Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə17/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   13   14   15   16   17   18   19   20   ...   86

____________Milli Kitabxana____________ 
 
69
əksinqilabçı yazıçılardan - bədii söz ustalarından da öyrənmək 
olar.  
...Qorki yaradıcılığının ilk mərhələsində onun əsərlərində 
də romantizm çox idi. Lakin Qorki romantizmi - hakimiyyət 
uğrunda mübarizəyə qalxan yeni sinfin romantizmi idi. Qorki 
tərəfindən insanın ideallaşdırılması yeni gələcək insanın 
ideallaşdırılması idi, yeni gələcək ictimai quruluşun 
ideallaşdırılması idi. Belə romantizm yazıçıya lazımdı. Bizi irəli 
aparan belə romantizm bizə lazımdır. Bununla mən romantizmi 
inqilabi realizmə qarşı qoymaq istəmirəm.  
İnqilabi sosialist  realizmi bizim epoxamız üçün 
ədəbiyyatda  əsas baş  cərəyan olmalıdır. Lakin bununla 
yazıçının romantik məktəb metodundan istifadəsi də istisna 
olunmur. Yalnız bilmək lazımdır ki, bu və ya digər metoddan 
nə vaxt, niyə və necə istifadə olunmalıdır.  
Marks yalnız  Şekspiri deyil, Dümanı da oxuyurdu və 
öyrənirdi. Bilmək lazımdır – Marks bu yazıçıları nə vaxt, hansı 
şəraitdə, niyə və nə üçün oxuyurdu? Anlamaq lazımdır: ona bu 
yazıçıların yaradıcılığını bilmək niyə lazım idi. Marksla 
qorxutmaq lazım deyil. Onun həyatını, işini, metodunu başa 
düşmək lazımdır. Belə olduqda, dialektikanın qanunları da, 
onların tətbiqi də aydın olacaqdır. Onda romantizm də, inqilabi 


____________Milli Kitabxana____________ 
 
70
sosialist realizmi də aydın olacaqdır; onların tətbiqi də aydın 
olacaqdır”. 
Rəhbərin yazıçılarla görüşü müvəffəqiyyətlə keçdi. Az 
sonra oktyabrın 26-da yenə  də M.Qorkinin evində Stalin 
yazıçılarla görüşdü, kommunist yazıçılara ayrıca təlimatlarını 
verdi və inqilabi sosialist realizmi anlayışını daha ətraflı  şərh 
etdi.  
Sovet yazıçılarının birinci qurultayında sosializm realizmi 
metodunun sovet ədəbiyyatının aparıcı metodu kimi elan 
edilməsi nəzərdə tutulurdu. Lakin hələ ki, daxili konfliktlər, 
idarə ixtilafları, kadr çəkişmələri və  təşkilati hərc-mərclik 
qurultayın çağrılmasını yubadırdı. Nəzərdə tutulan müddətlərdə 
– 1933-cü ilin mayında da, iyununda da, 1934-cü ilin yazında 
da qurultayı keçirmək mümkün olmadı. Nəhayət, 1934-cü ilin 
iyununda qurultayın təşkilini partiya A.Jdanova tapşırır. 
İ.Stalinin xəttini cild-cəhdlə qoruyan A.Jdanovun rəhbərliyi ilə 
qurultayın çağırılma vaxtı, gündəliyi və s. təşkilati tədbirlər 
hazırlanlır. Gündəlik Siyasi Büronun sənədlərində dərc edildi.  
Qurultay kimi tədbirlərin keçirilməsi bolşeviklərin 
idarəetmə siyasətində  əhəmiyyətli rol oynayırdı. 1917-ci ilin 
oktyabrından sonrakı ilk günlərdən etibarən hər cür qurultaylar, 
plenumlar, konfranslar, toplanışlar bolşevik hakimiyyətinin 


____________Milli Kitabxana____________ 
 
71
mərasimlər sistemində mühüm elementlərə çevrilmişdi. Belə 
tədbirlər rejimin fəaliyyətinə müəyyən legitimlik gətirir, 
ziddiyyətlərlə parçalanan partiyaçıların və bitərəflərin  ərazi
milli, peşəkar, siyasi, sinfi qruplarının arasında konsensus əldə 
etməyin mexanizmini yaradırdı. 
Otuzuncu illərin  əvvəllərində “böyük dönüş”, yaxud 
qolçomaqlığın bir sinif kimi ləğvi qurultayların, müşavirələrin, 
partiya və hökümət rəhbərlərinin  qabaqcıllarla görüşlərinin, 
təmtəraqlı təltifetmələrin və s. belə mərasimlərin keçirilməsinə 
yeni təkan verdi. Yazıçılar da istisna deyildi. MK-nın yaradıcı 
təşkilatların yenidən qurulması haqqında aprel (1932-ci il) 
qərarına  əsas Yazıçılar qurultayının çağrılması 1934-cü ilin 
avqustunda baş tutdu. 
Qurultay başlanmamışdan  əvvəl A.Jdanovun iştirakı ilə 
keçirilən Təşkilat Komitəsi partiya qrupunun iclasında 
kommunistlərin əsas vəzifəsi göstəriş qaydasında irəli sürüldü: 
“təşkilati xarakterli, şəxsi xarakterli  məsələləri, kimi dəyişmək, 
kimi seçmək kimi məsələləri rədd etmək”. “Hər bir yazıçı-
kommunistə  məlumdur ki, ittifaqa rəhbərliklə  əlaqədar 
məsələlər partiyanın Mərkəzi Komitəsi tərəfindən həll ediləcək 
(səslər: Düzdür!) və heç bir koridor hoqqalarına, koridor hay-
küyünə yol verilməməlidir”. Vəzifə belə qoyulurdu: yaradıcılıq 


____________Milli Kitabxana____________ 
 
72
məsələləri “ehtirasla və qızğınlıqla” müzakirə olunsun, təşkilati
araqarışdıran məsələlərə, rəhbərliklə bağlı 
təşkilati 
kombinasiyaçılıq məsələlərinə isə yer yoxdur! Jdanov deyirdi: 
“Partiya qurultaylarından nümunə götürün!” 
Yazıçı-kommunistlərlə bu  dildə heç vaxt heç kim 
danışmamışdı. Jdanov konkret olaraq sübut etdi ki, Stalinin 
təlimatlarını ünvanına çatdırmaq üçün Sovetlər ölkəsində 
auditoriyalar arasında daha heç bir üslub fərqi yoxdur. 
15 avqust 1934-cü ildə başlayan Yazıçılar qurultayının 
işinə A.Jdanov rəhbərlik etsə  də,  İttifaqlar Evindəki bu 10 
günlük tamaşanın  əsl rejissoru Stalin idi. Əslində A.Jdanovun 
simasında sovet primitivizmi öz parlaq simasını tapdı. 
Hər halda qurultayla bağlı belə bir faktı da xatırlamağa 
dəyər ki, burada keçmiş SSRİ-nin hər yerindən 52 millətin 
nümayəndəsi – 597 nəfər iştirak edirdi, çıxışlarda və 
məruzələrdə milli ədəbiyyatlar haqqında da söhbət aparılırdı. 
Azərbaycandan C.Cabbarlı, Ə.Nazim, M.Rəfili  də çıxış etmiş, 
M.Ələkbərli isə Azərbaycan  ədəbiyyatı haqqında məruzə 
etmişdi. Həmin qurultaydan bir ay əvvəl Bakıda keçirilən 
Azərbaycan yazıçılarının birinci qurultayı  bədii yaradıcılıqla 
əlaqədar partiya xəttini ciddi müdafiə etmiş, həmçinin bir daha 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə