Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə52/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   48   49   50   51   52   53   54   55   ...   86

____________Milli Kitabxana____________ 
 
219
bəşəri problemlərin istiqamətini, ictimai-tarixi mərhələlərdəki 
təmayülünü aydınlaşdırmadan onun axarını böyük ideallar 
məcrasına yönəldə bilməz” (60, 11). 
Q.Qasımzadə  əsərdə millət məfhumunu və estetik idealın 
milliliyi, bədii forma və məzmun, bədii ədəbiyyat və dil, yazıçı 
şəxsiyyəti və millilik, adət və vərdişlərin inikası, milli xarakter 
kimi məsələləri milli bədii təcrübənin və Azərbaycan 
ədəbiyyatının verdiyi imkanlara istinadən  şərh etmişdir. Lakin 
nəzərə alaq ki, müəllif tədqiqatını marksizm-leninizm fəlsəfi 
fikrinə, sosialist realizmi ədəbi konsepsiyasına söykənərək 
aparmışdır və odur ki, elmi qənaətlərində çağdaş fəlsəfi və bədii 
estetik baxışlar səviyyəsində mübahisəli görünən, dayanıqlı və 
davamlı olmayan məqamlar vardır. Bu, xüsusilə özünü “millət” 
anlayışı, “beynəlmiləl  ənənə  və müasirlik” və  bəzi digər 
problemlərin təhlilində göstərir. Tədqiqatda “millət” məfhumu 
marksist  ədəbiyyatşünaslığının qəbul etdiyi formula əsasında 
araşdırılır: millət – dil, ərazi, iqtisadi həyat və milli 
mədəniyyətin spesifik xüsusiyyətləri ümumiliyində  təzahür 
edən, mənəviyyat birliyi əsasında yaranan, insanların tarixən 
meydana gələn davamlı toplusudur. Əlbəttə, bu gün “millət” 
anlayışı bu formulanın müddəaları ilə  məhdudlaşmır, bir çox 
digər məqamlara – milli düşüncə  tərzinə, milli psixologiyaya


____________Milli Kitabxana____________ 
 
220
milli emosiyalara, milli instinktə, folklora və milli ədəbiyyata, 
milli adət-ənənələrə, din amilinə  və s. diqqət yetirmək lazım 
gəlir. Zamanın böyük sürəti, ABŞ kimi super dövlətdə “millət” 
anlamının  ənənəvi fəlsəfi təyinatlarından kənar keyfiyyətləri, 
xalqlar və dövlətlər arasında genişlənən əlaqələr, inteqrasiyalar 
və s., hətta bu gün, məsələn, dünya futbol çempionatında Fransa 
“milli komandası”nın  əsasən zənci kökənli və  ərəb mənşəli 
oyunçularla təmsil olunması  nəzərə alınarsa, “millilik” 
anlayışının çağdaş izahı ətrafında düşünməli olursan.  
Hər halda Səməd Vurğunun 1953-cü ildə Moskvada çap 
olunan “Böyük sənət məsələləri” adlı  məqaləsində dediyi 
mülahizələri konkret və  sərrast hesab etmək olar: “Hər bir 
xalqın özünəməxsus  əhəmiyyətli xüsusiyyətləri vardır: öz 
məişəti, öz ənənə və zövqü, vərdişləri, adətləri, həmçinin xüsusi 
təfəkkür və dünyanı  dərketmə  tərzi vardır ki, bunlar əsrlərcə 
davam edib gəlmişdir” (153). Bu məqalə, xüsusilə “xüsusi 
təfəkkür” və “dünyanı  dərketmə  tərzi” ifadələri həmin dövrdə 
ittifaq miqyasında mübahisələrə  və polemikaya səbəb olsa da, 
məsələnin çağdaş izahında diqqəti çəkən məqamlar kimi qalır.  
Bədii  əsərdə millilik həm də milli xarakterlərlə, milli 
psixologiya ilə  şərtlənir. Milli xarakter isə,  əlbəttə, milli 
gerçəkliyin təzahürüdür. Tənqidçi A.Hüseynovun yazdığı kimi, 


____________Milli Kitabxana____________ 
 
221
milli xarakter xalqın özünəməxsus mənəvi-psixoloji, idraki-
əxlaqi keyfiyyətlərini, həyati qənaətlərini, vərdişlərini, estetik 
hisslərini, eləcə temperamentinin əlamətlərini ehtiva edir. 
“Bədii  əsərlər həmişə konkret insanlar barədə, onların milli 
şəraitlə şərtlənmiş psixologiyaları, həyatları barədə bizə söhbət 
açır… Milli psixologiya konkret surətlərin, xarakterlərin milli 
həyat tərzindən doğan müəyyənliyi kimi  meydana çıxır”(42, 
149). 
Bununla belə, milli xarakter anlayışının  mütləq təyinatının 
olmaması barəsində  səslənən  fikirlərlə  də haqq qazandırmaq 
olar. Məsələn, 1968-ci ildə  İ.Kon yazırdı: “Müasir elm milli 
xarakterin hamı  tərəfindən qəbul edilmiş, elmi surətdə  
əsaslandırılmış nəzəriyyəsinə malik deyildir” (143). 
Milliliyin tarixi kateqoriya kimi təyinatına  da bu 
baxımdan yanaşmaq olar. Millilik  kateqoriyası    həmişə belə 
təsbit olunmuşdur ki, o, tarixi inkişaf prosesində ciddi 
 
dəyişikliklərə uğrayır, onda müəyyən keyfiyyətlər aradan qalxır 
və eyni zamanda yeni keyfiyyətlər yaranır. Bu, ümumi, fasiləsiz 
və labüd proses hesab edilir, lakin hər dövr üçün  bu prosesin 
spesifik cəhətləri olduğu göstərilir. 
Kateqoriyanın belə  şərhi ilk baxışda məqbul hesab edilsə 
də, çağdaş elmi-fəlsəfi düşüncə baxımından burada 


____________Milli Kitabxana____________ 
 
222
yarımçıqlıqlar da görünür. Yəni milliliyin mürəkkəb tarixi 
törəmə olması, onun təbiətinin rasional-dərketmə əlamətləri ilə 
müəyyən edilməməsi, millətin keçici tarixi funksiya deyil, öz 
kökləri ilə həyatın sirli dərinliklərinə girən dinamik substansiya 
olması  və s. belə  fəlsəfi fikirdə özünə yer alan amillər də, 
əlbəttə, nəzərə alınmalıdır.  
Bu məqamda macar ədibi Düla Çakın bir mükalimə 
əsanasında dediklərini xatırlamaq olar: “O fikirlə tam razıyam 
ki, ümumibəşəriliyin  zəminini  millilik təşkil edir. Millilikdən 
kənar ümumibəşərilik yoxdur və ola da bilməz. Hər halda, özgə 
cür olsaydı,  ədəbiyyat belə uzun, surətli tarixi  ərzində heç 
olmasa bircə böyük yazıçının adını  çəkməliydi ki, bəs milli 
olmayıb, ümumibəşəridir. Və  nə yaxşı olardı ki, belə bir 
nümunə yoxdur” (Bax: 35, 77). 
 
 2.2. Azərbaycan romanında milli düşüncə istiqamətləri 
 
 Sosialist realizmi çərçivəsində  araya çıxan 1930-1950-ci 
illər Azərbaycan romanında milli düşüncə  əhatəsini, milli-
mənəvi idealların ifadəsini  həm “üst qatda”, həm də “alt qatda” 
axtarmaq olar. “Sovetləşmə”, “sosialistləşmə”, “proletar 
inqilabı”, “sosializm quruculuğu” və s. sosioloji atributlar bu 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə