Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə38/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   34   35   36   37   38   39   40   41   ...   86

____________Milli Kitabxana____________ 
 
158
(Qumru, Məşədi İslam, Qıssa xanım, Bəbir bəy, Sarıqlı Molla, 
Bekar və b.) və  bədii lövhələrini, epizodlarını (təbiət 
mənzərələri,  şəhərin quduz mənzərəsi, Bəbir bəyin 
“adaxlıbazlığı”, Qumru-Sarıqlı Molla əhvalatları, Bəbir bəyin 
məclisi və s.) tapmışdır. 
“Bir gəncin manifesti”ndə  də belədir. Sanki M.Cəlal 
Mərdan obrazını inqilaba gətirməklə ideoloji nəzarətçilərə dedi 
ki, “buyurun, bu da sizin inqilabçı obrazı”. Yaxud, “buyurun, 
bu da sizin Lenin!”, “Qalanları isə  mənimdir!” Qalanları: 
“Təhqir”, “Təcili tədbir”, “Nökərçilik”, “Yeni yolda”, “Sonanın 
cavabı”, “Göz yaşı romanı”, “Məktub”, “Manifest” fəsilləridir. 
Bu fəsillərin hər birini isə ayrılıqda Azərbaycan  ədəbiyyatının 
bədii cəhətdən mükəmməl və unudulmaz nümunələri hesab 
etmək olar. 
Çağdaş  ədəbiyyatşünaslıqda romanın uğurunu sosializm 
realizmi üstünlüklərindən çox, yazıçının fərdi romantik üslubu 
ilə bağlayırlar. M.Cəlal romanlarında, xüsusilə “Bir gəncin 
manifesti”ndə müasir bədii təfəkkürü cəlb edən məziyyətlərin 
çox olduğu razılıqla göstərilir.  Ədəbi fikir istər Baharın 
taleyinin, istərsə  də onun anası Sonanın xarakterinin bədii 
düşüncə predmeti olaraq qalacağı  qənaətindədir. Onların ikisi 
də müstəqil bədii süjetin baş qəhrəmanı səviyyəsində dayanırlar 


____________Milli Kitabxana____________ 
 
159
və ümumilikdə romanın baş  qəhrəmanı hesab edilən inqilabçı 
Mərdandan xeyli yüksəyə qalxırlar. Həm də bu personajlarla 
bağlı  fəsillər o qədər güclüdür ki, hətta hadisələrə sinfi - 
ideoloji mövqedən verilən  şərhlərin və siyasi- publisist deyim 
tərzinin üstünlük təşkil etdiyi proloqu, epiloqu və bir neçə fəsli 
çıxsaq  belə, roman öz bütövlüyünü, bədii-estetik təsirini 
saxlayacaqdır. 
 
Inqilab mövzusu və inqilabçılar görkəmli yazıçı 
M.S.Ordubadinin bədii yaradıcılığında da kifayət qədərdir. 
Onun  Dumanlı  Təbriz romanı  və  Döyüşən  şəhər”,  Gizli 
Bakı”  və  Dünya  dəyişir  əsərlərindən ibarət trilogiyası bu 
sıraya qatılır. Bəri başdan deyək ki, “Dumanlı  Təbriz”  bu 
cərgədə dura bilməz. Uzun müddət “Dumanlı  Təbriz”də 
inqilabi mövzuda yazılmış romanların xüsusiyyətləri 
axtarılmışdır. Ideya aydınlığını bir çox əsərlərimizdə olduğu 
kimi, M.S.Ordubadinin də romanlarının mühüm məziyyəti 
hesab edənlər, nədənsə “alt qatda”kı ideyaları görmək 
istəməmişlər. 
“Dumanlı  Təbriz” romanı 1907-1917 ci illərdə  Cənubi 
Azərbaycanda baş verən mürəkkəb tarixi hadisələrdən bəhs 
edir. Burada hansı inqilabdan söhbət gedir? Həmin dövrdə İranı 


____________Milli Kitabxana____________ 
 
160
əhatə edən məşrutə  hərəkatından. Bu hərəkat isə  Cənubi 
Azərbaycanda milli-azadlıq çalarları ilə görünürdü və onun 
Səttar xan və Bağır xan kimi liderləri vardı. Deməli, “inqilab” 
və “inqilabçılar” milli-azadlıq hərəkatı ilə bağlıymış. Bakıdan 
göndərilən və Əbülhəsən bəy adı ilə fəaliyyət göstərən inqilabçı 
isə sinfi mübarizə aparmaq səylərində olsa da, daha çox milli 
azadlıq hərəkatının təmsilçisi kimi görünür. 
 “Dumanlı  Təbriz” romanı  tədqiqatımızın digər fəslində 
geniş təhlilə cəlb olunduğu üçün üzərində dayanmırıq. 
1918-ci ildə Azərbaycanda gedən mürəkkəb ictimai-siyasi 
prosesləri  əks etdirən “Döyüşən  şəhər” romanında “inqilabi, 
yaxud “vətəndaş müharibəsi” mövzusunda yazılan roman 
təsnifatının zahiri örtüyü altında öz fərdi-şəxsi həyatları olan 
insanların canlı  bədii obrazları vardır” (33, 155). Lakin, 
“Dumanlı  Təbriz”dən fərqli olaraq, trilogiyaya daxil olan 
romanlarda sırf ideoloji məqsəd üstünlük təşkil edir və 
müəllifin bolşevizmə, sovet hakimiyyətinə  rəğbəti açıq ifadə 
olunur. M.S.Ordubadi qeydlərində deyirdi ki, trilogiyanı 
yazmaqda məqsədi Bakı partiya təşkilatının gizli hərəkat 
tarixini iyirminci illərə  qədər bədii  şəkildə verməkdir. Müəllif 
1894-cü ildən 1918-ci ilə  qədərki hadisələri “Gizli Bakı”da, 


____________Milli Kitabxana____________ 
 
161
1918-1920-ci illəri “Döyüşən şəhər”də, 20-ci illəri isə “Dünya 
dəyişir”də əks etdirmişdir.  
Sovet  ədəbiyyatşünaslığı bu romanları qiymətli bədii 
nümunələr hesab etməklə, M.S.Ordubadini “inqilab 
salnaməçisi” adlandırmışdır. Bolşevizmin Bakıda fəaliyyət 
göstərən nümayəndələrinin – Xanlar Səfərəliyevin, Kobanın, 
Pyotr Montinin, Lado Ketsxovelinin, Bakı kommunası 
rəhbərlərinin, S.M.Kirovun və digər inqilabçı obrazlarının 
yaradılması, Hacı Zeynalabdin Tağıyev,  Şəmsi  Əsədullayev, 
Ağamusa Nağıyev kimi “burjuy”ların ifşası müəllifin böyük 
yaradıcılıq nailiyyəti kimi qiymətləndirilmişdir.     
Trilogiya oxucunu inandırmağa çalışır ki, guya uzun illər 
boyu Bakıda güclü inqilabi hərəkat formalaşmış, onun Bakı 
kommunası kimi “parlaq” səhifəsi də olmuş, Oktyabr 
ideyalarından “güc alan” Bakı inqilabçıları Azərbaycanda Sovet 
hakimiyyətini qurmuşlar.  Əlbəttə, tarix artıq hər  şeyə aydınlıq 
gətirmiş, hər  şeyi yerinə qoymuşdur.  İndi Bakı bolşevizminin 
də, Bakı Kommunasının da siması  və  məqsədi məlumdur, 
Azərbaycana sovet hakimiyyətinin inqilabi çevrilişlə deyil, XI 
Qızıl Ordunun işğalı ilə  gətirildiyi də aydındır. Odur ki, tarixi 
faktların yenidən araşdırılması ilə  hər üç romanın uydurma 
üzərində qurulduğu təkzib olunmur. Xüsuslilə trilogiyanın 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə