Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə44/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   40   41   42   43   44   45   46   47   ...   86

____________Milli Kitabxana____________ 
 
184
satirik  əsər adlandırmışlar. Lakin romana bir daha qayıdışın 
nəticəsində tədqiqatımız bu qənaətə əsas verir ki, “Açıq kitab”a 
heç də satirik əsər kimi deyil, tam ciddi, orijinal bir bədii 
nümunə kimi yanaşılmalıdır. Kərim Gəldiyev,  İslam Verdiyev 
kimi surətlərin satirik cizgiləri isə bütövlükdə romanın satirik 
üslubda olması demək deyildir, bunlar ümumiyyətlə Mir Cəlal 
yaradıcılığında yer alan satirik-yumoristik çalarların bu 
romanda nisbətən geniş ifadəsidir.  
          Görünür romanda dövrə, partiya və hökuməti təmsil edən 
ayrı-ayrı obrazlara sərt tənqidi münasibət uzun illər  əsərin 
təhlilində  əsil həqiqətlərin üzə  çıxarılmasına mane olmuş  və 
onu olduğu kimi göstərməmişdir.  Əsər haqqında az yazılmış, 
yazılanlar da səthi və ötəri olmuş, yaxud mənası  və  məqsədi 
ört-basdır edilmişdir.  Ədəbiyyatşünas alim Y.İsmayılov qeyd 
edir ki, bəziləri “Açıq kitab”a başqa cür yanaşmış, müəllifi 
həyat həqiqətini təhrif etməkdə, varlığı birtərəfli qələmə 
almaqda, mütərəqqi real ənənələrdən uzaqlaşmaqda 
günahlandırmışdı (56, 9). Əlbəttə, M.C.Cəfərovun 1945-ci ildə 
yazdığı məqalə istisna oluna bilər. Romanı “həqiqətin üzünə dik 
baxan” əsər kimi qiymətləndirən M.Cəfərov yazırdı: “Nəsrimiz 
həqiqətin üzünə dik baxan bir neçə qiymətli roman, povest və 


____________Milli Kitabxana____________ 
 
185
hekayələrə malikdir. Onlardan biri Mir Cəlalın “Açıq kitab” 
romanıdır” (15, 269).  
         Zamanın ideologiyası ilə  səsləşməyən, “həqiqətin üzünə 
dik baxan” bu romanda yəqin ki, sovet ədəbi tənqidini 
diksindirən  əsas məsələ  tənqid hədəfinə çevrilən obrazın – 
Kərim Gəldiyevin partiya təşkilat katibi kimi verilməsi, yəni 
onun partiya təmsilçisi olmasıdır. 
      Romanda hadisələrin cərəyan etdiyi dövr otuz yeddinci ilin 
repressiya ab-havası ilə nəfəs alırdı: hər yerdə xalq düşmənləri, 
sosializmə yad olan ünsürlərin axtarışları  və “ifşası” ... Kərim 
Gəldiyev də romanda belə axtarışları aparan bir tip kimi 
görünür. O deyir: 
        “Biz indi hər addımda düşmən axtarmalıyıq. Lap 
evimizdəki o ata-anamıza, arvadlarımıza da inanmamalıyıq! 
Çünki bəlkə düşmən agentidir” (70, 27).        
        Kərim Gəldiyev komsomol yığıncağında Vahidi müdafiə 
edən Muxtara deyir: 
        “Gənc olmağı yox ey, ünsür olmağı barədə danış. Məsələ 
ünsür məsələsidir, ondan danış, yoldaş komsomol!” (70, 19)  
         Zamanın “nəbzi”ni tutmağı bacaran Gəldiyev 
ideologiyanın tələbləri səviyyəsində danışmaqla, öz murdar 


____________Milli Kitabxana____________ 
 
186
əməllərini pərdələməyi bacarır. Aşağıdakı parçaya diqqət 
yetirək: 
      “Gəldiyev kabinetinə girib oturdu: 
 –  Rübabə, səninlə bir söhbət kimim var. Mən hələlik 
səninlə kak komsomol 
yox, kak yoldaş danışmaq istəyirəm. Sən razı olma ki, bir 
müzür elementin üstündə  təmiz adına ləkə  gəlsin, Vahidi 
deyirəm! Bilirsən? 
Rübabə başını tovladı: 
      –    Təvəqqe eləyirəm özünüzün yanlış yolunuzu mənə  də 
öyrətməyəsiniz. 
      Gəldiyev dikəldi: 
      – Bizim hansı yolumuz  yanlışdır? 
      Rübabə cavab verməmiş Gəldiyev səsini ucaltdı: 
      –  Bizim  bircə yolumuz var ki, o da sosializmaya doğru 
gedir. Sən bu yolun yanlış... Bilirsən nə çıxır” (7077). 
      Kərim Gəldiyev kimi tiplərin mənfiliklərində  təkcə insan 
xarakterindəki naqisliklərin deyil, siyasi-ideoloji motivlərin də 
də əsas götürülməsi romanın diqqətçəkən xüsusiyyətidir və bu 
özəlliyi də yeni Azərbaycan romanının inkişafında yeni addım 
hesab etmək olar. Tənqidçi T.Salamoğlunun yazdığı kimi “Açıq 
kitab”da həyat hadisələrinə münasibət və yazıçı idealı siyasi 


____________Milli Kitabxana____________ 
 
187
rejimin, ideologiyanın diktələrindən güc almayıb” (100, 19). 
İdeologiyaya tabe tutulmuş münasibətlərin demək olar, yox 
dərəcəsində olduğu romanda həyat həqiqətləri gen-boldur. 
Müəllifin satiradan istifadəsi də  yəqin ki, həmin dövrdə  həyat 
həqiqətlərini daha cəsarətlə demək istəyindən irəli gəlmişdir.  
          Bu  baxımdan bəlkə müsbət obrazların zəif çıxması da 
anlaşılandır. Vahid və Rübabənin sönük və  zəif verilməsi ilə 
bağlı ədəbi fikrin mülahizələri ilə şərik olduğumuzu bildirməklə 
yanaşı, Kərim Gəldiyev obrazı kimi Ağca xanım obrazının da 
canlı  və inandırıcı olması  qənaətindəyik. Müəllif Ağca xanımı 
ciddi ifşa hədəfinə çevirsə də, onun taleyinin faciəsini təbii və 
təsirli vermişdir.  
        “Açıq kitab” romanının oxucu şüuruna ciddi bir əsər kimi 
ciddi təsir göstərdiyi  şəksizdir. Çünki Gəldiyev və 
“gəldiyevçilik” hər şeydən əvvəl bu amilləri yaradan mühit və 
rejim haqqında düşündürür.   
                                                          
Sovet dövrü Azərbaycan  ədəbiyyatının birinci mərhələsi 
müharibə illərini (1941-1945) və müharibədən sonrakı on ili də 
(1945-1955)  əhatə edir. “Məfkurə-metodologiya və poetika-
sənətkarlıq sahəsində  hər cür fərdi özəlliklərə  və istisnalara 
baxmayaraq, bu dövrün ədəbi hadisələri və qanunauyğunluqları 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə