Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə54/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   50   51   52   53   54   55   56   57   ...   86

____________Milli Kitabxana____________ 
 
227
zaman, onun əsas ruhunu təşkil edən mühüm  hisslərdən biri
bəlkə də ən çox ömür sürəni milli vügar hissidir”. (111,  320). 
Rəsul Rza isə 1945-ci ildə  məsul redaktoru olduğu 
“Azərbaycan” yurnalının (Cənubi Azərbaycanda milli azadlıq 
hərəkatı ilə bağlı buraxılırdı, ərəb əlifbası ilə nəşr olunurdu) 3-
4-cü sayında dərc etdirdiyi “Milli şüur və milli iftixar” adlı 
məqaləsində bütövlükdə xalqımız üçün həmişə aktual 
məqamlara toxunmuşdu: “Şübhəsizdir ki, milli intibah, milli 
şüurun oyanması bir günün, bir ilin işi olmayıb, əsrlərin kəskin 
və amansız fırtınaları içərisində doğulur.... Azadlıq  dərk 
edilmiş zərurətdirsə, bu azadlığı duymaq, onun zəruri olduğunu 
hiss etmək üçün xalqın  bütün nemətlərini yaradan geniş 
kütlələrin milli şüurunun artması, xalqın özünəməxsus  ənənə, 
sənət və  məişət gözəlliklərinin həqiqətən sevilib intişar etməsi 
şərtdir. Lakin millət içərisində ayrı-ayrı adamların: ictimai 
xadimlər, inqilabçılar, yazıçılar, rəssamlar, alim və 
maarifpərvərlərin o xalqın milli şüurunu yüksəltmək, o xalqın 
azadlıq və istiqlalıyyət yolundakı  səylərini daha müntəzəm və 
mütəşəkkil bir hala salmaq, o xalqın yolunu işıqlandırmaqda 
böyük xidmətləri vardır...Milli iftixar hissi, milli şüurun 
doğrudan-doğruya  bir nəticəsidir. Milli şüuru oyanmamış, öz 


____________Milli Kitabxana____________ 
 
228
yaradıcılıq qüvvəsinin qüdrətinə iman bağlamamış bir xalqda 
milli iftixar hissi çox zəif və məzmunsuz olur”(Bax: 96, 64). 
Əlbəttə, otuz-əllinci  illər  ədəbi prosesində milli-mənəvi 
idealları özündə ehtiva edən milli düşüncənin  sabitliyi, yaxud  
yüksəlişi haqqında iddiaya da yer yoxdur. Milli düşüncənin az-
çox özünü göstərən yaşantılarına otuz yeddinci ilin müdhiş 
repressiyaları ciddi zərbə vurdu. Bir çox görkəmli 
sənətkarlarımız antisovetçilik motivləri ilə yanaşı, “millətçilik” 
damğası ilə də repressiyaya düçar oldular. 
Qırxıncı illərin ortalarında Cənubi Azərbaycandakı milli 
hərəkat milli düşüncəyə  təkan verdi. Lakin beynəlxalq 
qüvvələrin siyasi oyunları nəticəsində bu hərəkatın da “qanına 
qəltan” olması, həmçinin 1946-48-ci illərin partiya qərarlarının 
yaratdığı kəskin qadağalar “milli oyanış”ın qarşısında keçilməz 
sipər yaratdı (Arazın o tayında qaldı, bu taya buraxılmadı). 
Sonralar – əllinci illərin ortalarından  Şəhriyarın 
“Heydərbabaya salam” kimi əsərlərinin araya gəlməsi və 
Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi  milli 
düşüncəni yenidən, bu dəfə dönməz şəkildə silkələdi. 
Tədqiqat nəticəsində milli-mənəvi idealların Azərbaycan 
romanında təzahürü aşağıdakı istiqamətlərdə görünür: 


____________Milli Kitabxana____________ 
 
229
 –  Azərbaycan  dilinin cilalanması, inkişaf etdirilməsi. 
Doğma dilimizin zənginlikləri yeni vüsətlə üzə  çıxarılmış, 
özündə milli-mənəvi idealların digər çalarlarını da ehtiva etmək 
qüdrətini göstərmişdir. Bu barədə  qənaətlərimizi yuxarıda 
vermişik; 
 – Tariximizin bədii təxəyyüldə inikası. Belə  əsərlərdə 
milli düşüncə özünə daha geniş vüsətlə meydan tapmış, milli-
mənəvi idealları bir çox məqamlarda “üst qat”da ifadə etmək 
imkanı yaranmışdır; 
 – Doğma Vətən kimi Azərbaycan torpağının, Azərbaycan 
təbiətinin özünəməxsus gözəlliklərinin tərənnümü; 
–  Azərbaycan məişətini canlı, koloritli  lövhələrlə  bədii 
inikası; 
– Bir çox bədii obrazlar vasitəsilə milli xarakterin, 
mentalitetin müsbət çalarlarının vəsfi; 
– Milli mən, milli özünütəsdiq, milli iftixar, milli vügar 
hisslərinin yaşantıları. Bunlar əsasən dərinlərdə, “alt qat”da yer 
alır; 
– Daha dərinlərdə, “milli azadlıq” hissi; 
– Geniş  mənada: ümumbəşəri olduğu  qədər də, milli 
keyfiyyətlər üzərində  qərar tutan xeyirlə    şərin mübarizəsi və 
özünəməxsus milli-mənəvi anlamda  xeyirin  qələbəsi. Bu 


____________Milli Kitabxana____________ 
 
230
qələbə insanları sevindirmiş, ruhlandırmış, oxucu kütləsini 
(xalqı) işığa səsləmişdir. 
Bu istiqamətlərin sözügedən dövrdə Azərbaycan 
romanında təzahürü bir daha bədii yaradıcılıqda “millilikdən 
kənar sənət yoxdur” tezisininin təsdiqi kimi qəbul  edilə bilər. 
Əlbəttə,  əsərin milliliyinin səviyyəsi yazıçının milli həyatla  
yaxınlıq, bağlılıq dərəcəsindən asılıdır. Hər bir əsərdə yazıçının 
milli varlığı hiss etdirmək, milli həqiqəti qorumaq instinkti 
vardır.  
Tədqiqata cəlb etdiyimiz romanları yuxarıdakı istiqamətlər 
əsasında qruplaşdırmağı doğru hesab edə bilmərik. Ona görə ki, 
demək olar, bütün romanlarda həmin istiqamətlərin bir çoxu, 
bəlkə  də hamısı bu və ya digər  dərəcədə görünür. Odur ki, 
konkret hər bir əsərin mövzu əsasında təhlilini apararkən həmin 
istiqamətlərin araşdırılması daha məqsədəuyğun olardı. 
 
                                   2.3. Tarix  və  milli  düşüncə                                
 
Kimliyimizi, milli mahiyyətimizi bilmək, milli 
yaddaşımızı qorumaq və zənginləşdirmək istəyiriksə, tariximiz  
haqqında məlumatlı olmalıyıq. Bu mənada sənətkarın bədii 
təxəyyülündən süzülərək gələn tarixi əsərlərin xüsusilə böyük 


____________Milli Kitabxana____________ 
 
231
əhəmiyyət daşıdığı etiraf olunur. Rus yazıçısı A.Tolstoy 
yazmışdı: “Rus xalqının sirrini, böyüklüyünü başa düşmək üçün 
gərək onun keçmişini yaxşı  və  dərindən biləsən: rus 
xarakterinin bağlı olduğu bizim tariximizi, onun köklü 
bağlarını, faciəvi dövrlərini biləsən” (161, 88).    
      Ötən  əsrin 30-40-cı illərində tarixi romanların yaranması 
Azərbaycan  nəsrinin, bütövlükdə  ədəbiyyatımızın  əlamətdar 
hadisəsidir. Tarixi keçmişimizin bədii idrakla dərkinə yönələn 
belə romanlar xalqın tarixi keçmişi haqqında real və əsaslı fikir 
demək, ona kimliyini, hansı dönəmlərdən keçib gəldiyini 
xatırlatmaq zərurətindən yaranırdı. Bu sahədə  əvvəllər  ədəbi 
təcrübə olmasa da, otuz-qırxıncı illərin tarixi romanları 
yaradıcılıq təcrübəsi kimi təşəkkül tapmışdır.  Əlbəttə, 
nasirlərimizin dünya və rus ədəbiyyatı tarixi roman yaradıcılığı 
təcrübəsindən və  ənənəsindən yararlandıqları da inkar oluna 
bilməz. 
        Rus  və Azərbaycan  ədəbiyyatşünaslığında A.Kaşintsevin, 
M.S.Leytesin, 
İ.P.Varfolomeyevin, 
İ.L.Aleksandrovanın, 
M.Sirotyukun, M.Hüseynin, V.Quliyevin, Y.Axundlunun, 
T.Hüseynoğlunun və b. tarixi roman haqqında mülahizələri 
diqqəti cəlb edir. Məsələn,  İ.P.Varfolomeyev tarixi romana 
bədii bir sənət sistemi, sənət növü kimi baxır və onun üç tipini 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə