Бисмиллаһир-рәһманир-рәһим



Yüklə 2,81 Mb.
səhifə1/29
tarix12.10.2018
ölçüsü2,81 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   29


بسم الله الرحمن الرحيم

Cəmiyyətdə kişi-qadın münasibətlərinin

ŞƏRİ HÖKMLƏRİ

http://ehliwie-samux.com



Seyyid Məhəmməd Məsud Məsumi


نام كتاب: ..................................................احكام روابط زن و مرد در جامعه

مؤلف:.............................................................سيد محمد مسعود معصومي



مترجم: ........................................................................... م. عليزاده

زبان ترجمه:........................................................................آذري کريل

ويراستاری و مطابقت: ..................................... افتخار محمد اف، مشفق مهدي اف

حروف چين: ..................................................................رضا شكر بيلي

ناشر:...............................................................................فجر قرآن



شمارگان:..............................................................................۵۰۰۰

نوبت چاپ: ..............................................................................اول

سال نشر:....................................................................تابستان، ۱۳۸۵

شابك:.................................................................۹۶۴-۹۶۷۶۷-۵-۹





Kitabın adı:...........Cəmiyyətdə kişi-qadın münasibətləri-­

nin şəri hökmləri

Müəllif:............................Seyyid Məhəmməd Məsud Məsumi

Mütərcim:..................................................................M. Əlizadə

Redaktor və orjinal ilə uyğunlaşdıranlar:....M. Mehdiyev,

İ. Məhəmmədov

Kompüterə yığan:.................................................R. Şükürbəyli

Naşir:....................................................................Fəcri Quran

Çap növbəsi:...................................................................Birinci

Çap tarixi: ........................................................Yay, 1385-ci h.ş

Tiraj:.....................................................................................5000

ISBN........................................................................964-96767-5-9




Kitabın çap və sair hüquqları qorurnur!
Bismillahir-Rəhmanir-Rəhim!

Əlinizdəki bu kitab şəri hökmlər məcmuəsinə tam başqa bir cəhətdən nəzər yetirir və İslamda qadın və kişi əlaqələrinin hökmünü bəyan edir. Yeni qarşıya çıxan məsələlərə nəzər yetirməklə bu məcmuənin yazılması zəruri nəzərə çarpır. Bunlar gündəlik və ən çox qarşıya çıxan məsələlər olduğuna və təəssüflə indiyə qədər tənzim olunmuş şəkildə bir yerə yığılmadığına görə qərara aldıq ki, bu hökmlərin hamısını kamil şəkildə bir yerə yığmaqla İslam cəmiyyətində dini göstərişlərin icrası yolunda təsirli tədbirlər görmüş olaq. Əlbəttə, etiraf etməliyik ki, bu məsələlər kitabların müxtəlif bölmələrində pərakəndə vəziyyətdə mövcud idi, bununla belə, mövcud olan miqdar qarşıya çıxan yeni suallara cavab verməməkdən əlavə, üstəlik həmin miqdarın əldə edilməsi ümumxalq camaat üçün çox çətin nəzərə çarpır.

DİQQƏTLİ OL!

* İrəli çəkilən fətvalar həzrət Ayətullah İmam Xomeyni cənablarının fiqhi nəzərləri əsasında tənzim olunmuşrur.

* Bu məcmuənin əsl mətni İmam Xomeyni (rəhmətullahi əleyh)-in fətvası əsasında tənzim olunmuş və nəzər ixtilafı qarşıya çıxdıqda, digər mərcəi-təqlidlərin fətvaları məsələnin nömrəsini və mənbəyini qeyd etməklə aşağıda yazılmışdır. Nəzər ixtilafı olmayan hallarda yalnız digər mərcəi-təqlidlərin kitablarındakı məsələnin nömrəsi verilməklə kifayətlənmişdir.

* Hər bir məsələdə dəyərli mərcəi-təqlidlərin nəzərləri asan şəkildə bəyan edilmişdir. Belə ki, ehtiyat-vacib1 hallarında digər mərcəi-təqlidlərin həmin məsələ barəsindəki fətvasına müraciət etmək və onların arasında ələm olanın fətvasını seçmək olar.

* Bu məcmuədə çalışmışıq ki, hər bir məsələ üçün əziz mərcəi-təqlidlərin nəşr olunmuş fiqhi risalələrinin hamısına istinad olunsun, amma qeyd olunan məsələlərin tamamilə düzgünlüyünə xatircəm olmaq üçün hər bir müctehidin2 dəftərxanasında "istiftaat"3 bölməsindəki şuradan üç nəfərin tərəfindən imza da alınmışdır.

* Müctehidlərin nəzərlərini daha asan əldə etmək məqsədilə onların fətva, yaxud məsələ şəklində irəli sürdükləri məsələlərdən bəzilərini sual-cavab şəklində bəyan etmişik. Həmçinin mümkündür ki, bir istifta onun bütün yönlərinə nəzər yetirməklə, xüsusi bir məsələ şəklində də irəli çəkilmiş olsun.

* Bu məcmuədə "nəticədə" ünvanı ilə irəli çəkilənlər məsələnin təfərrüatıdır ki, hər bir məsələnin ardınca gəlir və onların hər birinin səhih olması da, yuxarıda qeyd edildiyi kimi, mərcəi-təqlidlərin dəftərxanasında istifta şurasında üç nəfərin təsdiqi ilə imzalanmışdır.
Seyyid Məhəmməd Məsud Məsumi, 15 Şəban, 1414-cü il.

BİRİNCİ FƏSİL

BAXMAĞIN HÖKMLƏRİ

KİŞİNİN BAXMAĞI

Kişinin kişiyə baxmasının hökmləri:


Məsələ 1: Kişilər başqa kişilərin övrəteyni istisna olmaqla, bir-birlərinin bütün bədənlərinə baxa bilərlər, bu şərtlə ki, ləzzət və "reybə" qəsdi olmasın.

İmam, Fazil və Məkarim: "Ürvə"nin "Nikah" bölməsi, məsələ: 28, yenə orada, 1-ci cild, "səfr və satir" bölməsi, səh.549.

İmam: "Təhrir", "Nikah", məsələ: 16, "Tovzihul-məsail", məsələ: 2438.

Bəhcət: "Tovzihul-məsail", məsələ: 1940.

Təbrizi: "Tovzihul-məsail", məsələ: 2445 və 2447.

Xamenei: İstifta.

Sistani: "Minhacus-salehin", "nikah", məsələ: 12; "Tovzihul-məsail", məsələ: 2447.

Fazil: "Tovzihul-məsail", məsələ: 2080.

Məkarim: "Tovzihul-məsail", məsələ: 285.
* NƏTİCƏDƏ: Kişinin başqa bir kişinin hər bir yerinə, hətta üzünə, əllərinə ləzzət və reybə qəsdilə baxması haramdır.

Həmçinin kişilər başqa kişilərin övrəteyninə baxa bilməzlər, istər ləzzət və reybə qəsdilə olsun, istərsə də olmasın.

Diqqət!

Əgər bir insan fəsada düşəcəyindən qorxursa ona reybə deyilir.



Məsələ 2: Əgər bir kişi başqa bir kişinin bədəninə baxacağı surətdə, günaha düşəcəyindən qorxursa, onun bədəninə baxa bilməz.

İmam, Bəhcət, Təbrizi, Sistani, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələri.

Məsələ (Sual) 3: "Övrəteyn" dedikdə məqsəd nədir?

Cavab: Kişilərdə qubula (idrarın xaric olduğu məcra və xayalara) və dubura, qadınlarda isə qubul (fərcin hamısı) və dubura (ğaitin xaric olduğu yer) deyilir.

İmam, Fazil, Məkarim: "Ürvə", "sətr və satir", səh.550.

İmam: "Təhrir", "nikah", məsələ: 16.

Bəhcət və Xamenei: İstifta.

Təbrizi: "Siratun-nəcat", 1488-ci sualdan istifadə etməklə.

Sistani: "Minhacus-salehin", "nikah", məsələ: 12; "Əhkamul-xəlvət", 55-ci məsələdən əvvəli.
* NƏTİCƏDƏ:

İnsanın arxasında olan əzələ yerləri (yanı) övrəteyndən sayılmır və ona baxmağın işkalı yoxdur, baxmayaraq ki, ehtiyat-müstəhəb onu tərk etməkdir.

Məsələ (Sual) 4: Baseynlərdə (hovuzlarda), hamamlarda, dəniz sahillərində kişilər plavka (şort) geyinirlər ki, bədənlərinin dərisi görünməsə də, övrəteynin həcmi tamamilə aşkar olur, kişilərin onlara baxması caizdirmi?

Cavab: Örtüyə malik olmaq dedikdə məqsəd, bədənin dərisinin görünməməsidir. Əgər bunun ardınca bir fəsad gəlməzsə, ona baxmağın işkalı yoxdur.



İmam, Təbrizi, Xamenei, Sistani, Fazil: İstifta

Bəhcət: Əgər fitnə-fəsada məruz qalarsa, caiz deyildir: İstifta.

Məkarim: Əgər həcmi tamamilə görünərsə, ona baxmaq işkallıdır. İstifta.

Məsələ 5: Atalar həddi-büluğa çatmış oğlanlarının övrəteyninə baxa bilməzlər. (İstər hamamda, istərsə də başqa yerlərdə.) Ehtiyat-vacibə görə hətta həddi-büluğdan qabaq da (müməyyiz olan zamanlarda) onların övrətinə baxmamalıdırlar.



İmam, Xamenei, Fazil, Məkarim: "Ürvə", "nikah", məsələ: 28-dən istifadə etməklə. 1-ci cild, "sətr və satir", səh.549.

İmam: "Təhrir", "nikah", məsələ: 16; "Tovzihul-məsail", məsələ: 2436.

Bəhcət və Təbrizi: Müməyyiz oğlan uşağının övrətinə baxmaq haramdır. İstifta.



Bəhcət: "Tovzihul-məsail", məsələ: 1938.

Təbrizi: "Tovzihul-məsail", məsələ: 2445.

Sistani: "Minhacus-salehin", "təharət" kitabı, 55-ci məsələdən əvvəl, "Nikah", 12 və 20-ci məsələlərdən istifadə etməklə.

Fazil: "Tovzihul-məsail", 2506-2508-məsələlərdən istifadə etməklə.

Məkarim: "Tovzihul-məsail", məsələ: 2083.

Məsələ 6: Zərurət halı istisna olmaqla, həkimlərin başqa kişilərin övrəteyninə baxması haramdır.



İmam, Xamenei, Sistani, Fazil, Məkarim: Əvvəlki məsələlərin mənbələrindən istifadə etməklə.

Təbrizi: "Tovzihul-məsail", 2445 və 2451-ci məsələlərdən istifadə etməklə.

Məkarim: "Tovzihul-məsail", 2085-ci məsələdən istifadə etməklə.

Bəhcət: Əgər kişi həkimlərinin başqa kişinin övrəteyninə müalicə etmək məqsədilə baxmasının işkalı yoxdur. "Tovzihul-məsail", 1938, 1942 İstiftadan istifadə etməklə.


* NƏTİCƏDƏ:

Öz həyat yoldaşlarının hamiləliyinin qarşısını almaq məqsədilə kişilərin özlərinin spermatozoidi nəql etdirən kanallarını bağlamaq üçün həkimin yanına getmələri icazəli deyildir. Amma, məninin xaric olma kanallarını bağlamaq insanın daimi olaraq sonsuz olmasına səbəb olmazsa, eybi yoxdur, lakin bu əməl başqasının onun övrəteyninə baxmasını gərəkli etdiyindən, həmçinin başqasının onun övrəteyninə əl vurmasına, toxunmasına səbəb olduğundan bu iş haramdır. Əgər həkimin onun övrətinə baxmasını və toxunmasını lazım tutacaq bir əməl ilə yanaşı olmazsa, eybi yoxdur., yaxud əgər onun həyat yoldaşı həkim olsa, bu yolla hamiləliyin qarşısını ala bilər.





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə