Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə65/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   61   62   63   64   65   66   67   68   ...   86

____________Milli Kitabxana____________ 
 
273
        Ədəbi fikir romanda tarixi koloritin güclü olduğunu
hadisələrin cərəyan etdiyi mühitin real və inandırıcı təsvirlərlə 
verildiyini qeyd etmişdir. Hadisələr azərbaycanlı gənc Səlimin 
xarakterinin və dünyagörüşünün təşəkkülü fonunda izlənilir. 
Müəllif Səlimi milli varlığımızın təmsilçisi kimi görür, onun 
simasında dönməz iradə, yaradıcı istedad, torpaq uğrunda 
qəhrəmanlıqla vuruşan döyüşçü, dərin və alovlu məhəbbətlə 
sevən ürək sahibi kimi keyfiyyətləri birləşdirir. Qədim Bakının 
mənzərəsi, Qız qalasının  əzəməti, o dövrdə  məişətimiz, saray 
münasibətləri, yadellilərin hücumuna qarşı görülən tədbirlər 
maraqlı  və yaddaqalan təfərrüatlarla verilmişdir. Bu torpağın 
Odlu diyar adlandığını, burada insan ömrünün və mübarizəsinin 
odda-alovda bərkidiyini müəllif süjet boyu vurğulayır. Anasının 
narahatlığına cavab olaraq Səlim deyir:  
       “Bizim ölkəyə Odlu diyar deyirlər. Canı-başı sağ olanlar 
öz ölkələri uğrunda vuruşmalıdırlar... Yadından çıxıbmı ki, 
mənim canım-başım sağdır? Düşmənlərdən intiqam almağa 
fürsət tapdım.  Əlim daha qılınc oynatmağa öyrənib”  (120, 
194).  
       Bakını mühasirəyə alan yadellilər qala divarlarına 
yaxınlaşanda da bu torpağın odu-alovu ilə qarşılaşırlar:  


____________Milli Kitabxana____________ 
 
274
       “Sanki  möhkəm qüllələr uçurmuş kimi, ətrafı gurultu 
bürüdü. Nərələr, fəryadlar, polad cingiltiləri qopdu. Divar 
boyunca alov dilləri ucaldı. Bu alovlar mazğaldan aydınca 
görünürdü. Bürcün üstündə yanan məşəllər  ətrafa işıq və 
tüstü saçırdı... Üzü bu alovların qırmızı  işığı ilə  işıqlanan 
Dilbər gülümsünə-gülümsünə mazğala baxırdı.  
       O, Odlar Qızını xatırladırdı...  
       Ah, bir gör, Bakın odları nə tez alışdı!  
       Odlu  diyarın bu qədim Bak şəhəri dəhşətli alovlar 
püskürür,  ətrafa od və tüstü yayırdı. Yalnız Qız Qalası bu 
odlar üzərində əzəmətlə ucalırdı...  
       O da müdafiəyə hazır ıdi” (120, 163).     
       Şirvanşah Axsitanın hökmranlığının son illərini əhatə  edən 
“Odlu diyar” romanında tarixi həqiqətlər müəllif təxəyyülünün 
həqiqətləri ilə birləşmiş və tarixi keçmişimiz üçün iftixar hissi 
doğuran maraqlı bir bədii əsər yaranmışdır. 
       Əlbəttə, A.Zöhrabbəyovun peşəkar və özünü təsdiq etmiş 
yazıçı olmadığını  nəzərə alsaq, bu romanı ilə hər şeydən əvvəl 
keçmişimizə  dərin məhəbbətini, xalqına böyük sevgisini 
bədiiliklə ifadə etdiyinə, belə bir xalqın varlığını  və belə bir 
zəngin tarixinin olduğunu başqa xalqlara göstərmək istəyinə 


____________Milli Kitabxana____________ 
 
275
görə xatirəsi və faydalı  zəhməti minnətdarlığa və ehtirama 
layiqdir.     
        İkinci dünya müharibəsindən sonra partiya ədəbiyyatın 
qarşısına yeni vəzifələr qoydu. Ədəbiyyat və incəsənət 
sahəsindəki “ciddi nöqsanlar” kəskin tənqid edildi, ideya 
cəbhəsində çalışanların qarşısında “məsul vəzifələr” irəli 
sürüldü. Ədəbiyyat və incəsənətdə partiyalılıq prinsipini yüksək 
tutmaq, onun siyasi-tərbiyəvi rolunu artırmaq, sovet 
ideologiyasının “saflığı  uğrunda” mübarizəni gücləndirmək 
tələb olundu. Tarixə  də “vahid axın”la yanaşmaq qadağan 
olundu. Beləliklə tarixi əsərlərdə  də millilik deyil, sinfilik , 
inqilabilik prinsipləri əsas götürüldü. 
      Yaxşı ki, artıq, necə deyərlər, qatar getmişdi. 
      Yaxşı ki, 1930-1940-ci illərdə, müəyyən bədii-estetik 
qüsurlarına baxmayaraq, milli-xəlqi ruhu özündə ehtiva edən 
tarixi romanlar və “Vaqif” (S.Vurğun), “Şamil”, “Nizami”, 
“Cavanşir” (M.Hüseyn) kimi tarixi dramlar araya gəlmişdi.  
                                   2.4. Milli  düşüncə  işığında 
         “STUDENTLƏR”.  MİLLİ    DİRÇƏLİŞİN    BƏDİİ  
İNİKASI.    İstedadlı  qələm ustası Y.V.Çəmənzəminlinin 
“Studentlər” romanı müasir Azərbaycan romanının ilk 
nümunələrindən hesab olunur. 


____________Milli Kitabxana____________ 
 
276
       İki kitabdan ibarət olan “Studentlər” romanının birinci 
kitabı 1914-1931-ci illərdə yazılmışdır və 1931-ci ildə  də çap 
olunmuşdur.  İkinci kitab isə “1917-ci ildə” adlanır və 1935-ci 
ildə oxuculara təqdim olunmuşdur. 
      Bu,  elə bir dövr idi ki, müasir Azərbaycan romanının ilk 
nümunələri – “Yoxuşlar”, “Dünya qopur” (Əbülhəsən), “Şamo” 
(S.Rəhimov), “Daşqın” (M.Hüseyn), “Dirilən adam” (Mir 
Cəlal), “Dumanlı  Təbriz” (M.S.Ordubadi) ortaya çıxmışdı  və 
ədəbi mühitdə  də, oxucu dairəsində  də canlanma yaratmışdı. 
Düzdür, sovet dövrünün ılk romanlarının müəllifləri olan  yeni 
nəslin nümayəndələri özlərini  yeni mərhələdə Azərbaycan 
ədəbiyyatının tam səlahiyyətli təmsilçiləri, yaradıcıları, necə 
deyərlər “yiyəsi” hesab edir, Yusif Vəzir kimi sənətkarlara 
tərəddüdlü münasibət bəsləyir, onları “cığırdaş” adlandırır və 
bununla belə sidq-ürəkdən istəyirdilər ki, bu sənətkarlar da 
onların ideya-siyasi platformasına qoşulsunlar. Məsələn, həmin 
illərdə gənc nasir və tənqidçi Mehdi Hüseyn yazırdı: “Şübhəsiz 
ki, biz bu yazıçıların heç birini arxivə ata bilmərik. Bunlar 
müəyyən bir dövrdə müsbət  ədəbi bir hadisə olaraq yaşamış və 
bundan sonra ciddi təşəbbüs göstərərək inqilabımızın 
mahiyyətini lazımınca anlamaq üçün öz dünyagörüşlərini 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə