Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə33/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   29   30   31   32   33   34   35   36   ...   86

____________Milli Kitabxana____________ 
 
138
ilk romanlarımızda – M.S.Ordubadinin “Gizli Bakı”sında və 
“Döyüşən şəhər”ində, M.Hüseynin “Daşqın”ında,  Əbülhəsənin 
“Yoxuşlar”ında görə bilərik. Lakin bu əsərlərdə ayrı-ayrı həyat 
lövhələri bədii  əksini tapsa da, obrazlar, xüsusilə  əsas 
qəhrəmanların obrazları natamam idi. 
Inqilabi mövzularda yazılan  əsərlərin qəhrəmanları 
kommunistlər, komsomolçular olmuşlar və təbii ki, bu obrazlar 
kommunist ideologiyasını  təcəssüm etmişlər. Ideoloji doktrina 
belə idi: “qəhrəman mütləq daxili, insani ziddiyyətlərdən azad 
“müsbət” insan tipi olmalı idi. Mənfilər mütləq rəzil, antipod, 
cəmiyyətdə yad və yabançı ünsür kimi təsvir edilməli idi. 
Konflikt öz gərginliyi ilə seçilməli idi. Sovet cəmiyyəti
mövcud varlıq tənqid atəşinə tutulmamalı idi, sovet  həyat tərzi 
işıqlı, nikbin və  gələcək nəsillərə örnək olsun deyə, parlaq 
təsvir olunmalı idi” (117, 28-29). 
Bədii  əsərlərdə müsbət qəhrəmanlardan tələblər  sosialist 
realizmi konsepsiyası  əsasında müəyyənləşmişdi: sovet 
adamının ictimai fəallığı, mübariz keyfiyyətləri, yüksək 
beynəlmiləlçiliyi, kommunizm ideallarına sədaqəti, kollektivə 
dərin məhəbbəti.... 
Sovet dövrü tənqidçiləri bədii  əsərlərdə inqilabın  əsl 
mahiyyətinin realist planda, inandırıcılıqla necə açılıb təhlil 


____________Milli Kitabxana____________ 
 
139
edilməsinə, qəhrəman obrazlarının yuxarıda göstərdiyimiz 
vəziyyətlər daxilində necə yaradılmasına üstün diqqət 
yetirirdilər.  Ədəbi tənqid romanlarda monumental insan 
surətləri yaradılmasını tələb edirdi. Obrazların mükəmməlliyini 
monumentallıqda  görürdülər. Düzdür, roman janrının 
inkişafında psixologizm və sentimentalizmin də mühüm rol 
oynadığı qeyd edilirdi. Bununla belə, yeni romanların 
əksəriyyətində hadisə, bəzən də hadisəçilik üstün yer tuturdu. 
S.Rəhimov,  Əbülhəsən, M.Cəlal romanlarında hadisə ilə 
bərabər psixoloji təhlilə  də yer verirdilər  və bu, ədəbi tənqid 
tərəfindən  əsasən təqdir olunurdu. Hadisə  və  əhvalatlar güclü 
olan romanlarımızda isə psixoloji hisslərin, intim duyğuların 
sıxışdırılması nöqsan hesab edilsə  də, bu, həmin dövr bədii 
yaradıcılığına ideoloji yanaşma daxilində  tənqid edilirdi. 
Məsələn: “Bu nöqsan bir tərəfdən istedadın zəifliyi  əlaməti 
idisə, digər tərəfdən inqilabın qüdrətini əks etdirmək üçün ədəbi 
təcrübənin nisbətən azlığından irəli gəlirdi”. (50, 145). 
Təbii ki, ədəbiyyatdan, o cümlədən romanlardan  mövzü 
və ideya baxımından nə  tələb olunurdusa, onun qəhrəmanı da 
məhz bu meyara uyğun gəlməliydi. Həm də nəzərə alınmalıdır 
ki, yuxarıda qeyd etdiyimiz kimi, yeni ədəbi nəsil də yeni 
siyasi-ideoloji ab-havada formalaşmışdı  və onların  əhval-


____________Milli Kitabxana____________ 
 
140
ruhiyyəsi bu ab-havaya uyğun idi: bütün yeni gələn nəsillər 
kimi onlar da köhnəni dağıtmaq, yenini yaratmaq həvəsində 
idilər və bu, bədii yaradıcılığın ideya-məzmun və bədii-estetik 
istiqamətlərində  təzahir edirdi. 
Bütün səylərə baxmayaraq, otuzuncu illərin romanlarında 
inqilabçıların, sovet hakimiyyətinin möhkəmləndirilməsi  
uğrunda mübarizə aparanların obrazları mükəmməl və bitkin 
olmadı, bədii nümunə səviyyəsinə yüksəlmədi, oxucu şüurunda  
lazımi iz buraxmadı, düşüncələrdə sevimli və ideal qəhrəman 
kimi yaşamadı (məsələn, Voyniçin Ovodu, lap elə 
N.Ostrovskinin Pavel Korçagini kimi). Hər şeydən əvvəl isə, bu 
“inqilabçı” obrazlar “milli tip kimi dərk oluna”(32, 133) 
bilmədilər. Buradan bir çox suallar ortaya çıxır: ümumiyyətlə 
azərbaycanlıların bolşevik inqilabi hərəkatında rolu və yeri necə 
görünür? 1920-ci ilin aprelində Azərbaycanda hakimiyyəti 
bolşeviklər inqilab yolu iləmi  əldə etmişdilər? Azərbaycanda 
vətəndaş müharibəsi olmuşdumu, yaxud, baş verənlər “vətəndaş 
müharibəsi” idimi? 
Çağdaş tarixi-sosioloji araşdırmalar bu suallarla bağlı bir 
çox məqamlara aydınlıq gətirmişdir. Düşünürük ki, ötən  əsrin 
əvvəllərində azərbaycanlı mentaliteti ilə “bolşevik 
inqilabçılığı”, “marksist dünyagörüşü” anlayışları  nə  dərəcədə 


____________Milli Kitabxana____________ 
 
141
bir-biri ilə  səsləşə    bilərdi? Burada hələ dini, sosioloji, tarixi, 
əsrlər boyu müəyyən prinsiplər əsasında qərarlaşan həyat tərzi 
və digər amillər də vardır. Indi inkar olunmur ki, marksist 
ideologiya  Azərbaycana kənardan – Rusiyadan idxal 
olunmuşdı  və inqilabi ruh  bütün Azərbaycanda deyil, əsasən 
Bakıda hiss olunmuşdur. Bu inqilabı  gətirənlər və bu ruhu 
yaşatmaq istəyənlər isə Rusiyadan gələn bolşeviklər, Bakının 
fabrik və zavodlarında aparıcı qüvvə olan rus fəhlələri, habelə 
azərbaycanlının milli təəssübkeşliyinə yad olan digər millətlərin 
nümayəndələri, xüsusilə daşnak proqramının həyata keçirilməsi 
məqsədi ilə bolşevik pərdəsinə bürünən ermənilər idi. Yəgin ki, 
ruslar Bakıya heç Azərbaycanın bir hissəsi kimi deyil, 
Rusiyanın bir parçası, ermənilər isə  gələcək Böyük 
Ermənistanın məkanı kimi baxırdılar. Bolşevik inqilabi 
hərəkatında Azərbaycanın  milli maraqları  qətiyyən 
düşünülmürdü. 
N.Nərimanov, M.Əzizbəyov kimilər isə inqilabi hərəkatda 
bolşeviklərin milli proqramının vədləri daxilində  iştirak 
edirdilər. Oktyabr  inqilabından sonra 1918-ci ilin sentyabrına   
–  milli hökumət paytaxtı  Gəncədən Bakıya köçürməyə nail 
olana qədərki dövrdə  təşkil edilən Bakı Kommunası, 
Sentrokaspi kimi qurumların Azərbaycana heç bir aidiyyəti yox 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə