Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə18/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   14   15   16   17   18   19   20   21   ...   86

____________Milli Kitabxana____________ 
 
73
ədəbiyyat cəbhəsində “zərərli məfkurələr yayan” adamların 
olduğunu üzə çıxarmışdı. 
Beləliklə, 1934-cü ilin avqustunda keçirilən sovet 
yazıçılarının birinci qurultayında sovet ədəbiyyatının və 
incəsənətinin yaradıcılıq metodu olaraq “sosialist realizmi” elan 
olundu. Qurultay mədəniyyət sahəsində  gələcək totalitarizmin 
əsasını qoyan iki prinsipi nümayiş etdirdi: rəhbərə  pərəstiş  və 
bütün qərarların yekdil bəyənilməsi. Heç kim heç bir qərarın 
əleyhinə  səs vermədi... Sosialist realizminin prinsipləri 
müzakirədən kənarda qaldı. Nəticədə qurultay əslində  bədii 
metodu yox, bədii ideologiyanı formalaşdırdı. Bədii fəaliyyətin 
mühüm ölçüsü olan humanizm prinsipinin əsasına “məhəbbət-
nifrət” anlamı daxil edildi: xalqa, partiyaya, Stalinə  məhəbbət 
və  vətən düşmənlərinə nifrət. Bu humanizm “sosialist 
humanizmi” adlandı. Humanizmin belə anlayışı məntiqi olaraq 
incəsənətdə partiyalılıq prinsipini yaratdı ki, bundan da ictimai 
həyatda bütün hadisələrə sinfilik baxımından yanaşma prinsipi 
yer aldı. 
 Sovet  yazıçılarının birinci qurultayı Stalin dövründə 
keçirilən ilk və son qurultay kimi tarixə düşdü. Qurultay 
keçirilən dövrdə Stalin Yaltada dincəlirdi. Stalinə 1934-cü il 3 
sentyabr tarixli məktubunda A.Jdanov qurultay haqqında 


____________Milli Kitabxana____________ 
 
74
məlumat verdi və qeyd etdi ki, kommunistlər qurultaydan  
əvvəl verilən tapşırıqlara layiqincə    əməl etdilər. Stalin  
Jdanova göndərdiyi cavab məktubunda (6.IX.34) yazırdı: 
“Qurultay ümumiyyətlə yaxşı keçdi: Düzdür: 1) Qorkinin 
məruzəsi sovet ədəbiyyatı baxımından bir qədər solğun alındı; 
2) Buxarın diskussiyaya isterika elementləri gətirməklə 
xarabladı (D.Bednı onu acıladı və ağzından vurdu); natiqlər isə 
axırıncının səhvlərini açmaq üçün nədənsə RAPP - ın ləğvi 
haqqında MK - nın məlum qərarından istifadə etmədilər – lakin 
bu üç arzuolunmaz hallara baxmayaraq qurultay hər halda yaxşı 
alındı”. 
Nəhayət ki, partiya bədii  ədəbiyyatı siyasi-ideoloji işinin 
tərkib hissəsinə (“təkərciyinə  və vintciyinə”), mübarizə 
cəbhəsinə (“ədəbi cəbhə”), yazıçıları sosializm quruculuğunun 
öndə gedən iştirakçılarına (“insan qəlbinin mühəndisləri”) 
çevirmək arzusuna konkret təşkilati formada  nail oldu. Sovet 
Yazıçıları İttifaqı uzun illər ərzində  rəsmi, senzuralı incəsənət 
sahəsinə  əməli rəhbərliyin yeganə  və  əvəzolunmaz, etalon 
forması olaraq qaldı. Sonralar - 1937-ci ildə Arxitektorlar 
İttifaqının, 1948-ci ildə  Bəstəkarlar  İttifaqının, 1957-ci ildə 
Rəssamlar  İttifaqının, 1965-ci ildə Kinematoqrafçılar 


____________Milli Kitabxana____________ 
 
75
İttifaqının, M.Qorbaçovun  hakimiyyəti dövründə isə Teatr 
Xadimləri İttifaqının təsis qurultayları çağrıldı. 
İlk dəfə 1923-cü ildə meydana çıxan “Sovet ədəbiyyatı” 
anlayışı (“Правда” qəzeti, 29 iyun 1923-cü il) sosialist realizmi 
konsepsiyası ilə yeni inkişaf istiqaməti götürdü. Düzdür, “Sovet 
ədəbiyyatı” və “sosialist realizmi ədəbiyyatı” anlayışları 
arasında fərqlərin olması barədə çağdaş  ədədbiyyatşünaslıqda 
fikirlər səslənir və bu fikirlər tamamilə  əsaslıdır. “Sovet 
ədəbiyyatı” və “sosialist realizmi ədəbiyyatı” anlayışlarının hər  
yerdə üst-üstə düşməməsi barədə fikirlər bu ədəbiyyatın tarixi 
boyu daim mövcud olmuş, obyektiv səbəblərdən: ideoloji rejim  
və totalitar təfəkkür şəraitində müsbət həllini tapmamışdır.   
Fikrimizcə, Azərbaycan ədəbiyyatı tarixinin sovet dövrünü 
sərf-nəzər edəndə, xüsusilə 60-cı illərdən başlayaraq araya 
gələn bir çox sənət  əsərlərinin sosialist realizminə  dəxli 
olmadığı aydın görünür. 
...1934-cü ildə sovet Yazıçıların birinci qurultayının qəbul 
etdiyi Nizamnamədə deyilir: “Sosialist realizmi sovet bədii 
ədəbiyyatı və ədəbi tənqidinin əsas metodu olub, sənətkarlardan 
gerçəkləri doğru-düzğün, tarixən konkret, inqilabi inkişafda 
təsvir etməyi tələb edir”. Əlbətlə, gerçəkliyin “doğru-düzgün” 
inikası metodundan asılı olmayaraq digər  ədəbi istiqamətlərdə 


____________Milli Kitabxana____________ 
 
76
də başa düşülən anlayışdır. Lakin söhbət hansı gerçəklikdən 
gedir? 
Əlbəttə, ümumən gerçəklikdən deyil, sovet 
gerçəkliyindən, inqilabi gerçəklikdən!  
Sosializm realizmi ədəbiyyatı bilavasitə  inqilabi 
gerçəklərdən doğulsa da, sosializm realizminin  bir sənət  
cərəyanı kimi qərarlaşmasında estetik faktorun əsas məqam 
olduğu da inkar edilmir. Bu ədəbi yaradıcılıq metodunun 
yaranmasında və təşəkkülündə bir sıra mədəni-sosioloji, estetik, 
ictimai-siyasi, fəlsəfi-etik və əlbətdə, ideoloji amillərin mühüm 
rol oynadığı nəzərə alınmalıdır.  
Otuzuncu illərin ortalarında ölkədə mədəniyyət və ictimai 
şüur səhələrinə siyasi nəzarət sisteminin yaradılması  və 
möhkəmləndirilməsi ücün tədbirlərin görülməsinə  xüsusi 
diqqət yetirilirdi. 1936-cı ildə SSRİ XKS (Xalq Kommisarları 
Soveti) yanında təşkil  edilən incəsənət işləri üzrə Komitə sırf 
inzibati-təsərrüfat fəaliyyəti ilə yanaşı, senzura - nəzarət 
funksiyalarını  da yerinə yetirirdi. “Qlavlit” adlanan təsisat 
senzura kimi  rejimin sistemi  ilə birlikdə meyarların  
“təmizliyi”ni qorumaq və antisovetçiliyin diqqətlə    axtarışı 
səylərini həyata keçirməklə fəaliyyət göstərirdi.  
İ.Stalin təkhakimiyyətli rejimini möhkəmlətmək vəzifəsi 
ilə  əlaqədar hər  şeylə maraqlanırdı.  Ədəbiyyat da istisna 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə