Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə53/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   49   50   51   52   53   54   55   56   ...   86

____________Milli Kitabxana____________ 
 
223
əsərlərin zahiri  ifadəsində görünsə  də, “alt qatda” digər 
mətləblərin olduğu araşdırmalarda üzə  çıxır. Və    belə bir 
həqiqəti görməmək mümkün deyildir ki, hər bir sənətkar sosial 
- ideoloji sifarişlər ölçüsündə yazsa da, mövzuya öz millətinin 
mənafeyi, bədii təfəkkürü baxımından yanaşmışdır. Beləliklə, 
vahid sovet ədəbiyyatı    və “beynəlmiləlçilik”  əhatəsində 
ədəbiyyatın öz  təbii stixiyasından uzaqlaşması prosesi getsə də
millilik və özünəməxsusluq kimi amillərin tamam itirilməsini 
demək olmaz. Odur ki, tədqiqat sənət marağının heç də  həmişə 
ideoloji tapşırığa qurban verilməməsi, ona görə  də bir qism 
yazıçıların ustalıqla bədii ideyanı daxili struktura keçirmələri 
haqqında qənaətləri bir  daha təsdiq edir. Həmin dövrdə “Ezop 
dili” metaforasınin, “siyasi folklor” və s. belə çalarların araya 
çıxması bir çox mətləbləri senzuranın diqqətindən 
yayındırmağa yönəlmişdi.  
Heç kim inkar etməz ki, yeni Azərbaycan romanı ana 
dilimizin varlığını hifz etdi, onu xeyli zənginləşdirdi, sürətlə 
inkişaf etdirdi. Dilin sadəliyi və saflığı qorunurdu. Onun 
təmizliyi və  xəlqiliyi  yeni keyfiyyətləri ilə üzə  çıxdı. 
Yazıçılarımız  istər  canlı xalq dilindən, istərsə  də 
klassiklərimizin   bədii dilindən ustalıqla istifadə etdilər, ana 
dilini hər cür təcavüzdən qoruya bildilər.  N.Nərimanov 1906-cı 


____________Milli Kitabxana____________ 
 
224
ildə “Həyat” qəzetində (15 avqust) “Nər” imzası ilə “Bu gün” 
məqaləsində yazırdı: “Ana dili! Nə  qədər rəfiq, nə  qədər ali 
hissiyati-qəlbiyyə oyandıran bir kəlmə! Nə  qədər möhtəşəm, 
müqəddəs, nə  qədər  əzəmətli bir qüvvə!” (80, 312). F.Köçərli 
isə doğma dili haqqında düşüncələrini belə ifadə edirdi: “Hər 
millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. 
Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi 
mənziləsindəndir. Ananın südü bədənin mayəsi olduğu kimi, 
ananın dili də ruhun qidasıdır, hər kəs anasını  və  vətənini 
sevdiyi kimi, ana dilini də sevir” (57, 292). 
Hər bir xalqın dili özünəməxsus olduğu kimi, onun 
mənəviyyatının, folklorunun, adət-ənənələrinin, tarixinin, 
psixologiyasının özünəməxsus xüsusiyətlərini  də ehtiva edir. 
Sənətkarlarımız, o cümlədən roman yaradıcıları dil 
materialından istifadə edərkən, bir-birlərindən fərqlənirlər və 
demək olar ki, tədqiqatın əhatə etdiyi bütün bədii əsərlərdə bu 
fərqlər aydın nəzərə çarpır. Hər bir yazıçı öz dünyasını ifadə 
etmək üçün ana dilindən öz istedadı dairəsində istifadə etmişdir. 
“Bədii dil hər iki mənbədən (klassik mədəniyyətin dili və etnik-
xalq dili) bəhrələnərək obraz strukturunu” zənginləşdirmişdir”  
(32, 142). 


____________Milli Kitabxana____________ 
 
225
Dil hər bir bədii  əsərdə milli düşüncənin, milli-mənəvi 
idealın “üst qat”ı olsa da, özündə həmin amillərin “gizlinlərini” 
də, “alt qat”ı da qoruyur. Odur ki, hətta “alt qatlar”a varmasaq 
belə, sovet dövrü (xüsusilə 30-50-ci illər) yazıçılarının 
Azərbaycan dilini hifz edərək onu yeni yüksəlişə aparmaları, 
ona məhəbbətlə, qayğı ilə (hətta nəvazişlə), dərin məsuliyyətlə 
yanaşmaları təqdirə və ehtirama layiqdir. Dildən istifadədə bəzi 
nöqsanlar da olsa, o hər bir yazıçının milli simasını göstərən 
mühüm şərt olaraq qalır. Bu sözlər tədqiqatımızın  əhatə etdiyi 
dövrdə  bədii yaradıçılığa gələn sənətkarlara – S.Vurguna da, 
R.Rzaya da, M.Hüseynə  də, S.Rəhimova da, M.Cəlala da, 
Ə.Əbülhəsənə də, M.İbrahimova da və başqalarına da aiddir. 
Siyasi-ideoloji konsepsiyanın mədəniyyət üçün 
“məzmunca sosialist, formaca milli” formuluna əsasən dil amili 
formanın komponenti kimi görünsə  də “sosialist” məzmuna 
çoxlu milli dəyərlər də qata bilir. Tərcümədə  “Şamo”nun rus 
oxucusu onun “sosialist” məzmunu ilə tanış olursa, 
azərbaycanlı oxucu bu   “sosialist”  məzmununda bir çox milli 
məziyyətləri də qavrayır.  
Ümumiyyətlə qənaətimiz  budur ki, milli-mənəvi idealların 
zahiri təzahürü əsasən dil faktoru  üzərində görünsə də, hər bir 
yazıçının  daxilindəki milli mənlik hissi istər-istəməz, hətta 


____________Milli Kitabxana____________ 
 
226
məqsəd kimi qoyulmasa da, həmin idealların dərinlərdə, daxili 
strukturda yaşamasını  təmin etmişdir. Milli mənlik hissi isə 
“milli vügar”, “milli iftixar”, “milli özünədərk”, “milli şüur”, 
hətta həmin dövr üçün Azərbaycanın müasir düşüncəsindən 
kənarlaşdırılaraq,onun sərhədlərindən kənara (məs.Cənubi 
Azərbaycana) çıxarılan, yaxud tariximizin qədim çağlarına 
yönəldilən “milli azadlıq şüuru” kimi anlayışlar ilə sıx bağlıdır. 
Qeyd edək ki, artıq əllinci  illərin ortalarından başlayaraq, 
“məzmunca sosialist, formaca  milli” formulu ətrafında  geniş 
müzakirələr  getmişdir. Sual belə qoyulmuşdu: bu formul nədir? 
Siyasi  şüarmı, yaxud bədii kateqoriyamı? Bir çox 
ədəbiyyatşunaslar – A.Boçarov, M.Parxomenko, N.Cusoytı  və 
b. bu formulu estetik kateqoriya kimi qəbul etmədiklərini 
bildirmişlər. Məsələn, tənqidçi N.Cusoytı “Milli dil  və milli 
üslublar haqqında” adlı məqaləsində yazırdı ki, “formaça milli 
və məzmunca sosialist” müddəası estetik kateqoriya yox, siyasi 
şüardır, konsepsiyadır, prinsipdir; siyasi şüar (konsepsiya, 
prinsip) kimi müddəa nə qədər doğrudursa, onun estetik  şərhi 
bir o qədər  yanlışdır” (134, 178). 
Milli vüqar hissi barədə  Səməd Vurğun həmin dövrdə 
(1944-cü ildə) belə yazmışdı: “Vətənpərvərlik dediyimiz 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə