Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə50/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   46   47   48   49   50   51   52   53   ...   86

____________Milli Kitabxana____________ 
 
210
bildirmişdir: “Azərbaycan xalqının necə bir xalq olduğunu 
öyrənmək üçün oxucu eyni zamanda onun bədii  ədəbiyyatına, 
romanlarına da müraciət edir və  gələcəkdə  də edəcəkdir. 
Romanlarımızda xalqın həyatı  hərtərəfli və düzgün əksini 
tapmalıdır. Bu, romanın vəzifəsidir” (66, 455). 
Mehdi Hüseyn isə  hələ 1945-ci ildə “Yaradıcılıq 
vəzifələrimiz” adlı  məqaləsində yazmışdı: “Vay o sənətkarın 
halına ki, o, milli formanı milli məhdudluq mənasında anlasın. 
Vay o sənətkarın halına ki, o, sosialist məzmunu xalqımızın 
milli həyatından ayrılmaq və uzaqlaşmaq mənasında anlasın” 
(45, 514). 
Bədii yaradıcılıqda milli xüsusiyyətlərin öyrənilməsi 
sahəsində  fəallıq  əllinci illərin ortalarından etibarən özünü 
göstərir. Milliliklə ümumbəşəriliyin dialektik vəhdəti, sosialist 
məzmunla milli forma arasındakı  əlaqə, milli xarakter, milli 
dillərin inkişaf meylləri, milli üslubu şərtləndirən amillər, milli 
bədii  ənənələrin təkamül yolları  və s. məsələlər elmi-nəzəri 
fikirdə yer almağa başlamış, sistemli tədqiqata cəlb edilmişdir. 
        
                              2.1. Millilik məsələsinə baxışlar  
                           (N.Berdyayev və başqaları) 
 


____________Milli Kitabxana____________ 
 
211
        XX  əsrin görkəmli rus filosofu Nikolay  Berdyayevin 
millilik haqqında fikirləri marksizmdən fərqli olmuşdur. Onun 
analoji baxışları 1917-ci ildə  “Русская  мысль” jurnalında 
verilən “Xalqçılıq  şüuru və milli şüur” məqaləsində, 1918-ci 
ildə çapdan çıxan “Rusiyanın taleyi” kitabında və digər 
əsərlərində öz əksini tapmışdır. (Bax: 127 və 128 ) . Millilik və 
bəşərilik anlayışlarına N.Berdyayev dərin və orijinal təhlil yolu 
ilə münasibətini bildirərkən yazırdı ki, insan bəşər aləminə 
mücərrəd bir varlıq kimi deyil, milli fərdiyyətçilikdən, milli 
insan –  rus, fransız, alman, yaxud ingilis kimi daxil olur. Milli 
insanda ümumiyyətlə insanlığın qohumluq cizgiləri ilə yanaşı 
fərdi-milli cizgilər də vardır. Rusun, fransızın, ingilisin, 
almanın və dünyanın bütün xalqlarının qardaşlığını və birliyini 
arzulamaq olar, lakin yer üzündən milli simaların, milli mənəvi 
tiplərin və mədəniyyətlərin itməsini arzulamaq olmaz. Insan və 
bəşəriyyət haqqında hər cür millilikdən uzaq olan belə arzu 
bütün dünyanı  dəyərlərdən və  zənginliklərdən məhrum etmək 
istəyi olardı. Mədəniyyət heç vaxt mücərrəd - insani olmamışdır 
və ola da bilməz. O həmişə konkret-insanidir, yəni millidir, 
fərdi-xəlqidir və  məhz özünün bu keyfiyyəti ilə  də 
ümumbəşəriliyə yüksəlmişdir... Mədəniyyətdə bütün 
yaradıcılığın üzərində milli dühanın möhürü vardır. Hətta 


____________Milli Kitabxana____________ 
 
212
təşəbbüskar, metod yaradan elm dahisi də millidir... 
Mədəniyyətdə millilik və ümumbəşərilik qarşı-qarşıya qoyula 
bilməz. Yalnız  milli  yaradıcılığın zirvələri ümumbəşəri 
əhəmiyyət daşıyır. 
N.Berdyayev milləti keçici tarixi funksiya deyil, öz kökləri 
ilə  həyatın sirli dərinliklərinə girən dinamik substansiya hesab 
edirdi. Millilik varlığın müsbət zənginləşməsidir və onun 
uğrunda qiymətli bir dəyər kimi mübarizə aparılmalıdır. Milli 
birlik xalqların həyatında siniflərin, partiyaların və bütün digər 
keçici tarixi törəmələrin birliyindən dərindir. Hər bir xalq öz 
mədəniyyəti və milli dairə  zəminində yüksək həyat uğrunda 
mübarizə aparır. Və millilikdən kənarda yaratmaq istəyi çox 
böyük özünüaldatma olardı...Hətta milliliyin formal inkarı da 
milli ola bilər. Milli yaradıcılıq düşünülmüş milliçilik deyil, 
azad və təbii millidir.  
Milliliyin  əqli yolla təyinatlarını göstərmək üçün bütün 
səylər uğursuzluğa gətirir. Milliliyin təbiəti heç bir rasional – 
dərketmə  əlamətləri ilə müəyyən edilmir. İrq,  ərazi, dil, din 
amilləri milliliyin müəyyənləşməsində bu və ya digər rol 
oynasa da, onun əlamətləri deyildir. Millilik – mürəkkəb tarixi 
törəmədir. O, irqlərin və  qəbilələrin qan qarışığı, çoxlu torpaq 
yenidənbölüşdürülmələri nəticəsində formalaşmışdır və 


____________Milli Kitabxana____________ 
 
213
bununla da onun taleyi, mənəvi-mədəni prosesləri bağlı 
olmuşdur, təkrarolunmaz mənəvi siması yaranmışdır. Millilik 
hər hansı fərdi varlıq kimi sirlidir, mistikdir, irrasionaldır. 
N.Berdyayev milli şüurun xalqçılıq  şüurundan fərqli 
olması barədə  fəlsəfi qənaətlərini də  əsaslandırmışdır. O 
yazırdı: “Xalqçılıq  şüuruna görə xalq bütün siniflərin, bütün 
qrupların, bütün bəşəri  şəxsiyyətlərin daxil olduğu böyük bir 
tam deyil, min illər boyu özünəməxsus həyatı yaşayan, keçmişi 
və gələcəyi üzvi olaraq bağlanan və heç bir sosioloji təyinatlara 
məxsus olmayan varlıq, ümumi şəxsiyyətlər deyil; bu şüura 
görə xalq fiziki zəhmətkeşlərin, kəndlilərin və fəhlələrin, daha 
çox və daha əvvəl  kəndlilərin hissəsi, sosial sinfidir, bütün 
qalanlar isə xalqdan tökülənlərdir, xalq həyatından 
ayrılanlardır” (128). 
Xəlqilik isə sinfə  mənsubiyyətdən, həyatın maddi 
şəraitindən asılı deyildir, xəlqilik təmiz mənəvi kateqoriyadır. 
Xəlqilik insanın zahirində deyil, batinində qərar tutur. Xalqçılıq 
şüuru “xalq” və “ziyalı”, “xalq” və “mədəniyyət” arasında 
uçurumu dərinləşdirir, sosial örtüklərlə bağlı olan bütün 
fərqlərin itdiyi xalq həyatının mənəvi dərinliyi onun qarşısında 
açılmır. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə