____________Milli Kitabxana____________
99
mülahizələri də özünə geniş yer almışdır. Bir müddət Kustanay
vilayətinə sürgün olunan M.M.Baxtin 1937-ci ilin payızında
sürgündən qayıdır. Lakin ona paytaxtda yaşamağa icazə
verilmir. M.Baxtin Tver vilayətində yaşamalı olur, bir çox
çətinliklərə baxmayaraq, yorulmadan elmi-tədqiqat işlərini
davam etdirir. Nəhayət, 1940-1941-ci illərdə ona
L.İ.Timofeyevin işlədiyi Ümumdünya Ədəbiyyat İnstitutunda
iki məruzə ilə çıxış etməyə icazə verilir.
Məruzələrin ikisi də roman haqqında idi. “Вопросы
литературы” jurnalı 2007-ci il 3-cü sayında həmin məruzələrlə
əlaqədar arxiv materiallarını ilk dəfə çap etmişdir (154).
M.M.Baxtinin 1940-ci ilin 14 oktyabrında Ümumdünya
Ədəbiyyat İnstitutunda oxuduğu məruzə belə adlanır:
“Romanda söz (romanda üslubiyyət məsələlərinə dair)”.
Müəllif belə bir müddəasını təsbit edir ki, janrların nəzəriyyəsi
və tarixi (xüsusilə onların yarandığı və formalaşdığı dövrlərdə)
dillərin və dil dünyagörüşlərinin taleləri ilə qırılmaz əlaqədə,
onların mübarizəsi, qarşılıqlı əlaqəsi, çarpazlaşması ilə əlaqədə,
ədəbi dillərin əvəzlənməsi, dillərin daxili parçalanması və
birləşməsi (mərkəzdənqaçma və mərkəzləşmə) proseslərində
öyrənilməlidir. Roman çoxdilli düşüncə məhsuludur. Roman
dillərin, dialektlərin, ədəbi və qeyri-ədəbi dillərin dairəsində
____________Milli Kitabxana____________
100
yaranır. Roman dili – dillər və üslublar sistemidir, bədii
cəhətdən təşkil olunmuş “dillər-dünyagörüşlər dialoqudur”. Dil
(dialekt, janr, dünyagörüşü dili, nəsillərin dili və s.) roman
qəhrəmanının obrazı ilə qırılmaz bağlı olan bədii obraza
çevrilir. Romanda dillərin dialoqu ritorik diskussiya deyildir,
dillərin bədii obrazlar sistemidir və s.
Qeyd edək ki, “Вопросы литературы и эстетики”
toplusunda M.Baxtinin “Romanda söz” adlı tədqiqatının mətni
verilsə də, son arxiv materialları ilə həmin mətn arasında ciddi
fərqlər vardır. M.Baxtinin “Romanda söz” adlı iki tədqiqat işi
olmuşdur. Birincisi sürgündə olarkən – 1934-1936-cı illərdə
yazdığı kitabdır. Ikincisi isə 1940-ci ildə etdiyi məruzədir.
Kitab 70-ci illərdə qeyd etdiyimiz “Вопросы литературы и
эстетики” toplusunda verilmişdir. Məruzə isə çap
olunmamışdı.
1941-ci il martın 24-də M.M.Baxtinin Ümumdünya
Ədəbiyyat İnstitutunda oxunan “Roman ədəbi janr kimi”
məruzəsi də çap olunmamışdı. Sonralar onun tezisləri əsasında
“Epos və roman” adlı məqaləsi çapdan çıxmışdır. Həmin
məqalədə romanı yeganə inkişafda olan və hələ tam qəlibə
düşməmiş janr hesab edən M.Baxtin yazırdı: “Bütün janrların
içərisində təkcə roman yazıdan və kitabdan cavandır və təkcə o,
____________Milli Kitabxana____________
101
qavrayış obyekti olmağa, yəni oxumağa meyllidir”. (125, 393).
L.İ.Timofeyevin iştirakı ilə keçirilən diskussiyada roman janrı
ilə bağlı maraqlı çıxışlar olmuşdur və M.Baxtinin həmin
çıxışlara münasibəti də diqqətçəkəndir.
M.M.Baxtinin “Roman ədəbi janr kimi” məruzəsinin
tezislərindən (154) :
1. Romanın janr kimi nəzəriyyəsinin çətinliyi, onun
işlənməsinin qeyri-kafi vəziyyəti onunla izah edilir ki, roman
Avropa ədəbiyyatında yeganə hələ hazır olmayan, təşəkkül
tapmayan janrdır. Romanın janr şablonu hələ təşəkkül
etməmişdir, onun janr sümüyü hələ bərkiməyib və digər
janrlarla nisbətdə fərqli, müqayisəolunmaz plastikliyini
saxlayır. Odur ki, təşəkkül tapan janr kimi roman nəzəriyyəsi
digər, hazır janrların nəzəriyyəsindən fərqli olaraq, xüsusi təhlil
metodları tələb edir.
2. Roman təşəkküldə olan bir janr kimi, yeni dövrün ədəbi
inkişafının önündə gedir və digər bütün janrlarla müqayisədə
tənqidi janrdır. O, digər janrların genişlənməsinə (xüsusilə
XVIII əsrin ikinci yarısından) güclü təsir göstərir, onların
gerçəkliyə münasibətinin dəyişməsinə və özlərinə, hazır
janrlara xas olan şərtiliyi, süniliyi, dil durğunluğunu və s.
aradan qaldırmağa kömək edir. XIX əsr üçün ədəbiyyatın,
____________Milli Kitabxana____________
102
demək olar, bütün janrlarında (yalnız poema və dramlar yox,
lirikada da) “romanlaşma” prosesi xarakterik olmuşdur.
Yarandığı vaxtdan romanın digər janrlarla qarşılıqlı münasibəti,
yanaşı mövcudluğu sakit və qapalı olmamışdır. Bu digər
janrlarda da özünü göstərmişdir.
3. Roman, təşəkkül tapan və maksimal səviyyədə plastik
janr kimi, ədəbiyyatda realist tendensiyaların daha ardıcıl və
qəti ifadəçisi olmuşdur. Böyük janrlar arasında roman ilk dəfə
olaraq, müasir gerçəkliyi ciddi təsvir predmetinə çevirmişdir.
4. Roman, təşəkkül edən janr kimi, ədəbiyyatda insan
obrazının əsaslı yeniləşməsini də müəyyən etmişdir. Roman
şəraitində digər janrlar (xüsusilə epos və faciələr) üçün
xarakterik olan insanın taledən və vəziyyətdən asılılığı aradan
qaldırılır. Bu da insanın bütün obrazının yeniləşməsinə, bu
obrazın sərhədlərinə qədər dəyişməsinə və onun gerçəkliklə
qarşılıqlı əlaqəsinə gətirib çıxarır...İnsanın subyektivliyi
obyektiv təsvirin predmetinə çevrilir. Roman, nəhayət ki,
inkişaf edən insan obrazına (təşəkkül edən fəaliyyətin
mürəkkəb və ziddiyyətli şəraitində) yüksəlir.
Təşəkkül edən janr kimi romanın bütün – kompozisiya,
sujet, üslubi xüsusiyyətləri tam plastikliyi ilə xarakterizə edilir
və buna möhkəm janr əlamətləri kimi deyil, bütün ədəbiyyatın
Dostları ilə paylaş: |