Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə25/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   21   22   23   24   25   26   27   28   ...   86

____________Milli Kitabxana____________ 
 
103
daha ümumi və dərin inkişaf tendensiyasını anlamağa yönələn 
janr təşəkkülünün tendensiyası kimi baxılmalıdır. Roman 
nəzəriyyəsinin işlənməsinin müstəsna  əhəmiyyəti bununla 
müəyyən edilir.  
Diskussiya zamanı M.Baxtinin söylədiyi digər fikirlər də 
maraq doğurur. Məsələn: “Mən hesab edirəm ki, roman onunla 
da maraqlıdır ki, bu janrla ədəbiyyatın taleyini təxmin etmək 
olar”; “Roman nəql edilən dramdır” və s. 
M.M.Baxtin F.Dostoyevskinin yaradıcılığı əsasında dialoji 
roman nəzəriyyəsini də irəli sürmüş, dialoji romandan “yeni 
bədii təfəkkür növü” kimi danışmış, bunu polifonik romanın 
elmi şəkildə izahını vermişdir. 
M.M.Baxtin F.Dostoyevskinin yaradıcılığı əsasında dialoji 
roman nəzəriyyəsini də irəli sürmüş, dialoji romandan “yeni 
bədii təfəkkür növü” kimi danışmış, bunu polifonik təfəkkür 
adlandırmışdır. Baxtin polifonik romanın elmi izahını 
vermişdir.  
LENİNQRAD  MÜŞAVİRƏSİ.   Romanın taleyi və 
perspektivləri, janrın həm tipoloji və poetik özəllikləri, həm də 
dünya ədəbiyyatında yeri və müasir ədəbi zövqlərə davamlılığı 
məsələləri  ədəbi fikir prosesinin həmişə mövzu dairəsində 
olmuşdur və olaraq qalır. Bu baxımdan ötən  əsrin ikinci 


____________Milli Kitabxana____________ 
 
104
yarısında – 1963-cü ilin avqustunda Leninqradda keçirilən 
Avropa yazıçılarının görüşünü də xatırlamaq olar (Bax: 158). 
Romanın problemlərinə 
həsr olunmuş  Leninqrad 
müşavirəsində 83 ölkənin yazıçısı  iştirak etmişdir. 50-dən çox 
çıxış dinlənilmişdir. Çıxışlarda  əsasən müasir romanın 
estetikası, bir ədəbi janr kimi taleyi, forma və  məzmun, 
yazıçının vətəndaşlıq vəzifəsi və  cəmiyyət qarşısındakı 
məsuliyyəti və s.  məsələlərə toxunulmuşdur. 
Müşavirədə təbii ki, iki estetik konsepsiya – həmin dövrün 
sosializm  realizmi ilə modernizmin estetik konsepsiyaları bir 
daha toqquşmuşdur. Sosrealistlər heç cür razılaşmaq 
istəmirdilər ki, Qərb estetikləri və  tənqidçiləri modernizmi  
müasir dünya ədəbiyyatının “zirvəsi” adlandırırlar. Hesab 
edirdilər ki, modernizmin, o cümlədən modernist romanın 
(neoromanın) fəlsəfi əsası ekzistensializmdir və ekzistensializm 
də əslində subyektiv idealizmin bir qoludur. 
Modernistlər Prustu, Coysu və Kafkanı özlərinin mənəvi 
ataları hesab edirlər. Bu gün artıq keçmiş sosialist realizmi 
məkanında da onların böyük sənətkar olduğu təsdiq edilmişdir. 
Milliyyətcə  yəhudi olan Kafka bir yazıçı kimi həqiqət 
axtarmışdır, həm də namusla axtarmışdır. Düzdür, Kafkada 
ümidsizlik də var, bədbinlik də, lakin bu heç də həyat eşqinin


____________Milli Kitabxana____________ 
 
105
sevincin ona yad olması haqqında sovet ədəbiyyatşünaslığında 
vaxtilə özünə yer alan iddialara əsas vermir. 
Modernistlər deyirdilər ki, realist roman (o cümlədən 
sosrealizm  metodu əsasında yazılan roman) burjuaziyanın 
tələbi nəticəsində meydana çıxdığı üçün, həmin romanı müdafiə 
etmək elə burjua mövqeyində durmaq deməkdir. Sosialist 
realizmi təmsilçiləri isə M.Qorkiyə istinad edirdilər: M.Qorki 
tənqidi realizmi zənginləşdirmişdir, ona yeni istiqamət 
vermişdir. Sosializm realizmi tənqidi realizmin ən qabaqcıl 
ənənələri əsasında yaranıb və realizmin yeni, yüksək mərhələsi 
hesab edilir.  
Leninqrad müşavirəsində “yeni roman”ın nümayəndələri 
və  tərəfdarları Jan-Pol Sartr, Alen Rob-Qriye, Natali Sarrot, 
Bernar Penqo (Fransa), Hans Verner Rixter (AFR), Qvido 
Povene (İtaliya) və başqaları deyirdilər ki, əgər XIX əsrdə 
romanın  əsasən bir növü – realist roman hakim mövqe 
tuturdusa, gələcəkdə yalnız bir növü - “Yeni roman” hakim 
olacaqdır. Q.Povene: “Ənənəvi romanları (realist romanları) 
yazmaq daha çətin, oxumaq daha lazımsız olmuşdur”.            
Natali Sarrotun fikrincə, yazıçı üçün iki cür varlıq 
mövcuddur: 1.Görünən varlıq.  Ətrafındakı insanları, onların 
necə yaşamalarını, necə  hərəkət etmələrini görürsən. Bunları 


____________Milli Kitabxana____________ 
 
106
hamı görür. Buna görə  də  həmin varlıq romanın substansiyası 
ola bilməz; 2.Görünməyən varlıq. Bu varlıq görünən reallıqdan 
tamamilə  fərqlənir. Yazıçı da məhz həmin varlığa müraciət 
etməlidir. N.Sarrot: İctimai konfliktlərdən, ictimai 
mübarizədən, cəmiyyət qanunlarından azad olan yazıçının tənha 
“mən”i romanda istədiyi çalarları yarada bilər və öz-özünə sual 
verər: “haqlıyammı?” 
Bernar Penqonun çıxışından: “Yazıçı yaratmalıdır, lakin 
göstəriş verməməlidir, izah etməməlidir, təsəlli verməməlidir. 
Əksinə, onun rolu fikirləri ayıltmaqdan, təəccüb doğurmaqdan, 
gözlənilməz ideyaları açmaqdan... ibarət olmalıdır”. 
Natali Sarrot romanda hər  şeyi atmağı  və yalnız 
psixologiyanı, psixoloji vəziyyətləri saxlamağı  təklif edirdi. 
Sosrealistlər isə deyirdilər ki, beləliklə xarakter tamamilə 
mücərrədləşmiş olar.  
Rob-Qriye isə psixologiyanı da atmağı, yalnız əşyanı əsas 
götürməyi lazım bilirdi. 
“Yeni romançı”lar tələb edirdilər ki, roman siyasətdən 
uzaq olmalıdır... Yaradıcılıqda siyasətçi kimi çıxış etmək 
düzgün deyildir. Ədəbiyyat siyasi məqsədə xidmət 
etməməlidir... 


____________Milli Kitabxana____________ 
 
107
Həmin dövrdə – 1963-cü ilin avqust-dekabr aylarında 
“Ədəbiyyat və incəsənət” qəzetinin “Azərbaycan romanının 
yaradıcılıq problemləri” mövzusunda keçirdiyi müzakirədə 
Azərbaycan  ədəbiyyatşünasları  və yazıçıları  fəal iştirak etdilər 
və bu məsələ haqqında öz fikirlərini bildirdilər. Həmin 
müzakirələrdə    Azərbaycan romanının tarixinə dair iki 
münasibət özünü göstərirdi: 1. Azərbaycan romanı “Aldanmış 
kəvakib”dən başlanır; 2. Azərbaycan romanı sovet dövründə 
yaranmışdır. Məmməd Arif bir daha yazırdı ki, “Azərbaycanda 
inqilabdan əvvəl sözün əsl mənasında həqiqi roman olmayıb” ( 
25). 
Həmin müzakirələrdə  gənc tənqidçi Yaşar Qarayevin 
mülahizələri də diqqəti cəlb edirdi: Y. Qarayev yazırdı: 
“Roman heç vaxt kiçik həyat lövhəsi ilə kifayətlənmir, ayrılıqda 
ildırımı, göy gurultusunu təsvir etmir, romanın məqsədi – 
fırtınanın özünü təsvir etməkdir... Müasir roman ya epik, ya da 
lirik ünsürlərin üstünlük təşkil etdiyi roman ola bilər, lakin hər 
iki halda o, həm də fikir romanı olmalıdır” (25).  
 
MODERNİZM VƏ POSTMODERNİZM.  Sosialist 
realizmi ilə modernizmin qarşıdurması daha yoxdur. Ona görə 
ki, sosialist realizmi metodu artıq yoxdur. M.Qorkinin “Ana” 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə