Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə36/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   32   33   34   35   36   37   38   39   ...   86

____________Milli Kitabxana____________ 
 
150
Həmzə bəyin arvadi Əminə inqilabçiların lap “kökündən” 
danışır: 
“ – Ermənilərdir də, ermənilər! Daşnak adı xoşlarına 
gəlmədi, mauzerist olmadı, indi də adlarını bolşevik qoyub 
aləmi çaxnaşdırırlar” (26, 28).   
Əminənin və bir çoxlarının belə qənaəti də, əlbəttə, əsassız 
deyildi. Həmin dövrdə – 1918-ci ildə Azərbaycanın bir çox 
yerlərində olduğu kimi, romanda hadisələrin baş verdiyi 
Şamaxı  qəzasında da daşnaklar məhz bolşevik adı altında 
azərbaycanlıların qırğınını törətmişdilər. 
Romandan alınan təəssüratın bir məqamını da qeyd etməyi 
lazım bilirik. İdeoloji konsepsiyanın prinsipləri  əsasında bu 
romanda da, “müsbət” insan tipləri ilə  yanaşı “mənfilər”də 
vardır. Bunlar yeni quruluşa, inqilaba qarşı duranlardır – bəylər, 
tacirlər, onların ailə üzvləri, habelə  vəziyyətdən istifadə edib 
başlarını girələyənlərdir.  Əlbəttə, müəllifin vəzifəsi onları 
“ifşa” etmək, onlara qarşı nifrət yaratmaqdır. Amma əsəri 
oxuyanda bu “nifrəti” sanki yaşamırsan. Xüsusilə çağdaş 
günlərimizin prizmasında bu “mənfi” tiplərin, onların ailə 
üzvlərinin hərəkətlərini başa düşürsən, müqavimətin instiktini 
də, reallaşmasını da təbii hesab edirsən. 
 


____________Milli Kitabxana____________ 
 
151
Mehdi Hüseyn  “Daşqın” romanında (1933-1934) bir çox 
“mənfi” obrazlara da bu gün mənfi kimi baxmamaq olar. 
Romanın “vətəndaş müharibəsi”mövzusunda yazıldığı deyilir. 
Lakin bu, nə “vətəndaş müharibəsi”dir? H.Ənvəroğlunun 
yazdığı kimi, “vətəndaş müharibəsi” mövzusunu yalnız bir 
istiqamətdə, açıq tendensiya və siyasi tərəfkirliklə  işləmək 
tələbi artıq ənənə şəklini alaraq müəlliflərin sərbəst yaradıcılıq 
axtarışları aparmalarına imkan vermirdi. Bir roman kimi 
“Daşqın” da “vətəndaş müharibəsi” mövzusuna birmənalı 
münasibətin qurbanı olub. Ona görə  də romanda müəllifin 
boyaları yalnız qırmızı  və qaradan ibarət olmuşdur. Millətin 
övladlarını düşmən cəbhəyə bölüb, qardaşı-qardaşa qarşı qoyan 
siyasi 
şəraitin dərindən yaşanmadan, tələm-tələsik 
romanlaşdırılması hadisələrin birtərəfli və üzdən təhlil 
edilməsinə, başqa sözlə, qırmızıların həmişə haqlı  və qalib 
qüvvə kimi verilməsinə  səbəb olmuşdur. Romançı mükəmməl 
bədii xarakterin deyil, daha çox inqilabın qələbəsini təmin 
etmək qayğısına qalmışdır”(33, 150). Romandakı “qırmızılar” 
Azərbaycana sovet hakimiyyətini gətirənlərin təmsilçiləridir və 
işğalçılarla  əks tərəfin mübarizəsini “vətəndaş müharibəsi” 
hesab etmək, əlbəttə, mübahisəli məsələdir. Sarxanın, Şirəlinin, 
Əmrahın partizan dəstələri hey atışırlar, vuruşurlar, daim 


____________Milli Kitabxana____________ 
 
152
hərəkətdə, daim döyüş axtarışlarındadırlar. Lakin bu hərəkət 
dinamikasının müqabilində  bədii dinamika, bədii cazibəlilik, 
xarakterlərin psixoloji aləmi, bədii məntiq yoxdur. Bir də ki, 
partizanların döyüşdükləri tərəf kimi əsasən “vətəndaş 
müharibəsi” cızığından kənardakı qüvvələri – həmin dövrdə 
hələ müstəqilliyini saxlamaq uğrunda mübarizə aparan gürcü 
menşeviklərinin hərbi hissələrini görürük. 
Romanda M.Hüseyn bəzən siyasi-sinfi “vəzifələrdən” 
kənara çıxıb, bədii məqamlara diqqət yetirəndə, bir sənətkar, 
qələm  sahibi kimi yaradıcılıq imkanlarının potensialını 
göstərir. Budur, Sarxanla Mahirənin görüşündən bir epizod: 
“Yaxında toplar gurlayır, pulemyotlar havaya od 
 
sovururdu. Burada süküt, dərin bir sükut içində iki ürək 
döyünürdü. Qarşıdan qan qoxusu gəlir, ölüm havası çalınırdı. 
Burada insanlar sevişir, insanlar yaşamaq istəyirdilər”  (44
23). 
Yeri gəlmişkən müəllif digər epizodlarda da “çərçivədən” 
çıxa bilir: məsələn, partizanların söhbətləri, narazılığları ilə 
əlaqədar məqamları xatırlamaq olar. Xalqın anlaşılmaz 
durumda olmasını, çaşqınlığını partizanların söhbətlərini, 
narazılıqlarını ifadə edən epizodlarda görmək mümkündür. 


____________Milli Kitabxana____________ 
 
153
Əmrahın oğlu  İsfəndiyarın öldürülməsi, arvadının dəli olub 
özünü çaya atması epizodları isə bədii təsiri ilə yadda qalır.  
Qayıdaq “mənfi” obrazlara. Yolçu, onun oğlanları – 
müsavat zabiti Şəmsi, Həmzə və başqaları. Bu obrazların “tünd 
boyalarda, yalnız millətin düşməni kimi verilməsi romanın 
konfliktinin təbii inkişafından doğmadığı üçün sənətə partiyalı, 
sinfi yanaşmanın qurbanına çevrilmişdir. Onlar icitimai həyatın 
özünün qurbanı olduğu kimi sənətdə də həm “istismarçı” sinfin  
nümayəndəsi kimi, həm də bir xarakter kimi qurbana 
çevrilirdilər. Çünki ideoloji təzyiq bu şəxslərin heç birini canlı 
bədii xarakter kimi yaratmağa imkan verməmişdir”. (33, 151). 
Bəs onlar niyə “mənfi”olmalıdırlar? Niyə müqavimət 
göstərməməlidirlər? Müəllif bu adamları “ifşa”  etmək 
istəyirdisə, niyə bəs aşağıdakı sözlərlə  xarakterizə edirdi? 
Şəmsi:“Ölkəni düşmənlərə verib mən hara gedirəm? Bu 
da bir növ namussuzluq deyilmi?” (44, 54). 
Şəmsi:  “Nə çoxdur Şura hökümətinin  əlindən qan 
ağlayan...” (44, 57). 
Şəmsi:  “Mən ki, indi öz umuzumda vətəni yüksəltmək 
üçün ölümə gedirəm” (44, 59). 
Həmzə:  “Birdəfəlik igid kimi güllə qabağında ölmək bu 
cür it günündə dolanmaqdan min pay yaxşıdır... Qoy bütün 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə