Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə46/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   42   43   44   45   46   47   48   49   ...   86

____________Milli Kitabxana____________ 
 
192
məzmununu müəyyənləşdirməkdə geniş konfliktlərin 
verilməsinə ehtiyac yoxdur. Xülasə, sosializm quruculuğu 
yollarında böyük qələbələr qazanaraq daha yüksək amallara 
“doğru irəliləyən sovet cəmiyyətində ziddiyyətlər və konflikt” 
yoxdursa, bədii əsərdə niyə olmalıdır? 
           Əlbəttə, “konfliktsizlik nəzəriyyəsi”nin ömrü uzun 
olmadı (1952-1953-cü illərə  qədər). Bu nəzəriyyənin tələbləri 
səviyyəsində yazılan  əsərlər təbii ki, heç bir uğur qazana 
bilmədi. Belə  əsərlərdə  (əsasən romanlar və dramaturgiya 
nümunələri) sxematiklik və təkrarçılıq özünü göstərirdi. Mirzə 
İbrahimovun yazdığı kimi, “belə  əsərlərin müəllifləri, 
şəxsiyyətləri siyasi cəhətdən şübhə altına alınmadığı üçün şükür 
edərək narazılıqlarını ürəkdə gizlədib susurdular. Başqaları isə 
möhkəm ictimai konflikt əsasında düşündükləri və yazmaqda 
olduqları əsərləri yarımçıq qoydular, ya da düşünüb axıra qədər 
aparmadılar. Yaradıcı üçün son dərəcə əzablı bir dövr başlandı” 
(51, 95).  
           “Təzə  şəhər” və “Yerin sirri” romanları müəyyən bədii 
məziyyətlərinə baxmayaraq, təsvirlərin verilməsində, süjetin 
inkişafında, obrazların təqdimatında oçerkvarilikdən, 
sxematiklikdən, texnisizmdən uzaq deyildir. Bu xüsiyyətlər 
Əvəz Sadığın “Mingəçevir” romanında, gənc yazıçı  Əhməd 


____________Milli Kitabxana____________ 
 
193
Rəhimovun “Mənim ailəm” adlı ilk romanında özünü daha 
qabarıq göstərir. Sosializm yarışını, kəndin “firavan həyatını” 
tərənnüm edən  Ə.Vəliyevin “Çiçəkli” romanı  və digər  əsərlər 
də lazımi bədii  səviyyəyə qalxa bilmədikləri üçün uğur 
qazanmadılar. 
         
      “İstehsalat” romanları  cərgəsində M.Hüseynin “Abşeron” 
romanı nisbətən fərqli bir əsər kimi diqqəti cəlb edir. Sovet 
ədəbiyyatşünaslığı bu romanı mövzunun yeniliyi və aktuallığı, 
bədii dəyəri etibarilə müharibədən sonrakı  nəsrdə çox 
əhəmiyyətli bir hadisə, sadəcə istehsalat romanı deyil, yeni 
ictimai münasibətlər, yeni əxlaq, yeni məişət haqqında  əsər 
hesab etmişdir. Aydındırdır ki, bu roman M.Hüseynin açıq 
partiyalı mövqeyinin, zamanın siyasi-ideoloji tapşırığına cavab 
vermək səyinin ifadəsidir. Ideoloji tapşırıqlar daxilində burada 
hər şey var: əməyin “romantikası” da, insanın əmək prosesində 
formalaşması da, müharibədən sonrakı quruculuq pafosu da, 
yeni yetişən sovet texniki ziyalıları da, partiyanın rəhbər rolu 
da, neft sənayesinin inkişafı məsələləri də, beynəlmiləlçilik də, 
sosializm yarışı da, gənclərə qayğı da, kollektivçilik də, sovet 
ruhunda ailə-məişət münasibətləri də... Hadisələrin inkişafı  və 
obrazların hərəkəti də dinc quruculuq şəraitinin atributları 


____________Milli Kitabxana____________ 
 
194
daxilindədir: neft mədənində, istehsalat müşavirəsində, teatrda, 
kinoda, bədii özfəaliyyət konsertində, yeni ixtisas kurslarında, 
texniki minimum dərslərində, fəhlə yataqxanasında, parkda, 
trestdə, partiya komitəsində... Müəllif təhkiyəsində  də, 
dialoqlarda da, hətta ailədaxili söhbətlərdə  də “plan”, 
“öhdəçilik”, “sosializm yarışı”, “keçici bayraq”, “iş üsulları”... 
Məsələn:  
      “Səməndərlə Mişa arasında tamam ayrı bir söhbət 
başlandı: 
       –    Ey,  Mişa, demə ki bilmirəm, hələ çox özünə 
qürrələnmə, mən iki yüzəm, sən yüz əlli. 
  – Bu nə sözdür? – deyə Tahir Cəmildən soruşdu. 
  – Planlarını deyir. Briqadalar yarışır. 
  Tahirin baxışları ciddi ifadə aldı. 
  Səməndərlə Mişanın söhbəti birdən qızışdı: 
   –  Mən özümə arxayın olmasaydım, qarmoşkanı yenə də 
toz basardı. Onca  
gündən sonra köhnə quyulardan ikisi remontdan çıxır. Onda 
baxarıq. 

 
Baxarıq, baxarıq! – deyə  Səməndər istehza ilə 
gülümsədi. – Buna bax a,  


____________Milli Kitabxana____________ 
 
195
 elə bil işləyir, biz başımızın altına yastıq qoyuruq. Arxayın ol, 
sən iki yüzə çatanda mən üç yüzə çatmasam, adımı dəyişərəm. 
Sən nə bilmisən, bayrağı əldən vermək zarafatdır? 
      Tahir yenə maraqlandı. 
 – Nə bayraqdır? 
 –  İki ildir müdafiə komitəsinin keçici bayrağı onların 
trestindədir.  
      Səməndərlə qarmonçalanın söhbətini o biri cavanların 
qalmaqalı kəsdi. Kim isə yan tərəfdən deyirdi: 
 – Onların evini özfəaliyyət dərnəyi yıxıb. Çalıb oxumaqla 
plan dolmaz axı. 
      –    Dolar,  dolar.  Elə biz oxuya-oxuya gəlib dayanacağıq 
Lalə  İsmayılzadənin qabağında, deyəcəyik ki, yoldaş trest 
müdiri, buyurun o divarlardakı bayrağı öz əlinizlə götürün, 
verin bizə. Bir yerdə çox qalanda ürəyi darıxır. 
   –  Onu görməyəcəksən! 
   – Görərik, görərik!.. 
      Tramvay  vaqonundan  qalxan  səs-küy artıq onların 
söhbətini aydın eşitməyə qoymurdu. Səməndər özündən 
arxayın halda Tahirə deyirdi: 


____________Milli Kitabxana____________ 
 
196
      –    Nə  qədər hıqqanırlarsa, bir şey çıxmır. Uşaqsan? 
Bayraq  əldən getdi, gərək onda kürt düşmüş toyuq kimi 
evdən bayıra çıxmayaq” (43, 50). 
        Romanda hər hansı dərin, aparıcı konfliktdən söhbət gedə 
bilməz. Yalnız ayrı-ayrı münasibətlərdə  xırda konfliktlər (bir 
çox hallarda inciklik əsasında) özünü göstərir. Diqqəti çəkən 
konflikt isə mühəndis Minayevin ixtirasının müdafiəsi ilə bağlı 
trest rəisi Qüdrət  İsmayılzadə  və Azərneftin rəis müavini 
Mirzəyev arasında yaranır ki, o da şəhər partiya komitəsinin 
katibi Aslanovun bircə sözü ilə həll olunur.  
      Bununla  belə, unutmayaq ki, Mehdi Hüseyn sıradan bir 
yazıçı deyildi, yüksək zövqünə  və estetik baxışlarına, bədii 
yaradıcılıq imkanlarına, intellektinə  və savadına görə seçilən 
sənətkardı. O, “Abşeron” romanında da usta Ramazan kimi 
Azərbaycan  ədəbiyyatının maraqlı  və canlı obrazlarının birini 
yaratdı, bədii-publisistik səviyyədə Azərbaycan nefti və onun 
gələcəyi haqqında söz deyə bildi (xatırlayaq ki, roman vaxtilə 
SSRİ-nin və dünyanın bir çox xalqlarının dillərinə  tərcümə 
edilərək çap olunmuşdu). Romanda bədiilik, oxucunun 
hisslərinə  təsir göstərmək baxımından epizodlar, lövhələr az 
deyildir: neft mədənində avariya zamanı gənc fəhlə Mehmanın 
ölümü; tufanlı günlərdə sahillə  əlaqələri kəsilmiş briqadanın 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə