Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə60/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   56   57   58   59   60   61   62   63   ...   86

____________Milli Kitabxana____________ 
 
253
      Qızıl Arslanın Toğrula məktubundan: 
       “Xalqın milli simasını dəyişdirə biləcək hər bir təşəbbüsə 
qarşı amansız mübarizə açmalısan. Buna görə də Azərbaycan 
xalqını vahid bir xalq şəklindən çıxarmaq üçün onları 
qəbilələr və irqlərə ayıran tarixçilərlə bir düşmən kimi rəftar 
etmək lazımdır” (85196). 
     Vəliəhd Əbubəkrin yazdığı xatiratdan: 
      “İnsan, ancaq burada, öz doğma vətənində yaşadığını hiss 
edir. Xalq bir dil, bir arzu daşıyan xalqdır. Kəndlilərindən 
başlayaraq ziyalılarına qədər bir söz deyir: “Azərbaycanın 
istiqlaliyyəti məsələsi həyat məsələmizdir”. Xalq düşüncəli və 
şüurludur. Düşməninə qarşı kinli, inadlı, dostlarına qarşı 
olduqca mehriban və səmimidirlər” (85, 214). 
      Vəliəhd Əbubəkir əmisi Qızıl Arslana deyir: 
       “ – onlar (azərbaycanlılar- Y.R.) bizim simamızda 
Azərbaycan türklüyünü görməlidir. Lakin Səlcuq 
hökmdarları, hətta Səncərin özü də Azərbaycan xalqına 
Azərbaycan türklüyünün doğma simasını göstərə 
bilməmişdir” (85, 272). 
       Nizami Fəxrəddinin başçılıq etdiyi orduya müraciətində 
deyir: 


____________Milli Kitabxana____________ 
 
254
       “ – Vaxtilə  ərəblər və farslar bizdən hər bir şeyi aldılar. 
Lakin tarixi irsdən ibarət olan milli qüruru və tarixi 
qəhrəmanlığı bizim əlimizdən ala bilmədilər” (85, 336)   
      Roman çap olunandan sonra (I hissə-1946-cı ildə, II hissə-
1948-ci ildə) ədəbi fikirdə ona münasibət birmənalı olmamışdır. 
1947-ci ildə Mehdi Hüseyn “Qılınc və  qələm” haqqında 
qeydlər”ində M.S.Ordubadinin ədəbiyyat tariximizin son dərəcə 
görkəmli simalarından biri olduğunu göstərməklə  bərabər, 
romana ciddi iradlarını bildirir. Dövrün ideoloji prinsiplərinə, 
sosialist realizminin bədii-ictimai tələblərinə söykənən 
M.Hüseyn yazırdı ki, müəllif romanda xalqı və onun qəhrəman 
oğullarını  əsərin mərkəzi surətlərinə çevirməmiş, xalqa 
romanda , demək olar ki, heç yer verməmişdir (45, 574). Lakin 
M.Hüseyn “Nizamini bu günün tələbinə görə modernizə etmək, 
onu müasirləşdirmək olmaz” (45, 569) deyəndə tamamilə 
haqlıdır. Bu fikrin davamı olaraq M.Hüseyn yazır ki, tarixi 
qəhrəmanı müasirləşdirmək yolu tarixi roman prinsiplərinə 
tamamilə zidd bir yoldur (45, 570). 
      Ədəbi tənqidin sonrakı illərdə  də, çağdaş dövrümüzdə  də 
Nizami obrazına münasibəti birmənalıdır. Tehran Əlişanoğlu 
“XX əsr Azərbaycan nəsrinin poetikası” adlı monoqrafiyasında 
(2006) bir daha yazır ki, “M.S.Ordubadinin “Qılınc və qələm” 


____________Milli Kitabxana____________ 
 
255
romanında obrazını yaratdığı Nizami Gəncəvi-İlyas surəti 
bütövdür,  əhatəlidir, zəngindir, hər  şeydən öncə  şairin yüksək 
humanist ideyalarının pafosu, özünəxas təfsirindən 
doğulmuşdur, yazıçı Nizami mövqeyindən öz dövrünün bir sıra 
həqiqətlərinə münasibətini görk edə bilir. Amma bu, 
heykəlləşmiş obrazdır, dəyişməz, müsbət – örnək 
xüsusiyyətlərin mücəssəməsidir, hisslər, fikirlər, mənalar zahiri 
möhtəşəmliyə tabedir, hətta bəzən onun kölgəsində qalır... Şair 
çox yerdə XII əsrin deyil, XX əsrin ictimai-siyasi xadimi kimi 
davranır, fikir yürüdür” (32, 189).  
       Bununla  belə, hesab edirik ki, “Qılınc və  qələm” romanı 
Nizami Gəncəvi haqqında bioqrafik əsər deyildir. Əsərin 
Nizamiyə  həsr olunmasını da hətta iddia edə bilmərik. 
M.S.Ordubadi tərcümeyi-halı ilə bağlı yazılarından birində 
qeyd edir ki, romanda “XII əsrin əvvəllərində Şərqdə böyük bir 
dövlət təşkil etmiş Səlcuq xanədanının süqut etməsi ilə, yerində 
Eldəniz oğullarının Azərbaycan atabəyləri adında bir dövlət 
təşkil etməsi, Yaxın  Şərq xəritəsinin tamamilə  dəyişməsi, 
nüfuzdan düşmüş Bağdad xəlifəsinin mövqeyini mənimsəmək  
üzərində gedən mübarizələr, bu mübarizələr zamanında 
Azərbaycanın siyasi və iqtisadi vəziyyəti tarixi vəsiqələrlə 
təsvir edilir” (84, 10).  


____________Milli Kitabxana____________ 
 
256
       Romanda oxucunu cəlb edən, alıb-aparan xətlər hər şeydən 
əvvəl Nizami dövrünün Azərbaycanıdır, dövrün koloritidir, 
Azərbaycan dövlətinin təşəkkülü və möhkəmləndirilməsi 
uğrunda mübarizələrdir, rəngarəng və dolğun insan xarakterləri 
və onların taleləridir, hadisələrin cəlbediciliyi və  məntiqidir
tarixi keçmişimizin təqdimatının zənginliyi və  səviyyəsidir. 
Həmin tarixin Nizami Gəncəvi kimi böyük şəxsiyyəti var, lakin 
bu tarix yalnız Nizami Gəncəvi deyildir. Əsərdə hadisələrin baş 
verdiyi məkan da əhatəlidir: Gəncə  və  Təbriz, Həmədan və 
Bağdad, Qarabağ və Şirvan, Naxçıvan və Muğan... 
         M.S.Ordubadinin  digər  əsərlərində olduğu kimi, xüsusilə 
“Qılınc və  qələm”də  də  təbiət təsvirləri ustad sənətkar 
qələminin məhsulidur. Yüksək bədiiliyi, poetikliyi ilə seçilən 
belə  təsvirlər həm hadisələrin, bədii məqamların məzmununu 
tamamlayır, həm də milli ruhun, milli düşüncənin çalarları kimi 
görünür. 
    Təbiət ilin ayrı-ayrı  fəsillərində özünəməxsusluğu ilə 
canlandırılır. 
    Bahar fəsli: 
     “Gəncə çayının coşqun ləpələri bahar günəşinin qızıl 
saçlarını böyük bir həyəcanla çimdirməyə başlamışdı. Bahar 
fəzasına məxsus pənbə buludlar mayıs gülünün qırmızı 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə