Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə45/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   41   42   43   44   45   46   47   48   ...   86

____________Milli Kitabxana____________ 
 
188
bütünlükdə “sosialist realizmi metodu və estetikası” adı altında 
baş verir və  təsir göstərir. Lakin müharibə dövrünün fəlsəfi 
tragizmi və  sərf realizmi ona səbəb olur ki, bədii proses təbii, 
hətta kütləvi  şəkildə  əvvəlki süni-saxta pafosdan, eyforiyadan, 
vulqar ritorikadan əsaslı  şəkildə  təmizlənir –  yüz minlərlə 
adam necə yaşayır və  nə  uğrunda ölür? –  şeir də, nəsr də bu 
həqiqəti necə var elə, bəzəksiz yalansız təsvir edir” (59, 496). 
Müharibə illərində müharibə mövzulu Azərbaycan romanı 
yaranmadı. Buna hələ ehtiyac və vaxt da yox idi. Ədəbi mühit 
də “hər  şey cəbhə üçün, hər  şey qələbə üçün” şüarı ilə 
fəaliyyətdə idi. Müharibə  ədəbiyyatı müharibənin tələblərinə 
uyğun olmalıydı. Yaradıcı  sənətkarların  əsərlərində sovet 
vətənpərvərliyi hərəkətverici mənəvi qüvvə kimi ifadə 
olunmalıydı. Sovet xalqının apardığı Böyük Vətən 
müharibəsinin – ədalətli müharibə, sovet döyüşçülərinin işinin 
haqq işi olduğu, proletar beynəlmiləlçiliyi, sovet xalqlarının 
dostluğunun sarsılmazlığı  və s. məsələlər  əsas diqqət 
mərkəzində saxlanılmalıydı.  Əlbəttə, dahi rəhbər və 
Kommunist partiyası bütün qələbələrin təşkilatçısı olaraq təsdiq 
edilməliydi. Beləliklə,  ədəbiyyat müharibə dövrü ideoloji 
təbliğatının çox güclü və təsirli qoluna çevrilmişdi. Yazıçıların 


____________Milli Kitabxana____________ 
 
189
təbliğat briqadaları döyüş cəbhəsinə də gedir, arxa cəbhədə də 
iş aparırdı.  
Müharibə illərində, təbii ki, bədii yaradıcılığın daha 
operativ və çevik janrlarına müraciət etmək lazım gəlirdi. Bədii 
publisistikadan geniş istifadə olundu, şeirlər, hekayələr, 
oçerklər yazıldı. Sonralar povestlər də ortaya çıxdı (S.Rəhimov 
-“Medalyon”, “Qardaş  qəbri”,  Ə.Əbülhəsən -“Oğullar və 
atalar”). Roman isə yazılmadı (həmin illərdə araya çıxan “Açıq 
kitab”, “Saçlı”, “Odlu diyar” romanları isə, qeyd etdiyimiz kimi 
digər mövzulara həsr olunub).  
Müharibə mövzusunu Azərbaycan romanına 1946-1955-ci 
illərdə  Ə.Əbülhəsən yazdığı dörd cildlik “Dostluq qalası” 
(“Müharibə”)  əsəri ilə  gətirdi. Bu geniş  həcmli romanda 
bilavasitə müharibə iştirakçısı olmuş müəllifin müşahidələri də, 
real faktlar və sənədlər də, xronika da, cəbhə həyatı da, əskər və 
səngər həqiqətləri də, qanlı döyüşlər də,  əsas obrazların 
bioqrafiyası da yer almışdır. Lakin bütün bunlarla roman yalnız 
ədəbi fakt kimi yaşaya bilmişdir,  ədəbi hadisə  səviyyəsinə 
qalxmamışdır. Ona görə ki, əsərdə müharibənin ümumbəşəri 
anlamda fəlsəfəsi və müharibə mövzusunun yüksək bədii-
estetik ifadəsi yoxdur. Bu mənada sonralar yazılmış “Saz”, 
“Tütək səsi” (İ.Hüseynov), “Mən ki gözəl deyildim” 


____________Milli Kitabxana____________ 
 
190
(B.Bayramov) povestlərinin,  Ə.Əylislinin  əsərlərinin müharibə 
haqqında oxucu şüuruna və hisslərinə bədii təsirinin daha güclü 
olduğu  şəksizdir.  İ.Qasımov və H.Seyidbəylinin müştərək 
yazdıqları “Uzaq sahillərdə”  əsəri isə hadisələrin dinamikası, 
bədii-üslub özəllikləri, baş obrazın bədii vüsəti ilə yaddaşlarda 
qalmışdır.                 
         Müharibədən sonrakı on ildə ortaya çıxan Azərbaycan 
romanı  həmin illərdə partiyanın Mərkəzi Komitəsinin bədii 
yaradıcılıq məsələləri haqqında qəbul etdiyi qərarların qəti 
tələbləri səviyyəsində qaldı. Bu illərdə “Abşeron” (Mehdi 
Hüseyn), “Gələcək gün” (Mirzə  İbrahimov), “Yaşıdlarım”, 
“Təzə şəhər” (Mir Cəlal), “Mingəçevir” (Ə.Sadıq), “Yerin sirri” 
(M.Süleymanov), “Çiçəkli” (Ə.Vəliyev), “Bizim qızlar” 
(İ.Hüseynov), “Böyük günlər”, “Nina” (S.Rəhman), “Ağbulaq 
dağlarında” (S.Rəhimov), “Mənim ailəm” (Ə.Rəhimov) və s. 
romanlar yazıldı. “Gələcək gün” və “Nina” istisna olunmaqla, 
adlarını  çəkdiyimiz digər romanlar əsasən “istehsalat” 
mövzusundadır. Burada hər  şey partiyanın qarşıya qoyduğu 
vəzifələrlə səsləşməliydi: müharibədən qələbə ilə çıxmış ölkədə 
əmin-amanlıq dövrü, dinc quruculuq işləri, yeni şəhərlər 
salınması, zavod və fabriklərin tikilməsi, yeni neft yataqlarının 
kəşfi, kənd təsərrüfatında pambıqçılığın, heyvandarlığın 


____________Milli Kitabxana____________ 
 
191
inkişafı, sosializm yarışı... “Lakin başlıca məsələ unuduldu: 
insanın mənəvi aləmi, həyat mövqeyi, daxili dünyası, 
xarakteri... Unuduldu ki, istehsalatda böyük əmək sərf edən, 
hansı bir yeni kəşfisə  həyata keçirən insan hər halda texniki 
avadanlıq deyil, robot deyil, düşünən, sevən, iztirab çəkən bir 
varlıqdır. Oçerkçiliyə, publisistik şərhə uyduğundan bəzi 
yazıçılar problemin daxili mənasını da aça bilmirdilər. Elə buna 
görə də konflikt üzdən işlənilirdi, adətən yenilik tərəfdarı olan 
“müsbət qəhrəmanla” bu yeniliyin həyata keçirilməsinə mane 
olan mühafizəkar ruhlu rəis arasında “mübarizə” səthi xarakter 
daşıyırdı. Istər  şəhər həyatından, istərsə  də  kənd həyatından 
bəhs edən bir sıra əsərlərdə ciddi, ictimai məzmunlu konfliktin 
olmaması getdikcə adi hala çevrilirdi” (114, 172).   
         Otuzuncu  illər romanlarının baş  qəhrəmanlarını–
“inqilabçıları”, kollektivləşmə  hərəkatının öncüllərini indi 
“əmək qabaqcılları”, istehsalat təşkilatçıları, sosializm yarışının 
“bayraqdarları”, xülasə “qalib sovet adamı”  əvəz edirdi. Belə 
romanlarda “konfliktsizlik”tendensiyasının yaranmasının 
əsasında isə partiya rəhbərliyi altında sovet xalqının sosializm 
quruculuğu yolunda inamla irəli getməsi ideyası dururdu. Belə 
hesab olunurdu ki, həyat həqiqətlərini dərindən əks etdirməkdə, 
hadisələrin gedişini başa düşməkdə,  əsərin ideya və  fəlsəfi 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə