Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə20/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   16   17   18   19   20   21   22   23   ...   86

____________Milli Kitabxana____________ 
 
82
illər ədəbiyyatı ilə 1934-1940-cı illər və spesifik xüsusiyyətlərə 
malik 1941-1945-ci illər  ədəbiyyatının eyniyyət təşkil etməsi 
inandırıcı deyildir. Sosialist realizmi 1946-1953-cü illərdə daha 
“sərt” üzünü göstərirdi,  ədəbi mühitdə siyasi ideoloji amirlik 
sisteminin təmsilçisi rolunda çıxış edirdi. Yəgin ki, bu dövr 
ədəbiyyatının 30-40-cı illər mərhələsindən fərqini görmək çətin 
olmaz. Hələ 1920-ci illər  ədəbiyyatını demirik (1932-1933-cü 
illərədək). Həmin dövrün ədəbi mühitinin daha demokratik
daha plüralist olmasını görmək mümkündür.  
…1946-cı il 9 avqustda ÜİK (b) MK- nın Təşkilat 
Komitəsi “Zvezda” və “Leninqrad” jurnalları haqqında məsələ 
müzakirə etdi. Həmin müşavirədə İ.Stalin yekun sözü ilə çıxış 
etmişdir.Bu çıxış stenoqrama salınmamış, dərc edilməmiş  və 
Stalinin  şəxsi arxivində saxlanılmışdır. Həmin çıxış, yuxarıda 
göstərdiyimiz kimi, üzə  cıxarılaraq “Вопросы  литературы” 
jurnalının 2003-cü il 5-ci sayında verilmişdir. 
Partiya Yazıçıların  I qurultayı kimi, 1946-1948-ci illərdə 
ədəbiyyat, incəsənət və  mətbuat haqqında qərarların 
hazırlanmasına rəhbərliyi və  qəbul olunun qərarların  şəhrini 
A.Jdanova  həvalə etmişdi. Lakin o, ancaq və ancaq Stalinin 
həmin məsələlərə baxışlarına  əsaslanaraq hərəkət etmişdir. 
Əminliklə demək olar ki, “Zvezda” və “Leninqrad” jurnalları 


____________Milli Kitabxana____________ 
 
83
haqqında A.Jdanovun məlum məruzələri də Stalinin çıxışının 
konspektidir. Jdanov yalnız tezistlərini səsləndirmiş və yaradıcı 
inkişaf etdirmişdir. 
Stalin həmin müşavirədə  çıxış edərək yaxşı icra olunan 
“diskussiya”ya yekun vurmuş, xüsusilə Zoşşenko və 
Axmatovanın yaradıcılıqlarına, həmçinin jurnal-nəşriyyat 
siyasətinə ümumi və xüsusi qiymətini vermişdir. Müharibə 
qurtarandan sonra partiya görürdü ki, Mixail Zoşşenko və Anna 
Axmatova bir yaradıcı  sənətkar kimi sosialist realizmi 
çərçivəsinə “sığışmırlar” və onların nümunəsi tezliklə ciddi 
problemlər yarada bilər. Stalin onların “dərsini verməyi” vacib 
hesab edərək, ikisini də  sərt tənqidə  məruz qoydu. Rəhbəri  ən 
çox narahat edən bu idi ki, cəbhədən tərxis olunanlar bu əsl  
mədəniyyət ustalarının təsirinə düşə bilərlər. Stalin deyirdi ki, 
“məgər Anna Axmatova, yaxud bu balaqan hekayəçisi 
Zoşşenko bizim insanları tərbiyə edə bilərlərmi?... A.Axmatova 
bəlkə  də öz dövründə,1917-ci ildə yaxşı yazırdı. Indi , 30 il 
sonra , 1947-ci il ərəfəsində bizi nə  məcbur edir ki, və hansı 
əsasla jurnalımızı şairənin köhnə zövqlərinə uyğunlaşdıraq?” 
         Çıxışın ayrı-ayrı məqamlarına diqqət yetirək... 
“Zvezda” və “Leninqrad” jurnalları haqqında məsələyə 
dair ÜİK (b)P MK 


____________Milli Kitabxana____________ 
 
84
                     Təşkilat Bürosunun iclasında yoldaş Stalinin 
çıxışından 
“Biz, leninçilər, hesab edirik ki, elmi, yaxud bədii  
omasının fərqinə varmayaraq, jurnallar siyasi laqeydlik 
mövqeyində qala bilməzlər. Bunu ona görə deyirəm ki, məsul 
redaktor  və digər vəzifələr daşıyan bir çox yazıçılar düşünürlər 
ki, siyasət – hökümətin işidir, guya bizim işimiz deyil. 
Düşünürlər ki, əgər kimsə yaxşı, bədii, gözəl yazıbsa, onda 
bizim gənclərimizi çaşdıran, zəhərləyən  çürük yerlər olsa da, 
işə vermək olar. Bu məsələdə bizim bir çox ədəbiyyatçılar və 
redaksiyalarda rəhbər vəzifələri tutanlarla yollarımız ayrılır. 
Biz, sadəcə desək, tələb edirik ki, bizim yoldaş  ədəbiyyat 
rəhbərləri və yazanlarımız onu rəhbər tutsunlar ki, onsuz sovet 
quruluşu mümkün deyil: yəni siyasəti. Ona görə ki, biz gəncləri 
hər  şeyə etinasızlıq, ideyasızlıq ruhunda və Zoşşenko kimi 
tərbiyə edə bilmərik. Ona görə ki, belələri ideyasızlığı  təbliğ 
edirlər  və deyirlər: “Sizin tənqidlə allah bilər. Biz istirahət 
etmək, yaşamaq, gülmək istəyirik”. Odur ki, onlar məzmunsuz, 
mənasız şeylər, hətta heç oçerklər və hekayələr də yox, nə isə 
qusdurma tozuna bənzər bir şey yazırlar.  Ədəbiyyatda belə 
adamlara dözmək olarmı? Yox, biz gənclərimizi tərbiyə etməli 
olan belə adamları saxlaya bilmərik. Siz də, yoldaş redaktorlar


____________Milli Kitabxana____________ 
 
85
redaksiya kollegiyalarının üzvləri, yazıçılar, bununla 
hesablaşın... Zoşşenko yazır. Digər adamlarımıza həmişə yer 
vermirlər, Zoşşenko üçün isə yer ayırırlar. Bax, bu da 
ümumxalq işinə münasibətdə siyasi laqeyidlik adlanır.  
İkincisi. Dostluq münasibətləri, yazıçıya siyasi yanaşma 
deyil, dostluq münasibətləri. Bu, ədəbiyyatçıların 
apolitikliyindən yaranır, insanlarda dostluq münasibətləri 
ucbatından onlar sadəcə olaraq tənqid etmirlər. Bu da yaramaz. 
Burada liberalizm dövlət hesabından və  gənclərimizin düzgün 
tərbiyəsində maraqlar hesabından gedir. Hansı yüksəkdir: 
dostluq münasibətləri, yaxud dövlət maraqları? Hesab edirəm 
ki, axırıncısı yüksəkdir.... Tənqid edəndən qorxmaq lazım deyil. 
Tənqidsiz heç nə alınmaz. 
....Bu ümumi şərtlərdir.  Əməli olaraq bundan nə doğur? 
Biz istəyirik ki, redaktorlarımız jurnalda fərqlənsinlər. 
Məsuliyyət daşıyan redaktorlarla yanaşı, başa düşdüyümüz 
kimi, məsuliyyətsizləri  də var. Bu, hələ hər şey deyil. Bir nəfər 
baş redaktor olmalıdır və o, jurnalın istiqaməti üçün partiya 
qarşısında, dövlət qarşısında, xalq qarşısında cavab verməlidir. 
Redaksiyada tənqid etməyi bacaran, düzgün yolda olan gənc 
yazıçıya kömək göstərən  şəxs olmalıdır... Redaktorlar  heç 
kimin xətrinə  dəymək istəməyəndə, Axmatovanın keçmiş 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə