Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə19/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   15   16   17   18   19   20   21   22   ...   86

____________Milli Kitabxana____________ 
 
77
deyildi.  Ədəbiyyat məsələsində estetika və  ədəbiyyatşünaslıq 
problemləri ikinci dərəcəli rol oynayırdı.  Ədəbiyyat 
“cəbhəsi”nin idarə edilməsi birbaşa  rəhbərliyin, hakimiyyətin – 
“yarımhərbi cəbhə”nin məsələsi idi. Yazıçıların təşkilati 
məsələləri, kadrlar, strukturlar, idarə heyətləri, katibliklərin, 
rəyasət heyətlərinin piramidaları, təşkilat katiblərinin seçilməsi, 
ittifaqın baş katibinin xüsusi  seçilməsi, plenumların, 
qurultayların gündəlikləri, jurnalların  redaksiya heyətləri, 
ordenlər, medallar, fəxri fərmanlar, xatirə  hədiyyələri ilə 
təltiflər, mənzil, maşın bölgüsü, xarici səfərlərə ezamiyyətlərin 
təsdiqi (qurultaylara, plenumlara, konfranslara və s.), Stalin 
mükafatlarının üç dərəcəsinin verilməsi – bütün bunlar və bir  
çox digər  məsələlər  rəhbərliyin  nəzarəti və iştirakı ilə həyata 
keçirilirdi. 
Mühacir  ədəbiyyatşünas Mark Slonim 1930-cu ildə 
“Ədəbiyatda stalinçilik” adlı  məqaləsində yazırdı ki, SSRİ-də 
“Ədəbiyyatda küt və qabiliyyətsiz stalinçilik hökm sürür və bir 
qrup ədəbiyyat aparatçıları məcburi qərarlar əsasında incəsənəti  
idarə edirlər” (“Воля России” jurnalı, Praqa, 1930, №10). 
 


____________Milli Kitabxana____________ 
 
78
 Otuzuncu  illərdə Azərbaycan  ədibləri də milli sosialist 
realizmi sənətinin Ümumittifaq kontekstində yerini təsbit etmək 
ücün geniş polemikalar aparmışlar.  
Azərbaycan ədəbiyyatında sosialist xəlqiliyi və partiyalılıq 
məslələri aktual şəkil almışdı. 1920-1930-cu illərin nəzəri 
araşdırmaları Azərbaycan 
ədəbiyyatında marksist və 
kommunist üslubunun axtarılmasına yönəlmişdi. Bu prosesdə 
ədəbiyyatşunaslar mexaniki və vulqar - sosioloji ifratdan xilas 
ola bilmirdilər. Həmin illərdə yeni ədəbiyyatın bədii metodunu 
təyin etmək uğrunda mübahisələr, metod nəzəriyyəsinin 
işlənməsi marksist ədəbiyyatşunaslığın metodoloji meyarlarını 
formalaşdırmış, yeni nəzəri-tarixi mərhələyə keçid üçün  nəzəri 
zəmin hazırlamışdır. Azərbaycan sovet yazıçıları ittifaqının 
keçirdiyi yaradıcılıq konfranslarında sosialist xəlqiliyi problemi 
ciddi müzakirə edilirdi. Sovet yazıçılarının I qurultayı 
ərəfəsində o vaxtadək özünü göstərən  ədəbi-nəzəri cərəyanlar 
və axınlar həm təşkilati, həm ideya-nəzəri platforma 
baxımından ləğv olunsa da, belə nəzəriyyələrlə bağlı müəyyən 
cəhdlər hələ qalırdı  və özünü bir qədər “elmi” formada 
göstərirdi. “Sosializmin bütün cəbhə boyu hücumu”nu geniş 
təbliğ edən partiya yazıçıları da bu cərgədə  fəal  görmək 
istəyirdi. 1936-cı ildə “formalizm haqqında diskussiyalar” 


____________Milli Kitabxana____________ 
 
79
genişləndi. Bu ad altında simvolistlər, futuristlər, 
impressionistlər, imajinistlər və b. ilə yanaşı, estetik prinsipləri 
“sosialist realizmi”ndən fərqlənən bütün digər yaradıcı ziyalılar 
kobud tənqid hədəfinə alındılar, təqiblərə  məruz qaldılar. 
Əslində “formalizmlə mübarizə”də 
məqsəd istedadı 
hakimiyyətin xidmətinə həsr olunmayan hər kəsi məhv etməyə 
yönəlmişdi. 1936-cı ildə  ədəbiyyatda formalizm və naturalizm 
əleyhinə keçirilən bir həftəlik müşavirədə Azərbaycan 
ədəbiyyatşunasları bu problem ətrafında geniş müzakirələr 
aparmış, M.Ələkbərli “Son söz”ündə yeni metodun tarixi 
xarakterini, onun estetik mövqeyinin marksizm-leninizmlə 
bağlı perspektivlərini izah etmişdir. 
Otuzuncu illərin ictimai-siyasi mühitinin ziddiyyətləri, 
hətta repressiyalar belə sosialist realizmi konsepsiyasının 
təşəkkülünü və  tətbiqini sarsıda bilmədi. Sanki SSRİ 
Konstitusiyasının (1936) və Azərbaycan SSRİ-nin yeni 
Konstitusiyasının (1937)  qəbulu, Moskvada 1938-ci ildə 
Azərbaycan incəsənəti, 1940-cı ildə Azərbaycan  ədəbiyyatı 
dekadalarının keçirilməsi, mədəniyyətin digər sahələrində 
görülən tədbirlərlə partiya və hökümət bir daha bizə, habelə  
bütün  sovet adamlarına sübut etmək istəyirdi ki, hər sahədə, o 
cümlədən mədəniyyət və ədəbiyyat sahəsində də əsas götürülən 


____________Milli Kitabxana____________ 
 
80
siyasi - ideoloji xətt tamamilə düzgündür  və özünü lazımınca 
doğruldur. 
Ölkənin siyasi ab-havası II Dünya  müharibəsinin  
başlanması  və Hitler  Almaniyasının SSRİ-yə hucumundan 
sonra yeni, bir çox fərqli motivlərlə kökləndi. Partiya bu 
müharibəni “Böyük Vətən müharibəsi” adlandırdı və SSRİ-nin 
bütün millətləri “vahid vətən” uğrunda ölüm - dirim 
 
mübarizəsinə səfərbər olundu. Partiya sovet ədəbiyyatını da bu 
müharibədə özünün təbliğat işinin kəsərli silahına çevirirdi. 
Yeni şəraitdə  ədəbiyyat öz ideya-mövzu motivlərini seçərkən, 
əlbəttə baş metoda – sosialist realizminə sədaqətli qaldı. Bunlar 
hansılardır? – Yüksək sovet vətənpərvərliyi, xalqlar dostluğu və 
proletar internasionalizmi, partiyanının qüdrətinə, marksizm-
leninizm ideyalarının həyati gücünə, sovet ictimai quruluşunun 
üstünlüyünə, Sovet ordusunun yenilməzliyinə inam. 
Bununla belə, müharibə dövrünün sovet bədii məhsulu 
plakat, çağırış, təbliğat ruhundan uzağa gedə bilmədi, demək 
olar ki, sanballı bir nümunə verə bilmədi. Sonrakı on ildə  də 
belə oldu.  Yalnız 50-ci illərin sonlarından müharibə 
mövzusunda diqqətəlayiq bədii əsərlər, bədii kino-filmlər araya 
çıxmağa başladı. Lakin bunlar artıq sosialist realizmindən 


____________Milli Kitabxana____________ 
 
81
demək olar ki, “yan keçən” nümunələrdir və  əlbəttə, digər 
mövzunun  predmetidir.  
Rejim, müharibədəki “böyük qələbənin” eyforiyasını 
yaşamaqda ikən, müharibədən az sonra ölkənin siyasi və 
ideoloji mühitinə  mənfi təsir göstərən ağır  hadisə baş verdi: 
quraqlıq və acılıq. Yazıçıların birinci qurultayından 12 il sonra 
SSRİ-nin Avropa hissəsini  əhatə edən quraqlıq və aclıq 
üzündən ərzaq məhsulları ücün kartoçka sisteminin ləğvi bir il 
sonraya – 1947-ci ilə keçirildi. Təbii ki, bu fəlakət ədəbiyyat və 
incəsənətdə  də  ağrılı  əks-sədasını tapdı. Vəziyyətin 
mürəkkəbliyinin görən partiya rəhbərliyi  ideoloji sahəyə, 
ədəbiyyata və incəsənətə  tələbləri sərtləşdirdi. Senzuranın 
gücləndirilməsi, xarici ədəbiyyat gətirilməsinin 
məhdudlaşdırılması, Qərbə meyilliyin qarşısının alınması və s. 
tədbirlər də həmin tələblərlə səsləşirdi. 
1946-1948-ci illərdə MK-nın Leninqrad ədəbi-bədii 
jurnalları, dram teatrlarının repertuarları, sovet kinosu haqqında 
qərarları  ədəbiyyat və incəsənət səhasində partiya siyasətinin 
daha da möhkəmləndirilməsi  vəzifəsini qoyurdu. Lakin 1930-
1950-ci illər mərhələsinin necə adlanmasından asılı olmayaraq, 
həmin dövrü sosializm realizminin bir  mərhələsi kimi ehtiva 
etmək, elə bilirik ki, çox da əsaslı olmazdı. Yəni 1946-1953-cü 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə