıq-açığına xalqımıza milli dirçəliş, oyanış 
hissiyatlarını çatdırıbdır... Amma digər  əsərlər isə dolayısı ilə, 
ayrı-ayrı fikirlərlə millətimizdə  Vətəni sevmək, Vətənə sadiq 
olmaq, Azərbaycanı sevmək, azərbaycanlı olmaq hissiyyatlarını 
yaradıbdır” (28).   
1930-1950-ci illərin (1955- ci ilədək) çox təzadlı  və 
mürəkkəb bir mərhələ olduğunu unutmayaq. Qeyd etdiyimiz 
kimi, sənətkarları, xüsusilə yazıçıları mümkün qədər 
neytrallaşdırmaq və özünə bağlamaq, onlara güclü nəzarət 
mexanizmini gerçəkləşdirmək məqsədilə Stalin rejimi onları 
“vahid ideologiya”, “vahid ədəbi meyar”, “vahid metod” 


____________Milli Kitabxana____________ 
 
205
çərçivəsinə salmışdı. Qazax şairi O.Süleymenovun yazdığı 
kimi, “30-cu illərin partiya sənədlərinə diqqət yetirin – hamısı 
ucdantutma millətçilərin aşkar edilməsi prosesləridir. Təcili 
surətdə sovet Şərqinin  əvvəlki  əlifbası  dəyişdirilir, çox vaxt 
həmin xalqların arzusunu, dilini və elmi əsasları  nəzərə 
almadan kiril əlifbası ilə  əvəz edilirdi. Beləliklə qazax, özbək, 
azərbaycanlı, tacik, türkmən, tatar, kumık, balkar və 
qaraçaylıların sonrakı  nəsilləri güclə öz keçmişindən, öz 
mədəniyyət tarixindən qoparılıb...Krım tatarları ilə türklərə 
“düşmən millətlər” yarlığı yapışdırılırdı. Yəqin ki, bütün bu 
işlər Orta Asiya və Qafqazın yerli əhalidən “təmizlənməsi” 
proqramının bir hissəsi olmuşdur. Azərbaycanlıların – bir neçə 
milyon  əhalinin sürgün edilməsindən ibarət  ən böyük tədbirə 
hazırlıq görülürdü...” (107, 150).  
Ədəbiyyatı  əslində canlı insan obrazı yaratmaqdan 
məhrum etməyə yönələn həmin illərin ideologiyası  və 
prinsipləri həm də bu insanı milli düşüncə  tərzindən uzaq, 
mürəkkəb və ziddiyyətli cəmiyyətin milli siması olmayan 
mücərrəd bir varlığına çevirirdi. “Tarixdə misli görünməmiş 
miqyasda və kütləvilikdə tfrat totalitar hadisə – sənətin və 
ədəbiyyatın büsbütün siyasi-ideoloji stereotipə, mütləq dəmir 
normativə, bürokrata, dəftərxanaya tabe tutulması kimi 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə