Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə40/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   36   37   38   39   40   41   42   43   ...   86

____________Milli Kitabxana____________ 
 
166
müəyyən motivlərə  əsaslanırdı. Hər halda, M.Əzizbəyov 
fenomeni istər tarix səhifələrində, istərsə  də  bədii  ədəbiyyatda 
lazımınca ifadəsini tapmamışdır. Bəlkə də, 26-ların cərgəsində 
qətlə yetirilməsəydi, sovet hakimiyyəti qurulandan sonra 
M.Əzizbəyov da N.Nərimanov kimi eyni aqibəti yaşayacaqdı. 
Deyə bilərlər: axı M.Əzizbəyov Azərbaycan xalqına yad 
olan Bakı Kommunasının rəhbərlərindən biri olub, 
S.Şaumyanla bir komandanın üzvü kimi fəaliyyət göstərib... 
Elədir, lakin milli mənafeyimizə yad olan qısa ömürlü Bakı 
Kommunası dövründə M.Əzizbəyov olmasaydı 
nə 
qazanacaqdıq? Hər halda, nüfuzlu, şəxsiyyətli bir insan kimi 
M.Əzizbəyovla hesablaşırdılar, yəqin ki, o da olmasaydı həmin 
dövrdə azərbaycanlıların  əleyhinə  fəsadlar daha çox olardı. O, 
xalq tərəfindən qəbul edilirdi. Onu eşidirdilər. Təmsil olunduğu 
bolşevik dəstəsində onun nüfuzundan və  şəxsiyyətindən 
müəyyən qədər çəkinirdilər.  
Elə götürək 1918-ci ilin mart qırğınlarını. Həmin günlərdə 
azərbaycanlıların daha geniş miqyasda qırğınlarının qarşısının 
alınması üçün M.Əzizbəyovun gücü və səlahiyyətləri daxilində 
fədakarlıq göstərdiyini danmaq olmaz. N.Nərimanov yazırdı ki, 
“Şamaxıdan qayıdan  Əzizbəyov faciəni mənə danışanda göz 


____________Milli Kitabxana____________ 
 
167
yaşlarını saxlaya bilmirdi. Onda mənə aydın oldu ki, Bakıda 
sovet hakimiyyəti daşnakların əlindədir” (152, 189). 
S.M.Əfəndiyevin qeydləri də diqqətçəkəndir. O, yazırdi: 
Məşədi son dərəcə  həssas qəlbə malik insan idi. O, Şamaxı 
qəzasında olarkən dağıdılmış  və qana boyadılmış  Şamaxı 
şəhərinin mənzərəsinə baxıb qəlbində  dəhşətli bir ağrı hiss 
etmişdi... Məşədi hər yerdə  və  hər vasitə ilə izah edirdi ki, 
Şamaxıdakı qırğın və yanğın bolşeviklər partiyasının və Sovet 
hökümətinin qatı düşməni olan daşnaklar tərəfindən 
törədilmişdir. Bu hələ bir yana qalsın, hətta mart günlərində 
“şəhərdə özbaşınalıq edən daşnak hissləri onu tutduğu 
vəzifələrə baxmadan həbsə almış, evini isə atəşə tutmuşdular” 
(63, 91). 
Əlbəttə, oxucuya məhz belə keyfiyyətləri özündə daşıyan 
M.Əzizbəyovun bədii obrazını göstərmək lazım idi, o cümlədən 
“Səhər” romanında da. 
Romanda digər obrazlar – İskəndər kişi, Pəri nənə, 
Səlminaz ana, Alı, Rəşid, Rəhimbəy,  Şirin bəy, Vasili Orlov, 
Gözəl, Teybə, Osman, Mahmud və Minarə aparıcı obrazlarla 
(M.Əzizbəyov və Bayram) müqayisədə daha dolğun və 
inandırıcı  çıxmışlar.  Əsrin  əvvəllərinin Bakısı  və Azərbaycan 
kəndi (Ayıbasar) realist və  zəngin boyalarla verilmiş,  şəhərdə 


____________Milli Kitabxana____________ 
 
168
və kənddə gedən proseslər geniş lövhələrlə və epizodlarla təsvir 
olunmuşdur. 
Qeyd edək ki, “Araz” və “Nina” romanlarında Arazın 
inqilabçılığı və Əjdərin inqilab işinə xidməti də oxucu şüurunda 
heç bir bədii təsir yaratmamış, iz qoymamışdır. Bu əsərlərin 
müəllifləri A.Şaiqin və S.Rəhmanın yaradıcılıq simaları, 
Azərbaycan ədəbiyyatında yeri və rolu müəyyənləşərkən həmin 
romanların arxa planda qalması təbiidir və başa düşüləndir.  
1930-1950-ci illər romanlarının tədqiqində bir məsələ  də 
diqqəti çəkir.  İnqilab mövzulu romanların demək olar ki, 
hamısında erməni obrazları vardır: “Dumanlı  Təbriz”də Arşaq 
Surenyans, “Gizli Bakı”da Ayrapet, “Döyüşən  şəhər”də 
S.Şaumyan, “Şamo”da Arşak, Suren, “Bir gəncin manifesti”ndə 
Suren, “Dünya qopur”da Karapet, “Araz”da Qriqor, 
“Qəhrəman”da Qrikor, “Səhər”də Tiqran və s. Bu obrazların 
hamısı müsbət planda verilmişdir və müəlliflər rejimin 
beyinlərə yeritdiyi ideoloji əsasında onlara rəğbətlərini də ifadə 
etmişlər. 
“Dünya qopur”da hətta azərbaycanlılar guya musavatçılar 
tərəfindən dağıdılmış erməni kəndini yenidən tikirlər (görəsən 
ermənilər də dağıtdıqları yüzlərlə Azərbaycan kəndlərində bircə 
ev tikiblərmi?). Romandan bir parça:          


____________Milli Kitabxana____________ 
 
169
Ermənilər üçün tikilən yeni kəndin açılışında. “Gurultu ilə 
Cinişin sağlığına içildikdə o birdən yanında oturmuş sarıbığ 
ermənidən soruşdu: 
- Ə, Karapet, de görüm inandın ki, sənə ev tikdik, yoxsa 
yox? 
- İnandım, inandıx axber! Biz əvvəldən qardaşıx! Partiya 
bizim qardaşlığımızı yaman bərkitdi” (26, 397). 
Həmin dövr Azərbaycan ədəbiyyatında ermənilərin müsbət 
obrazlar kimi ortaya çıxmasına ürəyigenişliyin, dinc yanaşı 
yaşamaq istəyinin, tolerantlığın, xalqımızın tarixən hər cür 
düşmənçilik hissindən, kin-küdurətdən uzaq olmasının, bütün 
millətlərə dostcasına yanaşmasının təzahürü kimi də baxmaq 
olar. Belə  bədii obrazları Azərbaycan xalqının ermənilərə 
uzatdığı dost əli kimi də başa düşmək olar. Lakin tariximizin 
son iyirmi beş ilinin hadisələri, həmişə dost əlini uzatdığımız 
tərəfin  əsrin  əvvəllərində, 1918-ci ildə olduğu kimi, əsil 
siqlətini, Azərbaycan torpaqlarına iddialarını, azərbaycanlılara 
qarşı kin-küdurətlərini açıb göstərmirmi?  
Onu da vurğulayaq ki, həmin erməni obrazlarının 
canlılığından, bədii təsir gücündən danışmağın yeri yoxdur. 
Ideoloji fiqur kimi əsərlərə yerləşdirilən bu obrazların süjetin 


____________Milli Kitabxana____________ 
 
170
inkişafında, konfliktin gedişində  və  həllində, romanın bədii 
təsirinin səviyyəsində heç bir rolu və əhəmiyyəti görünmür. 
“Erməni məsələsi”nə yalnız Y.V.Çəmənzəminlinin 
əsərlərində - “1917-ci ildə” və  “İki od arasında” romanlarında 
fərqli yanaşılmışdır. Qeyd edək ki, Y.V.Çəmənzəminlinin 
“Studentlər” və onun ikinci hissəsi olan “1917-ci ildə” 
romanlarının inqilab mövzusunda əsərlər cərgəsinə qatılması 
tamamilə əsassızdır. Hətta Rüstəmbəy kimilərin bəzən inqilaba 
ürəkdən qoşulmağa tərəddüdlə yanaşmaları, bolşeviklərin 
yürütdükləri siyasətin beynəlmiləl mahiyyətini dərindən dərk 
edə bilməmələri, onlarda inqilabçılara məxsus inqilaba ürəkdən 
vurğunluğun olmamasını müəllifin nöqsanı da hesab etmişlər 
ki, bu da absurddur! Həmin romanı da tədqiqatımızın digər 
fəslində  təhlilə  cəlb edəcəyimiz üçün bu məsələlərin üzərində 
geniş dayanmırıq. Bununla belə, romanda müəllifin “erməni 
məsələsi” ilə  əlaqədar toxunduğu bir məqama diqqəti cəlb 
etmək istəyirik. Burada Kasparyan adlı bir erməni obrazı vardır. 
O, Rüstəmbəyə qarşı nə qədər səmimi və sədaqətli görünsə də 
özündə “daşnaq zehniyyəti”ni yaşadır. Rüstəmbəy deyir: 
“- Bilirsiniz, erməni məsələsini bizimlə  əlaqədar bir 
məsələ olaraq... ətraflı tədqiq etmişəm... Müharibə əsnasında 
Moskvada rusca nəşr etdirdiyiniz məcmuə və kitabları gözdən 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə