Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə43/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   39   40   41   42   43   44   45   46   ...   86

____________Milli Kitabxana____________ 
 
180
daxili siqləti ikinci və üçüncü cildlərdə itir, Zülmətin dəstəsinin 
ləğvindən və Sübhanverdizadənin ifşasından sonra isə  əsər 
bədii-estetik keyfiyyətlərini itirdiyi kimi, oxucu marağını da 
itirir. Məmməd Cəfər 1949-cu ildə “Saçlı  və  həyatımız” 
məqaləsində yazırdı ki, “Saçlı”da darıxdırıcı  səhnələr,  əsərə 
materialdan gəlir, həm də elə material ki, həyat üçün səciyyəvi 
deyildir”(54, 162). 
      “Saçlı” – Sübhanverdizadənin romanı kimi yadda qalır. 
Qeyd etdiyimiz kimi, bu obraz sovet ədəbi tənqidində 
narahatçılıq doğurmuşdu. Guya belə obrazlarla sovet varlığı 
təhrif olunur, guya belələri sovet həyat meydanında ola bilməz. 
Sübhanverdizadənin mübarizəsi heç də sinfi mahiyyət daşımır. 
Yəni o, hansısa bir sinfin nümayəndəsi deyildir, hərçənd ki, 
özünü fəhlə-kəndli sinfinin nümayəndəsi sayır. O, tutduğu 
vəzifədə özünü bu rayonun ağası sayır və bu ağalığı, bu hökmü 
qoruyub saxlamaq, hər  şeyi öz əlində  cəmləşdirmək, necə 
deyərlər, “hakim-mütləq” olmaq əzmindədir. O, dağlara çəkilib 
banditliklə  məşğul olan Zülmətdən də öz məqsədləri üçün 
istifadə edir, yolunda maneə olan adamları onun əli ilə aradan 
götürmək istəyir. Sübhanverdizadənin öz məqsədinə çatmaq, 
mövqeyini möhkəmləndirmək yolları bütün vəziyyətlərdə 
maskalanmaqdan, dərhal  şər atmaqdan, hər cür yalanlar 


____________Milli Kitabxana____________ 
 
181
uydurmaqdan,  şaiyələr yaratmaqdan, adamları bir-birinə qarşı 
qoymaqdan keçir.     
       Sübhanverdizadə bir kadr kimi hakimiyyət strukturunda 
araya çıxmışdır (Nemətullayev, Meşinov, Balacayev, Dağbaşov 
kimi). Belə adamlar hər vaxt olmuşdur və bu gün də vardır. 
M.Hüseynin yazdığı kimi, Sübhanverdizadə elə bir qorxulu tip 
idi ki, onun səpdiyi toxumlar sonradan cücərirdi. 
        Sübhanverdizadə kimilər sovet quruluşunun, bolşevizmin 
yaratdığı 
ımkanlardan ustalıqla istifadə edirlər. 
Sübhanverdizadə bolşevizmin, sosializmin prinsiplərini öz başa 
düşdüyü, özünə  sərf edən tərzdə  hər kəsə “izah edir” və bu 
zaman onun dilindən səslənən sözlər əslində həmin prinsiplərə 
parodiya kimi səslənir. Məsələn:  
      “ – Bizdə  “temp” sözü var, “tədricən” sözü yoxdur, 
Qocaoğlu! Sağlar bizə  nə deyir? Onlar deyirlər ki
“tələsməyin, qolçomaq tədricən, barışıq yolu ilə sosializmə 
qovuşacaqdır”. Onlar deyirlər ki, “ellik, kollektivləşmə 
əsasında qolçomağı birdən-birə bir sinif kimi ləğv etmək lazım 
deyildir. Onlar tədricən özü-özlüyündə ləğv olacaqlar!” Onlar 
deyirlər: “Tədricən sənayeləşmə olacaqdır”. Onlar hər bir işi 
“sürətlə” yox, “tədriclə” bağlayırlar. Bax, burada da vurur 
xiyar əyri bitir”   (90, 447). 


____________Milli Kitabxana____________ 
 
182
      Qeyd edək ki, Sübhanverdizadə kimi vəzifə sahibləri sovet 
quruluşunun varlığının sonrakı  mərhələlərində  də çox 
olmuşdur. Biz belə tiplərlə sovet dövrü ədəbiyyatının sonrakı 
mərhələlərində araya çıxan bədii əsərlərdə də rastlaşırıq. Elə bu 
gün də  cəmiyyətimiz, hakimiyyət strukturları belə adamlardan 
xali deyildir. Ədəbi nümunələrdə onlar müxtəlif bədii 
amplualarda, müxtəlif biçimdə, müxtəlif məqamlarda bədii 
ifadəsini tapır. Məzmun isə eynidir.  
        Sübhanverdizadə, Dağbaşov, Meşinov, Nemətullayev, 
Balacayev kimi rəhbər işçilərin simasını açmağı  sovet 
dövrünün 30-40-cı illərində yazıçı cəsarəti  hesab etmək olar və 
belə  cəsarəti “müsbət” obrazların iştirak etdiyi ayrı-ayrı 
epizodlarda da görə bilərik. Məsələn raykom katibi Dəmirovun 
inşaat mühəndisi ilə söhbətindən:  
        “ –  Mənimki siyasətdən artıq inşaatdır! –  deyə 
mühəndis başını tərpətdi və gülə-gülə əlavə etdi. – Çünki mən 
Lev Nikolayeviçin oxucusuyam! 

 
Bu halda siz Lenini də oxuyun!  

 
Mən Lenini də oxumağa başlamışam! 

 
Lenin Tolstoya düzgün qiymət veribdir!  

 
Lenin Tolstoy fəlsəfəsinə zidd gedibdir! 


____________Milli Kitabxana____________ 
 
183

 
Çünki  Tolstoy  fəlsəfəsi  köhnə  həyatı   devirməkdə,  
dəyişdirməkdə  bizə   
kömək edə bilməz! – deyə  Dəmirov gülümsəyə-gülümsəyə 
mühəndisə cavab verdi” (90, 62).      
      
       Yeni  sosialist  həyatı  uğrunda mübarizə zamanının 
hadisələri bir qədər fərqli planda “Açıq kitab” romanında da öz 
bədii əksini tapmışdır. Mir Cəlalın 1941-ci ildə araya gətirdiyi 
bu romanında hadisələrin inkişafı 1934-1937-ci illəri əhatə edir. 
Sovet  ədəbi tənqidi romanı belə  təqdim edirdi: “Açıq kitab” 
Sovet Azərbaycanının çiçəkləndiyi bir dövrdə, yeni xoşbəxt 
həyatı öz dar şəxsi mənfəətləri xatirinə içəridən zəhərləməyə 
çalışan adamların iç üzünü açıb meydana qoyur” (1, 511). 
Lakin analoji mövzulu digər  əsərlərdən fərqli olaraq bu 
romanda “sosial həyat və insan konteksti” (100, 19) ictimai-
siyasi problemlər kontekstini üstələyir.  
        Həmin dövr üçün ənənəvi siyasi-ideoloji mövzular 
dairəsindən çıxan müəllif sovet hakimiyyətinin otuzuncu illər 
mərhələsindəki hadisələrə özünəməxsus yaradıcılıq üslubu ilə 
yanaşmış, sosialist realizmi ölçülərindən daha çox tənqidi 
realizm ölçülərinə üstünlük vermişdir. Bəlkə də bu amillərin ört 
- basdır edilməsi meyllərinin nəticəsidir ki, romanı çox vaxt 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə