Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə55/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   51   52   53   54   55   56   57   58   ...   86

____________Milli Kitabxana____________ 
 
232
müəyyənləşdirir: 1) tarixi-realist; 2) tarixi-romantik; 3) tarixi-
oçerkvari (135, 112). O, tarixi-romantik romanları da iki qismə 
ayırır: tarixi-bioqrafik və tarixi-macəra (135, 161). Tarixi 
romanlarda sənədlilik, tarixi fakt və  məlumatla yanaşı tarixi 
dövrün ruhunun düzgün əks olunması da vacib şərt hesab edilir.         
         Elə ilk romanlarda “tarixilik və  bədiilik” prinsipinə 
mühüm diqqət yetirilmiş, tarixi həqiqətlərin düzgünlüyü, hadisə 
və  sənədlərin saxtalaşdırılmadan obyektiv həqiqətə  əsasən 
göstərilməsi, realizm, müasirlik ruhunda yanaşma amilləri, 
tarixi dövrün ruhu da özünü göstərmişdir. 
         İlk tarixi romanı 1933-cü ildə M.S.Ordubadi yazdı. Bu, 
“Dumanlı  Təbriz” romanı idi. Dörd kitabdan ibarət olan əsər 
1948-ci ildə tamamlandı. M.S.Ordubadinin ikinci tarixi romanı 
– “Qılınc və  qələm” (iki hissəli) 1940-1948-ci illərdə araya 
gəldi. 
     Otuzuncu  illərdə Y.V.Çəmənzəminli də iki tarixi roman 
yazdı: “Qızlar bulağı” və  “İki od arasında”(“Qan içində”). 
Həmin dövrün beşinci tarixi romanı isə A.Zöhrabbəyovun 
“Odlu diyar” əsəri idi (1945). 
      Düzdür, o illərdə yaxın tarixi keçmişdən bəhs edən inqilab 
mövzulu romanlar da yazılmışdı (o cümlədən elə 
M.S.Ordubadinin “Gizli Bakı”, “Döyüşən  şəhər”, “Dünya 


____________Milli Kitabxana____________ 
 
233
dəyişir” romanları). Lakin həmin dövr üçün heç də tarixi 
olmayan (15-20 il əvvəlin hadisələri) və hakim ideologiyanın 
gündəlik tələbləri ilə  səsləşən bu əsərlər tarixi romanlar 
cərgəsinə qatılmır. 
      Beləliklə, beş tarixi roman. Proletar ədəbiyyatının, sonra da 
onun davamı olaraq təşəkkül tapan sosialist realizmi 
konsepsiyasının çərçivəsində  qələm tutan yazıçıların bəlkə  də 
nisbətən rahat nəfəs aldıqları, sərbəst hərəkət etdikləri mövzular 
aləmi. 
      Bu romanların hər şeydən əvvəl, xalqın milli iftixar hissinin 
oyanmasında və güclənməsində, milli şüurun təşəkkülündə 
əhəmiyyətli rol oynadığını inkar etmək olmaz. Həmin dövrdə 
təkcə  “İki od arasında” (“Qan içində”) romanı çap oluna 
bilmədi.  Əsər yazılandan sonra müəllifi – Y.V.Çəmənzəminli 
repressiyaya uğradı  və yalnız ötən  əsrin 60-cı ilindən “Qan 
içində” adı ilə çap olunmağa başladı. Digər dörd roman isə elə 
yazıldığı dövrdə oxuculara öz sözünü deyə bildi. 
       Dövrün  tanınmış  ədəbiyyatşünasları, yazıçıları, sənət 
adamları bu əsərlər haqqında öz fikirlərini bildirdilər. 
Romanlara oxuculardan geniş  əks-sədalar gəldi, başqa dillərə 
tərcümə olunmağa başladı. 


____________Milli Kitabxana____________ 
 
234
       M.S.Ordubadi  və Y.V.Çəmənzəminli kimi böyük 
sənətkarların həmin dövrdə tarixi mövzulara müraciət etməsi bu 
gün yəqin ki, kifayət qədər başadüşüləndir. Onlar yeni ədəbi 
mühitə (proletar ədəbiyyatı, sosialist realizmi mühitinə) öz 
yaradıcılıq prinsipləri, üslubları, dəst-xətləri ilə  gəlmişdilər. 
Bununla belə, yeni ab-havaya, yeni tələblərə uyğunlaşmaq 
lazım gəldiyini də başa düşürdülər. O illərdə böyük şövqlə yeni 
sovet  ədəbiyyatını yaradanlar belələrini (o cümlədən Cəlil 
Məmmədquluzadəni,  Əbdürrəhim bəy Haqverdiyevi, Əli 
Nəzmini, Abdulla Şaiqi, Süleyman Sani Axundovu və b.) “əski 
yazıçılar” hesab etsələr də, onları “yeni həyat”a qovuşmağa, 
“öz keçmişindən ayrılmağa”, “yenidən qurulmağa” çağırırdılar. 
“Bunlar müəyyən dövrdə müsbət  ədəbi bir hadisə olaraq 
yaşamış  və bundan sonra ciddi təşəbbüs göstərərək 
inqilabımızın mahiyyətini lazımınca anlamaq üçün öz 
dünyagörüşlərini sağlamlaşdırmaq yolunda çalışsalar və bu işdə 
irəlidə gedən şura yazıçıları onlara lazımınca məfkurəvi yardım 
göstərərsə, özlərini yenidən quraraq, ciddi bədii  əsərlər 
verərlər” (45, 59). Qeyd edək ki, bu sözlər 1932-ci ildə 
səslənmişdir. 
      Əlbəttə, M.S.Ordubadi və Y.V.Çəmənzəminli kimi 
sənətkarlar dövrana, hakim ideoloji tələblərə qarşı durmasalar 


____________Milli Kitabxana____________ 
 
235
da, milli mənliklərini ifadə etməliydilər, mənsub olduqları 
xalqın arzu və istəklərini göstərməliydilər, tarixi yaddaşları 
oyatmalıydılar. Onlar tarixə müraciət etməyi lazım bildilər və 
“Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Qızlar bulağı”, “İki od 
arasında” kimi romanlar yarandı.   
       Ədəbiyyatşünas alim Y.Qarayev yazır ki, “xalqın milli 
mənəviyyatının müasir mərhələdəki təkamülünü onun tarixi 
keçmişinin realist bədii tədqiqi zəminində izləmək və  mənəvi 
təcrübəsinin dərslərində cavab tapmaq bu əsərlərin ən yaxşıları 
üçün ümumi olan başlıca ideya-bədii və vətəndaşlıq məqsədini 
təşkil edir” (Bax: 4, 5). 
       Haqqında söhbət açdığımız  əsərlərdə müəlliflər tarixi 
həqiqətləri gözləmişlər, lakin bədii təxəyyülün gücü ilə maraqlı 
və inandırıcı süjetlər də yaratmış, milli-mənəvi ideallarını da 
ifadə edə bilmişlər. Xalqın tarixi və taleyi ilə, onun keçdiyi 
mübarizə yolu ilə bağlı motivlər belə romanlarda qabarıq 
görünür. Görkəmli yazıçı  və  ədəbi tənqidçi Mehdi Hüseyn 
qırxıncı illərin  əvvəllərində yazırdı: “Yazıçının tarixə 
münasibətində başlıca prinsip tarixi həqiqətin mahiyyətini tam 
mənası ilə mühafizə edib göstərməkdən ibarətdir” (45, 417). 
Əlbəttə, yazıçı tarix yazmır. M.Hüseynin dediyi kimi, “tarixçi 
“nələr olmuşdur?” sualına cavab verirsə, sənətkar “nələr ola 


____________Milli Kitabxana____________ 
 
236
bilərdi?” suallarına da cavab verir” ( 45, 417). “Tarixçi dövrün 
ümumi-ictimai münasibətlərini  əks etdirirsə, yazıçı  ən çox 
dövrün psixologiyasını  təşrih edir. Tarixçi psixoloq deyildir. 
Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa 
da, tarixi-bədii əsər yarana bilməz!” (45, 417). Həmin fikirlərin 
davamı: yazıçının tarixçidən üstünlüyü onun həyata fəlsəfi 
emosional yanaşmasındadır, gerçəkliyə mütəfəkkir baxışındadır 
(34,  60).  
         “DUMANLI TƏBRİZ”.  DUMAN ÇƏKİLƏNDƏ   
       Otuzuncu 
illərin 
əvvəllərində (1933-cü ildə) 
M.S.Ordubadinin “Dumanlı  Təbriz” romanı çap olunmağa 
başladı və dörd hissədən ibarət olan bu  əsərin çapı 1948-ci ildə 
başa çatdı. Bu əsər (onu roman-epopeya, yaxud milli-tarixi 
epopeya da adlandırırlar) Azərbaycan  ədəbiyyatında ilk tarixi 
roman hesab edilir və müəllifinə böyük şöhrət qazandırmış, 
oxucularını  ısə öz cazibə dairəsinə salaraq sevindirmiş  və 
zənginləşdirmişdir. 
       Ədəbiyyatşünaslarımız “Dumanlı 
Təbriz” romanını 
Azərbaycan nəsrinin  ən yaxşı nümunələrindən hesab etmişlər. 
M.Hüseyn, H.Araslı, M.C.Cəfərov, A.Zamanov, F.Vəzirova, 
Q.Xəlilov, F.Hüseynov, M.Hacıyev və başqaları romanın  
təhlilini aparmış, onun Azərbaycan ədəbiyyatında yerini, rolunu 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə