Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə51/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   47   48   49   50   51   52   53   54   ...   86

____________Milli Kitabxana____________ 
 
214
“Xalq” anlayışı materialist baxımından qəbul edilə bilməz. 
Xalq  əslində yalnız sözün metafizik mənasında mövcuddur və 
yalnız bu xalq bütün sosial örtüklərdən dərindir. Xalq min il 
əvvəl mövcud olmuş  və  əbədi mövcud olacaq mistik 
orqanizmdir.  
N.Berdyayev milli şüurun hər cür şovinizmdən, 
özünütərifdən və özündənrazılıqdan azad olmasını da vacib 
hesab edirdi.  
N.Berdyayevin millilik anlayışı ilə bağlı 
bəzi 
müddəalarının üzərində dayanmaqda qənaətimiz budur ki, 
ədəbi-bədii təcrübədə millilik məsələsini araşdırarkən bu fəlsəfi 
kateqoriyanın istər  ənənəvi, istərsə  də çağdaş  fəsəfi izahına 
müraciət edəndə həmin müddəalar bir çox məqamlara aydınlıq 
gətirə bilər.  Ədəbi tənqid fərdin milli konsepsiyasını,  ədəbi 
qəhrəmanların milli psixologiyasını  təhlil edərkən bəzən elmi 
meyarları unutmuş, milliliyin fəlsəfi yozumuna, həmçinin 
millinin və ümumbəşəriliyin çox mürəkkəb, eyni zamanda 
dialektik vəhdətinə bir o qədər diqqət yetirməmişdir.  
Bədii yaradıcılıqda milli xüsusiyyətlər mühüm bədii-
estetik  əhəmiyyətə, elmi-nəzəri mənaya malikdir. XIX əsrdə 
V.Q.Belinski deyirdi ki, millilikdən kənarda insan real varlıq 
olmayıb, mücərrəd anlayışdır. O yazırdı: “Yalnız o ədəbiyyat 


____________Milli Kitabxana____________ 
 
215
əsl mənada xəlqidir (millidir – Y.R.) ki, eyni zamanda 
ümumbəşəridir: və yalnız o ədəbiyyat əsl mənada bəşəridir ki, 
o, eyni zamanda xəlqidir” ( 126, 305-306). Həmin dövrün digər 
görkəmli rus ədəbiyyatşünası N.Q.Çernışevski də bildirirdi ki, 
“yerli boyalar və milli adətlər, düşüncələr, iştirakçıların 
xarakterində millilik olmadan nə  hərəkətlərdə reallıq – 
həqiqətəuyğunluq var, nə  də  iştirakçılar nəzəri cəlb edə bilər” 
(165, 129) 
Azərbaycan  ədəbi fikrində M.Quliyevin, Ə.Nazimin, 
C.Cabbarlının, Ü.Hacıbəylinin, S.Vurğunun və digərlərinin 
sənətdə milli spesifika barədə mülahizələri də diqqəti cəlb edir. 
Ə.Nazim sovet yazıçılarının birinci qurultayındakı  çıxışında 
(1934)  ədəbiyyatda milli xüsusiyyətləri qorumaq və 
zənginləşdirmək məsələlərinə toxunmuş, demişdir ki, sənətkar 
real həyata, milli gerçıkliyə istinad etməyəndə zahiri təsirə 
qapılır, təqlidçiliyə uyur, başqa  ədəbiyyatlardakı nailiyyətlərin 
sadəcə sönük surətini çıxardır (74, 303).  
C.Cabbarlı milli keyfiyyətləri ilk növbədə xalq həyatının 
daxili məzmununda, xalqın psixologiyasında görür və milliliyin 
tarixi kateqoriya kimi təkamülə  uğraması  qənaətinə  gələrək 
deyir: “Milli forma papaq, don, çərkəzi paltar, xəncər və yaxud 
ilməli köynəklərdən ibarət olaraq qala bilməz” (12, 397) 


____________Milli Kitabxana____________ 
 
216
Burada S.Vurğunun bir mülahizəsini də xatırlamaq lazım 
gəlir: “Yazıçı dünya meydanına, hər şeydən əvvəl, öz xalqının 
milli aləmini, səciyyəsini, məişətini, məfkurəsini və 
mənəviyyatını təbii surətdə tərənnüm etmək yolu ilə çıxa bilər” 
(110, 160). 
Ədəbiyyatda millilik məsələləri ilə bağlı çağdaş 
Azərbaycan ədəbi fikrinin nümayəndəsi Elçinin mülahizələri də 
diqqəti cəlb edir. Elçinin yazdığı kimi, “ədəbi tənqid bir cəhətə 
fikir vermirdi ki, millilik, necə deyərlər, “əyalət koloriti”, 
“ekzotika” demək deyil, məhz ciddi sosioloji problemlər 
yükünün daşıyıcısıdır”.  Milliliyi, “məhəlləçilik”dən, 
“əyalətçilik”dən fərqləndirən cəhət onun ümumbəşəriliyidir. 
Ümumbəşəriliyi kosmopolitizmə yuvarlanmağa qoymayan amil 
– millilikdir. “Aydındır ki, çılpaq şəkildə ayrıca və müstəqil bir 
ümumbəşərilik mövcud deyil; milli-estetik qadirlik özünün ən 
yüksək nöqtəsində ümumibəşərilik mərhələsinə keçir və bu 
ayrı-ayrı özünüifadə komponentlərinə çevrilir” (35, 77). 
Sovet dövrü ədəbiyyatşunaslığının tanınmış nümayəndəsi, 
milli məsələlər üzrə bir çox kitabların və  məqalələrin müəllifi 
G.Lomidzenin 1960-cı ildə millilik və ümumibəşərilik ilə 
əlaqədar yazdığı  məqalədə bu məsələ belə  şərh olunur: “əksər  
ümumi insani əlamətlər dünya xalqlarının çoxu üçün 


____________Milli Kitabxana____________ 
 
217
müştərəkdir… Fərq bu ümumiliyin konkret təzahür 
formalarında, onun təkrarolunmaz milli halındadır” (148, 290). 
Əlbəttə, G.Lomidze öz mülahizələrini dövrünün ideoloji 
konsepsiyası çərçivəsində əsaslandırırdı. Məsələn, o, hətta eyni 
milli mədəniyyətlərin nümayəndələrinin də bir-birindən 
fərqlənməsindən  danışarkən Azərbaycan  ədəbiyyatından 
S.Rəhimov və Mir Cəlalı müqayisə etməklə nümunə göstərir və 
bunu sosialist realizminin yaradıcı insanlara geniş imkanlar 
açmasının nəticəsi kimi görür (148, 86). 
Azərbaycan  ədəbiyyatşünaslığında millilik məsələləri 70-
ci illərdə A.Hüseynovun “Sovet ədəbiyyatında milli 
müəyyənlik” və Q.Qasımzadənin yuxarıda qeyd etdiyimiz 
“Ədəbiyyatda millilik və beynəlmiləllik”  əsərlərində geniş 
tədqiqat mövzusu olmuşdur.  
Akif Hüseynovun 1983-cü ildə çap edilən “Müxtəlifliyin 
birliyi” kitabında milli müəyyənliyi  şərtləndirən amillər, milli 
xüsusiyyətlərin təzahür sahələri kimi mühüm məsələlərdən 
söhbət açılmış, milli xarakter probleminə ayrıca nəzər 
salınmışdır. Həmçinin dövrünün sovet alimlərindən 
A.Boçarovun, G.Lomidzenin, N.Cusoytunun, A.Vlasenkonun, 
Y.Surovtsevin, A.Maslinin və başqalarının məqalə  və 
monoqrafiyalarına müraciət edən A.Hüseynov bədii 


____________Milli Kitabxana____________ 
 
218
yaradıcılıqda millilik probleminin nəzəri-metodoloji 
istiqamətdə şərhinə cəhd göstərmişdir. Müəllif yazırdı ki, bədii 
yaradıclığının milli mənsubluq kəsb etməsi üçün milli bədii 
ənənələr nə  qədər  əhəmiyyətli olsa da, yeganə  şərt deyildir. 
Sənət gerçəkliyi  əks etdirirsə, o, gerçəkliyin özündəki milli 
spesifikliyə etinasız qala bilməz. Odur ki, bədii  əsərin 
məzmunu da milli səciyyəyə malik olur” (42, 16). A.Hüseynov 
əsərlərdə xalq xarakterini, milli məişət tərzini, ümumiyyətlə 
maddi və  mənəvi aləmin milli konkretliyinin canlı  və geniş 
təcəssümünü məzmunun milli əlamətləri kimi görür. 
“Ədəbiyyatda millilik və beynəlmiləllik”  kitabında 
Q.Qasımzadə    yazırdı ki, həqiqətən də  hər hansı  əsərin təhlili 
zamanı  ən yaxşı halda əksər ideya-bədii komponentlər 
diqqətdən yayınmır, konflikt və xarakterdən, kompozisiyadan, 
təbiət təsvirindən, dil və üslubdan, məqsəd və  məzmundan 
lazımi qədər söhbət gedir, lakin çox vaxt bütün bunlar sənətin 
realizmini  şərtləndirən millilik prinsipi nəzərə alınmadan, 
millilikdən təcrid şəklində təhlilə cəlb olunur. “Belə bir məhdud 
təhlil və  tədqiq yolu yaranmış  əsərin milli ədəbiyyatı 
zənginləşdirən cəhətlərini, ümumsovet və dünya miqyasındakı 
mövqeyini müəyyənləşdirməyə imkan vermir. Tənqid və 
ədəbiyyatşünaslıq  ədəbi prosesi qiymətləndirəndə milli və 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə