Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə21/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   17   18   19   20   21   22   23   24   ...   86

____________Milli Kitabxana____________ 
 
86
müfuzundan çəkinib indi onun boş  şeylər yazmasını  qəbul 
edənlər, onun üzünə: “qulaq asın, indi 1946-cı ildir, 30 il əvvəl 
bəlkə də siz keçmiş üçün yaxşı yazırdınız , amma biz – hazırki 
dövrün jurnalıyıq” deyə bilməyəndə, bu sözləri deməyə cəsarət 
tapmaq lazımdır.  
....Bizim maraqlarımız birdir – gəncləri tərbiyə etmək, 
onların bütün tələbatına  cavab vermək, yeni nəsli gümrah, öz 
işinə sədaqətli, çətinliklərdən qorxmayan, hər cür maneələri dəf 
etməyə hazır olan bir nəsil kimi tərbiyə etmək. Məgər Anna 
Axmatova, yaxud o oyunbaz (balaqan – Y.R.) hekayəçisi 
Zoşşenko belə insanlar tərbiyə edə biləmi? Onların nazı ilə niyə 
oynamalıyıq! 
... “Zvezda” jurnalı yazıçılara rəhbərlik etməli, istiqamətin 
aparıcı  xəttini göstərməlidir. Zoşşenkonu isə buraxmaq lazım 
deyil, yoxsa biz öz zövqlərimizi dəyişə bilmərik. Qoy o, 
yeniləşsin. Yeniləşmək istəmirsə, hara istəyir rədd olub getsin. 
Digər bir jurnal – “Leninqrad”. Görürəm ki, bu iki jurnala 
ümumiyyətlə material çatışmır, ona görə də jurnalları buraxmaq 
üçün hər cür zir – zibillə doldururlar... Düşünürəm ki, iki 
oxşayan jurnaldansa, bir, lakin yaxşı jurnal olmalıdır”. 
 
 


____________Milli Kitabxana____________ 
 
87
Partiya 1946-1948-ci illərdə  ədəbiyyat, incəsənət  və 
mətbuatla bağlı verdiyi  qərarlarla hesab edir ki, bu səhələri 
artıq tamamilə öz siyasətinin bir hissəsinə çevirə bilmişdir. 
Ölkədə  ədəbi mühitin görüntüləri,  əlbəttə, belə bir nikbin 
qənaətin yaranmasına zəmin verirdi. Azərbaycan K(b)P MK-
nın “Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu 
yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı da (1948) Moskvada 
qəbul edilən həmin qərarın icrasını  təmin etməyə yönəlmişdi. 
Sovetlər birliyinin hər yerində, o cümlədən Azərbaycanda da 
yazıçılar totalitar quruluşun təşəkkülünün, inkişafının və 
çəkişmələrinin  əvvəlki mərhələsində olduğu kimi, Kommunist 
partiyası  və sovet  dövlətinin bütün qərarlarına, təşəbbüslərinə 
və planlarına coşğunluqla  tərəfdar çıxır, kommunist 
ideoloqlarının bütün yad düşüncəlilərə, sovet hakimiyyətinin,  
kommunist quruluşunun, proletar ideologiyasının aşkar  və gizli 
düşmənlərinə qarşı barışmaz mübarizəsini  bəyənir və 
alqışlayır, sözləri və işləri, publisistika və bədii yaradıcılıqları, 
qurultay və plenumlarda nitqləri, qəzetlərdə  məqalə  və 
məktubları, radio və televiziyada çıxışları ilə rejimin 
müdafiəsinə  və möhkəmləndirilməsinə xidmət göstərirdilər. 
Özlərini doğma partiyanın və ölkənin “əskərləri”, “ən qabaqçıl” 
sovet düşüncəsinin, ədəbiyyat və incəsənətinin, jurnalistikasının 


____________Milli Kitabxana____________ 
 
88
nümayəndələri hesab edən  bir çox yazıçılar partiyanın 
ideoloqları kimi qiymətləndirilmələrindən razı qalırdılar... 
Mənəvi müxalifət, yad düşüncəlilik kimi arzuolunmaz hallar 
özünü göstərən kimi  dərhal lazımi tədbirlər görülür, repressiya-
cəzalandırma  sistemi öz işini görür, belələri  azadlıqdan da 
məhrum edilirdi, yaşamaq imkanlarından da, mənəvi 
rahatlıqdan da.... “Sözəbaxan” Yazıçılar  İttifaqı, partiyalı 
yaradıcılıq metodunun (sosialist realizminin) hazır ölçüləri, 
“sosial sifariş” sistemi, aforizm səviyyəli dəqiq  şuarlar və s. 
belə amillər rejimin ədəbiyyat və yaradıcı ziyalılar üzərində tam 
qələbəsini şərtləndirirdi. 
Bununla belə, mənəvi azadlıq və söz qarşısında məsuliyyət 
hissinin yaşadığını da inkar etmək olmaz. Partiyanın rəsmi 
təbliğatınin, Stalin ideologiyasının tam hakim olduğu 
mərhələnin digər qütbündə, elə həmin dünyada canlı, düşünən, 
hər  şeyi anlayan insanlar da vardı. Cəmiyyətdə,  ədəbiyyatda 
mənəvi həyat susmamışdı, itməmişdi.   
        Stalinin  vəfatından sonra (1953, mart) hakimiyyətə  gələn 
“kollektiv” rəhbərlik mədəniyyət xadimlərinə münasibətdə yeni 
qarşılıqlı  əlaqələr forması axtarmağa başladı,  əvvəlki illərdə 
mümkün olmayan bəzi güzəştlərə getməyi və ab-havanı 
nisbətən mülayimləşdirməyi qərara aldı. M.C.Bağırovun 


____________Milli Kitabxana____________ 
 
89
həbsindən sonra Azərbaycanda rəhbərliyə gələn qüvvələr elmin 
və mədəniyyətin nümayəndələri idilər və onlar milli düşüncənin 
inkişafını, milli mənəvi dəyərləri də diqqətdə saxlayırdılar 
(İmam Mustafayev Azərbaycan KP MK-nın birinci katibi
Mirzə  İbrahimov Ali Sovetin Rəyasət Heyətinin sədri 
seçilmişdilər). Lakin hakimiyyət güzəştlərə və mülayimləşməyə 
getsə  də, partiya ideolojisində “prinsiplərdən geri çəkilməyi” 
bacarmırdı və istəmirdi. ÜİK(b) MK-nınPartiyanın 1954-1955-
ci il sənədlərində “bədii ziyalılar arasında qeyri-sağlam  əhval-
ruhiyyədən”, “ədəbi dairələrdə  zərərli ideoloji ovqatdan” və s. 
danışılır, belələri haqqında partiya və inzibati cəzalandırma 
tədbirləri görülürdü ( bax: 144 ). 1956-cı ildən isə 
“mülayimləşmə” “soyuqlaşma” ilə əvəzlənirdi.  
       Beləliklə, 1953-1957-ci illər özünəməxsus keçid dövrü 
oldu. Bu dövrdə keçmiş stalinizmin mədəni siyasətinin 
dağılması  və partiyanın yeni mədəni siyasətinin  əsası olan 
prinsiplərin axtarılması ilə yanaşı,  İttifaq miqyasında Stalin 
mədəni modelinin eroziyasını dayandırmaq səyləri də özünü 
göstərirdi.     
 
 


____________Milli Kitabxana____________ 
 
90
  1.5. Roman – bədii  təfəkkürün  böyük  nailiyyəti 
 
1930-1950-ci illər Azərbaycan romanı haqqında 
tədqiqatımızın predmeti diqqəti ilk növbədə roman janrının 
bədii təfəkkürdə  və  ədəbiyyatda yeri, rolu, təşəkkül və inkişaf 
tarixi, poetik özəllikləri, tipoloji prinsipləri, taleyi ilə  əlaqədar 
məsələlərin bir daha çözülməsinə yönəldir. Mövzumuz bu 
xüsusiyyətlərin geniş araşdırılmasını    tələb etməsə  də, bəzi 
məqamlara diqqət yetirilməsinə zərurət vardır.  
Dünya  ədəbiyyatşünaslığında roman janrı haqqında çoxlu 
elmi  ədəbiyyat vardır. Azərbaycan  ədəbiyyatşünasları roman 
janrı ilə bağlı tədqiqatlarında, monaqrafiyalarında dünya ədəbi 
fikrinin mülahizələrinə söykənmiş, xüsusilə romanın janr 
estetikasına dair həm tarixi, həm də çağdaş ədəbiyyatşünaslıqda 
özünə yer alan müxtəlif elmi mövqelərə aydınlıq gətirməyə 
çalışmışlar. Araşdırmalar  əsasən Hegelin, V.Belinskinin, 
U.Folknerin,  D.Lixaçovun, R.Foksun, M. Baxtinin, 
V.Kojinovun, A.Veselovskinin, L.Timofeyevin və b. 
mülahizələri  ətrafında aparılmışdır.  Əlbəttə, romanı müxtəlif 
səviyyədə və istiqamətdə tədqiq edən əsərlərin dolayı yolla olsa 
da, tipoloji tədqiqat konsepsiyasının yaradılmasında oynadıqları 
tarixi rolu nəzərdən qaçırmaq olmaz. Lakin romanın inkişaf 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə