Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə15/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   11   12   13   14   15   16   17   18   ...   86

____________Milli Kitabxana____________ 
 
59
təşkilat buraxılmış elan olundu. Qərarın ideoloqu  İ.V.Stalin idi. 
O, növbəti “rokirovka”sını düşünmüşdü: RAPP-çıların  əli ilə 
onların öz təşkilatlarını ləğv etmək. 
Lazar Kaqanoviç tərəfindən hazırlanan qərarın araya 
çıxmasında, marksist fəlsəfəsi baxımından  əsaslandırılmasında 
“mədəni bolşevizm”in görkəmli ideoloqu, nəzəriyyəçisi və 
praktiki Nikolay Buxarinin də rolu az olmamışdır. Hələ 1925-ci 
ildə  qəbul edilən MK-nın  “Partiyanın bədii  ədəbiyyat 
sahəsində siyasəti haqqında” qərarı da N.Buxarinin  əli ilə 
yazılmışdı.  
1932-ci il rejimin mədəni siyasətində dönüş ili oldu. Aprel 
qərarı ziyalılara münasibətdə  məhdud, dar sinfi, proletar 
prinsipdən ümumsovet platformasında  əməkdaşlığın geniş 
cəbhəsinə keçidə kurs elan etdi. Stalinin bu strateji kursu 
intellektual cəmiyyətin sağlam qüvvələrinin birləşdirilməsi 
məqsədini daşıyırdı.  
23 aprel qərarında deyilirdi: “Sovet hakimiyyətinin 
siyasətini qəbul edən və sosializm quruculuğunda iştirak etmək 
istəyən bütün yazıçılar kommunist fraksiyalı vahid sovet 
yazıçıları ittifaqında birləşdirilsin”. Həmin qərarla proletar 
ədəbi və musiqi xadimlərinin assosiasiyası  ləğv edilir. Sovet 


____________Milli Kitabxana____________ 
 
60
Yazıçıları  İttifaqının və incəsənətin digər növləri üzrə 
ittifaqların yaradılması təklif olunur.  
Belə bir şəraitdə partiya sovet ədəbiyyatının baş 
metodunun necə adlandırılması  məsələsini də xüsusilə vacib 
hesab edirdi. Bu məsələ Kremldə uzun müddət götür-qoy 
edilmişdir. Lazar Kaqanoviç tərəfindən təqdim olunan MK-nın 
bədii  ədəbiyyat haqqında qərarının ilkin layihəsində (mart 
1930) bu metod “dialektik-materialist” adlandırılmışdır. 1931-
ci ildə bu metodla  əlaqədar tələblər daha da konkretləşmişdir: 
“Materialist dialektika metodu varlığa passiv-seyrçi 
münasibətlə barışmır, o, sənətkardan inkişafın  əsas 
tendensiyalarını axtarmağı, bu günümüzün gerçəkliyində onun 
sabahını görməyi tələb edir”.              
Partiya MK-nın 1932-ci il aprel qərarına  əsasən  SSRİ 
Yazıçılar  İttifaqı yaradılmasına hazırlıq görülür, bu məqsədlə 
Maksim Qorkinin rəhbərliyi ilə  təşkilat komitəsi yaradılır. 
Düzdür, M.Qorki ölkə  rəhbərliyinin nəzərində çox çətin və 
şıltaq bir fiqur idi. Lakin onun adı, dünya şöhrəti və ölkənin 
yaradıcılıq mühitində böyük nüfuzu partiyanın öz məqsədlərini 
həyata keçirməsində,  şəksiz,  əvəzedilməz rol oynayacaqdı. 
Sovet Yazıçıları 
İttifaqının təşkilində N.Buxarinin 
prinsiplərinin tətbiqi geniş yer alırdı. Təşkilat Komitəsinin 


____________Milli Kitabxana____________ 
 
61
partiya qrupu aparıcı qüvvə kimi yaradılmışdı. Bu zərbəçi 
dəstənin üzərinə  ədəbi quruculuqda partiya xəttini hərbi 
qaydalarla, qəti həyata keçirmək vəzifəsi qoyulmuşdu.  
L.Maksimenkovun “Очерки  номенклатурной  истории 
советской  литературы (1932-1946)” adlı  tədqiqatında (149) 
İ.V.Stalinin şəxsi arxivindən götürülən iki sənəd verilmişdir: 
1. Kommunist yazıçıların Siyasi Büro üzvləri ilə birlikdə 
1932-ci ilin 20 oktyabrlarında keçirilən yığıncağında nitq; 
2. MK Təşkilat Bürosunun “Zvezda” və “Leninqrad” 
jurnalları haqqında keçirdiyi 9 avqust 1946-cı il tarixli iclasında 
çıxış. ( Bax: “Вопросы литературы” jurnalı, 2003-cü il, № 4 ). 
İ.V.Stalinin 20 oktyabr 1932-ci il tarixli nitqi SSRİ 
Yazıçıları  İttifaqı qurultayını hazırlayan Təşkilat Komitəsi 
partiya qrupu ilə görüşdə – Maksim Qorkinin evində 
səslənmişdir. Bu nitq çap olunmamış,  İ.V.Stalinin “Əsərlər 
külliyatına daxil edilməyən sənədlər və materiallar” 
adlandırılan arxiv cildində saxlanılmışdır. Bu nitqində Stalinin 
müzakirə  təriqi ilə  və  bəzən ziddiyyətli və ardıcıl olmayaraq, 
düşüncə axını üslubunda sonralar uzun onilliklər boyu orta 
məktəblərin, institutların, universitetlərin 
ədəbiyyat 
dərsliklərində qanunlaşdırılmış mövzuya çevrilən, sovet 
kamilliyinin attestatı üçün imtahan biletlərinin dəyişilməz sualı 


____________Milli Kitabxana____________ 
 
62
olan bir anlayış haqqında danışdı:  “sosialist  realizmi”. Bu 
nitqin xüsusiyyəti də ondadır ki, burada terminin yaranma anı 
qeyd olunur və həmfikirlər dairəsində müzakirəsi daha optimal 
ifadə edilir.  
İ.V.Stalinin nitqi:       
“Ədəbiyyat təşkilatlarının yenidən qurulması haqqında 
MK-nın Aprel qərarının mənasını  və  əhəmiyyətini dərindən 
başa düşmək üçün bu qərara qədər mövcud olan ədəbiyyat 
cəbhəsinin vəziyyəti üzərində dayanmaq lazımdır. O vaxt necə 
idi? O vaxt çoxlu ədəbi qruplar vardı. Aşağılardan gənc və 
istedadlı yazıçıların yeni dəstəsi yetişirdi və böyüyürdü. Bütün 
bu geniş yazıçı  dəstələrinə  rəhbərlik lazımdı. Onların 
yaradıcılığı partiyanın qarşıya qoyduğu məqsədlər istiqamətinə 
yönəldilməliydi. Amma biz nə edirdik? Bir tərəfdən  ədəbi 
qruplara, digər tərəfdən bu ədəbi qruplarda işləyən 
kommunistlərin öz aralarında didişmələrinə qarşı mübarizə 
aparırdıq. 
Bu didişmələrdə rappçıların rolu az deyildi. Rappçılar bu 
didişmələrin ön sıralarında idilər. Axı siz nə edirdiniz? Siz 
özünüzünküləri irəli çəkir və  tərifləyirdiniz, həm də belə 
irəlisürmə çox vaxt işinə görə və ölçü daxilində olmurdu, sizin 
qrupa mənsub olmayan yazıçıların üstündən keçirdiniz və 


____________Milli Kitabxana____________ 
 
63
incidirdiniz, onları öz təşkilatınıza cəlb etmək və inkişaflarına 
kömək göstərmək əvəzinə özünüzdən uzaqlaşdırırdınız. 
Bu, kimə lazım idi? Bu, partiyaya lazım deyildi. Deməli, 
bir tərəfdən sizdə didişmə  və arzuedilməz hesab etdiyiniz 
yazıçıları incitmə özünü göstərirdi. Digər tərəfdən, sizinlə bir 
sırada heç kimin rəhbərlik etmədiyi, heç kimin kömək 
göstərmədiyi, sahibsiz qalan partiyasız yazıçılar dənizi 
böyüyürdü və çoxalırdı. Halbuki, partiya sizin qarşınızda yalnız 
ədəbi qüvvələri toplamaq yox, həm də bütün yazıçı kütlələrinə 
rəhbərlik etmək vəzifəsini qoymuşdu.  
Axı mahiyyətcə siz mərkəzi, rəhbər qrup idiniz. Lakin bu 
mərkəzi qrupda rəhbərlik  əvəzinə dekretçilik, inzibatçılıq və 
lovğalıq halları vardı.  Indi mən görürəm ki, MK RAPP-ı ləğv 
etmək və bütün ədəbiyyat təşkilatlarını yenidən qurmaq 
haqqında qərarında  ən azı bir il gecikmişdir. Hələ bir il əvvəl 
aydın idi ki, ədəbiyyatda bir qrupun inhisarı yaxşı heç bir şey 
vermir. İnhisarçı qrupu çoxdan ləğv etmək lazım idi.  
Bununla belə, məlum tarixi mərhələdə RAPP ədəbi 
qüvvələri cəlb edən və toplayan bir təşkilat kimi lazım idi. 
Lakin bu qrup zəruri tarixi işini görəndən sonra, inhisarçı 
mövqe tutan qrupa çevrildi və beləcə donmuş vəziyyətə düşdü. 
Rapçılar növbəti tarixi mərhələni anlamadılar, ziyalıların bizə 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə