Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə39/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   35   36   37   38   39   40   41   42   ...   86

____________Milli Kitabxana____________ 
 
162
üçüncü romanında – “Dünya dəyişir”də “alovlu bolşevik”  
S.M.Kirovun müsbət obrazı  bədii yaradıcılığa siyasi-ideoloji 
təsirin güclü təzahürü kimi başa düşülə bilər.  
Bununla belə, həmin romanlarda həm tipoloji mənada, 
həm də janr strukturu baxımından diqqəti cəlb edən məqamlar 
az deyil. Oxucunu da cəlb edən bu əsərlərdəki inqilabçlıların 
fəaliyyəti, “inqilab işi” deyil, ayrı-ayrı  şəxslərin fərdi-şəxsi 
həyatları, ailə-məhəbbət macəraları, bədii xarakterlərindəki 
həzin lirizm və psixologizm, lap elə ayrı-ayrı süjetlərdə 
nağılvarilik və macəraçılıqdır. Bu və digər özəlliklər bu  gün 
M.S.Ordubadinin həmin trilogiyasından “imtina etmək” 
haqqında səslənən fikirlərə,  əlbəttə, haqq qazandıra bilməz. 
Belə fikirlər bir ideoloji xətti inkar edib, digər ideoloji mövqedə 
durmaq kimi də başa düşülə bilər. Hər bir bədii əsərə isə, ideya-
məzmun və poetik-estetik keyfiyyətlərindən asılı olmayaraq, 
bədii fakt kimi yanaşılması vacibdir.  
“Səhər” (M.Hüseyn), “Araz” (A.Şaiq), “Nina” (S.Rəhman) 
romanlarında da müəlliflərin məqsədi aydındır: XX əsrin 
əvvəllərində Azərbaycanda inqilabi-tarixi şəraitin yaranması, 
xalqın inqilabi şüurunun oyanması  və onu inqilaba aparan 
prosesləri göstərmək. Sözün qısası, inqilabı  və bolşevik 
inqilabçılığını Azərbaycan hadisəsi kimi təqdim etmək. Əlbəttə, 


____________Milli Kitabxana____________ 
 
163
əsasən Bakıda özünü göstərən, rusların və digər millətlərin 
aparıcı olduğu fəhlə  hərəkatlarına yalnız kommunist  donu 
geyindirmək, onları Azərbaycanın taleyi ilə bağlamaq və milli 
maraqlar, milli şüurun oyadılması istiqamətli kütləvi 
hərəkatların üstündən vaz keçmək məsələyə  məqsədli-ideoloji 
yanaşmanın, tarixi hadisələrdəki həqiqətləri və  fəlsəfəni görə 
bilməməyin (yaxud bilməyi məqsədli hesab etməməyin), onlara 
digər bucaqlar altında baxılmamasının nəticəsidir. 
Səhər romanını M.Hüseynin yaradıcılığında irəliyə 
doğru bir addım kimi dəyərləndirən ədəbi tənqid qeyd edirdi ki, 
“inqilabi nəzəriyyənin, partiya rəhbərlərinin kütlələrə  təsiri
xalq hərəkatının  şüurlu və mütəşəkkil bir şəkil alması, Bakı 
fəhlə hərəkatında rus inqilabçı fəhlələrinin fəal iştirakı romanda 
canlı və doğru verilmişdir” (1, 308). Amma belə bir suala cavab 
axtarılmasının deyəsən hələ zamanı  gəlməmişdi: rusun Bakıda 
inqilab etməsində məqsədi nə olmuşdur?  
Hər halda, “Səhər” romanı  bədii məziyyətləri ilə 
yuxarıdakı  sırada iki əsərdən fərqlidir. Struktur quruluşunda, 
süjet, konflikt və xarakterlərin yaradılmasında, mükalimələrdə 
bir çox özəllikləri romanın Mehdi Hüseyn yaradıcılığında 
mühüm yer tutmasını şərtləndirir.  


____________Milli Kitabxana____________ 
 
164
Romanın aparıcı obrazları  Məşədi  Əzizbəyov və 
Bayramdır. Sovet dövrünün ədəbi tənqidi yazırdı ki, M.Hüseyn 
azərbaycanlı  fəhlələrdə inqilabi şüurun oyanmasını, xalqlar 
arasındakı dostluğu realist bədii səhnələrdə vermiş, bunları 
əsasən Bayram surətinin bədii tərcümey-halında, onun 
mübarizə tarixi ilə  əlaqədar bədii tablolarda cəmləşdirmişdir. 
M.Əzizbəyov kimi inqilab rəhbərlərinin fəaliyyəti sayəsində o 
da inqilab ordusunun sədaqətli bir əskəri olur (1, 494-495). 
Həmçinin yazıçının M.Əzizbəyov surətinə çox əhəmiyyət 
verdiyi, onu siyasi mübarizə planında geniş və hərtərəfli təsvit 
etməyə çalışdığı qeyd olunurdu (1, 307). Xatırlayaq ki, 
M.Əzizbəyov obrazı üzərində yazıçı  əvvəllər “Komissar” 
povestində də işləmiş, onun inqilabi fəaliyyətini təsvir etmişdi.  
Bu gün isə  ədəbi fikrin hər iki obraza münasibəti 
birmənalıdır: bu obrazlar, xüsusilə M.Əzizbəyov sxematikdir, 
birtərəflidir. Onlar yalnız hərəkətdə olan, müəyyən tapşırığı, 
proqramı icra edən personajlardır. Romanda M.Əzizbəyov 
ideoloji rupora çevrilmiş, daxili aləmi, insani kompleksləri, 
azərbaycanlı kimi milli-mənəvi tərəfləri görünməyən bir obraz 
kimi verilmişdir. Yeri gəlmişkən,  əsər araya gələndən sonra 
onun haqqında söz deyən M.Arif də (1957-ci ildə) 


____________Milli Kitabxana____________ 
 
165
M.Əzizbəyov obrazının zəif verildiyini, “lazımınca dolğun, ətli-
qanlı” çıxmadığını qeyd etmişdi (1, 307). 
M.Əzizbəyovun, demək olar, bütün danışıqları, hətta 
evdəki söhbətləri də bir bolşevik təbliğatçısının sözləridir, sanki 
partiya proqramlarından, inqilabi vərəqələrdən gətirilən 
sitatlardır. O, hətta M.Ə.Sabirdən, “Molla Nəsrəddin”dən 
danışanda da oxucunu çaşqın vəziyyətə salır: 
“ – Sabiri oxuyursunuzmu? “Molla Nəsrəddin” 
jurnalına fikir verirsinizmi? Onlar həyatdan yazırlar. Şəxsən 
mən onları inqilabın köməkçiləri hesab edirəm” (48, 279).  
Romanda bir insan və azərbaycanlı kimi M.Əzizbəyovun 
daxili aləmi lazımınca açılmamış, “alt qat”dakı düşüncə  tərzi, 
milli təfəkkürü göstərilməmişdir. Halbuki, bu bir həqiqətdir ki, 
tarixi  şəxsiyyətlərin dəyərləndirilməsində onların bədii 
obrazının təqdimatı mühüm rol oynayır. Hesab edirik ki, sovet 
dönəmində  təkcə  bədii  ədəbiyyatda deyil, tarixi-siyasi 
kontekstdə  də M.Əzizbəyovun təqdimatı birtərəfli olmuş, o, 
yalnız siyasi fiqur, alovlu leninçi, mətin inqilabçı  və publisist 
kimi təbliğ olunmuşdur. Bəy nəslindən olan, XX əsrin 
əvvəllərində Peterburqda ali təhsil alaraq vətənə qayıdan, həyat 
tərzi milli zəminə söykənən bu insanın inqilabi hərəkata 
qoşulması, Bakı Komunasında təmsil olunması da yəqin ki


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə