Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə29/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   25   26   27   28   29   30   31   32   ...   86

____________Milli Kitabxana____________ 
 
121
“Tərlan”, “Daşqın” romanları daxildir. Cəfər Cabbarlının  
“Almas”, “Yaşar”, S.S.Axundovun “Laçın yuvası”, Mirzə 
İbrahimovun “Həyat”, Ənvər Məmmədxanlının “Şərqin şəhəri” 
pyesləri və digər bədii əsərlər də az və ya çox dərəcədə həmin 
cərgəyə aid edilə bilər. Adlarını çəkdiyim əsərlər 1920 - 1950-
ci illər (1955-ci ilədək) Azərbaycan ədəbiyyatının ən çox təbliğ 
olunan, oxunan, baxılan nümunələri olmuşdur və  hər biri 
müəllifin özünəməxsus dəst - xətti, üslubu, digər bədii 
keyfiyyətləri ilə seçilsə  də, sosialist  realizminin vulqar 
tələblərinə cavab  vermək məcburiyyəti özünü göstərmiş, Sovet 
hakimiyyətinin qurulması  və möhkəmləndirilməsi  uğrunda 
mübarizələrdən birtərəfli bəhs etmişdir. Yeri gəlmişkən  qeyd 
etməliyəm ki, bu unisondan az - çox yayınan digər dəyərli bədii 
nümunələr də olmuşdur. M.S.Ordubadinin “Dumanlı  Təbriz”, 
“Qılınc və qələm” romanları, otuzuncu illərdə yazılsa da həmin 
dövrdə çap olunmayan Y.V.Çəmənzəminlinin “İki od arasında” 
(“Qan içində”) romanı, S.Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, 
“İnsan” pyesləri, C.Cabbarlının “Od gəlini” pyesi, M.Hüseynin  
“Şamil”, “Nizami”, “Cavanşir” pyesləri və s. 
Ötən  əsrin  əllinci illərinin sonu, altmışıncı illərinin 
əvvəllərindən başlayaraq yaranan bədii  ədəbiyyat nümunələri 
isə artıq realizminin vulqar tələbləri çərçivəsindən azad 


____________Milli Kitabxana____________ 
 
122
olurdular və yeni motivləri, yeni ədəbi - estetik keyfiyyətləri ilə 
seçilirdilər.  Ənənəvi mövzuları – inqilabi hərəkat, Sovet 
hakimiyyətinin qurulması, möhkəmləndirilməsi, “sinfi 
düşmənlərə”,  əksinqilabçılara qarşı, kollektivləşmə  uğrunda 
mübarizə mövzularını yeniləşən ab - havadan yaranan, milli və 
bəşəri dəyərlərə söykənən, həyatı, reallıqları  təhrif etmədən, 
ideoloji tələblərə qurban vermədən  əks etdirən  ədəbi - bədii 
nümunələr  əvəz etməyə başladı. Bununla belə, təbii ki, 
iyirminci əsr tarixmizin yuxarıda qeyd etdiyimiz mərhələlərinə 
yenə də müraciət edilirdi. Hələ Sovet rejiminin diqtəsi, ideoloji 
çərçivələr qaldığı üçün bir çox həqiqətlərin  bədii təsdiqi çətin 
olsa da, müəlliflərin həmin mövzulara yeni baxışı, yəni ədəbi - 
estetik və ictimai - siyasi meyarlar özünü göstərirdi. 
Qayıdaq 1920 - 1950-ci illərin yuxarıda adlarını qeyd 
etdiyimiz bədii  ədəbiyyat nümunələrinə. “Komsomol 
poeması”nı, C.Cabbarlının pyeslərini və bir neçə digər  əsəri 
çıxmaq  şərtilə bu siyahıya daxil etdiyimiz bədii  əsərlərə 
müraciət edəndə, ilk təəssürat belə olur ki, inqilabi hərəkat 
haqqında, yaxud “əksinqilabçılara”, “sinfi düşmənlərə” qarşı 
mübarizə barəsində yazan müəlliflərə  eyni mövzulu sərbəst 
inşa işi verilib və onların da hər biri öz yaradıcılıq imkanları, 
ədəbi istedadları, estetik baxışları  səviyyəsində  həmin 


____________Milli Kitabxana____________ 
 
123
tapşırıqları yerinə yetirməyə çalışıblar. Həmin mövzunun 
istiqamətləri isə demək olar ki, eynidir: ölkədə inqilabi  mühit 
yetişməkdədir, bolşeviklərin proqramı kifayət qədər  əsaslı  və 
cazibədardır (yəni ağır həyata, istismara, çarizmə, bəy - xan 
özbaşınlağına,  ədalətsizliyə, haqsızlığa son qoymaq, azadlığı 
əldə etmək, bütün insanların və millətlərin bərabərliyini 
bərqərar etmək, insanları firavan və xöşbəxt günlərə 
qovuşdurmaq və i.a), bu deyilənləri  əldə etmək üçün  hamı 
bolşeviklərin  ətrafında birləşməli, ideyaca dönməz  və  mətin 
olmalıdır. Fəhlə sinfi ilə yanaşı kəndlilər də ayağa qalxmalıdır. 
Belə əsərlərin qəhrəmanları – istər fəhlə olsun, istərsə də sadə 
kəndli balası – partiyanın proqramı ilə tanış olmalı, beynəlmiləl 
dəstədə inqilabi ruhda yetişməli, əgər kənddən gəlibsə, qayıdıb 
kəndi də ayağa qaldırmalıdır. Istər “Şamo”, istərsə  də “Araz”, 
“Bir  gəncin manifesti”, “Səhər” və s. romanların süjet xətti bu 
oxşar motivlər üzərində qurulmuşdur. Bu əsərlərin bədii 
struktur keyfiyyətləri, qəhrəman tipajları, bədii nitq formaları 
arasında bənzərlik çoxdur. Şamo da, Araz da, Mərdan da, 
Bayram da eyni yolun yolçuları, eyni ideyanın fomalaşdırdığı 
insanlardır. Bununla belə, həmin  əsərlərin bədii-estetik 
keyfiyyətləri, ifadə  və  təsvir sistemləri, dil xüsusiyyətləri, 
oxucunu cəlb etmə imkanları arasında fərqlər çoxdur. 


____________Milli Kitabxana____________ 
 
124
Tədqiqatda xüsusilə “Bir gəncin manifesti” romanı 
fərqləndirilir. Vaxtilə oxucuların böyük marağına səbəb olan, 
gənclərin sevə - sevə oxuduqları  bu əsər hər şeydən əvvəl bədii 
keyfiyyətləri ilə - ifadə  və  təsvir sistemi, maraqlı sujet xətti, 
müəllifin özünəməxsus  şirin, cazibədar təhkiyə üsulu, müsbət 
və  mənfi deyilərək qruplaşdırılan obrazların canlılığı, koloriti, 
inandırıcılığı ilə seçilirdi. Xüsusilə Sona arvad və onun 
övladları – Mərdan və Bahar obrazları diqqəti  cəlb edirdi. 
Proloqu Hötenin “Həyat və azadlıq ancaq onlar üçün hər gün 
döyüşə gedən adamlara layiqdir!” sözləri ilə başlayan roman 
bir-birindən təsirli, canlı, ibratəmiz epizodlarla zəngindir. 
 Mri  Cəlalın “Bir gəncin manifesti” romanı onun bədii 
yaradıcılığının dəyərli nümunələrindədir.  Əlbəttə, təbii ki, bu 
gün bu təsdiqin inkarı da var: bəs axı bu romanda bolşevik 
ideyalarına qoşulmaqdan, Sovet hakimiyyəti  uğrunda 
mübarizədən söhbət gedir! Elədir, haqlı etirazdır. Amma gəlin 
bir anlığa bədii  əsərə rejimin diqtəsi ilə geydirilən bu siyasi-
ideoloji paltarı  çıxarıb tullayaq və hesab edək ki, Xeyirlə  Şər 
qarşı-qarşıya durub, Mərdan kimilər də haqsızlığa, dərəbəyliyə 
qarşı, kasıbların, imkansızların, zülmə, istismara, təhqirə məruz 
qalanların müdafiəsi  naminə mübarizə yollarını axtarırlar. 
Məgər bu gün sosialist inqilabını, kommunist ideologiyasını, 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə