Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə58/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   54   55   56   57   58   59   60   61   ...   86

____________Milli Kitabxana____________ 
 
245
səbəb olmuşdur. Buna görə də İranda daim farslaşdırma, hətta 
fars-türk mübarizəsi yaratmaq siyasəti aparılırdı (82, 177). 
       Nina: - Səttar xan Azərbaycanı mərkəzdən ayırıb müstəqil 
yaşatmaq istəsə belə, ruslar ona imkan verməzlər (82, 240). 
       Teleqramdan (Tehrandan Təbriz Osmanlı 
konsulxanasına): “Azərbaycan istiqlalı  məsələsi tədrici 
məsələdir, onu Səttar xana anladınız. Hələlik o, 
Müxbirüssəltənəyə və Tehran hökumətinə tabe olmalıdır” ( 82, 
260). 
        Əbülhəsən: - Bəs ruslar Təbrizə nə bəhanə və nə haqq ilə 
girmişlər? Onlar öz inqilabı  uğrunda ölməyə hazır olanların 
vətənini nə üçün işğal etmişlər?..İngilislər və ruslar “Təbrizdəki 
xaricilərin malı, canı  təhlükə altındadır”-deyə “canavarlar 
vətəni” olan Təbrizi “xilas etmək üçün gəlmiş” və bütün 
Azərbaycanı çar xəfiyyələri ilə doldurmuşlar...Təbriz xalqının 
əxlaqı ilə hüdud xaricində gördüyün çar zabitlərinin  əxlaqını 
müqayisə edib, Şərq xalqını  vəhşi və  mədəniyyətsiz hesab 
edənləri tənqid etməyə haqqımız vardırmı? ( 82, 292). 
        Nina: - Şərq xalqlarına mərhəmət göstərmək  çar 
siyasətinə daxil deyildir (82, 345). 
       Vorontsov-Daşkovun teleqramından: 
“Üsyançı 
təbrizlilərə rəhm olunmasın!” ( 83, 36). 


____________Milli Kitabxana____________ 
 
246
        Əbülhəsən: - Azərbaycan Demokratik Firqəsi Azərbaycan 
xalqının malik olduğu inqilabi ruhun sarsılmamasına çalışır və 
Səttar xanın vəsiyyətlərinə  əməl edərək, Azərbaycan xalqının 
öz azadlığını öz qüvvəti ilə ala biləcəyi həqiqətini təbliğ edirdi 
(83, 306). 
        –  Çar  hökuməti və yerli feodallar inqilabi fikirləri və 
güclənməkdə olan siyasi şüuru Azərbaycan xalqının zehnindən 
silahla çıxarmağı bacarmadı. Buna görə də onlar təbrizlilərin bu 
hisslərini söndürmək üçün təzə bir silah işlətmək istəyirlər. O 
silah dinçilikdən, bidət və mövhumatdan ibarətdir (83, 344). 
        Bu sözləri Azərbaycan valisi Hacı  Səməd xan 
hakimiyyətinin  əldən gedəcəyi təhlükəsini hiss edərkən 
deyir:  - Biz azərbaycanlılar nə vaxta qədər Azərbaycan 
kəndlisinin dərisini soyub Tehranda oturan beş-on nəfər fars 
tiryək çəkənlərinə yedirəcəyik!..Mənə desinlər, mən sabahın 
özündə Azərbaycanı İrandan ayırım (83, 147).  
        Belə misallar romanda kifayət qədərdir. Fikrimizcə 
bunların əlavə izaha və təhlilə ehtiyac yoxdur. Bir daha təkrar 
edirik: bu sözlər ötən əsrin 30-40-cı illərində deyilmişdir. 
        Təbrizin fəsilləri, Təbriz gecələrinin sehri, Təbrizin təbiəti, 
Təbriz qadınlarının gözəlliyi Ordubadi qələmində yaddaqalan, 


____________Milli Kitabxana____________ 
 
247
təsirli, mənalı lövhələrlə verilir, Azərbaycanın bu özünəməxsus 
çalarları olan guşəsi haqqında canlı təsəvvür yaradılır. Budur: 
        Təbrizdə payız. “Mən içəri girərkən miss Hanna qapalı 
pəncərənin qarşısında durub eyvanın sütunlarına bağlanmış 
meyvə  ağaclarının hərəkətinə baxırdı. Külək  əsdikcə  ağaclar 
hərəkət edir, budaqlarından asılan payız hulusu və sarı heyvalar 
sanki qıza salam verirdi. Yanaqları  qızarmış  və bir qız kimi 
oynaq hərəkətdə bulunan  “səlami”lər(şaftalı növü-Y.R.) mələçi 
armudun pənbə və nimrəng yanaqlarından öpdükdə, o, utanaraq 
yarpağı üzünə  pərdə  çəkirdi. Uzun bir eşqin və  əzici bir 
sevdanın  əsiri olan heyva da onlara qısqanaraq özünü eyvanın 
sütunlarına vurub məhv edirdi” ( 82, 339). 
       Təbriz gecələri. “Gecə olduqca ayaz və  şaxtalı idi. Ay 
Ucan dağları ilə Savalan və  Səhənd dağları  ətrafında dolaşıb 
sirlərlə dolu olan Təbriz gecəsinin qara qəlbinə işıq salmaq və 
ondan bir şey öyrənməyə çalışırdı. Artıq Aydan və ulduzlardan 
şəfəq alan bu gecədə  mən hər tərəfə baxırdımsa, brilyantlara 
bürünmüş bir kainat görürdüm. Ulduzların şəffaf çöhrəsini buz 
tutmuş suların güzgüsündə gördükcə  qış gecəsinin bu 
tamaşasına cəzb olub baxırdım” (83, 603). 
      Təbriz qadınları. “Hər bir gözəl Təbriz qadını güldüyü 
zaman, onun hər iki yanağında bir çuxurluq vücuda gəlir. 


____________Milli Kitabxana____________ 
 
248
Təbriz qadınlarının gözləri uzunsov deyil, onların gözlərinin ağ 
hissəsi tamamilə  ağ, qara hissəsi isə  şəvə kimi qaradır. Təbriz 
qadınının gözlərindəki ağ hissəsinin içərisində  qırmızı qan 
damarlarına da təsadüf edilməz. Təbriz qadınının dodaqları iki 
ox kamanının bir-birinin üstünə qoyulduğunu təsvir edir. Təbriz 
qadınının üzü olduqca ağ və pənbədir. Onların əndamına şuxluq 
verən xüsusiyyətlərdən birisi də boyunlarının ağlığı  və 
uzunluğudur. Təbriz qadınında  qadına məxsus bir yeriş vardır. 
Onlar yalnız quruluşca deyil, bütün varlığı ilə də bir qadındır” ( 
83, 126). 
       M.S.Ordubadi  romanın yazıldığı  və oxucuya təqdim 
edildiyi illərdə öz həmmillətinə daha nələri demək istəyirdi? – 
“Qəhrəmanlar yalnız haqqını böyük qüvvədən tələb edənlərin  
içərisindən çıxar” (82,27). “Hər məmləkətin inqilab rəhbəri o 
məmləkətin özündən doğmalıdır. Öz  rəhbərlərini yetirməmiş 
bir ölkədə inqilab hərəkatını irəli aparmaq mümkün deyildir” 
(82,41). “Vicdansızlar içərisində olaraq vicdanla çalışmaqdan 
çətin iş yoxdur” (82345). “İngilislər Səttar xan hərəkatından 
aldıqları bir çox təcrübələr nəticəsində Azərbaycan xalqının 
dərin bir inqilabi duyğuya malik olduğunu bilirdilər” (83
377).  


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə