Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə26/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   22   23   24   25   26   27   28   29   ...   86

____________Milli Kitabxana____________ 
 
108
romanında təzahür edən, otuzuncu illərin əvvəllərində İ.Stalinin 
göstərişi ilə sovet ədəbiyyatının marksist nəzəri konsepsiyası 
kimi qəbul edilən sosialist realizmi demək olar ki, elə Stalinin 
ölümü ilə  də öldü. Yəni  əllinci illərin axırlarından ta ki sovet 
quruluşu çökənə  qədər –  səksəninci illərin sonuna qədər olan 
müddətdə sosialist realizminin yalnız adı qalmışdı  və 
ədəbiyyatşünaslıqda sanki bir inersiya ilə yaşayırdı, tələblərində 
və ölçülərində qeyri-müəyyənlik özünü göstərirdi və  bədii 
yaradıcılıqda modernizmlə, hətta bəlkə postmodernizmlə olan 
sərhədlərin dağılması  fərqində belə deyildi. Açıq-aşkar 
yazılmasa da, ədəbi düşüncədə belə fikirlər formalaşırdı ki, 
R.Rzanın 60-cı illərdən başlanan yaradıcılığı, “Dəli Kür” 
(İ.Şıxlı), “Qarlı  aşırım” (F.Kərimzadə) “Beşmərtəbəli evin 
altıncı  mərtəbəsi” (Anar) romanları, B.Vahabzadə, M.Araz, 
X.Rza poeziyası, S.Əhmədov,  Ə.Əylisli, Y.Səmədoğlu, Elçin, 
İ.Məlikzadə  nəsri, altmış-yetmişinci illərdə  ədəbiyyata gələn 
gənc nəslin digər nümayəndələrinin yaradıcılığı sosialist 
realizminin fövqündədir. Həmin  ədəbi nümunələrdə  təkcə 
ekzistensializm və psixologizmi deyil, modernizmin digər 
elementlərini də axtarıb göstərmək olar. Xatırladaq ki, özünü 
ümumən hər hansı bir insan kimi bütöv şəxsiyyət sayan 
modernist sənətkar, yaradıcı olaraq elə  şeylərə  cəhd edir ki, 


____________Milli Kitabxana____________ 
 
109
seçdiyi üslubun təkrarsızlıq və yeganəliyini göstərə bilsin. 
Modernist roman bəzən tarixi və psixoloji realizm səviyyəsinə 
də qalxa bilər. Modernist sənətkar hər yerdə  vəhdət axtarır. 
Modernist sənətkar dərinlik axtarışlarına cəlb olunur. 
Modernizm böyük bir məqsədə – sənətkar və əsərin vəhdətinə 
can atır, həqiqət axtarır, sənətkarın missiyasını çox ciddi qəbul 
edir, buna görə  sənətin avtonomiyasına israr edir. Modernizm 
bədii  əsərin daxili vəhdəti və bütövlüyünün mövcudluğunu 
tələb edir, onun hissələrinin bir-biri ilə birləşərək vahid bir tamı 
yaratmasına böyük diqqət verirdi. Onlar sənətə zamanın 
fövqündə duran bir şey kimi baxır və  sənət  əsərinin daimi 
dəyərlərini yüksək qiymətləndirirdilər. Müvafiq olaraq, 
modernist tənqid sənət  əsərini istisnasız olaraq daxili struktur 
mövqeyindən çözürdü. 
Sənətin vahid bir orqanizm olması fikri təkcə  ənənəvi 
estetikada yox, modernizmdə  də hökm sürürdü. Belə hesab 
olunurdu ki, yeni sənət uzun inkişaf tarixi boyu əldə olunanların 
birbaşa varisi, inkişafı və davamıdır. Hər konkret janrın inkişafı 
öz başlanğıcını tarix boyu mövcud olan ənənələrdən götürür və 
əvvəlki nailiyyətlərlə qırılmaz surətdə bağlı olur... 
Tədqiqatımızın predmeti olmadığı üçün altmışıncı illərdən 
başlayan Azərbaycan  ədəbiyyatında modernizmi axtarmaq və 


____________Milli Kitabxana____________ 
 
110
təhlil etmək fikrində deyilik. Lakin 1930-1950-ci illər 
ədəbiyyatında da sosialist realizmi ilə səsləşməyən məqamların 
olduğunun fərqində varıq. Metodun təşəkkülə başladığı dövrün 
bir sıra bədii nümunələrinin və yazıçılarının bu çevrəyə 
salınması  cəhdləri isə tamamilə anlaşılmazdır. M.Qorkinin 
“Ana” romanından sonra yazdığı “Foma Qordeyev”, 
“Artomonovların işi”, “Klim Samginin həyatı”, M.Şoloxovun 
“Sakit Don”, A.Tolstoyun “Əzablı yollarla” romanlarının, 
Azərbaycan 
ədəbiyyatında 20-30-cu illər 
C.Məmmədquluzadəsinin, H.Cavidin, Y.V.Çəmənzəminlisinin 
sosializm reazlizminə nə aidiyyatı var? 
Sosialist realizmi XX əsrdə qapalı, totalitar cəmiyyət 
sənətinin yaradıcılıq metodu olaraq ortaya çıxmışdı. 
Modernizm və postmodernizm isə açıq cəmiyyət sənətinin 
üslublarıdır.  
Ötən  əsrin ortalarından etibarən meydana çıxan 
postmodernizm modernizmin həm davamı, həm də inkarını 
göstərən bədii cərəyan hesab olunur. Açıq cəmiyyət ədəbiyyatı 
kimi, postmodernizmin çoxlu fərqli xüsusiyyətləri içərisində 
plüralizm diqqəti cəlb edir. Yalnız postmodernizm ən yüksək 
səviyyəli və öz-özlüyündə az qala məqsədə çevrilmiş bir 
plüralizm nümunəsi göstərir. Plüralizm fərqli bədii metodların 


____________Milli Kitabxana____________ 
 
111
birgə mövcudluğunu tələb edir. O, realizmi də istisna etmir
amma realizm deyərkən XIX əsrin tənqidi realzimindən daha 
çox, bədii yaradıcılığın xalis zahiri realist manerasını  nəzərdə 
tutur. Postmodernist sənət vahid üslub yox, müxtəlif üslubların 
qarışığı kimi meydana çıxır. Plüralist cəmiyyətdə (çağdaş 
cəmiyyət məhz belədir) üslubi çoxluqlar yanaşı mövcud 
olmalıdır. Onlar bərabərdir, biri digərindən üstün deyil. Üslubi 
rəngarənglik həm də tarixin dərkinə öz möhürünü vurur. 
Postmodernist sənət əsərinin uğuru çox vaxt sənətkarın cəsarəti
daha dəqiq desək, qabalığı ilə, onun publikanı sadəcə 
təəccübləndirmək yox, həm də  şoka salması ilə müəyyənləşir. 
Performans sənətinin inkişafı postmodernizmin ən parlaq 
xüsusiyyətlərindəndir.  
Postmodernizm bir çox məsələlərdə modernizmdən fərqli, 
ona zidd olan yeni üslubun meydana çıxmasının göstəricisidir. 
Amma postmodernizmin sənətdəki tarixi qısa olduğu üçün onun 
perspektivləri haqqında müəyyən bir qənaəti irəli sürmək 
olmaz. 
Bu cərəyanların özəlliklərinə müraciət etməklə, belə bir 
fikri təsbit edirik ki, paralel, amma prinsipcə  fərqli 
sivilizasiyalarda sənət tamamilə müxtəlif üslublarda inkişaf edə 
bilər. Belə ki, XX əsrdə sosializm realizmi ilə yanaşı mövcud 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə