Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə23/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   19   20   21   22   23   24   25   26   ...   86

____________Milli Kitabxana____________ 
 
95
kateqoriyasında  əsas məna epoxanın özünü ədəbi dərk 
mənasıdır. Hegel epopeya, satira və romanı “dünyanın müəyyən 
tarixi dövrünə uyğun gələn janrlar” kimi qiymətləndirir, janrı 
“dünyanın ümumi vəziyyətinin ona münasib təzahürü hesab 
edirdi” (Bax: 33, 18). Hegelin fikrincə, roman “prozaik nizama 
salınmış gerçəklik” kimi poeziyanın itirilmiş hüququnu bərpa 
edən janrdır.  
Ədəbiyyatşünas  R.Foks  “Roman və xalq” əsərində  
romanı yeni dövrün epik sənəti adlandırmışdır (163, 20). 
Romanda  əsas problem insanla cəmiyyətin bir-birinə 
münasibətidir, yəni cəmiyyət insan vasitəsilə, insan isə 
cəmiyyət vasitəsilə dərk olunur. Roman böyük xalq sənətidir və 
bəşəriyyətin yeni ictimai təcrübəsinin nəticəsidir. Ona görə  də 
romandan söhbət gedəndə “burjua sənəti” istilahını “burjua 
dövrünün sənəti” kimi başa düşmək lazımdır. R.Foksa görə, 
yazıçı roman janrı vasitəsilə  nəinki sadəcə  həyatı  əks etdirir, 
yeniliyi orijinal imkanlar və vasitələr daxilində göstərir, həm də 
janrın qanun və  vəzifələrinə uyğun özü də  dəyişir. Roman 
hadisələri özünün qeyri-məhdud həcmi ilə müxtəlif nöqteyi-
nəzərdən, ayrı-ayrı tərəflərdən toplu şəkildə, incəliklərinə qədər 
göstərmək imkanına malikdir və bu cəhət onun başqa incəsənət 
növlərindən üstünlüyünü göstərir. Roman qəlbin, həyatın  ən 


____________Milli Kitabxana____________ 
 
96
gizli nöqtələrini aşkara çıxarır. Obyektiv varlıq və insanın daxili 
aləmi romanda üzvi surətdə birləşən  əsas keyfiyyətlərdir. 
Roman yaradıcılığını  fəlsəfi iş hesab edən R.Foks (163, 35) 
romanı  bəşəriyyətin bədii təcrübəsində dünyanı  dərk etməyin 
mükəmməl aləti kimi qiymətləndirirdi. 
Sənət növü kimi, məsələn, intibah dövrünün aparıcı,  əsas 
janrlarından prinsipial surətdə fərqlənən romanın estetikası XIX 
əsrdə püxtələşir və onun elmi şəkil alması üçün şərait yetişir. 
Rus  ədəbiyyatşünası  V.Kojinov  “Romanın mənşəyi”  əsərində 
yazırdı ki, roman – əvvəla təhkiyədir, sonra – epopeyalı 
təhkiyədir, nəhayət – nəsrlə  təhkiyədir (140, 3). Roman 
özünəməxsus  ədəbi janrdır – bu, bir çox bədii xüsusiyyətlərin 
konkret birliyidir. Biz deyəndə ki, roman geniş epik əsərdir, 
nəsr üslubunda, adi danışıq dilində  və  nəsrin sərbəst ritmində 
yazılan geniş süjetli təhkiyədir – biz məzmunu hətta bir 
epoxanın çərçivəsində tükənməz rəngarəng ola bilən xüsusi 
formanı  nəzərdə tuturuq (140, 5). V.Kojinov romanın 
özünəməxsus estetikasının kökündə ülvilik və  zəruriliyin, 
gözəllik və eybəcərliyin, poeziya və  nəsrin və sairin 
təhkiyəsinin hər bir ünsürü gizləndiyini qeyd edir. Bu ünsürlər 
o qədər sıx calaşıb hörülmüşdür ki, onların hər hansı birini öz 
cəhətinə ayırmaq, təcrid etmək və ya barmaqla göstərmək 


____________Milli Kitabxana____________ 
 
97
mümkün deyildir. Onların hamısı vahid tam təşkil edir, 
müxtəlif keyfiyyətlərin təkraredilməz birliyinə çevrilir. Roman 
faciə  və satiranı ikinci plana sıxışdırır, lakin onu rədd etmir, 
ortadan çıxarmır (sənətin bu xəttləri də bir-birini rədd etmir, 
yanaşı inkişaf edir). – (140, 21). V.Kojinov yeni romanı orta 
əsrlər romanından fərqlənirir. Orta əsrlərdə “roman” adlanan 
əsərlərin yeni romandan ciddi fərqləri mübahisə doğura bilməz: 
həmin “romanlar” əfsanəvi və tarixi təhkiyələrin ifadəsidir.  
Rus  ədəbiyyatşünası  A.N.Veselovski növlərin nəzəriyyəsi 
haqqında mülahizələrində  həmişə epos, lirika, dram, roman 
ardıcıllığını gözləmiş  və eposla romanın yaxınlığı ideyasından 
imtina etmişdir. Onun fikrincə, sinkretizmdən ilk ayrılma lirik-
epik ayrılma olub. Yəni forma ayrılması olub. Epik hissə 
hərəkətin əsası, lirik hissə isə gah yavaşıtma, gah sürətləndirmə 
forması kimi ayrılıb. Veselovski öz konsepsiyasını sinkretizm 
və epik, lirik, dramatik formaların ondan qopması üzərində 
qurur. 
Sovet dövrünün rus ədəbiyyatşünasları 
və 
şərqşünaslarından K.V.Vinoqradovun, V.A.Qordlevskinin, 
L.İ.Timofeyevin, D.S.Lixaçovun, M.M.Baxtinin
İ.Kraçkovskinin və başqalarının da roman nəzəriyyəsi ilə bağlı 


____________Milli Kitabxana____________ 
 
98
mülahizələri tədqiqatçıların diqqətini cəlb etmiş, onlar bir çox 
elmi qənaətlərində bu mülahizələrə söykənmişlər. 
L.İ.Timofeyev  epos  əhatəsində dörd növ (janr forması) 
görür: 
1) ilkin forma (təmsildə, nağılda); 2) kiçik epik forma 
(hekayə, novella, bəzən oçerk, nağıl); 3) orta epik forma 
(povest) və  nəhayət, 4) böyük epik forma (roman, epopeya). 
Lakin hər bir janr forması Timofeyev tərəfindən  ədəbiyyat 
tarixində konkretləşən nəzəri abstraksiya kimi izah edilir: janr 
formaları “hər bir tarixi mərhələdə yaranır, lakin onların hər 
birində struktur xüsusiyyətlərindən doğan öz konkret 
məzmununu alır”. Bundan sonra isə Timofeyev aşkar sosioloji 
təzyiqlə davam edir: “Böyük epik forma antik epopeyada da, 
burjuaziya romanında da, sosialist romanında da vardır. 
Funksional  əhəmiyyətləri və struktur xüsusiyyətləri ilə 
özünəməxsus şəkildə əlaqələnərək, onlar hər vaxt və bütünlüklə 
tarixidir, xüsusi və özünəməxsus tarixi şəraitdə yaranır, yalnız 
öz dövrünün məhsuludur”.  (162, 165-167). Timofeyev 
“abstraksiyanın janr forması” və “konkret-tarixi janr forması” 
üçün ayrıca təyinat düşünmür və irəli sürmür. 
XX  əsr Rusiya ədəbiyyatşünaslığında, deyərdik ki, dünya 
ədəbi fikrində  M.M.Baxtinin roman nəzəriyyəsi ilə bağlı 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə