Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə34/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   30   31   32   33   34   35   36   37   ...   86

____________Milli Kitabxana____________ 
 
142
idi. 1918-ci ilin mayından 1920-ci ilin aprelinədək  fəaliyyətdə 
olan Azərbaycan Xalq Cümhuriyyəti isə inqilab yolu ilə deyil, 
çevriliş yolu ilə  yıxıldı. Məlumdur ki, XI Qızıl ordu 
Azərbaycana hücum etdi və Bakı işğal olundu. Beləliklə, hansı 
inqilabdan söhbət etmək olar? 
Yaxud, “vətəndaş müharibəsi” deyilən məsələ. 
Azərbaycanda vətəndaş müharibəsi olmamışdır. Yerlərdə milli 
hökümətin yıxılmasına, Azərbaycanın bolşevik qoşunları 
tərəfindən işğalına qarşı etiraz hərəkatları, üsyanlar, 
toqquşmalar baş vermişdir. Gəncə üsyanı, Qarabağda
Zaqatalada,  Şəkidə,  Şəmkirdə, Naxçıvanda və s. bölğələrdə 
ciddi müqavimət hadisələri bu qəbildəndir. Lakin bu, vətəndaş 
müharibəsi deyildi, əhalinin, azərbaycanlıların işğalçı  qırmızı 
orduya, bolşevizmə qarşı mübarizəsi idi.  
Elə inqilab mövzusunda  yazılan romanlarımızda da, 
müəlliflərin bütün ciddi-cəhdlərinə baxmayaraq, inqilabın 
“Azərbaycan hadisəsi” olmadığını görmək mümkündür. Yəni, 
nə  qədər ki, söhbət həyatın müxtəlif hadisələrinin, müxtəlif 
insan münasibətlərinin bədii ifadəsi  ətrafındadır – oxucu üçün 
maraqlıdır və inandırıcıdır. Inqilab məsələləri, inqilabçıların 
hərəkətləri, fəaliyyəti ilə bağlı  məqamlarda isə  bədii-estetik 
təsir sanki öz qüvvəsini itirir, oxucunu bunların nə  qədər 


____________Milli Kitabxana____________ 
 
143
inandırıcı olub-olmaması da heç maraqlandırmır və süjet 
xəttində izlədiyi digər məqamlara tezliklə keçidi gözləyir. Bu 
məsələnin müasir ədəbiyyatşunaslıqda şərhi ilə bağlı bir misal: 
“Şamo”, “Dirilən adam”, “Dünya qopur”, “Tərlan”, 
“Qəhrəman” kimi romanlarda Azərbaycan kəndinin varlığı, real 
mənzərələri, həyat və  məişəti konkret bədii ifadəsini tapdığı 
halda, burada gedən inqilabi iş, inqilabi fəaliyyət, “sosialist 
inqilabçılığı” son dərəcə mucərrəd, yayğın səviyyədə - məhz 
“iş” kimi, tədbir  kimi təsvir edilir (32, 133). 
Inqilabçı obrazlar isə bu əsərlərin bədii siqlətini artırmır, 
poetikasını  zənginləşdirmir.  Şamonun (“Şamo”), Mərdanın 
(“Bir gəncin manifesti”), Qədirin (“Dirilən adam”), Veysin 
(“Dünya qopur”), Arazın (“Araz”), Bayramın (“Səhər”) 
inqilabçılığı heç də inqilabı bir sosial-nəzəri kateqoriya kimi 
anlayıb daxilən məslək mübarizəsi kimi qəbul etmələri ilə deyil, 
kortəbiiliklə, yaxud kasıbçılıqdan xilas olmaq səyləri ilə, yaxud 
da  şəxsi motivlərlə, kimlərlərsə haqq-hesabı çürütmək “istəyi” 
ilə şərtlənir. Və suallar yaranır: özlərindən başqa kimə və nəyə 
lazımdı bu “inqilabçılıq”? Onlar niyə min illərlə insanın 
mənəviyyatında formalaşan instiktlərlə yaşamırlar? Niyə Qədir 
bir fərd kimi öz halal arvadını, həyatı bahasına olsa da, xilas 
etmək qüdrətində deyil? Niyə Şamo uzaq Şehli kəndində qoyub 


____________Milli Kitabxana____________ 
 
144
getdiyi kasıb atasının, bacısı Gülsənəmin başına gələn 
müsibətləri, nişanlısı  Qəmərin onun “daş qoyduğu  yerə baş 
qoymağa” çoxdan hazır olduğunu bildiyi halda neçə illər  bir 
oğul və qardaş kimi onların dadına yetmir, yalnız inqilabi  
hərəkata qoşulmaq yolarını axtarmaq və  həmin hərəkatla 
kəndinə qayıdıb məsələni həll etmək istəyi ilə yaşayır? Hətta 
Şamonun dostu, çılğın təbiətli Fərzalı da dözməyib deyir: 
“Qurd qiyamətdə ulayana kimi, ğözlə ki, nə var, mən hələ 
Şehlidə başıaşağı  xəcalət gəzim ki, haçan divan dəftərxanası  
yolunda qan tökəcəyəm?” (88, 608)  
   
“Şamo” romanı sovet dövrü Azərbaycan  ədəbiyyatının 
diqqətçəkən nümunələrindən hesab olunur. Roman-epopeya 
hesab olunan bu irihəcmli  əsərdə xalqın, müxtəlif  qrupların 
həyatı epik genişliklə  və realist qələmlə  təsvir olunmuşdur. 
Romanda Azərbaycan kəndinin oyanması, təşəkkülü, yeni həyat 
uğrunda mübarizə, xalq güzaranının rəngarəng sahələri, məişəti, 
adət-ənənəsi, etnoqrafik xüsusiyyətləri, müxtəlif təbəqələrin 
psixologiyası geniş, canlı və koloritli  bədii ifadəsini tapmışdır. 
Romanın bütün ruhu xalq həyatı, xalq psixologiyası üzərində 
köklənmişdir.  


____________Milli Kitabxana____________ 
 
145
Bununla belə, “Şamo” romanında sinfiliyin milliliyi 
üstələdiyini, dövrün ideoloji təsirinin aşkar göründüyünü inkar 
edə bilmərik.  Əsərin 1930-cu illərdə yazılan və sonralar 
müəllifin üzərində  işləyib təkmilləşdirdiyi birinci cildi daha 
təbii və canlı, daha millidir. Sovet dövrü ədəbiyyatşunaslığı 
“Şamo” romanda sovet ədəbiyyatının ümumi estetik 
prinsiplərinin – inqilabın və xalqın qüdrətininin genişliyi ilə 
təsvir olunmasını razılıqla qeyd edirdi.  Yazırdılar ki, belə 
əsərlərin müsbət qəhrəmanlarını  əsas bir ideya düşündürür: 
inqilab! Bunların  hamısı çalışır ki, Leninin ideyalarını 
ləyaqətlə 
həyata keçirsinlər... Müxtəlif ideyaların, 
dünyagörüşlərin, baxışların çarpışdığı  şəraitdə surətin inqilabi 
əqidəyə yiyələnməsi  ciddi məsələ hesab edilirdi. Vurğulanırdı 
ki, belələri  ən yüksək estetik zövqü də inqilabdan alırdılar və 
bu, tamamilə yeni keyfiyyətdir.  
“Şamo”nun roman-epopeya səviyyəsinə    qalxması onun 
ensiklopedik xarakter daşımasına gətirib çıxarır. Realizmin  
yetkinliyi, insan və  cəmiyyət haqqında dolğun təsəvvür 
yaratması ilə roman ictimai-siyasi, əxlaqi görüşləri, baxışları, 
psixologiya və  əqidələri, manafeləri rəngarəng insan 
xarakterlərinin simasında  əks etdirir və bütün bunların 
nəticəsində əsər dövrün ensiklopediyası səviyyəsinə qalxır. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə