Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə35/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   31   32   33   34   35   36   37   38   ...   86

____________Milli Kitabxana____________ 
 
146
Siyasi-ideoloji baxımdan romanda qüsür görməyən  ədəbi 
tənqid əsərin sənətkarlıq məsələlərində nöqsanlarını dönə-dönə 
qeyd etmişdir. Bunlar hər  şeydən  əvvəl lüzumsuz uzunçuluq, 
bir sıra surətlərin natamamlığı, bəzi mənfi obrazların birtərəfli 
və  zəif verilməsi və sairlərdir. Romanın rus dilinə  tərcüməçisi 
və tədqiqatçısı Z.Kedrina yazırdı: “Həlledici inqilabi mübarizə 
epizodlarında xalq qəhrəmanlarına qarşı istismarçı siniflərin 
içindən çıxmış qüvvətli düşməni göstərmək yolu ilə 
getmədiyindən və bunu heç arzu etmədiyindən müəllif həmin 
bu düşmən obrazlarının özünü süni surətdə aşağı salır, kiçildir, 
onları  həqiqi həyatdakından  fərqli olaraq, axmaq, birtərəfli, 
zəif göstərir. Burada yalnız həmin düşmən surətlərinin törətdiyi 
rəzalət və onların gördüyü işin  ədalətsizliyi deyil, xalqa zidd 
ideyaları  təbliq edən bu adamların rəzilliyi və gücsüzlüyü, 
başlıca olaraq, müəllifin  əlində olanları ifşa etmək üçün əsas 
vasitə olmuşdur. 
Mənim fikrimcə bu, nəzərdə tutulmuş  məqsədə çatmaq 
üçün çətin ki, ən yaxşı vasitə olsun...”(146, 91). 
Əbülhəsənin 1933-cü ildə  qələmə aldığı “Dünya qopur” 
romanında da Veysin “inqilabçılığı” inqilabın qələbəsi deyil, 
bəlkə də faciəsidir. Veysin başçılığı ilə yoxsul şarbaflar inqilab 
sorağını eşidən kimi hər şeyi söküb-dağıdırlar, bütün dükanlara, 


____________Milli Kitabxana____________ 
 
147
anbarlara hücüm edib mal-mülkü ələ keçirirlər, özləri kimi 
yoxsullara paylayırlar, varlıların, bəy və  ağaların imarətlərini, 
var-dövlətini  ələ keçirməyə çalışırlar. Onlar dünənə  qədər 
qulluq etdikləri sahibkarları, tacirləri, bəyləri dərhal özlərinin 
qatı, barışmaz düşməni elan edirlər. Lakin onlardan çox 
zülümlər görsələr də, anlaya bilmirdilər ki, bu sahibkar və 
bəylər də tarixən formalaşan bir zümrə idilər və eyni millətin 
müəyyən qədər seçilən nümayəndələridirlər.  
Sovet dövrünün ədəbi tənqidi roman haqqında həmişə 
böyük razılıqla yazırdı ki, əsərdə  bədii konfliktin  əsasında 
uçulan, məhv edilən köhnə dünya ilə yeni, sosialist  cəmiyyəti 
qurucuları  arasındakı siyasi toqquşmalar, sinfi vuruşlar 
dayanır. Rus sovet ədəbiyyatşünası V.D.Osotski isə “Müasir 
sovet romanının qəhrəmanları  və milli xarakter problemləri” 
adlı məqaləsində daha uzağa gedərək “Dünya qopur” romanını 
əsasən burada beynəlmiləlçiliyin güclü olmasına görə 
qiymətləndirir. Halbuki beynəlmiləlçilik məsələsi heç də 
romanın ön xəttində durmur. V.D.Osotski yazır ki, Əbülhəsən 
“öz qəhrəmanlarının xarakterini onların milli müstəsnalığında 
deyil, beynəlmiləl ümumiliyində açır. Lakin bu, heç də  həmin 
Bülənd və Veys obrazlarının öz milli xüsusiyyətlərini itirməsi 
kimi başa düşülməməlidir” (150, 44). Göründüyü kimi müəllif 


____________Milli Kitabxana____________ 
 
148
əsərə dövrün konyunkturası baxımından yanaşmış, romandakı 
əsas mətləblərə toxunmamışdır. 
Romanın yaratdığı ilk təəssürat belədir: Azərbaycanın  ən 
ucqar və sakit güşələrindən olan Çayqıraqlı qəsəbəsində də ilk 
dəfə olaraq, “inqilab” nidaları hamını, hər  şeyi möhkəmcə 
silkələmişdir. Indiyədək hamı üçün bəlkə  də  təbii və adi 
görünən hadisə  və münasibətlər aydınlaşmağa başlamış, 
cəmiyyətin bütün təbəqələri mövcud vəziyyətdə mövqeyini 
müəyyənləşdirməli olmuş, gələcək taleyini yenidən götür-qoy 
etmişdir. 
“Dünya qopur”u otuzuncu illər bədii nəsrinin  ən yaxşı 
nümunələrindən biri, realizminin gücü və psixoloji təhlilləri ilə 
seçilən bir roman kimi qiymətləndirmək olar. Hiss olunur ki, 
müəllif  əsəri zəngin sənətkar müşahidələri, həyati faktlar 
əsasında yazmış, mövzunun həyatiliyi və reallığı canlı  və 
inandırıcı obrazların yaranması ilə  nəticələnmişdir. Veys də, 
Əziz də, Zeynal da, Ciniş  Əhməd də, Nəcmi müəllim də, 
Bülənd də, Minayə  də,  Sona da, Şahbəy də, Allahqulu da, 
Qadir də,  Əminə  də, Çimnaz da... belələrindəndir. Veysin və 
dəstəsinin  “partizanlığı”, zorakılığı, anarxizmi oxucuda nə 
qədər narazılıq doğurursa, inqilabın rəhbər nümayəndəsi, 
nahiyə revkomunun sədri, təhsilli və savadlı Sirat Müstəqimov 


____________Milli Kitabxana____________ 
 
149
da rəğbət yaratmır, müsbət obraz kimi təqdim edilən Bülənd isə 
hadisələrə çox vaxt radikal münasibəti ilə  əhalinin inqilabda 
axtardığı nümunəvi təmsilçi səviyyəsinə qalxa bilmir.  Qadir 
Büləndə deyir: 
“ -  Mən elə bilrdim ki, sən bizim hökümətimizin 
nöqsanlarını düzəltmək üçün  hökümət qulluqçularının 
arasında olan alçaqlarla , rüşvətxorlarla  mübarizə edirsən. 
Çalışırsan ki, belə pisliklər aradan qalxsın. Demə  sən də 
baltanı bu ağacın lap kökündən vuranlardansanmış”  (26, 
143). 
Yaxud, xalq arasında inqilabın mahiyyəti haqqında fikirlər 
aşağıdaki dialoqda belə ifadə olunur: 
Sona: “ – Mal-dövlət davası deyil, bəs axı onda bu nə 
davasıdır?.. Bəlkə taxt-tac davasıdır? Hə?” 
Səttar: “ – Bala, taxt-tac davası da elə əslinə baxsan, mal-
dövlət davasıdır da!” (26, 63). 
Hətta inqilabçıların (Veysin və Büləndin) anası Çimnaz da 
inqilabın mahiyyətini başa düşə bilmir: 
“Hərki-hərkilikdi?! Hə! Deməli inqilab – hərki-hərkilik 
imiş! Nə böyük olacaq, nə kiçik! Nə qanun, nə qayda! Kim 
yerindən tez durdu, o böyük olacaq, hə?” (26, 75). 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə