Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə57/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   53   54   55   56   57   58   59   60   ...   86

____________Milli Kitabxana____________ 
 
241
etməsi ancaq təsviri xarakter daşımışdır. Halbuki Ordubadi öz 
əsərində  cəlbedici və oxucunu tutan bir kitab çərçivəsində 
inqilab hadisələrini, müxtəlif siniflərin nümayəndələrinin 
yaşayış  tərzini, həmin günlərin müxtəlif ictimai təbəqələrinin 
əqidə  və dünyagörüşünü ürəyəyatımlı  və  cəlbedici bir şəkildə 
öz oxucuları üçün açır, təhlil edir. Xüsusilə zülm və istibdad 
əlındən cana gəlmiş, hər  şeydən məhrum, lüt və aclıqdan 
boğaza qədər doymuş xalq kütlələrinin rəşadət və 
qəhrəmanlığını roman müəllifi böyük ustalıqla təsvir etmişdir 
(23).                
        Geniş  və  əhatəli süjeti olan “Dumanlı  Təbriz” romanı 
maraqlı  təhkiyə üsuli ilə oxucunu daim öz cazibə dairəsində 
saxlayır. Vaxtilə  tənqid edilən hadisəçilik və macəraçılıq da 
romanın qüsuru kimi göstərilə bilməz, çünki bu macəralar və 
əhvalatlar da , necə deyərlər, romanın ümumi süjet axarına 
qovuşan qollardır və onlarsız roman heç bir şey qazanmazdı, 
bəlkə də itirərdi. “M.S.Ordubadinin romanlarına yalnız mövzu 
və ideya baxımından deyil, struktur qiymət verəndə aydın olur 
ki, tarixi-inqilabi romana xas olan və M.S.Ordubadinin 
üslubunda bir qədər də meydan verilən macəra ünsürləri yalnız 
köməkçi vasitə rolunu oynayır və zəruri hallarda, şəraitin tələb 
etdiyi məqamda süjetə daxil edilir” ( 33, 155). 


____________Milli Kitabxana____________ 
 
242
        Digər bir məsələ: romanın təhlilində  və oxucuya 
təqdimində  əsasən diqqət  İranda və  Cənubi Azərbaycanda baş 
verən inqilabi məşrutə  hərəkatının, üsyan əhval-ruhiyyəsinin 
birinci rus inqilabının təsiri nəticəsində yaranmasına,  İrandakı 
kəskin sinfi ziddiyyətlərə, inqilabi hərəkatın arzu edilən 
nəticələr verə bilməməsinin səbəblərinin müəllif tərəfindən 
necə  əsaslandırılmasına, nəhayət  Oktyabr sosialist inqilabının 
Cənubi Azərbaycan və  İran zəhmətkeşləri tərəfindən böyük 
şadlıqla qarşılanmasına, bu inqilabın qüvvətli təsiri nəticəsində 
ölkədə azadlıq hərəkatının yenidən və qüvvətlə canlanmasına 
və s. yönəldilmişdir (1, 123-126 və 393-399). Bunlar öz 
yerində. Lakin romanı oxuyarkən müəllifin  əsil qayəsi aşkar 
görünür: bu, məşrutə inqilabı hərəkatının Cənubi Azərbaycanda 
milli-azadlıq hərəkatına çevrilməsidir. Həmin hərəkatın 
mərkəzində isə  Səttar xan, onun yaxın silahdaşı Bağır xan, 
habelə  Əli Davafüruş,  Əmir Həşmət, mücahidlər  Əsəd 
Tütünçüoğlu, Həsənağa, Cavadağa və digərləri durur. Əsərin 
baş obrazı  Əbülhəsən nə  qədər bir inqilabçı kimi tapşırıqları 
yerinə yetirirsə, inqilab uğrunda sinfi mövqedən mübarizə 
aparırsa (“sosial sifariş”-Y.R.), bütün bunların fonunda müəllif 
əsil həqiqəti – azərbaycanlıların milli azadlıq uğrunda  


____________Milli Kitabxana____________ 
 
243
mübarizəsini  göstərir.  Və “Dumanlı  Təbriz” romanı da hər 
şeydən əvvəl bu məziyyətləri ilə qiymətlidir.   
        Bir  daha  qeyd  edirik  ki,  bu  romanın yarandığı  və çap 
olunduğu illərdə  ədəbiyyat siyasiləşdirilmişdi, estetik həzz 
mənbəyindən çox, siyasi-ideoloji funksiya daşıyırdı, vulqar-
sosioloji fikir, vulqar-sosioloji təmayül və tendensiyalar hökm 
sürürdü və  sərt ideoloji tələblər çərçivəsində yazsalar da, 
yuxarıda qeyd etdiyimiz məziyyətləri  göstərməyi yalnız 
ıstedadlı, milli mənliyə  sədaqətli olan sənətkarlar bacara 
bilərdilər. 
        Yaşar Qarayev 1992-ci ildə yazırdı ki, “Dumanlı Təbriz”in 
əsas qəhrəmanı – Təbriz özüdür, xalqın içindən çıxan və 
hərəkatın başında duran Səttar xandır. Cəmiyyətin bütün 
təbəqələri – kübarlar, tacirlər, ruhanilər, kənd  əsnafı sosial-
inqilabı hadisələrin cərəyan etdiyi geniş fonu, ictimai mühiti 
təşkil edir” (59, 492). Azərbaycanlıların qədim  şəhəri olan 
Təbriz M.S.Ordubadinin romanında Azərbaycanın müstəqilliyi, 
xalqın milli azadlığı, Azərbaycan dilinin yaşarılığı, Azərbaycan 
mədəniyyətinin və ədəbiyyatının bərqərar olması, azərbaycanlı 
mənəviyyatının qorunması  uğrunda mübarizə aparan bir 
şəhərdir. Dumanlar içində uyuyan, siyasi çəkişmələr, intriqalar, 
satqınlıqlar, xəyanətlər, dini və mövhumi oyunbazlıqlar, küçə 


____________Milli Kitabxana____________ 
 
244
və  səngər döyüşləri, qovğalar, ümidlər və ümidsizliklər 
içərisində çabalayan, həm yoxsulluqla, həm də dəbdəbəli həyat 
tərzi ilə yaşayan bu şəhərin üzərindən duman çəkiləndə, 
aydınlıq içərisində biz digər həqiqətləri də görürük. Müəllif bu 
həqiqətləri çox hallarda ayrı-ayrı obrazların dilindən ifadə edir: 
       Camaat arasındakı söhbətdən: - Canım, inqilab harada 
idi? Hamısı dinsizdir...Bunlar mədəniyyəti pozacaqlar. Nə 
ruhani tanıyırlar, nə halal, nə haram qanırlar (82, 6-7).    
       Əbülhəsən: - İran sosial-demokrat firqəsinin müəssisi Bakı 
işçiləri rəhbərlərindən olan Nəriman Nərimanovdur (82, 144). 
       Əbülhəsən: - Yaxın  Şərqdə iki dövlət vardır: Türkiyə  və 
İran. Bu hökumətlərin başında duran türklərdir, lakin hər ikisi 
milli tərəqqinin və  mədəniyyətin düşmənidir...  İran  şahı 
türkdür, lakin o öz dili, öz qövmü, öz mədəniyyəti  əleyhinə 
olmalıdır. Bunu da onun siyasi düşüncəsi tələb edir (82, 176). 
       Əbülhəsən: - Fars dili şeir və ədəbiyyat dili olsa da, yenə 
də farslar üçündür, çünki türklərin geniş kütləsi bu ədəbiyyatı 
öz  ədəbiyyatı kimi mənimsəyə bilməyir. Bir tərəfdən türk 
məktəbi olmayan və farslaşma siyasəti aparılan bir ölkədə türk 
ədəbiyyatına qiymət verilməməsi, digər tərəfdən türk ədib və 
şairlərinin saray içərisinə buraxılmaması, hətta türkcə yazılan 
əsərlərin təb edilməməsi  İrandakı türklərin farsca yazmasına 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə