Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə49/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   45   46   47   48   49   50   51   52   ...   86

____________Milli Kitabxana____________ 
 
206
paradoks baş verdi. Milli-mənəvi özgələşmə  bədii düşüncənin 
özündə, strukturunda və  tərzində, onun təşkilinin sxemində  və 
modelində başladı.  İnzibati - amiranə sistem, aşkar volyuntar 
siyasi rejim, müxtəlif  şüarlar – “radikal dönüş”, “mədəni 
inqilab” kimi pərdələr altında öz populist kültür və cari 
konyuktur ədəbiyyat siyasətini bədii-estetik tərəqqinin bu vaxta 
qədərki qanunauyğunluqları əleyhinə çevirdi” (59, 482). 
Sosialist realizmi metodunda milli tipin formalaşmasına, 
milli xarakterin və milli müəyyənliyin vüsətinə yer yox idi. 
Lakin bu həqiqət də çağdaş  ədəbi fikirdə özünə yer alan bəzi 
mülahizələrdə  kəskinliyə haqq qazandırmır. Məsələn: 
“Beləliklə, milli nəsr  əvvəlki səciyyəsini büsbütün itirir. O, 
artıq yeni məzmun, problematika, konflikt ehtiva edir, yeni 
ideologiya havasında yaşayır, başqa bir tipologiya göstərir. Bu 
– sosializm realizmi ədəbiyyatıdır” (32, 150). Milli nəsr əvvəlki 
səciyyəsindən uzaqlaşsa da onu “büsbütün” itirməmişdi. 
Y.V.Çəmənzəminlinin, M.S.Ordubadinin romanlarında, yeni 
nasirlər nəslinin  əsərlərində  də  “əvvəlki səciyyə” ilə bağlı 
məqamlar az deyil və onları görməmək olmaz. Digər bir 
mülahizə isə daha əsaslıdır: Sovet hakimiyyəti uğrunda 
mübarizə, vətəndaş müharibəsi, gənc sovet hökümətinin 20-30-
cu illərdəki fəaliyyəti Azərbaycan nasirlərinin əsərlərində milli 


____________Milli Kitabxana____________ 
 
207
gerşəkliyin və tarixin hadisələri, faktları ilə müşayiət 
olunmuşdur. Və bu zaman yazıçılar sosialist realizmi 
normalarına yiyələnməyə çalışmaqla yanaşı, metodun daxilində 
milli ölçüləri də axtarmışlar.  
Rus tədqiqatçısı D.S.Lixaçov özünün “Ədəbiyyatın 
strukturu” əsərində yazırdı ki, ədəbiyyat gerçəklikdən nə qədər 
çox enerji alsa, o, gerçəkliyə daha çox enerji verə bilər (145, 
27). Sosialist realizmi “gerçəklik” deyəndə milli həyatın, milli 
varlığın adekvat bədii ifadəsini deyil, sovet gerçəkliyini – 
sosialist gerçəkliyini nəzərdə tuturdu. Bu metod bədii 
düşüncədə, bədii yaradıcılıqda sənətkarı da, onun oxucusunu, 
tamaşaçısını, dinləyicisini də milli-mənəvi özgələşməyə 
aparırdı. Bu özgələşmədə sinfilik əsas yer tuturdu. Millilik və 
sinfilik anlayışlarına kifayət qədər  əsaslı qiymət verən  şair-
ədəbiyyatşünas Q.Qasımzadə yazırdı: “Sinfi əqidə ayrı, milli 
psixologiyaya, milli düşüncə  tərzi,  əxlaq normaları, minillik 
adət-ənənə ayrı  məfhumlardır. Millilik sinfilikdən geniş 
anlayışdır. Milli məişət, adət və  ənənələrdə sinfilik axtarmaq 
çox vaxt səmərəsiz olur” (60, 133-134). Q.Qasımzadədən əvvəl 
də Azərbaycan siyasi-ədəbi fikrinin bir çox nümayəndələri 
“sinfilik” və “millilik” məsələlərinə toxunmuşdular.  


____________Milli Kitabxana____________ 
 
208
Hələ ötən  əsrin onuncu illərində M.Ə.Rəsulzadə 
bolşevizmin sinif təliminə ciddi təkzib və  təshihlər verir, 
“məhkum siniflər” yox, “məhkum millətlər”  şüarını milli 
Azərbaycan gerçəkliyi üçün daha doğma və təbii hesab edirdi. 
Həmçinin “siniflərə hürriyyət” şüarına “millətlərə muxtariyyət” 
şüarını qarşı qoyur. “Ümumiyyətlə, o zaman Rusiyada ictimai, 
sinfi inqilab məfkurəsi doğuran gerçəklik bizdə milli məfkurə – 
“hərəkati-milliyə” doğurdu.  İttihad, bolşevizm, sosial-
demokratiya kimi bir-birinə doğma, yaxud ögey olan 
qardaşların arasında məhz o (azərbaycançılıq!), milli mühitin ən 
doğma balası, onun bağrından qopan yavru oldu. “Sinif  
mücadiləsi” isə o dövrdə    Azərbaycanda sosial stixiyaya və 
milli-əxlaqi təlimlərə yad ünsür idi və bir ideya kimi bizim 
mühitə zorla kənardan gətirilmişdi” (59, 653-654).  
Y.Qarayev “sinif amili” deyəndə  təbii-elmi anlayış kimi, 
ümumiyyətlə, “tendensiyalılığı” yox, onun vulqarlaşmış 
leninçi-bolşevik modelini – “sosialist realizmi” təcrübəsində 
gerçəkləşmiş “sinfiliyi” nəzərdə tuturdu.  
“Sinfiliyə” riayət edən  ədiblərimiz və  ədəbi tənqid 
“milliliyin”də üstündən keçməmişlər.  Ədəbi tənqidin tanınmış 
nümayəndəsi C.Cəfərov 1965-ci ildə Azərbaycan yazıçılarının 
IV qurultayındakı  məruzəsində deyirdi: “Biz ədəbiyyatımızın 


____________Milli Kitabxana____________ 
 
209
milli keyfiyyətlərini son dərəcə  əziz tuturuq. Məhz buna görə 
də novatorluq və ənənə məsələsində çox həssas olmaq lazımdır. 
Ədəbiyyatın milli xüsusiyyəti onun qanunudur, lakin bu 
xüsusiyyət heç bir zaman milli ənənələrlə çərçivələnmir, başqa 
ədəbiyyatların təsirini də  zəruri hesab edir; hər bir milli ədəbi 
hərəkat heç bir zaman dünya bədii inkişafından təcrid edilə 
bilməz...Öz xalqının həyatına, taleyinə, gələcəyinə sadiq olan 
yazıçı bütün bəşəriyyətin həyat təcrübəsinə  əsaslanmalıdır. 
Sovet ədəbiyyatının gücü məgər onda deyilmidir ki, o, millidir, 
ümumidir, bəşəridir?!” (13, 394). (Bu məruzədə  ədəbiyyatın 
milliliyi haqqında müddəaların sovet ədəbiyyatşünaslığında 
ənənəvi ifadə kimi işlənən “beynəlmiləllik”lə yox, bəşəriliklə 
bağlılığından söhbət açılması  həmin dövr üçün diqqəti cəlb 
edən məqamdır).  
Onu da qeyd edək ki, C.Cəfərov 1950-ci ildə yazdığı 
məqaləsində sosialist realizmi çərçivəsindən kənara çıxa 
bilməmişdi: “Milli xarakter sovet adamının sosializm 
fəaliyyətindən ayrı düşünülə bilməz. Milli forma həyatı 
bolşevik partiyalılığı mövqeyindən realistcəsinə  təsvirlə üzvü 
surətdə bağlıdır” (14, 281).   
Ədəbiyyatda millilik məsələlərinə görkəmli alim Məmməd 
Arif öz münasibətini bir qədər ehtiyatla da olsa, belə  şəkildə 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə