Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə56/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   52   53   54   55   56   57   58   59   ...   86

____________Milli Kitabxana____________ 
 
237
qiymətləndirmiş, bədii-üslubi və ideya-estetik məziyyətlərini 
açıb-göstərmişlər. Roman haqqında ayrı-ayrı tənqidi qeydlər də 
söylənilmiş, xüsusilə diqqət dövrün siyasi-ideoloji durumu 
baxımından müəyyən nöqsanlara cəlb edilmişdir. Bununla belə, 
ümumi  ədəbi qiymətdə  rəy yekdildir: roman, şəksiz, təkcə 
M.S.Ordubadi yaradıcılığının deyil, bütövlükdə Azərbaycan 
ədəbiyyatının böyük nailiyyətidir. Yazıçı  və  tənqidçi Mehdi 
Hüseyn isə  hələ 1933-cü ildə öz fikrini konkret olaraq belə 
ifadə etmişdir: “Dumanlı  Təbriz”  əsəri olduqca qiymətlidir” 
(45, 124). 
       İndi XXI əsrdə yaşayırıq. Xalqımız müstəqilliyə 
qovuşmuşdur. Təfəkkür tərzi yeniləşmişdir. Həyata, siyasətə, 
keçmişə, milli-mənəvi və  bədii-estetik dəyərlərə baxışlar 
müstəqil dövlətin vətəndaşının baxışlarıdır. Sovet dövrü 
Azərbaycan  ədəbiyyatının nümayəndələrinə  və nümunələrinə 
münasibət də birmənalı deyildir. “Proletar ədəbiyyatı”na,  
sosialist realizmi konsepsiyası  çərçivəsindəki  ədəbiyyata 
radikal baxışlar mövcuddur, hərçənd ki, ötən  əsrin 60-cı 
illərindən etibarən yaranan ədəbiyyata münasibət nisbətən 
loyaldır. Yeni ictimai münasibətlər və  bədii-estetik ölçülər 
zəminində belə bir fikir formalaşmışdır ki, (və  əlbəttə, bunu 
inkar etmək olmaz), Sovet dövründə, xüsusilə 1920-1950-ci 


____________Milli Kitabxana____________ 
 
238
illərdə yaranan bədii  ədəbiyyat hakimiyyətin sosial sifarişinin 
məhsulu olmuşdur.  Əlbəttə, həmin dövrün yazıçıları ideoloji 
diqtədən qurtula bilməsələr də, istedadlı  qələm sahiblərinin 
bədii  əsərlərində  həyatın nəfəsini hiss etmək, real həyati 
problemləri və konfliktləri, canlı insan xarakterlərini və 
talelərını görmək mümkün idi. İttifaqın tərkibindəki  
respublikalarda isə ayrı-ayrı sənətkarlar milli mənlik hissini də 
yaşatmış, “alt qat”da da olsa, milli-mənəvi idealları bu və ya 
digər səviyyədə ifadə edə bilmişlər. 
        Belə  sənətkarlardan biri də M.S.Ordubadi olmuşdur. 
Zamanın və siyasi mühitin dəyişikliklərinə,  ədəbi zövqlərin 
təzələnməsinə baxmayaraq, M.S.Ordubadi “Dumanlı  Təbriz” 
və “Qılınc və qələm” romanları ilə həmişə yaşarı olacaqdır, bu 
günki və sonrakı nəsillər də bu əsərlərə biganə qalmayacaqlar. 
Hər halda belə bir fikir inkar olunmur ki, M.S.Ordubadi 
Azərbaycan  ədəbiyyatının inkişafına böyük töhfələr vermiş, 
xüsusilə tarixi roman janrının banisi və ustadı kimi misilsiz rol 
oynamışdır. Xalqın tarixi və taleyi ilə bağlı  məsələlər , onun 
keçdiyi şərəfli mübarizə yolu sənətkarın yaradıcılığında həmişə 
başlıca mövzu olmuşdur. “Dumanlı  Təbriz” də belə 
romanlardandır. 


____________Milli Kitabxana____________ 
 
239
       “Dumanlı Təbriz” romanında hadısələr Arazın o tayında – 
Cənubi Azərbaycanda baş verir. 1906-1911-ci illərdə  Cənubi 
Azərbaycanda məşrutə  uğrunda inqilabi mübarizələr, xüsusilə 
Səttar xan hərəkatı  əsərin baş mövzusudur. Roman tarixilik 
baxımından doğru, real, bədiilik cəhətdən güclü və 
cazibədardır. M.S.Ordubadi yalnız tarixi hadisələri, dövrün 
ictimai münasibətlərini  əks etdirməmiş, həmin dövrün 
psixologiyasını, insan xarakterlərinin daxili aləmini də 
açmışdır.  Bu əsər zəngin biliyi ilə seçilən, geniş arxiv 
araşdırmaları aparan, tarixi sənədləri və elmi-siyasi ədəbiyyatı 
dərindən öyrənən, hakimiyyət, siyasət, din məsələlərinin 
incəliklərinə  bələd olan, xalqın adət-ənənələrini, məişətini, 
folklorunu yaxşı bilən, habelə, bilavasitə  iştirakçısı olduğu 
hadisələri, apardığı müşahidələri, eşitdiklərini doğru 
qiymətləndirməyi bacaran əsil yazıçı  təxəyyülünün bədii 
ifadəsidir. 
        Azərbaycanın qədim  şəhəri, bütün azərbaycanlılar üçün 
doğma olan Təbriz bu romanda bütün çalarları – mənzərəsi, 
təbiəti, hətta məhəllələri və binaları, meydanları və xiyabanları, 
səngərləri, sakinlərinin fərdi xüsusiyyətləri, onların 
dünyagörüşü, mentaliteti, deyim və  məişət tərzi,  şəhərətrafı 
yerləri ilə, həmçinin  İran dövlətində  və beynəlxalq aləmdə 


____________Milli Kitabxana____________ 
 
240
mövqeyi, azərbaycanlıların tarixində  və taleyində yeri 
göstərilməklə olduqca inandırıcı, real və koloritli verilmişdir. 
“Zahirən dumanlar altında uyumuş kimi görünən bu üsyançı 
şəhər  əslində, yazıçının təsvirlərindən göründüyü kimi, qaynar 
bir qazanı xatırladır. Müxtəlif əqidəli, müxtəlif siniflərə məxsus 
inqilabçılardan, üsyançılardan  başqa  əsərdə xarici dövlətlərin 
nümayəndələri, cürbəcür adlar altında Təbrizə  gəlmiş siyasi 
xadimlər, casuslar və sairin fəaliyyəti, xətt-hərəkəti daxildə 
vəziyyəti xeyli mürəkkəbləşdirmişdir” (73, 160-161). 
        Təbrizli Səid Monirinin Azərbaycan dilindən fars dilinə 
tərcüməsində 1984-cü ildə İranın “Dünya” nəşriyyatı tərəfindən 
çap edilən “Dumanlı  Təbriz”(“Təbriz-e mehalud”) romanının 
müqəddiməsində  tərcüməçi yazır ki, Azərbaycanda məşrutə 
inqilabı haqqında həmin günlərin  şahidi və  iştirakçısı olan 
Məhəmməd Bağır Vicuyə, Seyid Əhməd Kəsrəvi,  İsmayıl 
Əmirxizi, Seyid Həsən Tağızadə və başqa yazıçı və tarixçilərin 
əsərləri məşhurdur. ”Lakin tamamilə aydın məsələdir ki, onların 
heç biri toplu halında, Ordubadiyə  məxsus dünyagörüşünə, 
təşkilati mövqe, siyasi vəziyyət və  təsviretmə incəliyinə malik 
olmamış, gündəlik məsələləri və inqilabi hərəkatı Ordubadi 
gördüyü kimi görə bilməmişdir”-deyən mütərcim sözünə 
davam edərək göstərir ki, bundan əlavə onların inqilabdan bəhs 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə