____________Milli Kitabxana____________
260
Daima gül budaqlarının kölgəsində nazlanan yuvasız
bülbüllər xəzan yağışlarının acısını hiss edir və laqeydanə
həyatın zəhərlərini içməyə və tənhalıqdan inləməyə
başlamışdı. Şaxəsindən qopan yarpaqlar öz müqəddəratını
xəzan küləklərinə tapşırıb heçliyə doğru uçub gedirdi.
Çiçəklərin zərif yarpaqları, heyvanların dırnaqları altında
çeynənirdi. Çinardan fırlanıb ayaq altına düşən yarpaqlar bir
dilənçinin əli kimi beş barmağını açıb yalvarırdı” (84, 31)
.
Hiylə, xəyanət, yalanla dolu epizodlarda isə təbiət təsviri
belə məqamların üvertürası kimi səslənir:
“On dörd gecəlik ay, bu qara xəyanəti görməmək üçün
başını qara buludların yorğanına çəkib gizlənmək istəyirdi.
Mavi fəzanın hovuzunda çimən ulduzlar da qara
qətifələrə bürünərək öz yatağına çəkilirdi. Daima pəncərələri
döyməyə adət edən Gəncə küləkləri şəhər xalqını bu qara
hadisədən xəbərdar etməmək üçün öz şiddətini
dayandırmışdı” (84, 174)
.
Qızıl Arslan yaxınlaşan ölümün sövq-təbiisini yaşayır və bu
yaşantı təbiət təsvirində də görünür:
“Qızıl gülün çöhrəsi də bir atəş olub mənim varlığımı
yandırmaq istəyir, bənövşələr sanki böyük bir matəmin qara
pərdəsinə bürünmüşdür. Yasəmənlər tabutun üzərinə