Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə16/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   12   13   14   15   16   17   18   19   ...   86

____________Milli Kitabxana____________ 
 
64
tərəf məlum dönüşünü və  ədəbi-yaradıcı qüvvələrin nəhəng 
artımını görmədilər. 
Ədəbiyyat cəbhəsində bizim vəzifələrimiz hansılardır? Siz 
vahid birləşmiş kommunist fraksiyası yaratmalısınız, bitərəf 
yazıçıların bu okeanının qarşısında fraksiya vahid mütəşəkkil 
cəbhədə, vahid möhkəm kollektiv kimi çıxış etməlidir və 
onlarla birlikdə  ədəbiyyatı partiyanın qarşıya qoyduğu 
məqsədlərə doğru yönəltməlidir.  
Bizim hamımızın məqsədi isə birdir: sosializm quruculuğu. 
Əlbəttə, bununla ədəbi yaradıcılığın forma və çalarlarının 
müxtəlifliyi aradan qaldırılmır və məhv edilmir. Əksinə. Yalnız 
sosializmdə, yalnız bizdə incəsənətin  ən müxtəlif formaları, 
formaların bütün dolğunluğu və çoxcəhətliyi, yaradıcılığın hər 
cür rəngarəng çalarları, o cümlədən, əlbəttə, ədəbi yaradıcılığın 
forma və çalarlarının çoxcəhətliyi yaranmalı və genişlənməlidir. 
RAPP rəhbərliyi bütün bu proseslərə vaxtında diqqət 
yetirməmişdir. RAPP-da yeni şəraiti görə  və anlaya bilən, 
təşkilatı yeni istiqamətə yönəldə bilən insanlar tapılmamışdır. 
Siz faydalı tarixi işlər görsəniz də, irəli gedə bilməmisiniz. Siz 
donub qalmısınız. Partiya qruppabazlığa dözə bilməz. 
Qruppabazlıq  ədəbi inkişafın yeni mərhələsində  əngələ 
çevrilmişdir.  Əgər  ədəbi hərəkatda yeni cərəyan göz 


____________Milli Kitabxana____________ 
 
65
qabağındadırsa, bu cərəyana qoşulmaq lazımdır. Siz ədəbiyyatı 
inhisara alaraq, bitərəf yazıçılar okeanına demək olar, bütün 
vasitələrlə  təsir imkanlarına malik olduğunuz halda, onları öz 
arxanızca apara bilməmisiniz, öz ətrafınızda birləşdirə 
bilməmisiniz.  
Siz hətta kommunist yazıçıları da birləşdirə bilməmisiniz 
Siz  ədəbiyyatda yeni cərəyana yiyələnə bilməmisiniz və  ədəbi 
hərəkatı lazımi məcraya yönətməyi bacarmamısınız. Sözün 
açığı, RAPP-ın ləğv edilməsi və  ədəbi təşkilatların yenidən 
qurulması haqqında MK qərarından sonra da sizdə 
yenidənqurma olduqca ləngiyir.  
...RAPP-ı  ləğv edib yeni ədəbi təşkilat yaratmaqla biz 
çalışmışıq ki, bu təşkilata bütün ədəbi qruplaşmalardan 
nümayəndələr cəlb edək. Həm də bu ümidlə ki, bu 
nümayəndələr ilk dövrlərdə bir qədər dalaşsalar da, ən nəhayət 
hər  şey düzələcək və hamını birləşdirən və kommunist 
fraksiyasının rəhbərliyi altında vahid ittifaq yaranacaqdır. 
Amma indi görürük ki, ehtiraslar sakitləşmir, yenidən alovlanır. 
Biz görürük ki, yazıçıları birləşdirmək sahəsində 
nailiyyətlərimiz çox deyil. Amma axı bizim digər çıxış yolumuz 
yox idi.  


____________Milli Kitabxana____________ 
 
66
Mən Təşkilat Komitəsinə Ümumittifaq qurultayını 
hazırlayan müvəqqəti orqan kimi baxıram. Vəssalam...Lakin 
etiraf etməliyik ki, qurultaya hazırlıq işlərində  də lazımi 
nəticələr azdır. Deməli Təşkilat Komitəsi qruppabazlığı  ləğv 
edə bilməmişdir, yazıçıları lazımınca birləşdirə bilməmişdir və 
qurultayın yaxın zamanda keçirilməsini hazırlamağa nail 
olmamışdır.  
Qarşılıqlı ittihamlar da qalmaqdadır. Yeri gəlmişkən, siz 
rapçılar sizin qrupda məlum tərəddüdlərin olmasını və hələ də 
qalmasını inkar edə bilməzsiniz. Bunlar siyasi tərəddüdlər 
deyil, ədəbi-nəzəri istiqamətli, məsələn, mədəniyyət məsələləri 
və digər məsələlər üzrə  tərəddüdlərdir. Siz bunları aradan 
qaldırmalısınız. Siz qruppabazlıqdan qətiyyətlə imtina 
etməlisiniz.  
...Bir neçə  kəlmə  də indi nə yazmaq haqqında. Hesab 
edirəm ki, indi bizə  əsasən pyeslər lazımdır. Bununla heç də 
onu demək istəmirəm ki, bizə romanlar, povestlər, hekayələr və 
oçerklər lazım deyil: bütün bu ədəbi növlərin, pyeslər kimi, 
böyük əhəmiyyəti vardır və həmçinin bizə lazımdır. Lakin biz 
başa düşməliyik ki, pyes, teatr – insana bədii təsirin tamamilə 
xüsusi növüdür. İstər romanın, istər povestin, istər hekayənin, 
oçerkin oxucu hisslərinə təsiri teatrda tamaşaya qoyulan pyesin 


____________Milli Kitabxana____________ 
 
67
tamaşaçıya təsiri qədər ola bilməz.  Bundan başqa, kağız 
resurslarının məhdudluğu üzündən kitab, onu oxumaq 
istəyənlərin hamısını əhatə edə bilmir və nəhayət, səkkiz saatlıq 
iş günündən sonra heç də hər bir zəhmətkeş yaxşı, lakin böyük 
kitabı oxumağı çatdırmır. Biz isə onda maraqlıyıq ki, sosializm 
quruculuğuna kömək edən, insan psixikasını sosializmə doğru 
dəyişən yaxşı  bədii  əsərlər milyonlarla zəhmətkeşlər üçün 
əlçatan olsun.  
Kitab hələ milyonlara xidmət edə bilmir. Pyes, teatr isə 
bunu bacarır. Teatrın imkanları genişdir.  
...“Bruski” (“Tirlər”), “Oyanmış torpaq” kimi əsərlər çoxlu 
sayda insanlara ideya-bədii təsir vasitəsi kimi böyük əhəmiyyət 
daşıyırlar. Lakin bu əsərlər bizim kağız resursları müqabilində 
məhdud saylı insanlar tərəfindən oxunacaq. Hansı ki, pyes 
qeyri-məhdud tamaşaçı kontingentinə malik ola bilər; pyesi 
şəhərdə  və  kənddə istənilən sayda tamaşaya qoyub təkrar - 
təkrar göstərmək mümkündür. 
...Mən romantizm və dialektik metod haqqında da bir neçə 
söz demək istərdim. Bu mövzu ətrafında mənim Averbaxla 
söhbətim olmuşdur və məndə belə bir təəssürat yaranmışdır ki, 
bu problemləri siz düzgün qoymursunuz. 


____________Milli Kitabxana____________ 
 
68
Siz niyə bitərəf yazıçılardan hökmən dialektika qanunlarını 
bilməyi tələb edirsiniz? Niyə bu yazıçı dialektik metodla 
yazmalıdır? Bir də ki, dialektik metodla yazmaq nə deməkdir? 
Tolstoy, Servantes, Şekspir dialektik deyildilər, lakin bu, 
onların böyük sənətkar olmalarına mane olmadı. Onlar böyük 
sənətkarlar idilər və öz əsərlərində  hər biri özünəməxsusluqla 
öz epoxasını heç də pis əks etdirməmişdir. Amma sizin  
nöqteyi-nəzərdən yanaşsaq, gərək etiraf edək ki, onlar böyük və 
yaxşı söz sənətkarları ola bilməzdilər, ona görə ki, dialektik 
deyildilər, yəni dialektika qanunlarını bilmirdilər.  
...Bununla onu demək istəmirəm ki, dialektika qanunlarını 
bilmək yazıçıya ümumiyyətlə lazım deyil. Əksinə, yalnız 
dialektik düşüncə metoduna yiyələnən yazıçı  ətrafında baş 
verən hadisələri lazımınca dərk edə bilər; yalnız bundan sonra o 
öz yaradıcılığında inqilabi-sosialist ideya məzmunlu yüksək 
bədiiliyə nail olar. Lakin belə biliklər dərhal verilmir.  
...İliç bizi öyrədirdi ki, bəşəriyyətin bütün keçmiş  mədəni 
təcrübəsini öyrənmədən və hifz etmədən biz öz yeni sosialist 
mədəniyyətimizi qura bilmərik.  Əgər siz yazıçılara belə bir 
elementar düşüncəni izah və təlqin edə bilsəydiniz ki, dialektika 
yalnız köhnənin inkarı deyil, həm də onu mühafizə edir - bu, 
heç də pis olmazdı. Yazıçıya demək lazımdır ki, ədəbi ustalığı 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə